H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə55/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   51   52   53   54   55   56   57   58   ...   66

184 
 
Dağınıq monarda (M.bradburyana), şərq arı məlhəmi (balzamı) 
– 
ağ-yasəməni rəngli çiçəkləri olan füsunkar (cazibədar) bitkidir. 
Xallı  monarda  (M.  punctata)  -  sarı  çiçəkli,  şaxtaya  davamlı, 
qeyri-
adi  bitkidir.  Üzəri  yasəmən  rəngli  çillərlə  (xallarla)  bəzənik-
lidir. 
Monardanın bu və ya digər növləri əsasında 50-dən artıq sort və 
hibridləri yaradılmışdır ki, bunlar da əsasən rənglərinə görə fərqlən-
dirilir. 
Ou charm - 
parlaq çəhrayı, Crottway Pink, Beautu of Cobham -
zərif  çəhrayı,  Gardenview Scarlet, Cambridge Scarlet, Squaw  - 
parlaq qırmızı, Mahogany - qəhvəyi-qırmızı, Blue Stocking, Scorpion 

bənövşəyi və Schneewittehen – ağ rəngli. 
Yaxın vaxtlarda Viktoriya sortu yaradılmış və rayonlaşdırılmış-
dır. Bu sort Ümumrusiya Elmi Tədqiqat Tərəvəz Bitkilərinin Selek-
siya v
ə  Toxumçuluğu  İnstitutunda  yaradılmışdır.  Dekorativ  və  dər-
man bitkisidir. 40 sm-
ə qədər hündürlükdə, alçaq boylu, yığcam bit-
kidir. 20-
yə yaxın açıq bənövşəyi çiçək qrupu əmələ gətirir. Bu sort 
iyunun  axırında  çiçəkləyir,  çiçəyi  2  ay  qalır.  Unlu  şeh  xəstəliyinə 
qar
şı davamlıdır. 
Becərilməsi  və  qulluq  işləri.  Monarda  becərilməsinin  əsas  şə-
rai
ti nəm və sukeçirən torpaqların olmasıdır. Monardanı  Avropanın 
cənubunda  yox,  şimal  və  orta  hissələrində  (günəşli  yerlərdə)  və  ya 
yarımkölgə  yerlərdə becərmək olar.  Günəşli  yerlərdə becərilən mo-
nar
da bitkisi yaxşı yaşıl kütlə verir və yaxşı qol-budaq artır. Yarım-
kölgə şəraitdə isə daha uzun müddət və daha parlaq çiçək açır. Mo-
nar
danın çiçəkləmə dövrünü uzatmaq üçün solmuş çiçək başcıqlarını 
qoparırlar. 
Əgər  monarda  tam  günəşli  şəraitdə  becərilirsə  torpağın  nəmlik 
saxlama qabiliyyəti xüsusilə vacibdir. Belə torpaqlarda monarda mü-
vəffəqiyyətlə becərilir. Torpağın tərkibi o qədər də vacib deyil. Mo-
nar
da ağır gilli torpaqlarda da bitə bilər. Ancaq o çürüntü və humus 
qatı zəngin olan torpaqları sevir. 
Monardanı yazda və payızda nəm və qızdırılan torpaqlarda bağ 
kompostları və yarpaq çürüntüləri ilə mulçalamaq lazımdır. Quraqlıq 
illərdə monardanı suvarmaq lazımdır. İsti rayonlarda keçən ilki mo-


185 
 
narda yazda kökünd
ən  biçilir.  Daha  soyuq  zonalarda  monardanın 
yaşıl  kütləsini  payızın  axırında  biçmək  lazımdır.  Sonra  isə  qışda 
rozet yarpaqları isitmək üçün üzərini quru yarpaqlarla və ya həmişə 
yaşıl ağacların (küknar, şam və s.) yaşıl budaqları ilə örtürlər (mulça-
la
yırlar). 
Monardanın  çoxaldılması.  Yaxşı  qulluq  edildikdə  monarda 
güclü böyüyür. Ona görə də hər 3-4 ildən bir yazda birinci göyərtilər 
əmələ gəldikdə monarda kolları bölünməlidir. Bunun üçün adi bel ilə 
perimetr  boyunca  bitkilər  qazılıb  kökümsovları  bölünməli  və  başqa 
sahələrə şitil kimi əkilməlidir. Artıq kökümsovlar da çoxaltma üçün 
istifadə  oluna  bilər.  Monardanı  çiliklə  də  çoxaltmaq  olar.  Çiliklər 
yaz
da kəsilməlidir. Monardanı kök qələmləri və toxumla da çoxaldır-
lar. Toxumla çoxaltma ancaq növ əlamətləri olan bitkilərdə aparılır. 
Monarda toxumları  yığılan kimi səpilməli və səpilmiş sahələr sərin 
saxlanılmalıdır.  
 
2. 15. 
MOLDOVA  İLANBAŞI  
 
Yayılması.  Moldova  ilanbaşı  bitkisi  yabanı  halda  Ukraynada, 
Krımda  və  Qafqazda  bitir.  Keçmiş  SSRİ-nin  Avropa  hissəsində 
efiryağlı bitki kimi becərilməklə yanaşı, həm də arılar üçün qiymətli 
bal  verən  bitki  hesab  olunur.  Bir  çox  arıçılar  beçələri  cəlb  etmək 
üçün arı yeşiklərinə ilanbaşı yarpağını sürtürlər. 
Qərbi Sibirdə ilanbaşı yabanı halda rast gəlinir. Mədəni halda da 
az  yayılmışdır.  Novosibirski  və  Tomsk  botanika  bağında  kiçik 
sahələrdə becərilir və ehtiyat sahələrdə səpilir. 
Botaniki  təsviri.  Moldova  ilanbaşı  (Dracocephalum moldavi-
cum L.
) dalamazkimilər (Lamiaceae) və ya dodaqçiçəklilər fəsiləsinə 
(Labiatae) daxil 
olan birillik efiryağlı bitkidir.  Bitki  60-80 sm-ə qə-
dər hündürlükdə olmaqla dik dayanan, dördtilli (üzlü) gövdəyə ma-
likdir. Sadə, qarşı-qarşıya düzülmüş yarpaqları vardır. Göy-bənövşə-
yi  rəngli  çiçəkləri  gövdənin  nəhayətində  yerləşən  yarpaq  qoltuqla-
rında yerləşir. İrsi növmüxtəlifliyini özündə əks etdirən və təmiz ağ 
rəngli çiçəkləri olan formalara da rast gəlinir. May ayının birinci ya-


186 
 
rısında səpildikdə iyulun axırında çiçəkləməyə başlayır və çiçəkləmə 
sentyabrın birinci yarısına qədər davam edir (rəngli şəkil 43-44).   
Nektar və bal məhsuldarlığı. Keçmiş Kemerovo arıçılıq stansi-
yası ilanbaşı bitkisini meşə-çöl zonasında 4 il ərzində sınaqdan keç-
mişdir. Stansiyanın məlumatına görə o, 5-6 hektar sahədə səpilmiş-
dir. Alınmış toxumlar həm öz təsərrüfatlarını, həm də vilayətin qonşu 
təsərrüfatlarını  təmin  etmişdir.  Eyni  vaxtda  həm  də  ilanbaşını  bal 
ver
mə  xüsusiyyətlərinə  dair  xüsusi  tədqiqatlar  aparılmışdır.  Aparıl-
mış tədqiqatlar göstərmişdir ki, Kemerovo vilayətində ilanbaşı bitkisi 
səpildikdən 70-75 gün sonra çiçəkləməyə başlayır və çiçəkləmə 30-
40 gün davam edir. Vegetasiya müddəti uzundur, 120 günə qədər da-
vam edir. Ona görə də soyuqlar düşənə qədər toxumları tam yetişir. 
Toxum məhsuldarlığı hektardan 5 sentnerə qədərdir. Ağ çiçəkli ilan-
ba
şı daha çox bal verir. Arılar ona tez-tez baş çəkir. Ağ çiçəkli ilan-
başının vegetasiya müddəti qısadır. Ona görə də toxumları tez yetişir. 
Kemerovo arıçılıq stansiyasının məlumatına görə üç ildə orta hesabla 
göy çiçəkli ilanbaşı hektardan 300 kq, ağ çiçəkli ilanbaşı isə 380 kq, 
ayrı-ayrı illərdə isə 500-600 kq-a qədər bal vermişdir. Bir çiçəkdən 
bal çıxımı 0,048-1,58 mq arasında dəyişmişdir. Bir çiçək gün ərzində 
2 mq-
a qədər 30-55% şəkəri olan nektar verir. 
Bütün  vegetasiya  ərzində  bal  arıları  (arı  yeşikləri)  qoyulmuş 
sahələrdən daha yüksək bal götürülmüşdür. Adətən arılar ilanbaşına 
səhərdən axşam saat 7-8-ə qədər baş çəkirlər. Ən çox baş çəkmə isə 
səhər saat 11-dən axşam saat 5-ə qədər baş verir. Çiçək tacının boru-
su uzun olduğuna görə arılar buradakı nektarın hamısını götürə bil-
mirlər.  Onlar  nektar  ehtiyatının  təxminən  67,3%-ni  götürə  bilirlər, 
qalan 32,7% nektar isə istifadəsiz qalır. İlanbaşının bal məhsuldarlığı 
341 kq/ha hesablandığı halda, arılar ondan cəmi 230 kq istifadə et-
mişlər. 
Torpağa tələbi. Qeyd etmək lazımdır ki, ilanbaşı ancaq münbit 
gillicəli  və  qumsal  torpaqlarda  becərildikdə  yüksək  bal  məhsulu 
verir.  Struktursuz  gilli  torpaqlarda  o  pis  bitir,  turş  torpaqlara  isə 
dözmür.  Toxumları  gec  cücərir,  yavaş  böyüyür  və  alaq  basır.  Ona 
görə də onu əvvəlcədən hazırlanmış və alaqlardan təmiz, şumlanmış 
sahələrə və ya heriyə səpmək lazımdır. Bu xüsusiyyətinə görə də onu 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə