166
əkin, qulluq və yığım üsulu da mexanikləşdirilmişdir ki, bu da çiçək
qrupu məhsuldarlığını hektardan 50 sen-ə, yağ çıxımını isə 45-50 kq-
a çatdırmağa imkan verir.
Lavandanın sənaye texnologiyası ilə becərilməsinin əsas həlqə-
ləri torpağın əsas becərilməsi, çoxillik alaqlardan təmizlənməsi, güb-
rələrin verilməsi və plantaj şumunun aparılmasıdır.
Əgər şum köhnə plantasiyada aparılacaqsa yığımdan sonra la-
van
danın yerüstü hissəsi torpaq səthindən 0-6 sm hündürlükdə biçilib
götürülür. Gələn ilin yazında, kökümsov gövdəli alaqlar kütləvi
cücərdikdə raundap herbisidi ilə 4,0-6,0 kq/ha normasında (başqa
herbisidlərlə də olar) çiləmə aparılır. Alaqlar məhv edildikdən 10-15
gün sonra mineral gübrələr (superfosfat 8 kq/ha) və peyin (40-60
ton/ha) verilir və sonra ППУ-50А markalı plantaj kotanı ilə 40-45 sm
şum aparılır. Aparılmış şum ЧКУ – 4М markalı qurğu ilə hamarlaş-
dırılır.
Mil kök sistemli sələf bitkilərindən sonra lavanda əkiləcəksə
məhsul yığıldıqdan sonra 5-6 sm dərinlikdə üzləmə aparılır. Alaqlar
kütləvi cücərdikdən 10-15 gün sonra raundap və ya onun analoqu
olan herbisidlərdən biri ilə çiləmə aparılır. Avqust ayında üzvi və mi-
ne
ral gübrələr səpilib dərhal da plantaj şumu aparılır və şum hamar-
lanır. Əgər plantaj şumu payızda aparılarsa, erkən yazda malalama
apa
rılır.
İstər köhnə lavanda sahəsində, istərsə də mil köklü sələf bitki-
lərindən sonra əkilən sahədə sonrakı torpaq becərmə işləri 1-2 dəfə
herbisid çilənməsi (2,4 D amin duzu 2,0 kq/ha) qanqal və birillik
alaq
ların rozetləri əmələ gəldikdə herik kultivatoru ilə 2-3 dəfə
kultivasiya və səpin qabağı dərin yumşaltma aparılır. Bu məqsədlə
əkinə 10-15 gün qalmış ЧКУ – 4М markalı qurğu ilə yumşaltma
aparılır. Əkin payızda oktyabr-noyabr aylarında aparılır.
Yığım. Lavanda bitkisi texniki yetişkənliyə 17-20 gün davam
edən çiçəkləmə fazasında çatır. Kolun üzərindəki çiçəklərin 50%-ə
yaxını açıldıqda lavanda yığımına başlanır. Yığım LUM-2 “Krım”
ma
şını ilə aparılır. Bu maşının kəsici alətləri elə nizamlanır ki, ancaq
bitki üzərindəki çiçəklər kəsilib götürülsün. Lavanda çiçəkləri təzə
halda emal edilir.
167
2. 9.
ADİ MƏRSİN
İstifadəsi. Mərsindən alınan efiryağları ətriyyat sənayesində isti-
fadə edilir. Yarpaqları və meyvələri Aralıq dənizi ölkələrinin məbəx-
lərində (kulinariyada) ədviyyə vasitəsi kimi işlədilir. Mərsini ət və
balıq şorbalarına, pörtlədilmiş mal və donuz ətlərinə, dəniz balıqları-
nın qaynadılmış ətlərinə əlavə edirlər.
Adi mərsin gözəl dekorativ bitkidir. Onun özünəməxsus gözəl
ətri və böyük fitonsid aktivliyi vardır. Mərsini otaq şəraitində də be-
cərmək olar.
Müalicəvi xüsusiyyətləri. Mərsindən alınan efir yağı rəngsiz və
ya yaşılımtıl-sarı rəngli maye olub, xoşagələn təravətli iyə və yan-
dırıcı dada malikdir. Bu yağın tərkibində α-pinen, dipekten, kamfen,
sineol, mirtenol, qeraniol, nerol, kamfor
a və aldehidlər vardır. Mər-
sinin yarpaqlarında qatranlar, aşı maddələri, zülal, acı maddələr və s.
vardır.
İtaliyada mərsinin yarpaqları mədə, qaraciyər və beyin xəstəlik-
lərində istifadə olunur. Bolqarıstan, Fransa və bir sıra başqa ölkələrdə
mərsinin efir yağı antiseptik, tonuslaşdırıcı və sdikqovucu vasitə kimi
məsləhət görülür. Onu xroniki bronxit, tonzilit, qanqrena (toxuma-
ların çürüməsi) ağciyər vərəminin ilkin fazasında, ürək və mədə
zəifliyində, bədən boşluğuna su yığılması (hidrosos, vadyanka), sidik
kisəsinin soyuqlaması, böyrək ləyənciyi və süzənək xəstəliklərində
də istifadə edirlər.
Xalq təbabətində meyvələri, yarpaqları və cavan budaqları isti-
fadə olunur. Yarpaqlarından hazırlanmış məlhəm (maz), toz (ovun-
tu), həlim, yaralarda, çibanlarda, yanıqlarda, gözdəki və qulaqdakı
irinli yaralarda, vərəmdə, xroniki bronxitdə, qanlı ishalda (dizen-
teriya), qanazlığı və bir çox başqa xəstəliklərdə istifadə edilir.
Yarpaqdan alınmış şirə (cövhər) sümük qırıqlarında bitişməni
sürətləndirmək üçün, meyvəsində alınan cövhər isə kəpək əleyhinə
vasitə kimi tətbiq edilir.
Mənşəyi və yayılması. Mərsinin vətəni Aralıq dənizi ölkələridir.
Yabanı halda Fransanın cənubunda, İspaniya, İtaliya, Əlcəzair, Kipr
və Kiçik Asiyada rast gəlinir. Onu dekorativ, ədviyyat və efiryağlı
168
bitki kimi bir sıra Qərbi Avropa ölkələrində, Hindistanda, Efiopi-
yada, Somalidə və b. ölkələrdə mədəni şəkildə becərilir. Mərsinin
qışa davamlığı zəif olduğundan geniş yayılmamışdır. Ən çox əkinləri
Krımın cənub sahil subtropik zonasında (Qruzufdan Forosa qədər),
Qafqazın Qara dəniz sahillərində (Soçidən Suxumiyə qədər) və Ab-
şeron yarımadasında (Mərdəkan) rast gəlinir. 1985-ci ildə nisbətən
qışa davamlı mərsin nümunələri yaradılmış və mədəni hala keçiril-
mişdir. Bu nümunələr yüksək dekorativ, aromatik və antimikrob
təsirlərə malikdir.
Botaniki xüsusiyyətləri. Adi mərsin ( Myrtus communis L.) 2
metrə qədər hündürlükdə həmişəyaşıl kol bitkisi olub mərsinkimilər
( Myrtaceae
) fəsiləsinə daxildir. Yarpaqları qarşı-qarşıya düzülmüş,
qa
lın qabıqlı, qısa saplaqlı, tünd yaşıl rənglidir. Çiçəkləri ağ rəngli,
xırda, ikicinsli olmaqla yarpaq qoltuqlarında tək-tək yerləşir. Çiçək
sap
lağı nazikdir
(r
əngli şəkil 35).
Meyvəsi dairəvi və ya yumurta-
varı (ellipisvari) formalı, noxud böyüklüyündə göyümtül-qara və ya
ağ rəngli giləmeyvədir. Hər meyvədə 15-ə qədər toxum əmələ gəlir
Bioloji xüsusiyyətləri. Mərsinin böyüməsində yaz-yay və yay-
payız dövrləri ayırd edilir. Birinci dövr Krımın cənub sahillərində
aprelin ikinci yarısında, mayın əvvəllərində başlayır və 15-20 iyulda
başa çatır. İkinci dövr isə avqustun axırları, sentyabrın əvvəllərində
başlayıb oktyabrda başa çatır. Mərsin həyatının üçüncü ilindən başla-
yaraq iyul ayında çiçəkləyir. Toxumları oktyabrın axırında yetişir. -
11-12
0
C qısamüddətli şaxtalara dözür. Bitkinin yerüstü hissəsi şaxta-
dan məhv olsa da yazda kök boğazından yenidən inkişaf edir.
Mərsin üzvi və mineral gübrələrə həssasdır. Yüngül qranulomet-
rik tərkibli torpaqlarda yaxşı bitir. Ağır gilli torpaqlara dözmür.
Çoxaldılması və aqrotexnikası. Mərsin toxumlarla və vegetativ
üsulla –
birillik zoğlardan hazırlanmış çilinglərlə çoxaldılır. Çiliklər
zoğun aşağı yarpaqlarının yerləşdiyi tumurcuqdan aşağı olmaqla kə-
silir. Çilik
üzərindəki yarpaqlar (yuxarıdakılardan başqa) əsasından
kəsilir. Yuxarıdakı yarpaqlar isə yarıdan kəsilib qısaldılır. Çilik ha-
zırlamağın və əkməyin ən yaxşı vaxtı iyulun axırı, avqustun əvvəli
budaq
ların yay böyüməsinin başa çatdığı vaxt hesab olunur. Çilikləri
vegetasiyanın sonunda da (noyabrın axırında) hazırlamaq olar. Çilik-
Dostları ilə paylaş: |