__________________________________________________
21
63. Bakı Dövlət Universiteti (BDU)- Azərbaycanda elmi-
pedaqoji kadrlar hazırlayan ən böyük ali təhsil ocağı, elmi-
tədqiqat müəssisəsi. 1919-cu ildə yaradılmışdır. İlk vaxtlar Tibb
və Tarix-filologiya fakültələri fəaliyyət göstərmişdir. Hazırda
BDU-nun 17 fakültəsi, onlarla kafedrası, elmi-tədqiqat
laboratoriyası və s. var. C.1-168; C.2-539, 540-547, 570; C.3-147;
C.6-127, 128, 130, 341- 345; C.8-434-436; C.9-209, 211, 212,
214, 220, 222, 356, 422;
64. “Bakı fəhləsi” zavodu- neft maşınqayırma sənayesinin
böyük müəssisələrindən biri. 1900-cü ildə keçmiş “Benkendorf”
neft şirkətinin mexaniki emalatxanası əsasında yaradılmışdır.
1928-ci ildən “Bakı fəhləsi” adlanan zavod “Oklahoma”, 1934-cü
ildə isə “Fetti” tipli dəzgahlar buraxırdı. C.3-407, 408; C.6-223;
65. Bakıxanovlar sülaləsi – Bakıxanovlar nəslindən olan
hərbçilər. Bu nəsildən XIX əsrdə 17 hərbçi olub. Bunlardan Cəfər
qulu ağa Bakıxanov (1799-1867) general-leytenant, Həsən ağa
Bakıxanov (1834-?) general-mayor, Abdulla ağa Bakıxanov (?-
1878) general rütbəsinə qədər yüksəlmişlər. C.5-315;
66. Balaş Azəroğlu, Balaş Allahbaxış oğlu Abizadə (1921)-
şair, ədəbiyyatşünas. Azərbaycanın Xalq şairi. Azərbaycan
Respubılikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur. C.9-31;
67. Bastiliyanın alınması- Parisdə qala, 1370-1382-ci illərdə
tikilmişdir. XV əsrdən həm də dövlət həbsxanası idi. Bastiliyada
əsasən siyasi dustaqlar saxlanılırdı. 1789-cu il iyulun 14-də Paris
üsyançıları Bastiliyanı hücumla aldılar. Bu, böyük Fransa
inqilabının başlanğıcı idi. Bastiliyanın alındığı gün Fransanın milli
bayramı (1880) kimi qeyd olunur. C.1-31; C.2-59, 77;
68. Belçika, Belçika Krallığı- Qərbi Avropada dövlət. Sahəsi
30,5 min km
2
, əhalisi 10,2 milyon nəfərdir. Belçika konstitusiyalı
monarxiyadır. Dövlət başçısı kral, Qanunverici orqanı ikipalatalı
Parlamentdir. Paytaxtı Brüsseldir. C.1-546, 551; C.3-370, 381,
383; C.6-157, 158, 160, 210, 215; C.7-21; C.8-322, 325;
69. Benyamin Netanyahu (1949)- İsrailin siyasi və dövlət
xadimi. 1988-ci ildən “Likud” Partiyasından Knessetə deputat
seçilmişdir. 1993-cü ildə “Likud” Partiyasının sədri seçilmişdir.
1996-1999-cu illərdə İsrailin Baş naziri idi. C.8-125;
__________________________________________________
22
70. Beynəlxalq Ahıllar Günü- BMT-nin İnkişaf proqramında
son illər ərzində ahıllar problemi geniş yer tutur. 2002-ci ilin
aprelində İspaniyanın paytaxtı Madrid şəhərində BMT-nin ahıllar
üzrə II Ümumdünya məclisinin keçirilməsi də buna misaldır.
2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında”
Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1
respublikamızda “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur.
C.1-198;
71. Beynəlxalq Valyuta Fondu – BMT-nin hökumətlərarası
ixtisaslaşdırılmış idarəsi, beynəlxalq valyuta təşkilatı. 1945-ci ildə
yaradılmış, 1947-ci ildən fəaliyyətə başlamışdır. İdarə heyəti
Vaşinqtondadır. Dünyanın 130-a yaxın ölkəsi fondun üzvüdür.
Nizamnaməsinə görə məqsədi beynəlxalq valyuta əməkdaşlığına
yardım etmək, ölkələr arasında valyuta-hesablaşma
münasibətlərini nizama salmaq, fonda daxil olan ölkələrin ödəmə
balanslarını tarazlaşdırmaq və valyuta məzənnəsini
tənzimləməkdən ibarətdir. 1922-ci ildə Azərbaycan Respublikası
Beynəlxalq Valyuta Fonduna qəbul olunmuşdur. C.2-165, 313,
314; C.3-260, 261, 412- 414, 462, 463; C.4-176, 212, 492; C.5-
29, 116, 122, 130, 131, 246, 452, 453-455; C.6-90, 233; C.7-131,
361; C.8-166, 259, 297;
72. Bəxtiyar Vahabzadə, Bəxtiyar Mahmud oğlu Vahabzadə
(1925)- Azərbaycanın Xalq şairi, dramaturq, ədəbiyyatşünas.
Azərbaycan Dövlət mükafatı laureatı, 1991-ci ildən Azərbaycan
Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Milli EA-nın
akademikidir. Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə
təltif olunmuşdur. C.1-342, 381; C.2-355, 356; C.3-123, 284,
362-365, 367, 368; C.4-350, 426, 445; C.8-331-341;
73. Bəkir Nəbiyev, Bəkir Əhməd oğlu Nəbiyev (1930)-
ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan
Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü.
Azərbaycan Dövlət mükafatı laureatı. Azərbaycan
Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur. C.3-76;
74. Bibiheybət ziyarətgahı- Bakının Şıx kəndində türbə.
Rəvayətə görə, türbədə şiələrin yeddinci imamı Museyi Kazımın
__________________________________________________
23
qızı Hökumə və onun Heybət adlı nökəri dəfn olunmuşdur.
“Bibiheybət” adının da buradan yarandığı güman edilir. Başqa
rəvayətə görə, səkkizinci imam Rzanın qızı və bacısı Bakı
yaxınlığında məskən salmış, burada da vəfat etmişlər. Onların
dəfn olunduğu yerdə türbə, onun yanında isə 20 metrlik minarəsi
olan məscid tikilmişdi. Məscidin XIII əsrin sonunda tikildiyi
ehtimal edilir. 1994-1996-cı illərdə məscid yenidən bərpa
edilmişdir. C.1-574;
75. Bi- Bi-Si, Britiş Brodkastinq Korporeyşen – Böyük
Britaniya radioverilişləri korporasiyası. Əsası 1927-ci ildə
Londonda qoyulmuşdur. 1936-cı ildə televiziya ilə verilişlərə
başlamışdır. 1932-ci ildən xarici verilişlər şöbəsi bütün sutka
ərzində ingilis və 37 xarici dildə dünyanın hər yerinə xəbərlər
yayır. C.5-36, 65-69;
76. Bilkənd Universiteti- 1984-cü ildə İhsan Doğramacı
tərəfindən yaradılmışdır. Universitetin yaradılmasında təhsil
fondu, təhsil və elm fondu, sağlamlıq fondunun iştirakı olub.
Təhsil ocağı Parlament aktı əsasında yaradılmışdır. Bu universiteti
yaratmaqda əsas məqsəd təkmilləşdirmə və elmi axtarışların
aparılmasına yardım etməkdir. C.1-380, 382; C.2-458; C.9-305,
306;
77. Bill Klinton, Uilyam Ceferson Blyad (1946)- ABŞ-ın
siyasi və dövlət xadimi. ABŞ-ın 41-ci prezidenti (1992-2000).
Klinton xarici siyasətində SSRİ dağıldıqdan sonra yeni
müstəqillik qazanmış dövlətlərlə, o cümlədən Azərbaycan
Respublikası ilə münasibətlərin yaxşılaşdırılmasına mühüm
əhəmiyyət vermişdir. C.1-17, 125, 583; C.2-57, 69, 203, 276, 278,
287, 290, 293, 302, 318-321, 324, 325, 327, 330-332, 346, 370,
472, 572, 579, 580; C.3-12, 153, 386, 413, 419, 420, 450; C.4-80,
315, 316, 381, 382, 383, 386, 388, 391, 392, 396, 397, 402-404,
408, 409; C.5-80, 106, 244; C.6-28, 440, 442, 443; C.7-18, 60,
187; C.8-19, 122, 152, 166, 172, 179, 335; C.9-95, 379, 403, 440,
441;
78. “Bir cənub şəhərində” filmi- 1969-cu ildə
“Azərbaycanfilm” kinostudiyası tərəfindən çəkilmişdir. Filmdə
insanın mənəvi azadlığa necə böyük çətinliklərlə çıxmasından
Dostları ilə paylaş: |