181
Qızılgülün calaq edilməsi meyvə ağaclarında olduğu kimidir.
Ar
tırılacaq sortun birillik zoğlarından yatmış tumurcuğu Avqust-Sen-
tyabr aylarında kəsib götürərək itburnunun kökboğazına və ya
bundan aşağıya calayırlar.
Qızılgülün əlverişli əkilmə dövrü Oktyabrın ikinci yarısı-Noyab-
rın əvvəlidir. Bəzi hallarda qışın isti küləklərində və ya yazda əkmək
mümkündür. Şitil elə əkilməlidir ki, onun kök boğazı torpaq səthin-
d
ən 3-5 sm dərində olsun. Əkəndən sonra şitillər suvarılır və dibi
doldurulur.
Erk
ən yazda şitillərin dibdoldurmasındakı torpaq təpəciyi yayı-
lır. Bütün budaqlar hərəsində 3-5 tumurcuq qalana qədər kəsilib,
qısaldılır. Bundan sonra lazım gəldikdə cərgələrarası becərilir. Əmələ
g
ələn qönçələr qoparılıb atılır, onların çiçəklənməsinə imkan veril-
mir. C
ərgələrarası Oktyabr ayının axırında becərilir; becərmədə tor-
paq kola yax
ınlıqda 10-12 sm, cərgənin ortasında isə 16-18 sm dərin-
likd
ə yumuşaldılır.
Qızılgülün ikinci il həyatında tarladakı becərmə texnologiyası,
erk
ən yaz budanması ilə başlayır. Bu zaman güclü zoğlar 1/2, 1/3
uzunluqda qısaldılır və zəifləri tamam kəsilib tullanır. Kol zəif
inkişaf etdikdə zoğlarında 3-5 tumurcuq saxlamaqla, qısaldılır və
onun yayda gül açmasına imkan verilməməlidir. Bundan sonrakı be-
c
ərmə texnologiyası cərgəarası becərmələrdən, alaqlarla mübarizə,
vegetasiya suvarmaları və s.- dən ibarət olur. Yaxşı inkişaf etmiş ikil-
lik qızılgül çiçəkləməyə buraxılır. Məhsul yığımından sonra da
c
ərgələrarası becərilir (10-12 sm dərinlikdə). Payızda isə kol ətra-
fında 10-12 sm, cərgələraralarının ortasında 18 sm dərinlikdə pərşum
edilir.
Qızılgül tarlası becərmə texnologiyasına daha tələbkardır. Əsas
bec
ərmələr-torpağın yumuşaldılması, mulçalanması, budama və di-
g
ər işlərdən ibarətdir. Yazda torpaq 10-12 sm, yayda 8-10 sm və
m
əhsul yığımından sonra 12-14 sm dərinlikdə becərilir. Qışqabağı
bec
ərmədə isə kolların ətrafı 10-12 sm, cərgənin orta hissəsi isə 16-
18 sm d
ərinlikdə işlənilməlidir.
Bec
ərmə texnologiyasının mühüm elementlərindən biri də kol-
ların budanmasıdır. Bu texnoloji üsul hər il payız-qış dövründə ye-
182
rin
ə yetirilir. Bu zaman boyverməsi dayanmış, quru, xəstə, cərgələ-
rarasından qırağa çıxmış zoğlar vurulur. Güclü budaqlar 60- 80 sm
hündürlükd
ə budanır, zəiflər isə kəsilib atılır. Boy budaqları onların
uzunluğunun 1/4 - 1/5 qədər qısaldılır. Kolun qalan budaq və zoğları
yer s
əthindən 130-140 sm hündürlükdə vurulur.
H
ər 2-3 ildən bir barverən qızılgül tarlasında cərgələr arası pa-
yızda pərşum edilir və oraya 20- 30 ton/ha normada peyin verilir.
H
ər il isə payız və yaz becərmələrində bitkilər mineral gübrələrlə
N
50
P
50
K
50
normada yeml
ənir. Yemləmə gübrəsi zolaq üsulu ilə 25-40
sm d
ərinlikdə verilir.
Qızılgülün ən qorxulu ziyanvericiləri - qızılgül qızılböcəyi, hö-
rümç
ək gənəciyi, mənənələr, yarpaqbükən, qızıl kəpənək: xəstəlik-
l
əri: unlu şeh, qara ləkəlilik və pasdır. Bunlarla mübarizə aqrotexniki
v
ə kimyəvi üsullarla aparılır. Cücü və yarpaqbükənə qarşı bitki yar-
paq
lamağa başlayanda bitoksibassilin (3 kq/ha) və ya entobakterinlə
(4 kq/ha)
əkinlər çilənir. Başqa ziyanvericilərlə əsasən fazalonla
mübariz
ə aparılır. Pas xəstəliyi ayırd edildikdə bitkilər polikarbasinin
0,4%-
li suepenziyası ilə işlənilir və ya sineblə (4 kq/ha) dərmanlanır.
M
əhsul yığımı. Yığıma maksimum miqdar çiçək açımında baş-
la
nılır. Qızılgülün qönçələri səhər tezdən saat 5-6 radələrində açır.
Ona gör
ə də çiçəklər gündüz saat 5-dən 10-a qədər əllə, 20-30 günə
yığılır. Yığılmış məhsul təzə şəkildə emal edilir.
2. 14. MONARDA
Tarixi və yayılması. Monarda ( Monarda) dekorativ-ədviyyalı
aromatik bitki olub acı nanə və melissa (ballı nanə, limonotu, bad-
rənc) bitkilərinə qohum bitki hesab edilir. Vətəni Şimali Amerikadır.
Burada o yabanı halda bitir. Avropa ölkələrində bu bitki haqqında
məlumatı İspan həkimi Nikolas Monardesin kitabından əldə etmişlər.
XIX əsrin əvvəllərində monarda bitkisini sitrus bitkisi olan berqamo-
tun ətrinə oxşar ətir verdiyinə görə efiryağlı bitki kimi becərməyə
başlamışlar.
Müalicəvi xüsusiyyətləri. Tədqiqatlar göstərmişdir ki, monarda-
nın tərkibində müalicəvi təsirə malik olan, çox mürəkkəb tərkibli
183
çoxlu (yüksək faizli) efir yağı vardır. Bu bitkinin yarpaqlarında, çi-
çəklərində həmçinin gövdəsində də efiryağları tapılmışdır. Bu yağlar
kəskin limon, sedra və başqa təravətli çalarlara malik ətir verir. Bun-
lar bitkini xəstəlik və zərərvericilərdən qoruyur, ətri isə həşəratları
cəlb edir ki, onlarda tozlanmanı təmin edirlər. Efir yağları bir çox
xəstəliklərin müalicəsində istifadə edilir. Yaltada alimlər müəyyən
etmişlər ki, monarda yağı, bronxial asma, xroniki bronxit, traxeit və
s. xəstəliklərin müalicəsində tətbiq edilir. O, yad hüceyrələri sıxışdı-
rır, qanı mühafizə edir, güclü antiseptik təsir göstərir. Yarpaq və
çiçək qruplarından alınmış yağ, sıyıq (horra) və cövhər (şok) sağal-
ma
yan yaraları, ekzemanı, çapıqları, cırmaq yerlərini sağaldır, saçda
kəpəyin əmələ gəlməsinin, qabıq soyulmasının qarsısını almağa kö-
mək edir. Yaraları sağaltmaq və ağrıları aradan qaldırmaq üçün
monarda
yarpağından hazırlanmış cövhər daxilə qəbul edilir, tünd
(qatı) cövhərlə yaralar yuyulur.
Yaralara təzə yarpaqların şirəsini sürtdükdə daha yaxşı effekt
alınır. Monarda sidikqovucu təsir göstərir, kapillyar qan damarlarının
divarlarını bərkidir, ürək damarlarını genişləndirir. O yüksək arterial
təzyiq zamanı qəbul edilir. O, qidaların mənimsənilməsini və mədə-
bağırsaq traktını yaxşılaşdırır.
Sort və hibridləri. Monarda cinsinin 15-ə yaxın növü vardır.
Onların içərisində birillik və çoxillik ot bitkiləri vardır. Bağça – bağ-
larda bəzək bitkisi kimi ən çox yayılan sort və hibridləri aşağıdakılar-
dır:
Uzun monarda ( M. fistulosa
) yabanı berqamot – hündürboylu
(1,2 metrə qədər), içi boş, boruşəkilli, bozumtul yasəməni-qırmızı
çiçəkləri olan bitkidir
(r
əngli şəkil 41).
Bitişik (qoşa) monarda ( M. didyma) arı berqamotu, qırmızı ber-
qamot -90 sm-
ə qədər hündürlükdən açıq-qırmızı rəngli çiçəkləri
olan bitkidir.
Limon iyli
(r
əngli şəkil 42)
monarda ( M. citriodora),
şırımlı
monarda ( M. pectinata
) hər iki bitkinin tutqun yasəmən rəngində
çiçəkləri vardır. Əvvəlki növbələrə nisbətən o qədər də çox çiçək
əmələ gətirmirlər. Hər iki bitkini adi həyatda “limonlu nanə” adlan-
dırırlar.
Dostları ilə paylaş: |