H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   32   33   34   35   36   37   38   39   ...   60

4.4. Hakim onun ailə üzvlərindən kiminsə tərəflərdən birinin nümayəndəsi qismində çıxıĢ etdiyi və 
ya iĢə baĢqa formada aidiyyəti olduğu iĢə baxılmasında iĢtirak etməməlidir. 
 
ġərh 
 
Özü-özünə etiraz nə vaxt məcburi sayılır? 
128. Əgər hakimin ailə üzvlərindən kimsə (niĢanlısı da daxil olmaqla) iĢi aparırsa və ya iĢə vəkil qismində 
qoĢulmuĢdursa, hakim bir qayda olaraq özü-özünə etiraz etməyə borcludur. 
 
Hakimin ailə üzvlərindən kimsə hüquq firması ilə bağlıdırsa, hakim necə hərəkət etməlidir? 
129.  Adətən,  hüquq  firmasının  üzvləri  gəlir  və  xərcləri  bölüĢdürürlər  və  müəyyən  dərəcədə  iĢin 
məhkəmədə  uğurlu  aparılması  vasitəsilə  müĢtərilərin  cəlb  edilməsində  maraqlıdırlar.  Lakin  iĢə  çıxan 
vəkilin  hakimin  ailə  üzvlərindən  kiminsə  bağlı  olduğu  vəkillik  firması  ilə  əlaqəli  olması  faktı  özü-
özlüyündə  hakimin  özü-özünə  etiraz  etməsi  üçün  əsas  kimi  çıxıĢ  edə  bilməz.  Əgər  kimsə  onun 
qərəzsizliyini əsaslı Ģübhə altına qoyarsa,  yaxud ona qohumlarından kiminsə vəkillik firmasında baxılan 
iĢin nəticəsinə əhəmiyyətli təsir göstərə bilən paya malik olduğu məlum olarsa, hakim özü-özünə etiraz 
etmək zərurəti qarĢısında qala bilər. Bundan baĢqa, hakim aĢağıdakı amilləri də nəzərə ala bilər: 
(a) Özü-özünə etiraz etməmə cəmiyyətin nəzərində necə görünəcəkdir
(b)  Özü-özünə  etiraz  etməmə  vəkillərin,  hakimlərin  və  cəmiyyətin  ayrı-ayrı  üzvlərinin  nəzərində 
necə görünəcəkdir;  
(c) Özü-özünə etiraz etmə nəticəsində məhkəmənin üzərinə düĢən inzibati yük
(d) Hakimin qohumunun baxılan iĢdə maliyyə, peĢə və ya digər marağının dərəcəsi. 
 
Hakimin  ailə  üzvlərindən  kimsə  dövlət  orqanının  hüquq  Ģöbəsində  iĢləyirsə,  hakim  necə  hərəkət 
etməlidir? 
130. Dövlət vəkillərinin  əmək haqqı  almalarına və cinayət  və  ya  mülki  iĢlərin  nəticəsində maraqlarının 
olmamasına baxmayaraq, peĢə yüksəliĢinə nail olmaq cəhdi kimi amili nəzərə almaq lazımdır. Ona görə 
də,  əgər  hakimin  ailə  üzvlərindən  kimsə  prokurorluqda  və  ya  vəkillik  bürosunda  hətta  rəhbər  vəzifədə 
olmasa  belə  iĢləyirsə,  hakim  ehtiyatlı  olmalı  və  həmin  dövlət  orqanının  cəlb  olunduğu  bütün  iĢlərə 
baxılması zamanı  iki  səbəbdən  özü-özünə  etiraz  etməyin  mümkünlüyü  barədə  fikirləĢməlidir.  Birincisi, 
həmin dövlət  orqanının  əməkdaĢları  məhkəmədə  baxılan iĢlər barədə  məlumat  mübadiləsi  edə  bildikləri 
üçün  hakimin  bu  idarədə  iĢləyən  ailə  üzvünün  qeyri-ixtiyari  olaraq  həmin  orqanın  digər  iĢlərinə  cəlb 
olunması riski vardır. Ġkincisi, hakimin qərəzsizliyinə əsaslı Ģübhələr yarana bilər. Hakim özünə aĢağıdakı 
sualı verməlidir: kənar müĢahidəçi hakimdə onun ailə üzvlərindən kiminsə iĢlədiyi orqanın müvəffəqiyyət 
qazanmasında iradi və ya qeyri-iradi qərəzli münasibətin olmasını ehtimal edə bilərmi? 
 
Vəkillə görüĢ zaman hakim necə hərəkət etməlidir? 
131.  Əgər  hakim  vəkillə  görüĢürsə,  onun  iĢtirakı  formal  xarakter  daĢıyan  hallar  istisna  olmaqla,  həmin 
vəkilin  iĢtirak  etdiyi  iĢlərə  baxılmasında  bir  qayda  olaraq  iĢtirak  etmir.  Lakin  hakim  həmin  vəkillik 
firmasının  və  ya  bürosunun  digər  üzvlərinin  iĢtirak  etdikləri  iĢlərə  baxılması  ilə  bağlı  özü-özünə  etiraz 
etməyə borclu deyil. 
 
Bir hakimi və bir vəkili olan məhkəmə dairələri 
132.  Məhkəmələri  yalnız  bir  hakimdən,  prokurorluğu  və  ya  vəkilliyi  isə  yalnız  bir  vəkildən  ibarət  olan 
məhkəmə dairələri fəaliyyət göstərir. Əgər bu vəkil hakimin oğlu və ya qızıdırsa, yaxud baĢqa cür yaxın 
qohumudursa, hakimə onu bütün cinayət iĢlərinə baxmaq hüququndan məhrum edən məcburi etiraz etmək 
prinsipi  tətbiq  olunur.  Bu,  təkcə  həmin  regionun  hakimə  etiraz  verilmiĢ  iĢə  də  baxmalı  olan  digər 
hakimləri  üçün  deyil,  həm  də  cinayət  törətməkdə  təqsirləndirilən  Ģəxslər  üçün  çətinlik  törədir.  Bundan 
baĢqa, belə vəziyyətdə cinayət törətməkdə təqsirləndirilən Ģəxsin malik olduğu iĢinə məhkəmə tərəfindən 
fasiləsiz  baxılması  hüququnu  təmin  etmək  də  çətin  olur.  Belə  hallarda,  hakimə  etiraz  mütləq  tələb  ola 
bilməsə də, bu cür vəziyyətlərdən mümkün qədər çəkinilməlidir. 


4.5. Hakim öz yaĢadığı yeri müĢtərilərini qəbul etmək və ya həmkarları ilə görüĢmək üçün digər 
vəkillərə verməməlidir. 
 
ġərh 
 
Hakimin yaĢadığı yerdən və ya telefonundan istifadə edilməsi 
133.  Hakim öz  yaĢadığı  yeri müĢtərilərini  qəbul  etmək və  ya  vəkillik fəaliyyəti ilə  bağlı məsələlər üzrə 
həmkarları  ilə  görüĢmək üçün  hər hansı  vəkilə verməməlidir.  Əgər hakimin  əri və  ya arvadı,  yaxud hər 
hansı baĢqa ailə üzvü vəkildirsə, hakim öz ev telefonunu həmin Ģəxslərə iĢləri ilə əlaqədar danıĢmaq üçün 
verməməlidir, çünki bu, hakimin də vəkilliklə məĢğul olması təəssüratını yarada və qeyri-ixtiyari ex parte 
əlaqələrə, yaxud belə əlaqələrin mövcudluğu görüntüsünə və ya ondan Ģübhələnməyə gətirib çıxara bilər. 
 
 


4.6.  Digər  vətəndaĢlar  kimi  hakimin  də  ifadə,  dini  etiqad,  toplantı  və  assosiasiyalarda  iĢtirak 
azadlıqlarına təminat verilir, lakin bu hüquqların reallaĢdırılması zamanı hakim öz vəzifəsinin 
yüksək  statusunun  saxlanmasına  çalıĢmalı  və  məhkəmə  orqanlarının  qərəzsizliyi  və 
müstəqilliyi ilə bir araya sığmayan hərəkətlərə yol verməməlidir. 
 
ġərh 
 
Hakimlər də digər vətəndaĢların malik olduqları hüquqlarla təmin olunurlar. 
134. Hakim vəzifəsinə təyin olunarkən, hakim cəmiyyətin digər üzvlərinin malik olduqları ifadə, toplantı 
və assosiasiyalarda iĢtirak azadlığı hüququndan və hər hansı siyasi mülahizələrindən və siyasi məsələlərə 
marağından imtina etmir. Lakin hakim cəmiyyətin məhkəmə orqanlarının qərəzsizliyinə və müstəqilliyinə 
inamının saxlanması üçün ehtiyatlı davranmalıdır. Hakimlərin ictimai müzakirələrə cəlb olunmasının yol 
verilən  dərəcəsinin  müəyyən  edilməsi  zamanı  iki  mühüm  amili  nəzərə  almaq  zəruridir.  Birincisi,  hakim 
onun  qərəzsizliyinə  olan  inamı  obyektiv  olaraq  sarsıda  bilən  fəaliyyətə  cəlb  olunmuĢdurmu?  Ġkincisi, 
onun  bu  və  ya  digər  fəaliyyətə  cəlb  olunması  hakimi  siyasi  hücumlara  məruz  qoya  və  ya  hakim 
vəzifəsinin yüksək statusu ilə bir araya sığmaya bilərmi? Bu amillərdən hər hansı birinin mövcud olması 
zamanı hakim belə fəaliyyətə cəlb edilməkdən çəkinməlidir. 
 
Hərəkətlərin məhkəmə vəzifələri ilə bir araya sığmazlığı 
135. Hakimin üzərinə həvalə olunan vəzifələr siyasi fəaliyyətin milli parlamentə və ya yerli Ģuraya üzvlük 
kimi müəyyən növləri ilə bir araya sığmır. 
 
Hakim ictimai müzakirələrdə iĢtirak etməməlidir. 
136.  Hakim  ictimai  müzakirələrdə  iĢtirak  etmir.  Bunun  səbəbi  aydındır.  Hakim  vəzifəsinin  mahiyyəti 
hakimin  mübahisəli məsələlərə obyektiv və ədalətli  yanaĢma qabiliyyətindədir.  Hakim  üçün özündə əsl 
hakimi təcəssüm etdirən qabaqcadan hasil olmayan qənaətə və qabaqcadan formalaĢmıĢ yanlıĢ fikrə malik 
olmamaqla,    müstəqil,  obyektiv,  qərəzsiz  və  ədalətli  yanaĢma  qabiliyyəti  mühüm  əhəmiyyət  kəsb  edir. 
Əgər hakim siyasi arenaya daxil olur və ictimai müzakirələrdə iĢtirak edirsə - mübahisəli məsələlərə dair 
öz fikrini bildirməklə, ictimai xadimlərlə müzakirələrə giriĢməklə və ya hökuməti açıq tənqid etməklə - 
cəmiyyətin  nəzərində  öz  vəzifələrini  qərəzsiz  icra  etmək  qabiliyyətini  Ģübhə  altına  qoymuĢ  olur. 
Cəmiyyət  açıq  Ģəkildə  öz  fikrini  bildirdiyi  məsələlərə  toxunan  mübahisəni  həll  edən  hakimin 
qərəzsizliyinə,  yaxud  tərəf  və  ya  hətta  Ģahid  qismində  hakimin  barələrində  əvvəllər  tənqidi  fikirlər 
söylədiyi  siyasətçilərin,  ictimai  xadimlərin  və  ya  hökumət  idarələrinin  çıxıĢ  etdiyi  iĢə  baxmasına  və 
həmin iĢ üzrə qərar çıxarmasına Ģübhə ilə yanaĢacaqdır.  
 
Hakimin tənqid edilməsi 
137. Ġctimaiyyətin, həmçinin qanunverici və icra orqanlarının nümayəndələri hakimin və onun çıxardığı 
qərarların çatıĢmazlıqları və ya səhvləri barədə açıq Ģəkildə öz fikirlərini bildirə bilərlər. Qəbul olunmuĢ 
“siyasi  susma”  qaydasına  əsaslanaraq,  hakimlər  onların  ünvanına  edilən  tənqidlərə  adətən  cavab 
vermirlər.  Hakimi  tənqid  etmək  hüququnun  məhkəməyə  hörmətsizlik  göstərilməsinə  aid  qaydalarla 
tənzimlənməsinə  baxmayaraq,  hal-hazırda  bu  normalar  məhkəmə  orqanlarının  və  konkret  hakimin 
ünvanına  edilən  tənqidin  qarĢısını  almaq  üçün  istifadə  edildiyi  keçmiĢ  dövrə  nisbətən  daha  az  tətbiq 
olunur. Məhkəməyə hörmətsizlik təzahürü ilə bağlı icraata baĢlamaqla iĢi gərginləĢdirməkdənsə, istənilən 
qalmaqallı  hücumlara  məhəl  qoymamaq  daha  yaxĢıdır.  Belə  bir  deyim  var:  “Femida  hər  hansı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə