H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   28   29   30   31   32   33   34   35   ...   60

3-cü göstərici 
V
ĠCDANLILIQ VƏ 
Ə
LƏALINMAZLIQ 
Prinsipi: 
Vicdanlılıq  və  ələalınmazlıq  hakimin  öz  vəzifələrini  lazımi  qaydada  icra  etməsinin  zəruri 
Ģərtləridir.  
ġərh 
 
“Vicdanlılıq və ələalınmazlıq” anlayıĢı 
101.  Vicdanlılıq  və  ələalınmazlıq  əxlaqlılığın  və  ədalətliliyin  tərkib  hissələridir.  Vicdanlılıq  və 
ələalınmazlığın tərkib elementləri hakimin düzgünlüyü və mənəvi prinsipləri sayılır. Hakin özünü təkcə 
öz  rəsmi  vəzifələrinin  icrası  zamanı  deyil,  həmiĢə  hakim  vəzifəsini  tutan  insana  xas  olan  ləyaqətlə  və 
vicdanla  aparmalıdır:  o,  yalan  danıĢmamalı,  aldatmamalı,  dələduzluq  etməməli  və  öz  davranıĢında  və 
xarakterində  ləyaqət  və  xeyirxahlıq  nümayiĢ  etdirməlidir.  Vicdanlılıq  və  ələalınmazlığın  dərəcələri 
yoxdur  və  onlar  mütləq  kateqoriyalardır.  Məhkəmə  hakimiyyəti  və  hakimlər  üçün  vicdanlılıq  və 
ələalınmazlıq – məziyyətdən daha çox, zərurətdir. 
 
Cəmiyyətdə qəbul olunmuĢ normaların əhəmiyyəti 
102. Vicdanlılıq və ələalınmazlıq idealı barədə ümumi Ģəkildə danıĢmaq asandır, lakin onu daha konkret 
ifadə  etmək  -  mürəkkəb  və  hətta  mənasız  ola  bilən  məsələdir.  Nəyin  davranıĢ  kimi  qavranılması 
cəmiyyətdə  qəbul  olunmuĢ,  məkan  və  zamandan  asılı  olaraq  fərqlənə  bilən  normalardan  əhəmiyyətli 
dərəcədə  asılıdır. Bu, müəyyən davranıĢın cəmiyyətin sağlam  düĢüncəli  və  məlumatlı  üzvləri sırasından 
olan kənar müĢahidəçilər tərəfindən necə qəbul oluna bilməsinin və bu qavrayıĢın hakimə və bütövlükdə 
məhkəmə  hakimiyyətinə  hörmətin  zəifləməsinə  səbəb  ola  bilməsinin  qiymətləndirilməsini  tələb  edir. 
Kənar müĢahidəçinin nəzərində məhkəməyə hörməti zəiflədən davranıĢdan çəkinmək lazımdır. 
 
 


Tətbiqi: 
3.1. Hakim hətta kənar müĢahidəçinin nəzərində belə qüsursuz davranıĢ nümayiĢ etdirməlidir.  
 
ġərh 
 
DavranıĢın yüksək standartları həm Ģəxsi, həm də ictimai həyatda zəruridir. 
103.  Hakim  davranıĢın  yüksək  standartlarını  həm  Ģəxsi,  həm  də  ictimai  həyatda  dəstəkləməlidir.  Bunun 
səbəbi  ondadır  ki,  insan  təcrübəsinin,  həmçinin  hakimin  qərar  çıxararkən  bağlı  olduğu  hərəkətlərin  və 
davranıĢların  spektri  çox  geniĢdir.  Əgər  hakim  özünün  də  Ģəxsi  həyatda  adət  etdiyi  hərəkətləri  açıq 
mühakimə  edərsə,  bu,  cəmiyyətin  nəzərində  riyakarlıq  kimi  görünəcəkdir.  Bu,  həmin  hakimə  ictimai 
etimadı  qaçılmaz  olaraq  sarsıdacaqdır  ki,  bunu  cəmiyyətin  bütövlükdə    məhkəmə  sisteminə  olan 
münasibətinə də Ģamil etmək olar. 
 
Cəmiyyətdə qəbul olunmuĢ normalara Ģəxsi həyatda riayət edilməlidir. 
104.  Hakim  ümumqəbul  olunmuĢ  normaları  pozmamalı  və  məhkəmələrin  və  bütövlükdə  məhkəmə 
sisteminin nüfuzuna açıq xələl gətirən fəaliyyətlə məĢğul olmamalıdır. Lazımi tarazlığı saxlamağa cəhd 
edərkən,  hakim  özü-özünə  onun  davranıĢının  -  cəmiyyətin  sağlam  düĢüncəli  və  məlumatlı  üzvü  sayılan 
kənar  müĢahidəçinin  nəzərində  -  hakimin  vicdanlılığı  və  ələalınmazlığından  Ģübhələnməyə  vadar  edib-
etməyəcəyi  və  hakim  kimi  ona  olan  hörməti  zəiflədib-zəiflətməyəcəyi  sualını  verməlidir.  Əgər  bu 
belədirsə, həmin davranıĢdan çəkinmək lazımdır. 
 
Cəmiyyətdə qəbul olunmuĢ universal normalar mövcud deyil. 
105.  Mədəni  müxtəliflikləri  və  əxlaqi  dəyərlərin  daim  təkmilləĢməsini  nəzərə  alaraq,  hakimin  Ģəxsi 
həyatda davranıĢ standartları həddən artıq konkret izah oluna bilməz.
65
 Lakin bu prinsipi hakimi tam adi 
olmayan  həyat  tərzinə  və  ya  əhalinin  müəyyən  qrupuna  təhqiramiz  görünə  bilən  fəaliyyətlə  məĢğul 
olmağa görə günahlandırmağa və ya cəzalandırmağa imkan verən qədər geniĢ də Ģərh etmək lazım deyil. 
Belə  məsələlər  barədə  mühakimələr  konkret  cəmiyyətlə  və  konkret  zamanla  sıx  bağlıdır  və  yalnız 
onlardan bəziləri hər yerdə tətbiq edilə bilər. 
 
Alternativ meyar 
106. Belə bir fikir bildirilir ki, məsələ hərəkətin bir sıra dini və ya etik inanclar baxımından əxlaqi və ya 
qeyri-əxlaqi,  yaxud  cəmiyyətdə  qəbul  olunmuĢ  normalar  baxımından  münasib  və  ya  qeyri-münasib 
sayılıb-sayılmamasında  deyil,  bu  hərəkətin  hakimin  ona  etibar  edilmiĢ  iĢi  icra  etmək  qabiliyyətləri 
(ədalətlilik,  müstəqillik,  cəmiyyətə  hörmət),  həmçinin  cəmiyyətin  onun  hakim  vəzifəsinə  uyğunluğu 
                                                 
65
 Bu, xüsusilə sevgi münasibəti məsələlərinə aiddir. Məsələn, Filippində öz nikahdankənar münasibətlərini gizlətməyən hakim 
bununla  əxlaq  qaydalarını  pozduğuna  görə  vəzifəsindən  kənarlaĢdırılmıĢdır  (Complaint  against  Judge  Ferdinand  Marcos
Supreme Court of the Philippines, A.M. 97-2-53-RJC, 6 July 2001)ABġ-ın Florida Ģtatında hakim avtomobil dayanacağında 
arvadı olmayan qadınla  sevgi münasibətinə  görə  töhmət almıĢdır  (In re  Inquiry  Concerning a Judge, 336 So. 2d 1175 (Fla. 
1976), cited in Amerasinghe,  Judicial Conduct, 53)ABġ-ın Konnektikut Ģtatında hakim ərdə olan məhkəmə stenoqrafçısıyla 
sevgi münasibətində olduğuna görə intizam cəzası almıĢdır (In re Flanagan, 240 Conn. 157, 690 A. 2d 865 (1997), cited in 
Amerasinghe, Judicial Conduct, 53). ABġ-ın Tsinsinnati Ģtatında arvadından ayrı yaĢayan evli hakim sonradan nikaha girdiyi 
məĢuqəsini  üç  dəfə  xarici  ölkəyə  səfərə  apardığı  üçün,  səfər  ərzində  bir  dəfə  də  olsun  eyni  mehmanxana  nömrəsndə 
qalmadıqlarına  baxmayaraq, intizam  məsuliyyətinə  cəlb olunmuĢdur (Cincinnati Bar Association v  Heitzler, 32 Ohio St.  2d 
214, 291 N.E. 2d 477 (1972); 411 US 967 (1973), cited in Amerasinghe,  Judicial Conduct, 53). Lakin  ABġ-ın Pensilvaniya 
Ģtatında  Ali  Məhkəmə  nikahdankənar  münasibətdə  olan  hakimin  gecə  vizitlərinə  və  bir  dəfə  xaricə  birgə  səyahət  etməsinə 
rəğmən  intizam  məsuliyyətinə  cəlb  olunması  tələbini  rədd  etmiĢdir  (In  re  Dalessandro,  483  Pa.  431,  397  A.  2d  743 (1979), 
cited  in  Amerasinghe,  Judicial  Conduct,  53).  Bu  misallardan  bəziləri  bir  sıra  cəmiyyətlərdə  hakimi  öz  ictimai  borcunu 
pozmaqda  ifĢa  edən  kimi  deyil,  müstəsna  olaraq  yetkin  davranıĢın  cinayət  sayılmayan  xüsusi  sferasına  aid  məsələ  kimi 
nəzərdən keçirilə bilərdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə