__________________________________________________
15
Lüksemburqdadır. Azərbaycan 2001-ci ildən Avropa
Parlamentinin üzvüdür. C.5-33;
37. Avropa Şurası (AŞ)-Avropada hökumətlərarası
təşkilat. 1949-cu ildə yaradılmışdır. Qərərgahı Fransanın
Strasburq şəhərində yerləşir. AŞ-nın əsas məqsədi Avropada sülhü
və təhlükəsizliyi qorumaq, seçki sistemində çoxpartiyalılığa riayət
etmək, demokratiyanı və insan hüquqlarını qorumaq,
möhkəmləndirmək, Avropa ölkələrinin mədəniyyətlərinin
yaxınlaşmasına çalışmaq və s. ibarətdir. AŞ-nın ali orqanları
Nazirlər Komitəsi, Məsləhət Assambleyası, Sahə nazirliklərinin
müşavirəsi və katiblikdir. Azərbaycan 2001-ci ildən AŞ-nın
üzvüdür. C.3-260; C.5-29; C.6-315, 350; C.7-18, 19, 80-82, 98-
102, 358; C.8-121, 141, 252, 300, 320; C.9-89, 221;
38. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı – bax
ATƏT.
39.
Avropa
Yenidənqurma və İnkişaf Bankı – Qərbi və
Şərqi Avropa, MDB ölkələrini uzunmüddətli kreditlə təchiz edən
regional dövlətlərarası bank. 1990-cı ildə yaradılmışdır. Londonda
yerləşir. Bankın 57 üzvü var, həmçinin Avropa İnvestisiya Bankı
və Avropa Birliyi ora daxildir. C.3-412-414, 461; C.5-29, 56, 57,
85, 122, 246; C.6-90, 189; C.8-259, 264; C.9-63, 64, 69, 230,
233;
40. Aybəniz Vəkilova, Aybəniz Səməd qızı Vəkilova (1937) -
ədəbiyyatçı. Azərbaycanın Xalq şairi Səməd Vurğunun qızı.
Hazırda Səməd Vurğunun ev- muzeyinin baş mühafizidir. C.5-
200; C.9-13;
41. Ayətüllah Xamnei, Hüseyn Xamnei Seyid Əli (1939) –
İranın dini və dövlət xadimi. 1981-1989-cu illərdə İranın
Prezidenti, 1989-cu ildən isə İran İslam Respublikasının dini
rəhbəri olmuşdur. C.2-50; C.5-325;
42. Azad Avropa “Azadlıq” radiostansiyası- Şərqi
Avropanın və başqa regionların bəzi ölkələrində verilişlər aparan
ABŞ-ın dövlət radiostansiyası. “Azad Avropa” verilişlərə 1950-ci
ildən, “Azadlıq” isə 1953-cü ildən başlamışdır. C.1-39; C.3-378,
379; C.5-198;
__________________________________________________
16
43. Azər Zeynalov, Zeynalov Azər Zeynalabdin oğlu (1964)-
müğənni. Azərbaycan Respublikasının Xalq artisti. C.8-340;
44. “Azəravtonəqliyyat” Dövlət Konserni- Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli Fərmanı ilə
Azəravtonəqliyyat Dövlət Konserni və Azəravtoyol Dövlət Şirkəti
ləğv edilmiş və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin
2003-cü il 24 iyun tarixli 04 nömrəli əmri ilə Nazirliyin tərkibində
müvafiq olaraq “Avtonəqliyyatservis” və “Yolnəqliyyatservis”
Departamenti yaradılmışdır. C.7-141, 152;
45. “Azərbaycan” – Azərbaycan Respublikasında gündəlik,
siyasi, ictimai qəzet. Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur.
1992-ci ildən yenidən nəşr edilir. Azərbaycan Respublikası Milli
Məclisinin orqanıdır. C.1-255, 339; C.2-26, 63, 90, 142, 571; C.3-
209; C.4-277;
46. Azərbaycan Beynəlxalq Bankı (ABB)- 1992-ci ildə
Xarici İqtisadi Bankın əsasında yaradılmışdır. ABB beynəlxalq və
daxili bazarda mövcud olan bütün bank xidmətlərini yerinə yetirir.
C.1-276; C.5-483-490; C.8-263;
47. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ)-
1994-cü ilin axırlarında yaradılmışdır. “Xəzərin Azərbaycan
sektorunda neft yataqlarının müştərək işlədilməsi və istifadəyə
verilməsi” haqqında Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin və dünyanın bir neçə böyük neft şirkətləri ilə
imzalanmış müqavilənin payçıları adından onun şərtlərini həyata
keçirmək məqsədilə yaradılmış əməliyyat şirkətidir. Buraya 7
ölkəni (Böyük Britaniya, Yaponiya, Norveç, Rusiya, Türkiyə və
Səudiyyə Ərəbistanı) təmsil edən 11 iri neft şirkəti daxildir. C.3-
451; C.7-246, 249, 250, 251, 386, 387, 388, 394, 395, 396, 422;
C.8-168, 169, 467, 468, 470, 471; C.9-5, 6, 10, 88, 108, 128-132,
252;
48. Azərbaycan Dövlət Opera və Balet Teatrı-
Respublikanın ən böyük müsiqi teatrı. Azərbaycan XKS-nin
1920-ci il 1 iyul tarixli Qərarı ilə Birləşmiş Dövlət Teatrı
tərkibində opera truppası kimi yaradılmışdı. 1924-cü ildə opera
truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrına
çevrilmişdir. 1928-ci ildə teatra M.F.Axundovun adı verilmişdir.
__________________________________________________
17
1959-cu ildən Akademik Opera və Balet Teatrı adlanır. C.2-100,
478; C.3-389; C.6-352, 365; C.8-349; C.9-22;
49. Azərbaycan Dövlət Tibb Universiteti, N.Nərimanov
adına Respublikada tibb mütəxəsisləri hazırlayan ali məktəb.
1919-cu ildə Bakı universitetinin nəzdnində Tibb fakültəsi, 1920-
ci ildə isə həmin fakültənin əsasında müstəqil Tibb İnstitutu
yaradılmışdır. Universitetin 8 fakültəsi var. C.5-479; C.9-422;
50. Azərbaycan Dövlət Universiteti, bax: Bakı Dövlət
Universiteti. C.4-93, 147, 354, 432, 497; C.5-141, 143-150, 316,
470-475; C.7-293, 294, 297; C.9-100, 320, 346;
51. Azərbaycan Elmlər Akademiyası-Respublikanın ali elmi
idarəsi. 1945-ci ildə Bakıda təsis edilmişdir. 2001 -ci ilin may
ayından Azərbaycan Milli Elmlər Akademiyası adlanır.
Azərbaycan Milli EA-nın aşağıdakı bölmələri var: Fizika; Texnika
və riyaziyyat elmləri; Kimya elmləri; Yer elmləri; Biologiya
elmləri; İctimai elmlər. Azərbaycan EA ölkəmizin mühüm elm
mərkəzlərindəndir. Burada elmin müxtəlif sahələrinə dair aktual
problemlər üzərində tədqiqat işləri aparılır. Hər il onlarca elmi işin
nəticəsi istehsalatda tətbiq olunur. C.1-23, 55, 148, 161, 162, 341;
C.2-7, 460, 461, 524, 541; C.3-458; C.4-357, 422, 426, 432, 436,
444, 447, 449, 454, 457, 475; C.5-151-154, 474; C.6-139; C.7-
294, 298; C.8-359-368; C.9-19, 20, 356, 418;
52. Azərbaycan Xalq Cəbhəsi (AXC)-ictimai-siyasi təşkilat.
1989-cu ildə təsis konfransı keçirilmiş, Proqram və Nizamnaməsi
qəbul olunmuşdur. 1999-cu il iyulun 25-də keçirilmiş
Qurultayının qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası
adlandırılmışdır. C.1-23, 26, 27, 48-50, 52, 58-62, 91, 98, 102,
111, 120, 122, 132, 152, 174, 175, 190-195, 204, 230, 237-240,
330, 383, 408, 412, 455, 456, 582, 583, 587, 588; C.2-24, 273,
282, 345, 367, 522, 529, 550, 557- 559; C.3-149, 150, 297, 333,
355, 356, 376, 377; C.4-31, 39, 179, 180, 183-185, 188, 190, 250,
251, 258, 259, 268, 370, 371; C.5-257; C.6-82-84, 180, 181, 183,
245, 252, 469; C.9-266, 267, 317, 320, 347, 398-401, 403;
53. Azərbaycan Xalq Cümhuriyyəti (ADR)- Müsəlman
Şərqində ilk dəfə dünyəvi, demokratik respublikanın əsasını
qoymuş müstəqil Azərbaycan dövləti. Cəmi 23 ay (1918-ci il
Dostları ilə paylaş: |