H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə51/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   47   48   49   50   51   52   53   54   ...   66

172 
 
timal temperatur 20-30 
0
C-
dir. Cücərmə üçün torpaqda kifayət qədər 
nəmlik olmalıdır. Bitkini həm toxumla, həm də şitilləri ilə çoxaltmaq 
olar.  
Mərzə  üzvi  və  mineral  gübrələrə  həssasdır.  Payızda  hər  hektar 
torpaq  altına  200-300 kq azot, 250-300 kq fosfor, 200-250 kq ka-
liuml
u  gübrələr  verilməlidir.  Birbaşa  torpaq  altına  peyin  verildikdə 
yarpaqlarda  acı  maddələrin  toplanmasına  səbəb  olur.  Ona  görə  də 
peyinin  sələf  bitkisi  altına  verilməsi  məsləhətdir.  Mərzə  üçün  ən 
yaxşı sələf bitkisi kartof hesab edilir. 
Sələf bitkisinin məhsulu yığıldıqdan sonra yaz səpini üçün və ya 
şitillə əkin üçün torpaq  diqqətlə 22 -25 sm dərinliyində şumlanma-
lıdır. Payızda əmələ gəlmiş alaqları məhv etmək üçün torpaq yumşal-
dılmalıdır.  Yazda  sahə  dırmıqla  düzəldilir,  torpağın  yuxarı  qatı  3-4 
sm  dərinlikdə  dırmıqlanır,  sonra    yenə  diqqətlə  hamarlanıb,  kipləş-
dirilir. Səpin yaxşı nəmliyi olan torpaqlarda şırımlarla, 1 sm-ə qədər 
d
ərinlikdə aparılır. Şırımların kənarlarına toxum düşməsinə yol veril-
məməlidir.  Cərgələrarası  məsafə  30-40  sm,  səpin  norması  isə  hər 
kvadrat metrə 0,3-0,5 qram götürülür. Toxum o vaxt səpilməlidir ki, 
torpaqda 8-12 
0
C-
yə qədər temperatur olsun. Şırımlarda kifayət qədər 
nəmlik olduqda toxumlar 5 günə cücərir. 
Şitil  almaq  üçün  toxumlar  parniklərdə  və  parnik  yeşiklərində 
martın axırı-aprelin əvvəllərində səpilir. Bərabər çıxışlar almaq üçün 
6-
7 gün vaxt tələb edilir. Şitillər 20-25 
0
C temperatur şəraitində becə-
rilir.  Parnik  torpağı  diqqətlə  hazırlanmalı,  (yeşiklərə  şitil  əkiləcək 
sahədən  gətirilmiş  torpaq  doldurulmalıdır)  kipləşdirilməli  və  bir-
birindən  10-15  sm  aralı  şırımlar  açılmalıdır  ki,  yaxşıca  və  bolluca 
suvarıla bilsin. Toxumlar torpağa basdırılmadan  hər m
2
-
ə 0,03-0,05 
qram normasında səpilməli, üzəri isə qəzetlə və ya plyonka ilə örtül-
məlidir ki, yüksək nəmlik şəraiti yaranmış olsun. Cücərtilər alınana 
qədər heç bir suvarma və qulluq işləri aparılmamalıdır. Birinci həqiqi 
yarpaq əmələ gəldikdən sonra pikirovka (şitilləmə) aparılmalı, şitillər 
5x5 sm qida sahəsində əkilməlidir.  
Şitilləri 5x5 sm ölçülü qidalı kubiklərdə (qablarda) da becərmək 
olar. Kubiklər yeşiklərə və ya parnikə qoyulmaqla diqqətlə sulanma-
lıdır. 


173 
 
Kubikin ortasında barmaqla kiçik çala (oyuq) açılır, ora 2-3 to-
xum qoyulub barmaqla torpağa sıxılır. Kubiklərin üzəri də qəzet və 
ya  plyonka  ilə  örtülür  ki,  nəmlik  itməsin.  Belə  şəraitdə  5  gündən 
sonra cücərtilər alınır. Şitillərə adi qaydada qulluq edilir. Əkinə 10-
12 gün qalmış onu möhkəmləndirirlər yəni açıq sahəyə uyğunlaşdı-
rırlar. Şitilləri (kubikləri) açıq sahəyə may ayının ortalarında 20x40 
sm qida sahəsi verilməklə əkirlər. Əkin vaxtı şitillərdə 3-4 əsl yarpaq 
əmələ  gəldikdən  sonra  seyrəltmə  aparılmalı  və  hər  metr  sahədə 
(paqonmetrdə) 6-8 ədəd bitki saxlanılmalıdır. 
Yığım.  Becərmə  bölgəsindən  asılı  olaraq  vegetasiya  ərzində 
mərzə  sahəsində  1-3  dəfə  yığım  aparıla  bilər.  Birinci  yığım  kütləvi 
çi
çəkləmə dövründə aparılır. Sonrakı  yığımlar isə bitkinin böyümə-
sindən  asılıdır.  Bitkinin  yaxşı  budaqlanmış  hissəsi  kəsilir,  kölgə  də 
çardaq  altında  ləmələrdə  (stelajlarda)  və  ya  dərz  şəklində  bağlanıl-
maqla qurudulu
r.  Hektardan  quru  ot  məhsuldarlığı  0,8-1,2  tona  qə-
dərdir. Toxumun yığılmasına kütləvi çiçəkləmədən 60 gün sonra baş-
la
nılır. Toxumluq sahələr biçilməyib ayrıca saxlanılır. Toxum məh-
suldarlığı hər kv. metrdən 10 qrama (100 kq/ha) qədərdir. 
 
2.11. BALLI   
NANƏ  
 
Əhəmiyyəti.  Ballı  nanə  (Melissa)  meteorizm  zamanı,  mədə  və 
bağırsaq spazmalarında müalicəvi təsir göstərir, əsəb sistemini sakit-
ləşdirir,  iştahanı  artırır.  Soyuqdəymə  qrip  zamanı  da  istifadə  edilir. 
Xalq  təbabətində  ballı  nanədən  hazırlanmış  cövhər  yuxusuzluğu 
aradan qaldırır, nevralgiya, təngənəfəslik, asma, qanazlığı və s. xəstə-
liklər  zamanı,  qadın  xəstəliklərində,  tərgətirici  və  işlətmə  dərmanı 
kimi  istifadə  olunur.  Ballı  nanə  ürək  ağrılarını  götürür,  taxikardiya 
sancmalarını  yumşaldır,  qan  təzyiqini  aşağı  salır.  Tərkibindəki  efir 
yağının  əsas  komponentləri  sitronellal,  qeraniol,  sitral,  linalol,  aşı 
mad
dələri və qatrandır.  
Botaniki  təsviri.  Ballı  nanə  (melissa,  limonotu,  badrənc)  kö-
kümsov 
gövdəli,  çoxillik  ot  tipli  bitki  olub  qaymaqçiçəyikimilər  
(Ranunculaceae
fəsiləsinə  daxildir.  Gövdəsi  120  sm-ə  qədər  hün-
dürlük
də, dörd tilli, tükcüklükdür. Yarpaqları  yumurtavarı, saplaqlı, 


174 
 
qarşı-qarşıya (suprotiv) düzülüşlü, kənarları iri mişardişlidir. Tutqun 
mavi və ya açıq sarı çiçəkləri yarım köbə şəklində yarpaq qoltuqla-
rında inkişaf edir. Çiçək qrupu spiral şəkilli budaqlanan formalı 20-
40 sm uzunluqda olur. Meyvəsi qonur-qəhvəyi  rəngli  dördbucaqlı, 
bir toxumlu qozcuqdur. 1000 ədəd toxumunun kütləsi 0,5-0,8 qram-
dır
 (r
əngli şəkil 37).
  
 
Bi
oloji  xüsusiyyətləri.  Ballı  nanə  işıqsevən  bitkidir.  Kölgə 
şəraitində  yarpaqlarında  efir  yağlarının  miqdarı  azalır  və  bitki  az 
ətirli olur. İstiliyə tələbat göstərir. Toxumlarının cücərməsi üçün 10-
12 
0
C  istilik  lazımdır.  İnkişafı  üçün  optimal  temperatur  20-25 
0

hesab  edilir.  Soyuğadavamlı  bitki  hesab  olunur,  ancaq  bəzən  onu 
şaxta  vura  bilir.  Ona  görə  də  əkinlərinə  avqust  ayında  fosforlu-
kalium
lu  gübrələr  verilir,  qışda  isə  torfla,  çürümüş  peyinlə  və  ya 
kom
postla mulçalama (üzərini örtmə) aparılır. 
Ball
ı  nanəni  növbəli  əkində  qara  herikdə,  payızlıq  dənli-taxıl 
bitkilərindən  və  başqa  tezyığılan  bitkilərdən  sonra  və  eyni  yerdə 
yerləşdirmək olar. 
Aqrotexnikası.  Torpağın  əsas  becərilməsi  ümumi  qəbul  olun-
muş qaydada - dondurma şumu edilməklə aparılır. Ballı nanə torpağa 
çox  da  tələbkar  deyil.  Yüngül  strukturlu  münbit,  zəif  turş  neytrala 
yaxın  turşuluqlu  torpaqlarda  yaxşı  bitir.  Gübrələrin  səpilməsinə  və 
yemləmə  gübrələrinə  həssaslıq  göstərir.  Əsas  şum  altına  çürümüş 
peyin, çürüntü və ya başqa üzvi gübrələr verilir. Ağır gilli torpaqlara 
qum əlavə edilir. Yaz əkinlərində yaxşı olar ki, gübrələr yaz becər-
məsi zamanı verilsin. Toxumlarla, çiliklə və vegetativ yolla (kolların 
bölünməsi) çoxaldılır. 
Payızda  ballı  nanənin  kökümsovlarını  8-10  sm  dərinlikdə,  cər-
gəarası 45 sm olmaqla basdırmaq olar. Toxumla, şitillə və köklərin 
bölün
məsi  yolu  ilə  yazda  artırılır.  Toxumları  cərgəvi  üsulla  2-3 sm 
dərinliyə basdırılır. Səpin norması 6-8 kq/ha-dır. Toxumlar cücərmə 
qabiliyyətini 2-3 il saxlayır. Şitilləri və bölünmüş kolları 60-70 x 25-
30 sm sxemində əkilir. 
Əkinə  qulluq.  Ballı  nanənin  əkinlərinə  qulluq  vaxtlı-vaxtında 
cərgəaralarında  torpağın  yumşaldılması,  cərgələrdə  alaqların  vurul-
ması və suvarmanın aparılmasından ibarətdir. Lazım olduqda mineral 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə