H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə54/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   50   51   52   53   54   55   56   57   ...   66

181 
 
Qızılgülün  calaq  edilməsi meyvə  ağaclarında  olduğu  kimidir. 
Ar
tırılacaq sortun birillik zoğlarından yatmış tumurcuğu Avqust-Sen-
tyabr  aylarında  kəsib götürərək  itburnunun  kökboğazına  və  ya 
bundan aşağıya calayırlar. 
Qızılgülün əlverişli əkilmə dövrü Oktyabrın ikinci yarısı-Noyab-
rın əvvəlidir. Bəzi hallarda qışın isti küləklərində və ya yazda əkmək 
mümkündür. Şitil elə əkilməlidir ki, onun kök boğazı torpaq səthin-
d
ən 3-5 sm dərində  olsun.  Əkəndən  sonra  şitillər  suvarılır  və  dibi 
doldurulur. 
Erk
ən  yazda şitillərin dibdoldurmasındakı torpaq təpəciyi yayı-
lır.  Bütün  budaqlar  hərəsində  3-5 tumurcuq qalana qədər kəsilib
qısaldılır. Bundan sonra lazım gəldikdə cərgələrarası becərilir. Əmələ 
g
ələn qönçələr  qoparılıb  atılır,  onların  çiçəklənməsinə  imkan veril-
mir. C
ərgələrarası Oktyabr ayının axırında becərilir; becərmədə tor-
paq kola yax
ınlıqda 10-12 sm, cərgənin ortasında isə 16-18 sm dərin-
likd
ə yumuşaldılır. 
Qızılgülün  ikinci  il  həyatında  tarladakı  becərmə  texnologiyası, 
erk
ən  yaz  budanması  ilə  başlayır.  Bu  zaman  güclü  zoğlar  1/2,  1/3 
uzunluqda  qısaldılır  və  zəifləri tamam kəsilib tullanır.  Kol  zəif 
inkişaf  etdikdə  zoğlarında  3-5  tumurcuq  saxlamaqla,  qısaldılır  və 
onun yayda gül açmasına imkan verilməməlidir. Bundan sonrakı be-
c
ərmə  texnologiyası  cərgəarası  becərmələrdən, alaqlarla mübarizə, 
vegetasiya suvarmaları və s.- dən ibarət olur. Yaxşı inkişaf etmiş ikil-
lik  qızılgül  çiçəkləməyə  buraxılır.  Məhsul  yığımından  sonra  da 
c
ərgələrarası  becərilir (10-12 sm dərinlikdə).  Payızda  isə  kol  ətra-
fında 10-12 sm, cərgələraralarının ortasında 18 sm dərinlikdə pərşum 
edilir. 
Qızılgül tarlası becərmə texnologiyasına daha tələbkardır. Əsas 
bec
ərmələr-torpağın  yumuşaldılması,  mulçalanması,  budama  və  di-
g
ər  işlərdən ibarətdir. Yazda torpaq 10-12 sm, yayda 8-10 sm və 
m
əhsul  yığımından sonra 12-14 sm dərinlikdə becərilir.  Qışqabağı 
bec
ərmədə isə kolların ətrafı 10-12 sm, cərgənin orta hissəsi isə 16-
18 sm d
ərinlikdə işlənilməlidir. 
Bec
ərmə  texnologiyasının  mühüm  elementlərindən biri də  kol-
ların budanmasıdır. Bu texnoloji üsul hər il payız-qış dövründə  ye-


182 
 
rin
ə yetirilir. Bu zaman boyverməsi dayanmış, quru, xəstə, cərgələ-
rarasından qırağa  çıxmış zoğlar vurulur. Güclü budaqlar 60- 80 sm 
hündürlükd
ə budanır, zəiflər isə kəsilib atılır. Boy budaqları onların 
uzunluğunun 1/4 - 1/5 qədər qısaldılır. Kolun qalan budaq və zoğları 
yer s
əthindən 130-140 sm hündürlükdə vurulur. 
H
ər 2-3 ildən bir barverən qızılgül tarlasında cərgələr arası pa-
yızda pərşum  edilir  və  oraya 20-  30 ton/ha normada peyin verilir. 
H
ər il isə  payız  və  yaz becərmələrində  bitkilər mineral gübrələrlə 
N
50
P
50
K
50
 normada yeml
ənir. Yemləmə gübrəsi zolaq üsulu ilə 25-40 
sm d
ərinlikdə verilir. 
Qızılgülün ən qorxulu ziyanvericiləri - qızılgül qızılböcəyi, hö-
rümç
ək gənəciyi, mənənələr, yarpaqbükən,  qızıl  kəpənək: xəstəlik-
l
əri: unlu şeh, qara ləkəlilik və pasdır. Bunlarla mübarizə aqrotexniki 
v
ə kimyəvi üsullarla aparılır. Cücü və yarpaqbükənə qarşı bitki yar-
paq
lamağa başlayanda bitoksibassilin (3 kq/ha) və ya entobakterinlə 
(4 kq/ha) 
əkinlər çilənir.  Başqa  ziyanvericilərlə  əsasən fazalonla 
mübariz
ə aparılır. Pas xəstəliyi ayırd edildikdə bitkilər polikarbasinin 
0,4%-
li suepenziyası ilə işlənilir və ya sineblə (4 kq/ha) dərmanlanır. 
M
əhsul yığımı. Yığıma maksimum miqdar çiçək açımında baş-
la
nılır.  Qızılgülün  qönçələri səhər tezdən saat 5-6 radələrində  açır. 
Ona gör
ə də çiçəklər gündüz saat 5-dən 10-a qədər əllə, 20-30 günə 
yığılır. Yığılmış məhsul təzə şəkildə emal edilir. 
 
2. 14. MONARDA  
 
Tarixi  və  yayılması.  Monarda  (Monarda)  dekorativ-ədviyyalı 
aromatik bitki olub acı  nanə və melissa (ballı nanə, limonotu, bad-
rənc) bitkilərinə qohum bitki hesab edilir. Vətəni Şimali Amerikadır. 
Burada  o  yabanı  halda  bitir.  Avropa  ölkələrində  bu  bitki  haqqında 
məlumatı İspan həkimi Nikolas Monardesin kitabından əldə etmişlər. 
XIX əsrin əvvəllərində monarda bitkisini sitrus bitkisi olan berqamo-
tun  ətrinə  oxşar  ətir  verdiyinə  görə  efiryağlı  bitki  kimi  becərməyə 
başlamışlar. 
Müalicəvi xüsusiyyətləri. Tədqiqatlar göstərmişdir ki, monarda-
nın  tərkibində  müalicəvi  təsirə  malik  olan,  çox  mürəkkəb  tərkibli 


183 
 
çoxlu (yüksək faizli) efir yağı vardır. Bu bitkinin yarpaqlarında, çi-
çəklərində həmçinin gövdəsində də efiryağları tapılmışdır. Bu yağlar 
kəskin limon, sedra və başqa təravətli çalarlara malik ətir verir. Bun-
lar  bitkini  xəstəlik  və  zərərvericilərdən  qoruyur,  ətri  isə  həşəratları 
cəlb  edir  ki,  onlarda  tozlanmanı  təmin  edirlər.  Efir  yağları  bir  çox 
xəstəliklərin  müalicəsində  istifadə  edilir.  Yaltada  alimlər  müəyyən 
etmişlər ki, monarda yağı, bronxial asma, xroniki bronxit, traxeit və 
s. xəstəliklərin müalicəsində tətbiq edilir. O, yad hüceyrələri sıxışdı-
rır,  qanı  mühafizə  edir,  güclü  antiseptik  təsir  göstərir.  Yarpaq  və 
çiçək qruplarından alınmış yağ, sıyıq (horra) və cövhər (şok) sağal-
ma
yan yaraları, ekzemanı, çapıqları, cırmaq yerlərini sağaldır, saçda 
kəpəyin əmələ gəlməsinin, qabıq soyulmasının qarsısını almağa kö-
mək  edir.  Yaraları  sağaltmaq  və  ağrıları  aradan  qaldırmaq  üçün 
monarda 
yarpağından  hazırlanmış  cövhər  daxilə  qəbul  edilir,  tünd 
(qatı) cövhərlə yaralar yuyulur. 
Yaralara  təzə  yarpaqların  şirəsini  sürtdükdə  daha  yaxşı  effekt 
alınır. Monarda sidikqovucu təsir göstərir, kapillyar qan damarlarının 
divarlarını bərkidir, ürək damarlarını genişləndirir. O yüksək arterial 
təzyiq zamanı qəbul edilir. O, qidaların mənimsənilməsini və mədə-
bağırsaq traktını yaxşılaşdırır. 
Sort  və  hibridləri.  Monarda  cinsinin 15-ə  yaxın  növü  vardır. 
Onların içərisində birillik və çoxillik ot bitkiləri vardır. Bağça – bağ-
larda bəzək bitkisi kimi ən çox yayılan sort və hibridləri aşağıdakılar-
dır: 
Uzun  monarda  (M. fistulosa
)  yabanı  berqamot  –  hündürboylu 
(1,2  metrə  qədər),  içi  boş,  boruşəkilli,  bozumtul  yasəməni-qırmızı 
çiçəkləri olan bitkidir 
(r
əngli şəkil 41).
 
Bitişik (qoşa) monarda (M. didyma) arı berqamotu, qırmızı ber-
qamot  -90 sm-
ə  qədər  hündürlükdən  açıq-qırmızı  rəngli  çiçəkləri 
olan bitkidir. 
Limon iyli 
(r
əngli  şəkil 42)
  monarda  (M. citriodora), 
şırımlı 
monarda  (M. pectinata
)  hər  iki  bitkinin  tutqun  yasəmən  rəngində 
çiçəkləri  vardır.  Əvvəlki  növbələrə  nisbətən  o  qədər  də  çox  çiçək 
əmələ gətirmirlər. Hər iki bitkini adi həyatda “limonlu nanə” adlan-
dırırlar.  


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə