H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə52/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   48   49   50   51   52   53   54   55   ...   66

175 
 
gübrələrlə  yemləmə aparılır. Gübrələrin forması  və miqdarı torpaq-
dakı qida maddələrinin miqdarından asılıdır. Əkin üçün soyuq külək-
lərdən qorunan, çox da aşağı olmayan yerlər seçilməlidir ki, bitki qışı 
yaxşı keçirsin. Ballı nanəni bir yerdə 4-10 il becərmək olar. Bitki çox 
tez kol əmələ gətirir ki, bu da ilkin yarpaqları istifadə etməyə imkan 
verir. 
Məhsul yığımı. Bitkinin yığılması kütləvi çiçəkləmə vaxtı (50-
70%  budaqlar  çiçəkləyəndə)  aparılır.  Yerüstü  hissə  torpaqdan  8-10 
sm  hündürlükdə  biçilir.  Məhsul  lavanda  yığan  ЛУМ-2А  markalı 
kombaynla aparılır. Kombayn olmadıqda adi otbiçənlərlə də biçmək 
olar.  Yığılmış  kütlə  dərhal  işlənməyə  göndərilir  və  tez  qurudulur. 
Onu qurutmaq üçün dərz halında bağlayaraq kölgə və havalanan (yel 
çəkən) yerlərdə asırlar.  
Bir  mövsümdə  bitkinin  inkişafından  asılı  olaraq  2-3  dəfə  biçin 
aparılır. Yaşıl kütlə məhsuldarlığı hektardan 220-250 sentnerə qədər, 
yağ çıxımı isə 30-75 kq/ha-ya qədərdir.  
 
2. 12. 
QARAÇÖRƏKOTU NİGELLA 
 
İstifadəsi.  Qaraçörəkotu  xuruşu  (yeməklərə  əlavə,  ədviyyə) 
kiçik, qara
,  qətrə  (damcı)  formalı,  acı,  büzüşdürücü,  şirin  acımtıl 
dad
lı  və  zərif  ətirli,  özündə  çiyələk,  qara  istiot,  muskat  qozu  ətrini 
bir
ləşdirən toxumlardan hazırlanır. 
Qaraçörəkotu  (nigella,  qara  zirə,  Roma  keşnişi  və  s.)  xuruşu 
(əlavəsi)  şərq  və  ərəb  ölkələri  mətbəxində  çox  sevilməklə  (istifadə 
edil
məklə) duru (birinci) yeməklərdə, salatlarda, bişirmələrdə, desert-
lərdə və içkilərin hazırlanmasında istifadə edilir.  
Qaraçörəkotu  xuruşu  tərəvəzlərin,  meyvə  və  giləmeyvələrin 
(xiyar, kələm, göy qabaq (kabaçki), pomidor, qarpız, alma və s.) du-
za və turşuya qoyulmasında da istifadə edilir. 
Türk, Hind, Ərəb və Orta Asiya ölkələrinin mətbəxində nigella 
(qaraçörəkotu) kökələrin, lavaşların və çörəklərin hazırlanmasında is-
ti
fadə edilir. Bununla yanaşı ondan çay dəmləyir, kofe, kampot hazır-
layır və spirtli içkilərə əlavə edirlər. 


176 
 
Qaraçörəkotunu  (nigellanı)  süddə  qaynadanda  südə  qəribə  dad 
verir. Nigella tərəvəzlərdən, paxlalılardan, ətdən, quş ətindən və ba-
lıqdan hazırlanmış souslara da əlavə edilir. Kükülər, musslar və piroq 
içkilərinə də nigella əlavə edildikdə unikal (nadir) dad verir. 
Nigella  xuruşu  başqa  xuruşlarla  (kərəviz,  qara  istiot,  şənbələ 
(Trigonella L.), 
zəncəfil, keşniş, hil, pişikotu və s.) da yaxşı uyğunla-
şa (qarışdırıla bilir). Qara zirəni (nigellanı) ağzı bərk bağlı şüşə qab-
larda sərin və qaranlıq yerlərdə bir ilə qədər saxlamaq olar. Nigella 
yağı (qara zirə, qara çörəkotu) moruq ətri verir və aşpazlıqda (mət-
bəxdə) istifadə edilir. 
Tibdə  istifadəsi.  Son  vaxtlar  qara  zirə  (nigella)  tibb  sahəsində 
də istifadə edilir. Tərkibində cavanlaşdırıcı, immunteti möhkəmlən-
dirici, əhvalı yaxşılaşdırıcı maddələr olduğundan deyirlər ki, o ölüm-
dən başqa hər dərdi sağaldır. Tədqiqatlar göstərmişdir ki, qara zirə-
dən alınan yağ özünün antibakterial təsirinə görə ən güclü antibiotik-
lərdən üstündür. Həmçinin onun tərkibində orqanizmi təmizləyən ye-
ni hüceyrələr əmələ gətirən maddələr vardır. Qara zirə (nigella) xu-
ruşu nəfəs  yolu xəstəliklərində, zökəm (qrip) xəstəliyində seliklərin 
tökülməsində istifadə olunur. 
Qara zirə qarında köp olduqda gözəl təsir göstərir. Ümumilikdə 
metabolizmi və həzmi yaxşılaşdırır, sidikqovucu, sarılıq əleyhinə və 
işlətmə dərmanı kimi təsir edir. 
Qara zirə dəmrov, sızanaq, yanıq, it dişləmə, ziyil, anadangəlmə 
ləkəlik, babasil kimi xəstəlikləri müalicə edir, saçların böyüməsini və 
dərinin ümumi vəziyyətini yaxşılaşdırır. 
Qara  zirə  böyrək  və  qaraciyər,  sidik  kisəsi  xəstəliklərində,  po-
daq
ra, radikulit və revmatizm zamanı da köməklik göstərir. Qara zirə 
ürək-damar  xəstəlikləri  zamanı  qəbul  edilən  dərmanların  tərkibində 
də qəbul edilir.  
Qara zirə görməni və yaddaşı yaxşılaşdırır, düşüncə qabiliyyətini 
tonuslasdırır, əsəb sistemini aktivləşdirir. Bütün başqa xuruşlar (əd-
viy
yatlar) kimi qara zirə xuruşu da həddən çox istifadə etmək olmaz. 
Yaxşı olar ki, onun qəbulunu həkiminizlə məsləhətləşəsiniz. 
Botaniki təsviri. Qara zirə (Nigella sativum) qaymaqçiçəyikimi-
lər (Ranunculaceae) fəsiləsinə daxil olan 40 sm-ə qədər hündürlükdə


177 
 
budaqlanan gövdəli, ot tipli bitkidir. Yarpaqları 2-3 sm, hissələrə bö-
lün
müş, çiçəkləri yaşılımtıl-mavi, meyvəsi qutucuq (qozcuq), toxum-
ları 1-2 mm olmaqla damcı (qətrə) formasını xatırladır (rəngli şəkil 
38-39).   
Qara zirənin vətəni cənubi-qərbi Asiya, Misir, Aralıq dənizi öl-
kələri hesab edilir. Qafqazda, Balkanlarda, Kiçik və Orta Asiyada və 
Hindistanda da becərilir. Qara zirənin adları içərisində bəzi romantik 
adlar da vardır.  Rusiyada onu əvvəllər “göylərin şahı”, “Veneranın 
saçı”, Britaniyada isə “dumanda sevgi” və “cəngəllik iblisi” adlandı-
rırlar.  
Qara  zirənin  tərkibində  unikal  maddələr:  piyli  yağlar,  efir  yağı 
(tərkibində  metanol  və  s.),  turşular  (muristin,  palma,  stearin,  olein, 
linol, araxis) beta-sitosterol, melatin lipaza, tokoferol, alkaloid, ase-
tilxolin, katexin, sitokoin, enziml
ər, zülal, şəkər, A, B, P  vitaminləri, 
kalium, kalsium, maqnezium, natrium, dəmir, mis, sink, fosfor, mi-
ner (silisium oksidi), bikarbonat vardır. 
Tarixi. 
Qara zirə yaxınlarda kəşf olunub və haqlı olaraq onu bü-
tün xəstəliklərin əlacı hesab edirlər. Qara zirə qədim Misir fironu Tu-
tan
xamonun  (b.e.ə.1332-1323-cü  illər)  qəbrində  tapılıb.  İbn  Sina 
özü
nün dərman nüsxələrində (reseptlərində) qara zirənin adını dəfə-
lərlə qeyd etmişdir. Qədim yəhudi bibiliyası Tanaxda (Vetxiy Zavet-
də) qara zirənin adı çəkilir. 
Ənənəvi  Hindistan  təbabəti  Ayurved  (Ayurved  sözü  qədim 
sanskrit  dilində  “ayus”  -  həyatın  əhəmiyyəti,  prinsipi,  uzunluğu  və 
“veda” - 
bilik sözlərinin birləşməsindən əmələ gəlmişdir) qara zirəni 
yüksək nüfuza çatdırmışdır. 
Böyük Karl Franklara 
qara zirəni öz tarlalarında əkməyə məcbur 
etmişdir  (Franklar  III  əsrdə  Reyn  çayı  axarında  yaşamış  qərbi  al-
man 
tayfaları qrupu). 
2. 13. 
EFİR YAĞLI  QIZILGÜL 
 
Xalq təsərrüfatı əhəmiyyəti. Gül yağı qızılgülün çiçəklərindən 
alınır. Çiçəkdə yağın miqdarı 0,1 - 0,22% olur. Qızılgül yağı üzə, bə-
dənə təravət və gözəllik vermək üçün işlədilən yüksək keyfiyyətli ət-


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə