H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə53/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   49   50   51   52   53   54   55   56   ...   66

178 
 
ri
yyat maddəsidir. Bundan başqa, həmin yağdan əczaçılıq və  yeyinti 
sənayesində də geniş  istifadə olunur. 
Efir 
yağlı  qızılgülün  vətəni  İrandır.  Bizim  respublikada  da  qə-
dim
dən əkilsə də, sənayedə tətbiqi çox cavandır. Rusiyanın Krasno-
dar diyarında, Moldova, Azərbaycan və Gürcüstan ölkələrində becə-
rilir. 
 
Botaniki  təsviri  və  bioloji  xüsusiyyətləri.  Efiryağlı  qızılgül 
(Rosa  gallica L.)  çoxil
lik  koldur  və  aşağıdakı  iki  növü  məlumdur: 
qırmızı (Fransa, zeytuna oxşar) və çəhrayı (Qazanlıq, Dəməşq) qızıl-
gül.  Respublika
mızda  ən  çox  yayılanları  qırmızı qızılgül,  onun  hib-
ridləri və çəhrayı qızılgüldür 
(r
əngli şəkil 40).
   
Qızılgülün kök sistemi milvarıdır və torpağın 5 m dərinliyinə ki-
mi  işləyir.  Çoxgövdəli  olmaqla,  budaqlıdır.  1,5-2  m  hündürlükdə 
koldur,  yaşıl  və  ya  qırmızı-yaşıl  tikanlı  gövdəsi  vardır.  Yarpaqları 
göv
də üzərində növbə ilə yerləşir. İri kolunda 800-1000 ədəd çiçək 
əmələ  gəlməklə,  çiçəyində  60-120  ləçək  olur.  Ətraf  mühitdən  asılı 
olaraq, efiryağlı qızılgül 30-50 il ömür sürür. Bu dövrdə bitkinin bu-
daqları tez-tez dəyişir. Qızılgüldə iki tip çoxillik budaqlar: əsas və ya 
anac və boyu tükənən budaqlar mövçuddur. Beş tip birillik zoğları 
(boy-ve
rən, vaxtsız çıxan, yağlı, generativ və silleptik) vardır. Əsas 
və ya anac budaqlar 5-6 yaşda olub, üzərində güçlü inkişaf etmiş boy 
və generativ zoğları daşıyır. 
Boyu başa çatmış budaqlar - köhnə anac budaqlardır. Üzərində 
zəif inkişaf etmiş generativ zoğları olur. Bunlarda boy budaqları heç 
yoxdur. Boy zoğları - birillik zoğ olub, 70-100 sm uzunda boy tu-
mur
cuğu ilə qurtarır. 
Yağlı  zoğlar  1,5-2  m  hündürlükdə  qüvvəli  boyverən  birillik, 
kök boğazı yanından çıxandır. Generativ zoğ və ya çiçək budaqcığı 
ço
x iri olmayıb (20-30 sm), təpə nöqtəsində çiçək əmələ gəlir. 
Silleptik zoğ, generativ zoğun davamıdır. Bu, məhsul yığımın-
dan sonra əmələ gəlir. İkinci il bunların üzərində çiçək yetişir. Qızıl-
gül, yaz cücərməsinin başlanğıcı, yarpaq əmələ gəlmə, çiçək yumur-
talığının  görünməsi,  çiçəkləmənin  başlanğıcı,  kütləvi  çiçəkləmə  və 
çiçəkləmənin başa çatması, yarpaqların tokülüşü kimi inkişaf faza-
ları keçirir. 


179 
 
Qızılgül  vegetasiyasının  müxtəlif  dovrlərində  istiliyə  eyni  tələ-
bat göstərmir. Тəbii dincə  getmə fazasında (bu  faza Yanvar ayında 
qur
tarır) mənfi 25 
0
C temperatura dözə bilir. Bu dövrdən sonra qızıl-
gül məcburi dincəlmə dövrünə keçir. Bu zaman isə temperatur müs-
bət  8-10 
0
C  qalxdıqdan  sonra  qurtarır,  yəni  qızılgül  boy  verməyə 
başlayır.  Qönçələmə  dövründə  mənfi 2-5 
0
C  şaxta  qönçələri  məhv 
edir. Yay dövründə temperatur nə qədər  yüksək olsa, qızılgül üçün 
bir o qədər yaxşıdır. Qızılgül işığa da tələbkardır, ona görə onu sıx 
əkmək olmaz. 
Qələvi-karbonatlı gillicə torpaqlar, sel kətirən, çay vadi torpaq-
ları və dağ-meşə torpaqlarında qızılgül yaxşı bitir. Bir ildə torpaqdan 
50 kq azot, 10 kq fosfor, 80 kq/ha kalium aparır. 
Sortları.  İstehsalatda  ən  çox  yayılmış  Qırmızı  Krım,  Raduqa, 
Lan, Miçurinka, Festivalnıy və Тavrida sortlarıdır. 
Qırmızı Krım. Bu sort qızılgülün birinci yerli sortudur. Bu sort 
çilik
lə  asan  çoxalır  və  pas  xəstəliyinə  davamlıdır.  Qışa  davamlılığı 
ki
fayət qədər deyil və az məhsuldardır. Tərkibində gül yağının faizi 
aşağı  (0,08-0,10%)  olmaqla  keyfiyyəti  aşağıdır.  Ətriyyat  qiyməti  3 
bal
la qiymətləndirilir. Qara ləkəlik və virus xəstəlikləri ilə güclü yo-
luxur. 
Raduqa. Bu sort yüks
ək budaqəmələgətirmə qabiliyyəti ilə seçi-
lir ki, bu da kolların mexaniki üsulla kəsilməsinə imkan verir. Yaxşı 
çoxalır. Hektardan potensial yağ məhsuldarlığı 12-13 kq-dır. 
Lan. 
Qışa  davamlı,  pas  xəstəliyinə  praktiki  olaraq  davamlı  ol-
maq
la ağır çəkili (4qr.-dan ağır), sıx ləçəklər (77 ləçək) əmələ gətirir. 
Bu sortun potensial efir yağı məhsuldarlığı hektardan 21-22 kq-dır. 
Bec
ərmə texnologiyası və yığımı. Yuxarıda qeyd edildiyi kimi 
qızılgül  üçün  torpağın  əsas  hazırlanması  yüksək münbit, humus 
t
əbəqəsi  qalın  olan  sahələrin seçilməsi ilə  başlayır.  Ən  yaxşı  sahə 
qrunt sularının səviyyəsi yaxın olmayan (1,5 m dərinlikdə) çay vadi-
l
əri  hesab  edilir.  Qızılgül  tarlası  şərq  və  şimal  küləklərindən  yaxşı 
qorunan, düz s
əthli,  azacıq cənuba meylli tarla  olmalıdır. Qızılgülü 
çox n
əmli, daşqır torpaqlarda əkmək məsləhət deyildir. 
Тorpağın  əsas becərilməsi və  gübrələmə  texnologiyası  sahə-
d
əki  alaq  otlarının  növ  tərkibindən  asılıdır.  Az  alaqlı  və  ya bir-iki 


180 
 
illlik  alaqları  olan  sahələr diskli alətlərlə  8-10  sm  yumuşaldılmalı, 
alaqlar cüc
ərəndən sonra xüsusi alətlərlə torpaqda üzləmə (12-14 sm 
d
ərinlikdə) apararaq, alaqları məhv etmək lazımdır. Payızın sonunda 
h
ər hektara 40-50 ton peyin verilərək, 28-30 sm dərinlikdə şumlama 
aparılmalıdır.  Yazda  May  ayına  kimi  torpaq  yumşaq  və  alaqlardan 
t
əmiz vəziyyətdə  saxlanılır.  Mayın  axırında  hər hektara 0,5-0,6 ton 
superfosfat gübr
əsi verildikdən sonra sahə plantaj kotanla 60-70 sm 
d
ərinlikdə  şumlanmalı,  sonra  tarla  hazırlanmalıdır.  Şitil  basdırılana 
q
ədər də kultivasiya-düzləmə işləri davam etdirilir. 
Alaqlı sahələr isə sələf bitkisinin məhsulu yığılıb qurtaran kimi 
25-27 sm d
ərinlikdə şumlanıb, payıza kimi saxlanılır. Qurumuş alaq 
ot
ları payızda kultivator və mala vasitəsilə daranıb, sahədən çıxarılır. 
Bundan sonra h
əmin sahəyə  taxıl  səpilməsi məsləhət  bilinir.  Тaxıl 
m
əhsulu yığılandan sonra sahənin qızılgül əkininə hazırlanma texno-
logiyası təmiz tarlaların yuxarıda təsvir edilən beçərmə texnologiyası 
kimidir. 
Əkilməsi.  Qızılgül  əkmək  üçün  hazırlanmış  sahələr hərəsi 1-2 
hek
tar  olan  istehsalat  kvadratlarına  ayrılır.  Kvadratlar  arasında  4  m 
end
ə yol qoyulur. Sonra tarla 2,5 x 1,25 və ya 2,5 x 1 m sxemi üzrə 
uzununa v
ə köndələninə iz açılır. İzlərin kəsişdiyi yerdə çalaqazanla 
diametri v
ə dərinliyi 40 sm olan çalalar qazılır. 
İstehsalat şəraitində qızılgül  yalnız vegetativ üsulla köhnə göv-
d
ələrdən  hazırlanmış  və  peyvənd  edilmiş  çilinklərlə  çoxaldılır. 
Bunun üçün 25-30 sm-lik q
ələmlər Oktyabr-Noyabr aylarında ikillik 
budaqlardan (kol is
ə 3 ildən çavan, 10 ildən qoca olmamalıdır) kəsi-
lib hazırlanır. Birillik zoğlar və çiçək zoğları kəsilib atılır. Kəsilmiş 
q
ələmlər 12-15 sm dərinlikdə şırımlara iki cərgədə düzülür və üzəri 
torpaqlanaraq suv
arılır. Şitillikdə cərgələrarası 70 sm götürülür. Yaz 
v
ə gələn ilin yayı ərzində şitillərə aşağıdakı qulluq işləri edilir: alaq-
larla mübariz
ə, torpağın yumşaldılması və suvarma. Bu zamankı be-
c
ərmə  texnologiyasında  mütləq tədbirlərdən biri də  şitillərin  15-20 
sm-
lik boyundan yuxarıda ucvurma əməliyyatıdır. Şitillər torpaqdan 
çıxarılmazdan əvvəl 30-40 sm boyda kəsilir-budanır. Hər hektardan 
şitil çıxarı 60- 80 min ədəd olur. 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə