H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi



Yüklə 1,41 Mb.
səhifə31/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

8.2. Zəmanət müddətində və sonra

avtomobillərə xidmətin təşkili
Avtomobillərə zəmanət müddətində texniki xidmət və təmirin təşkili “Əsasnamə”də göstərilib və müvafiq qaydalar əsasında yerinə yetirilir.

Bu qaydalara əsasən minik avtomobillərini istehsal edən zavodun və avtomobillərə, onların aqreqat və komplektlilik ləvazimatına zəmanətli istismar dövründə, zəmanətli xidmət göstərən müəssisələrin funksiyaları və məsuliyyəti müəyyən edilir.

Zəmanətli xidmət texniki xidmət və zəmanətli təmir işlərindən ibarət olur.

Zəmanətli yürüş dövründə istehsal edən zavod tərəfindən reqlamentləşdirilmiş texniki xidmət növlərindən əlavə reklamasiyanın yaranmasına səbəb olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üçün, aqreqat, mexanizm və sistemlərin vəziyyətlərinə nəzarət də nəzərdə tutulur. Göstərilən nasazlıqlar zəmanətli təmirlə aradan qaldırılır.

Avtoservisdə texniki xidmət sahibin nağd ödəmələri ilə həyata keçirilir.

Texniki xidmət işlərinin həcminə, istehsal edən zavod tərəfindən verilən göstəriş əsasında, yerinə yetirilən və zavod tərəfindən ödənilən ayrıca diaqnostik və ya profilaktik işlər də əlavə edilə bilər.

Zəmanətli təmir avtomobillərin istismar mərhələsində, avtomobillərin istismar qaydalarının əməl olunması şərti ilə, avtomobillərin keyfiyyətinin təmin edilmə vasitəsi olub, istehsal edən zavod tərəfindən yerinə yetirilir.

Avtomobillərin zəmanətli xidmətinin təşkili avtoservisin zəmanətli təmir şöbəsi tərəfindən həyata keçirilir.



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə