H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi



Yüklə 1,41 Mb.
səhifə16/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

4.3. Fasiləli axın xəttinin hesabı
Fasiləli axın üsulundan əsasən texniki xidmət növlərinin təşkilində istifadə edilir. Fasiləli axın xəttini xarakteizə edən əsas başlanğıc verilənlər- xəttin ritmi və xəttin taktıdır.

Əvvəlcə istehsalın ritmi təyin edilir



Ri = , dəq/avtom.

burada Nis - TX üzrə gündəlik istehsal proqramıdır.

Sonra eyni xidmət növü keçən iki ardıcıl avtomobillər arasındakı vaxt intervalı (müddət) -takt hesablanır;

Xəttin taktı postun taktına anoloji olaraq hesablanır:



τix =

burada ttx - texniki xidmətin korreksiya edilmiş əmək

tutumu, adam-saat;

Px - xətdə eyni vaxtda işləyən texnoloji lazım olan

fəhlələrin ümumi sayı;

tp - avtomobilin konveyer vasitəsilə postda-posta

yerdəyişmə - hərəkət vaxtıdır, dəq.

Burada xətdə işləyən fəhlələrin sayı aşağıdakı ifadə ilə təyin edilir: Px = x ∙ Por ,

burada x - axın xəttində nəzərdə tutulan postların sayı;

Por - bir postda eyni müddətdə işləyən fəhlələrin

sayının orta qiymətidir.

Beləliklə, axın xəttinin taktı

τix = ,

ifadəsi ilə də təyin edilə bilər.

Axın xəttində postların sayı (x) xidmətin növü üzrə işlərin məzmunundan, texnoloji ardıcıllığından, ixtisaslaşma dərəcəsindən və iş həcmindən asılı olaraq qəbul edilir. Bu məqsədlə hər bir post üçün texnoloji xəritə tərtib edilir.

Xəritədə avtomobilin aqreqat və sistemləri üzrə görüləcək xidmət növünün bütün əməliyyatları əks olunur. Texnoloji xəritə əsasında postlar üzrə görüləcək işlər xidmətin əmək tutumuna, işin ixtisaslaşdırılmasına, yerinə yetirilmə- texnoloji ardıcıllığına görə qruplaşdırılır.

TX xəttində eyni müddətdə çalışan fəhlələrin ümumi sayı

5-7 nəfərdən az olmamalıdır.

Axın xəttinin taktı təyin edilərkən bir postda eyni müddətdə çalışan fəhlələrin sayı tam ədəd olmaya da bilər. Lakin x . Por hasili tam ədədə yaxın olmalıdır.

Məsələn, axın xəttində postların sayi x = 4 və bir postda eyni müddətdə çalışan fəhlələrin orta sayı Por = 2 olarsa, axın xəttində çalışan fəhlələrin ümumi sayı:



Px =x ∙Por =4∙2 =8 eləcə də,

x =3Por =2,3 olarsa,



Px = x Por =3 ∙2,3 =7 qəbul edilə bilər.

Yəni axın xəttində postların taktları bir-birinə bərabər olmalıdır. Başqa sözlə,



τ1 = τ2 = τ3 = τ4 = τx - şərti təmin edilməlidir.

Axın xəttində konveyerdən istifadə edildikdə avtomobili postdan-posta hərəkət-yerdəyişmə müddəti aşağıdakı ifadə ilə təyin edilə bilər:



tp = ,

burada Vk = 10 15 m/dəq. fasiləli axın xəttində konveyerin hərəkət sürəti; a - ardıcıl postlarda avtomobillər arasındakı məsafədir, a = 1,2 - 2,0 m qəbul edilir .

Axın xətlərinin sayı aşağıdakı ifadə ilə təyin edilir:
m = = ∙
Texniki xidmətin axın xətlərinin sayını bir xəttin buraxma qabiliyyətinə (Nx) görə də təyin etmək olar:
Nx = , m = ∙

Texniki xidmətin axın xətlərinin sayınının təyin edilmə- sində Px-ın qiymətini elə seçmək lazımdır ki, τix / Ri nisbəti tam ədəd və ya tam ədədə yaxın rəqəm olsun.Bu qiymət tam ədəddən böyük olmamalıdır. Əks halda x və Por - un qimətləri dəyişdirilməklə yenidən hesabat aparılmalıdır.

Misal: Orta sinif minik avtomobillərinə texniki xidmət işlərini yeinə yetirmək üçün (TMP) axın xəttinin hesabı.

Verilir: Tn = 7 saat, C =1, sutka ərzində texniki xidmət keçən avtomobillərin sayı Nıis = 17, korreksiya edilmiş əmək tutumu ttx = 3,2 adam-saat.

1. İstehsalın ritminin təyini:
Rtx = = = 24,7 dəq.

2. Konveyerin hərəkət sürətini seçərək avtomobillərin postdan-posta keçid müddətini təyin edirik:



Vk = 12 m/dəq, a = 1,2 m .

tp = = 0,5 dəq.

3. Xəttin taktının təyin edilməsi:

Postların sayı p = 3, bir postda eyni vaxtda çalışan fəhlələrin sayı Por = 3 qəbul edilir,
τix= + tp = + 0,5 = 21,83 dəq.

4. Xətlərin sayının təyin edilməsi


mi = = = 0,88.

Əgər TX xəttinin sayını 1 qəbul etsək, onda işçilərin iş müddətinin 12%-i istifadəsiz olacaq. Ona görə də bir postda eyni müddətdə işləyən fəhlələrin sayını azaldıb, taktı yenidən hesablamaq lazım gəlir:



Por = 2,66 qəbul edib xəttin taktını təyin edirik,
τix = + tp = + 0,5 = 24,56 dəq.

Onda xətlərin sayını

mi = = =1,0 dəq.

qəbul etmək olar. Bu halda xətdə çalışan fəhlələrin sayını isə



Px = p ∙ Por = 3 ∙ 2,66 = 8 nəfər qəbul edə bilərik.

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə