H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   34   35   36   37   38   39   40   41   ...   60

4.8.  Hakim  öz  ailə  üzvlərinin,  sosial  və  digər  qarĢılıqlı  münasibətlərinin  onun  öz  funksiyalarını 
həyata  keçirməsi  ilə  bağlı  hərəkətlərinə,  həmçinin  məhkəmə  qərarlarının  qəbul  edilməsinə  lazım 
olmayan Ģəkildə təsir etməsinə imkan verməməlidir. 
 
ġərh 
 
Lazım olmayan təsirlərə imkan verməmək öhdəliyi 
143. Hakimin  ailə üzvləri, dostları,  həmkarları  və  müntəzəm  görüĢdüyü və  ünsiyyətdə  olduğu,  qarĢılıqlı 
maraq və  narahatlıq  doğuran məsələləri müzakirə  etdiyi  və  etibar etdiyi  digər  Ģəxslər hakimin  öz vəzifə 
öhdəliklərinin  icrası  ilə  bağlı  hərəkətlərinə  lazım  olmayan  Ģəkildə  təsir  göstərə,  yaxud  belə  təsir  etmə 
görüntüsünü yarada bilərlər. Onlar buna öz Ģəxsi təĢəbbüsləri ilə və yaxud tərəflər və ya onların vəkilləri 
üçün cəhd edə bilərlər. Hakim xüsusi ehtiyatlılıq nümayiĢ etdirməlidir ki, bu cür qarĢılıqlı münasibətlər 
təhtəlĢüurda  belə  onun  hakim  funksiyasını  icra  etməsi  ilə  bağlı  hərəkətlərinə,  həmçinin  məhkəmə 
qərarlarının qəbul edilməsinə təsir göstərə bilməsin. 
 
Tamahkar maraqları əsas tutmamaq öhdəliyi 
144. Öz qulluq mövqeyindən Ģəxsi fayda əldə etmək üçün və ya kimdənsə qisas almaq məqsədilə özünün 
maraqları naminə istifadə edən hakim öz səlahiyyətlərindən sui-istifadə etmiĢ olur. Hakim öz qərarlarında 
tamahkar  maraqları  və  ya  üstünlükləri  əsas  tutduğu  nəticəsinə  gəlməyə  imkan  verən  istənilən 
hərəkətlərdən  çəkinməlidir,  çünki  hakim  səlahiyyətlərindən  belə  sui-istifadə  etmə  məhkəmə  orqanlarına 
olan ictimai etimadı ciddi Ģəkildə sarsıdır. 
 
 


4.9.  Hakim  öz  vəzifəsinin  nüfuzundan  özünün,  ailə  üzvlərinin  və  ya  istənilən  digər  Ģəxslərin  Ģəxsi 
maraqlarına nail olmaq üçün istifadə edə və ya istifadə edilməsinə imkan verə bilməz. Hakim 
kiminsə  onun  öz  səlahiyyətlərini  həyata  keçirməsinə  lazım  olmayan  təsiri  etməsi  nəticəsinə 
gəlməyə imkan verən tərzdə fəaliyyət göstərməməli və ya digər Ģəxslərin də belə fəaliyyətinə yol 
verməməlidir. 
 
ġərh 
 
Hakim vəzifəsindən lazımi və qeyri-lazımi Ģəkildə istifadənin fərqləndirilməsi öhdəliyi  
145.  Adətən,  cəmiyyət  hakimləri  xüsusi  insanlar  kimi  qəbul  edir  və  məhkəmədə,  bəzən  isə  həm  də 
məhkəmədən  kənarda  onlara  yaltaqlıq  və  ya  məddahlıq  münasibəti  göstərir.  Ona  görə  də,  hakim  öz 
vəzifəsinin nüfuzundan lazımi və qeyri-lazımi istifadə edilməsi arasında sərhədin haradan keçdiyini dəqiq 
bilməlidir. Hakim öz mövqeyindən Ģəxsi fayda və ya hər hansı xarakterli güzəĢt əldə etmək üçün istifadə 
edə  və  ya  buna  cəhd  göstərə  bilməz.  Məsələn,  hakim  blanklardan  və  ya  məhkəmənin  digər  təmsiledici 
sənədlərindən  Ģəxsi  iĢlərinin  aparılması  üçün  istifadə  etməməlidir.  Həmçinin,  o,  vəzifəsindən  hüquqi  və 
ya  bürokratik  planda  çətin  vəziyyətlərdən  yaxa  qurtarmaq  üçün  istifadə  etməməli  və  ya  buna  cəhd 
göstərməməlidir. Əgər hakimi yol hərəkəti qaydalarının ehtimal olunan pozuntusuna görə saxlayırlarsa, o, 
dərhal  öz  təĢəbbüsü  ilə  hüquq  mühafizə  orqanlarının  əməkdaĢlarına  hakim  statusuna  malik  olduğunu 
bildirməməlidir.  Yol  hərəkəti  qaydalarını  pozduğuna  görə  məhkəmə  kargüzarının  barəsində  yazılan 
cərimə qəbzi ilə bağlı hakimin prokurora “nə isə bir Ģey etmək mümkün deyilmi” məqsədilə telefon zəngi 
etməsi, hətta hakim bununla həmin iĢin nəticəsinə təsir göstərmək üçün öz qulluq mövqeyindən istifadə 
etməyə cəhd göstərməsə belə, qanunsuz sayılır. 
 
Hakim olduğunu gizlətməyə ehtiyac olmaması 
146. Hakimin öz vəzifəsini gizlətməyə ehtiyac yoxdur, lakin o öz xidməti statusundan hər hansı üstünlük 
və  güzəĢtlər  əldə  etmək  məqsədilə  istifadə  etdiyi  təəssüratını  yaratmamaq  üçün  ehtiyatlı  olmalıdır. 
Məsələn, əgər hakimin oğlu və ya qızı həbs təhlükəsi ilə üzləĢərsə, bu halda hər bir valideyn kimi hakim 
də emosional hisslər keçirər və bu səbəbdən, bir valideyn kimi ona oğlunun və ya qızının məruz qaldığı 
kimi  görünən  istənilən  ədalətsizliyə  reaksiya  göstərməyə  haqlı  olar.  Lakin  əgər  hakim  birbaĢa  və  ya 
vasitəçilərin köməyi ilə  hüquq mühafizə strukturlarının əməkdaĢları ilə əlaqə  yaratmağa cəhd göstərərsə 
və  öz  vəzifəsinə  istinadən  həbsi  həyata  keçirən  polisə  intizam  tənbehinin  verilməsini  tələb  edərsə, 
bununla o, valideynlik mövqeyi ilə hakimlik mövqeyi arasındakı sərhədi pozmuĢ olar. Ġstənilən valideyn 
kimi  hakim  də  öz  oğluna  və  ya  qızına  valideynlik  köməyi  göstərməyə  haqlıdır  və  ona  görə  də,  öz 
övladının maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir, lakin bu zaman o
hakim vəzifəsi tutmayan valideynlər üçün yolverilməz ola bilən hər hansı  hərəkətləri etməyə haqlı deyil. 
Hakimin öz qulluq mövqeyindən xidməti vəzifələrini qanuni Ģəkildə icra edən digər vəzifəli Ģəxslərə təsir 
göstərmək  məqsədilə  istifadə  etməsi  ağlabatan  valideynlik  davranıĢı  ilə  havadarlıq  arasındakı  sərhədin 
pozulması, həmçinin hakim vəzifəsinin nüfuzundan sui-istifadə etmək deməkdir. 
 
Məhkəmənin təmsilçi sənədlərindən istifadə edilməsi 
147.  Məhkəmənin  təmsilçi  sənədlərindən  hakim  vəzifəsinin  nüfuzundan  sui-istifadə  kimi  baxıla  bilən 
tərzdə  istifadə  etmək  olmaz.  Adətən,  blanklar,  zərflər,  poçt  kağızı  və  məhkəmənin  digər  təmsiledici 
sənədləri  hakimin  kiməsə  rəsmi  qaydada  müraciət  etmək  istədiyi  halda  istifadə  edilməsi  üçün  nəzərdə 
tutulmuĢdur.  Məhkəmənin  təmsilçi  sənədlərindən  kiməsə  Ģəxsi  qaydada  məktubla  müraciət  etməklə 
istifadə  edilməsi  zamanı  ehtiyatlı  olmaq  lazımdır.  Məsələn,  konkret  hallardan  asılı  olaraq,  məhkəmənin 
təmsilçi  poçt  kağızından  və  zərfindən  hər  hansı  görüĢdən,  gecədən  və  ya  qəbuldan  sonra  minnətdarlıq 
bildirilməsi  üçün  istifadə  edilməsi  qəbahət  deyil.  Lakin  məhkəmənin  təmsilçi  sənədindən  hakimin  bu 
sənədin  ünvan sahibinə  təsir  göstərmək üçün onun diqqətini  özünün tutduğu vəzifəyə  cəlb  etməyə cəhd 
göstərməsi  kimi  qəbul  oluna  bilən  halda  istifadə  edilməsi  qanunsuzdur:  məsələn,  sığorta  polisi  üzrə 
ödəniĢ barədə mübahisələndirilən tələblə bağlı Ģikayəti əks etdirən məktubda. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə