6.2. Hakim öz peĢəkar fəaliyyətini təkcə məhkəmə araĢdırmasında məhkəmə və xidməti
vəzifələrinin icra olunması və qərarların çıxarılmasını deyil, həm də hakim vəzifəsinə və ya
məhkəmənin fəaliyyətinə aid olan digər məsələləri əhatə edən məhkəmə funksiyalarının
yerinə yetirilməsinə həsr etməlidir.
ġərh
Məhkəmə idarəetməsində peĢəkar səriĢtə vacibdir.
196. Hər bir hakim təkcə iĢlərin həll olunması ilə deyil, müəyyən dərəcədə onların idarə edilməsi üzrə
inzibatı funksiyalarla da məĢğul olmalıdır. Hakim öz məhkəməsi həddində ədalət mühakiməsinin
səmərəli həyata keçirilməsinə məsuldur. Bura iĢlərin idarə olunması (o cümlədən, onların operativ həll
edilməsi), kargüzarlıq, maliyyə resurslarının idarə olunması, həmçinin məhkəmə iĢçilərinə nəzarət
edilməsi aiddir. Hakim iĢlərə baxılmasında və onlara dair qərar çıxarılmasında lazımi qədər səy
göstərməsə, bu, məhkəmədə iĢin səmərəliliyinin aĢağı düĢməsinə və öz növbəsində əlavə xərclərə gətirib
çıxarır və ədalət mühakiməsinin həyata keçirilməsinin kəsərini heçə endirir. Buna görə də, hakim
məhkəmə idarəetməsi sahəsində peĢəkar səriĢtəyə malik olmalı və məhkəmə iĢçilərinin inzibati
funksiyalarının icrasına köməklik etməlidir.
72
Məhkəmə protokollarının itməsi
197. Hakim məhkəmə protokollarının itməsi və ya onların verilməsindən imtina edilməsinin qarĢısını
almaq üçün bütün ağlabatan və zəruri tədbirləri görməlidir. Bu cür tədbirlərə məhkəmə protokollarının
kompüterləĢdirilməsi aid ola bilər. Hakim, həmçinin məhkəmə dosyesinin itməsi və yoxa çıxmasının
araĢdırılması sistemini tətbiq etməlidir. Qanunsuz hərəkətin törədilməsinə Ģübhə olduğu təqdirdə, hakim
müvafiq məhkəmənin ciddi səhv kimi qiymətləndirilən məhkəmə dosyesinin itməsi faktının müstəqil
araĢdırmasının aparılmasını təmin etməlidir. Məhkəmə dosyesinin itməsi halında, hakim itmiĢ sənədlərin
bərpası və gələcəkdə belə itmə hallarının qarĢısının alınmasına yönəlmiĢ müfaviq prosedurun yaradılması
üçün ağlabatan mümkün tədbirləri görməlidir.
Qeyri-rəsmi ödəniĢlər
198. Bir çox yurisdiksiyalarda məhkəmə iclas protokollarının təqdim edilməsi, məhkəməyə gəlmə barədə
əmrin dərc olunması, iĢlərin arxivdən çıxarılması, məhkəmə bildiriĢinin cavabdehə verilməsi, Ģahid
ifadələrinin surətinin çıxarılması, zaminə buraxma zamanı girov alınması, məhkəmə qərarının
təsdiqlənmiĢ surətinin hazırlanması, məhkəmə araĢdırmasının tezləĢdirilməsi, iĢlərin təxirə salınması,
məhkəmə iclaslarının münasib vaxta təyin olunması və itmiĢ dosyelərin axtarılmasına görə xüsusilə
məhkəmə iĢçilərinin tələbi ilə alındığı iddia edilən qeyri-rəsmi ödəniĢlərlə bağlı məlumatları nəzərə
alaraq, hakim aĢağıdakı tədbirləri görməlidir:
(a) məhkəmə binasında və müvafiq aidiyyəti Ģəxslərin görə biləcəyi digər yerlərdə belə ödəniĢlərin
yolverilməz olması və bu cür hallara yol verən Ģəxslər barəsində Ģikayətlərin verilməsi və
baxılmasının məxfi prosedurunun mövcudluğu haqda elanların yerləĢdirilməsi;
(b) bu cür qeyri-rəsmi ödəniĢlərin qarĢısını almaq məqsədilə müvafiq təftiĢ sistemləri ilə birlikdə
məhkəmə nəzarətçilərinin və istifadəçi
komitələrin təyin edilməsi;
(c) məhkəmə protokollarının, o cümlədən məhkəmə iclasları cədvəllərinin kompüterləĢdirilməsi;
(d) iĢin məhkəmədə baxılmağa hazırlanması ilə bağlı hüquqi tədbirlərin həyata keçirilməsi
müddətlərinin
müəyyən edilməsi; və
(e) məhkəmə tərəfindən vətəndaĢların Ģikayətlərinə operativ və səmərəli reaksiya göstərilməsinin
təmin edilməsi.
72
Bax: “Məhkəmə iĢçilərinin davranıĢ prinsipləri”,
Hakimlərin vicdanlılığı və ələalınmazlığının möhkəmləndirilməsi məsələsi
üzrə Hakimlər Qrupunun dördüncü müĢavirəsinin Hesabatı, 27-28 oktyabr 2005-ci il, Vyana Ģ., Avstriya, A Əlavəsi,
www.unodc.org/pdf/corruption/publication_jig4.pdf