H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi


Avtoxidmət müəssisələrində istehsal prosesinin təşkili



Yüklə 1,41 Mb.
səhifə32/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

8.3. Avtoxidmət müəssisələrində istehsal prosesinin təşkili
Bütün xidmət stansiyalarında, o cümlədən avtoservislərdə, istehsal prosesi əsasən vahid funksiyonal sxem üzrə təşkil edilir. Satış üçün servisə gətirilən avtomobillər, əvvəlcə təzə avtomobillərin saxlanma yerinə , sonra isə satışqabağı hazırlıq-xidmət zonasına gətirilir. Yoxlanılan və satış üçün hazırlanan avtomobil gözləmə zonasına, sonra isə maqazinə daxil edilir.

TX və təmir üçün servisə daxil olan avtomobillər, əvvəlcə yumadan keçir, sonra qəbul zonasına keçirilərək texniki vəziyyəti, görüləcək işin həcmi və qiyməti müəyyən edilir.

Qəbul edilmiş avtomobillər görüləcək işlərin xarakterindən asılı olaraq müvafiq zonalara göndərilir. TX və təmir işləri növbəlik əsasında yerinə yetirilir.

Avtomobillərin texniki vəziyyətinin yoxlanması-nasazlığın müəyyən edilməsi müasir portatip diaqnostik cihazlar vasitəsi ilə yerinə yetirilir.

Xidmət və ya təmir işləri başa çatdırıldıqdan sonra avtomobil təhvil vermə sahəsinə daxil olur.

Texniki xidmət və ya təmir keçmiş avtomobil sahibinə təhvil verilməzdən əvvəl texniki nəzarətçi tərəfindən qəbul edilir.Əgər TX və təmir işləri keyfiyyətsiz yerinə yetirilmişsə, onda avtomobil sahibi stansiyaya öz narazılığını reklamasiya şəklində bildirir. Stansiyada görülən işlərin zəmanət müddəti TX üzrə 10 gün, CT üzrə 30 gün, kuzovun rənglənməsi üzrə 6 ay müəyyən edilmişdir.

Avtoservislərdə adətən avtomobillərə bütün növ texniki xidmət və cari təmir işləri yerinə yetirilir, iri stansiyalarda isə aqreqatların əsaslı təmiri də aparılır. Aşkar edilən nasazlıq avtomobil sahibi ilə razılaşdırıldıqdan sonra aradan qaldırılır. Stansiyalarda aqreqatların əsaslı təmiri fərdi üsulla aparılır.

Təmir zamanı boş dayanmaları azaltmaq üçün qeyri- mənsublu təmir üsulundan istifadə edilə bilər. Yəni nasaz aqreqat və ya düyün təzəsi ilə əvəz edilir. Lakin bu halda məsələ avtomobil sahibi ilə razılaşdırılmalıdır.

Xidmət stansiyalarında TX və CT işlərinin təşkilində universal və ixtisaslaşdırılmış postlar üsulundan istifadə edilir.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə