H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə50/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   46   47   48   49   50   51   52   53   ...   66

169 
 
ləri istixanaya və ya parnikə 7-8 sm dərinlikdə 10 x 5 sm qida sahəsi 
verməklə basdırılır. 
Mərsin plantasiyası salmaq üçün gün düşən, soyuq şimal külək-
lərindən qorunan suvarılan sahələr ayrılır. 
Torpağın  hazırlanması  60-70  sm  dərinlikdə  plantaj  şumunun 
apa
rılmasından  başlayır.  Plantaj  şumu  altına  40-50 ton peyin, 500-
600 kq superfosfat, 200-
300 kq kalium gübrələri verilir. Yayda tor-
paq  alaqlardan  təmiz  və  yumşaq  saxlanılmalıdır.  Buna  nail  olmaq 
üçün hektara 400 kq ammonium sulfat ver
ilir. Mərsin daimi  yerinə 
payızda (oktyabr-noyabr) və ya yazda (aprel) 2,5 x 1,0 metr qida sa-
həsi verilməklə əkilir. 
Əkinlərdə sistematik olaraq 3-4 dəfə cərgəarası kultivasiya, 2-3 
dəfə cərgələrdə alaqların vurulması və suvarma işləri aparılır. Payız-
da 
dərin kultivasiya altına 400-500 kq/ha superfosfat, 200-300 kq/ha 
kalium duzu verilir. 
Məhsulun yığılması və saxlanması. Yarpaqlar 3-4 yaşı olanda 
yığılır.  Yığım  oktyabr-noyabr  aylarında  aparılır.  Kəsilmiş  budaqlar 
çardaq altında qurudulur, qurumuş  yarpaqlar budaqlardan ayrılır və 
kisələrə yığılaraq anbarlarda saxlanılır. Hektardan quru yarpaq məh-
sul
darlığı  2,5-3,0  tondur.  Mərsinin  yarpaqlarında,  meyvələrində  və 
cavan budaqlarında efir yağları vardır. Krımın cənub sahillərində be-
cərilmiş mərsin yarpaqlarında efir yağlarının  miqdarı quru kütləsinin 
1,8-2,2%-
nə qədər çatır. 
 
2. 10. 
BAĞ  MƏRZƏSİ 
 
İstifadəsi. Mərzənin xammalı otudur. Tam çiçəkləmə dövründə 
birinci çalımdan yığılır. İkinci çalım boy uzatma tədbiri kimi aparılır. 
Cavan,  yaxşı  yarpaqlamış  budaqlarında  və  çiçək  qruplarında  efir 
yağları vardır. Onlar rutin, askorbin turşusu, karotin və aşı maddələri 
ilə zəngindir. 
Mərzənin otu quru və təzə halda ətirli ədviyyat kimi kolbasa ha-
zırlanmasında,  xiyar  və  pomidorun  duza  qoyulmasında,  salatlarda, 
şorbalarda, balıq və tərəvəz yeməklərində (ikinci yeməkələrdə) istifa-
də edilir. Mərzədən alınan efiryağları isə ətriyyat-kosmetika sənaye-


170 
 
sin
də  istifadə  olunur.  Mərzənin  otu  tibbi  praktikada  mərkəzi  sinir 
sistemini sakitləşdirici kimi, mədə-bağırsaq fəaliyyətini sitimullaşdı-
ran vasitə kimi, iflic, asma, əsəb, xəstəliklərində, öyümə-qusma za-
ma
nı, qadınlarda aybaşı pozulmasında, rematizm və s. xəstəliklərdə 
tətbiq edilir. Mərzə həm də yaxşı balverən bitkidir.  
Yay aylarında mərzənin təzə göyü (göyərtisi) müxtəlif yeməklər-
də, şorbalarda, salatlarda ət yeməklərində istifadə edilir. Mərzə bütün 
yeməklərə xüsusi cazibə və orijinal dad verir. Göy soğan, mərzə, şü-
yüd və əvəlikdən, çox vitaminli bir salat alınır və orqanizmdə yaxşı 
mənimsənilir. 
Mərzənin bütün yerüstü hissəsi efir yağları ilə zəngin olduğun-
dan tibbin müxtəlif sahələrində, birinci növbədə isə aromaterapiyada 
istifadə edilir. 
Mərzinin efir yağı sarımtıl rəngli, şirintəhər dadlı, büzüşdürücü 
ətirli mayedir. Onun iyi optimizmin və öz gücünə inamın simvolu he-
sab edilir. 
Əgər otaq mütəmadi olaraq mərzə ətri ilə havalandırılsa əla ef-
fekt alınır və əsəb sisteminə xeyir edir. Aqresiya azalır, əsəblər sakit-
ləşir əhval-ruhiyyə yaxşılaşır, gümrahlıq və nəfəsalma yüksəlir. Daha 
yaxşı effekt almaq üçün yaxşı olar ki, ətirli lampalar (aromalampalar) 
istifadə olunsun. 
Mərzədən alınmış efir masaj vaxtı və ya müalicə kimi də istifadə 
etmək olar. Məsələn onu ostraxandroz, gərilmə və ayaqlardakı ağır-
laşmaları aradan qaldırmaq üçün tətbiq etmək olar. Bundan başqa o 
ev  şəraitində  kosmetologiya  üçün  də  yararlıdır.  Bu  efir  yağları  ilə 
ziyilləri, keratozları və qabarları aradan qaldırmaq olar. Bu yağdan 3-
4 damcı hər hansı bir bitki yağına əlavə etmək və müntəzəm olaraq 
problemli yerə sürtmək kifayətdir. 
Mərzədən  alınmış  efiryağlarını  saça,  üzə  və  bədənə  qulluq  va-
sitələrinə də əlavə etmək olar. Mərzə yağı əl və ayağa sürtüldükdə də 
yaxşı təsir edir. Onun müvafiq kremlərə və gellərə əlavə edilməsi əl 
və ayaq dərisini yumşaq, elastiki və gözəl edir. 
Mərzədən alınmış efir yağlarını apteklərdən, xüsusi salonlardan 
və internet mağazalardan almaq olar. Göründüyü kimi mərzənin təsir 
dairəsi  olduqca  genişdir.  Özünün  pozitiv  (müsbət)  təsirlərinə  görə 


171 
 
mərzə  başqa  xeyirli  bitkiləri  bir  neçə  dəfə  ötüb  keçir.  Mərzə  yağı 
hami
ləlik zamanı və bu yağlara qarşı allergiya olduğu hallarda isti-
fadə olunmamalıdır. 
Tarixi. 
Bağ mərzəsi (Majorana hortensis Moench) 4 mərzə nö-
vün
dən biri olub çox qədim zamanlardan Misirdə, Elladada (Yuna-
nıstan)  və  Romada  mədəni  şəkildə  məlum  idi.  Burada  o  ədviyyə, 
dərman  və  dekorativ  bitki  kimi  qiymətləndirilirdi.  Mərzə  cinsinin 
latın adı tərcümədə daimi, unudulmaz, əbədi, uzunömürlü mənasını 
verir. Bu ad ona çiçəyinin güclü və davamlı ətirli iyinə görə verilmiş-
dir. Aralıq dənizi ölkələrində mərzə qədim zamanlardan bağça-bağ-
larda becərilmişdir. Bağ mərzəsi adı da buradan götürülmüşdür. Hal-
ha
zırda Avropa, Asiya və Amerika kontinentində (qitələrində) geniş 
becərilir. 
Bağ mərzəsi Rusiyanın Avropa hissəsində birillik bitki kimi Orta 
Asiyada isə çoxillik bitki kimi becərilir. 
Botaniki təsviri. Bağ mərzəsi dodaqçiçəklilər (Labiatae) fəsilə-
sinə  (dalamazkimilər - Lamiaceae) daxil olan, birillik, ikiillik və ya 
çoxillik bitkidir. 
Kök  sistemi  milşəkillidir,  güclü  budaqlanır.  Gövdəsi  güclü  bu-
daq
lanan, aşağı hissədən oduncaqlaşmış, 50 sm-ə qədər hündürlükdə 
40 sm diametrdə olur
 (r
əngli şəkil 36).
  
 
Yarpaqları  xırda,  uzunsov  oval,  qarşı-qarşıya  və  ya  köbə  şək-
lində düzülmüş, bozumtul keçə rəngindədir. Çiçəkləri xırda, ağ və ya 
çəhrayı rəngli olmaqla gövdənin nəhayətində sünbül şəklində toplan-
mışdır.  Meyvəsi  kiçik,  dörd  toxumlu  qəhvəyi  rəngli,  güclü  ətirli 
qozacıqdır. 1000 ədəd toxumunun kütləsi 0,3 qrama  yaxındır. Bitki 
iyun-
iyul aylarında çiçəkləyir, sentyabrda meyvə verir. 
Bioloji  xüsusiyyətləri.  Mərzə  istiliksevən  bitki  olduğuna  görə 
onu  Rusiyanın  əksər  rayonlarında  (Krımın  cənubu  və  Orta  Asiya 
istisna olmaqla) birillik bitki kimi becərirlər. Toxumları qeyri-bəra-
bər  cücərti  verməsi  ilə  seçilir.  Vegetasiya  müddəti  150-180  günə 
qədər davam edə bilir. Qeyd edilir ki, kütləvi çiçəkləmədən 35 gün 
sonra  toplanmış  toxumları  40-60%, 50-60  gün  sonra  toplanmış  to-
xum
ları isə 80% cücərmə qabiliyyətinə malik olur. Toxumları cücər-
mə  qabiliyyətini  2-3  il  saxlayır.  Toxumlarının  cücərməsi  üçün  op-


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə