H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə62/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   58   59   60   61   62   63   64   65   66

226 
 
Torpağa tələbi. Mixək ağacı qırmızı-qumluca torpaqlarda becə-
rildiyi kimi qara tropik hidromorf torpaqlarda da becərilə bilir. Mi-
xək ağacı üçün  havanı pis keçirən  torpaqlar və gilli - bataqlıq tor-
paq
lar  yararsız  hesab  edilir.  Mixək  ağacı  dəniz  səviyyəsindən  200 
metr (Tanzaniya) 500 metr (Hi
ndistan) yüksəklikdə olan torpaqlarda 
daha yaxşı inkişaf edir.  
Tinglərin yetişdirilməsi. Mixək (Syzygium) tingləri yaz ayların-
dan yay aylarına qədər 18-25 
0
C - 
də saxlanmalıdır. Payızda isə 14-
16 
0
C-
daha yaxşı təsir edir. Yazdan payıza qədər müntəzəm sulanma-
lıdır.  Substratın  üst  qatının  quruması  üçün  qış  aylarında  suvarmanı 
azaltmaq məsləhətdir. Bu xüsusilə  mülayim temperaturda saxlanan 
bitkilərə aiddir.  
Havanın nəmliyinə tələbatını ödəmək üçün  yazdan payız qədər 
olan dövrlərdə bitkilərə müntəzəm olaraq su çilənməlidir. Vegetasiya 
müddətində  (yaz-yay)  ayda  iki  dəfə  mineral  gübrələrlə  yemləmə 
verilməlidir. Bitki formaverməyə yaxşı münasibət göstərir. Yay ayla-
rında  yuxarı hissədəki çıxan budaqlar vurulur (kəsilir). Sakitlik döv-
rü qış vaxtı hesab edilir. Bu vaxt zəif böyüyür. Qış aylarında 14-16 
0
C  temperaturda,  işıqlı  yerlərdə  saxlanmalıdır.  Yavaş  suvarılmalı, 
substratın qurumasına yol  verilməməlidir. 
Cavan  tinglərin  sahəyə  əkilməsi  hər  il  yaz  aylarında  aparılır. 
Yaşlı bitkiləri isə ancaq lazım olduqda açıq sahəyə əkirlər. Çəlləkdə  
əkilmiş bitkiləri isə çəlləyin çürümə təhlükəsi yarandıqda açıq sahəyə 
köçürürlər.  
Səpin/əkin. Məlumdur ki, mixək ağacını toxumları ilə, bəzən də  
vegetativ yolla yəni qələmləri ilə çoxaldırlar. Toxumları şitilliyə sə-
pi
lir və alınmış şitillər burada 3-4 il becərilir (tinglərin yetişdirilməsi 
qaydası  yuxarıda qeyd olunmuşdur). Açıq sahəyə əkin vaxtı yağışlı 
dövrlər hesab edilir. Hər bir toxmacar (şitil) bambuk çubuqlarından 
və palma yarpaqlarından hazırlanmış çardaqla örtülür ki, günəş şüa-
larından qorunsun. Bəzən şitilləri başqa bitkilərin məsələn maniokun
 
(
Manihot esculenta
)  kölgəsində  və  ya  yaşlı  ağacların  çətiri  altında 
əkirlər. Mixək ağacları cərgə araları və bitki araları 6-7 metr olmaqla 
əkilir.  Məhsul  yığımına  əkildikdən  6  il  sonra  başlanır.  Bu  müddət 


227 
 
ərzində isə cavan ağaclar möhkəmlənir, yetişir və hündürlükləri 5-7 
metrə çatır.  
Səpinə və əkinə qulluq. Mixək plantasiyasına qulluq işləri alaq-
larla  mübarizə,  ağacların  ətrafındakı  torpaqların  yumşaldılması  və 
qu
raqlıq  illərdə  suvarmaların  aparılmasından  ibarətdir.  Əvvəlcə  1 
hek
tar  sahəyə  476-ya  qədər  ağac  əkilir.  Vaxt  ötdükcə  yaşlı  ağaclar  
kəsilir və hektarda 120 ədədə qədər ağac saxlanılır.  
Məhsulun yığılması. Mixək ağacı  həyatının 5-6-cı ilində mey-
və verməyə başlayır. Ağacların istismar müddəti 60 ildir.
 
Bəzi ağac-
lar 100 yaşına qədər meyvə verir.  
Ağaclar 20-ci yaşdan 50 yaşına qədər olan müddətdə  daha çox 
məhsul verməyə başlayır. Mixək ağacı 15-20 metr hündürlükdə ol-
maq
la çətiri çox geniş olur. Bu da onun yığılmasını çətinləşdirir. Ona 
görə  də  yığım  zamanı  qönçələri  tökməmək  şərti  ilə  bəzi  budaqlar 
kəsilir.  Yığım  sentyabrda  başlayır,  sonra  dayandırılır  və  yanvarda 
yenə  başlayıb  aprelə  qədər  davam  etdirilir.  Yağışlı  illərdə  mixək 
ağacı tez çiçəkləyir. Ona görə də yığım tez  başlayır və fasiləsiz da-
vam etdirilir. Altı illik ağaclarda (bitkilərdə) yetişmiş (azacıq qızar-
mış)  qönçələr  əllə  yığılır.  Açılmamış  (açılmasına  bir  neçə  gün  qal-
mış) qönçələr (bu vaxt tərkibində 25%-ə qədər efir yağı olur) qızar-
mağa  başlayan  vaxt  (zərif  çəhrayı  rəngdə  olduqda)  yığılır.  Bütün 
əmək qabiliyyətli işçilər yığıma cəlb edilir. Qadınlar və uşaqlar  aşa-
ğıdakı qönçələri yığırlar. Kişilər isə nərdivanla yuxarıdakı qönçələri 
qoparırlar. Əl çatmayan budaqlar qarmaqla əyilərək yığılır.  Əvvəlcə 
bütün 
çiçək qrupu yığılır. Sonra ayrı-ayrı qönçələr qoparılaraq ədviy-
yə  hazırlamaq  üçün,  çiçəyin  ayaqcığı  və  çiçək  qrupunun  budaqları 
isə  yağ  almaq  üçün  ayrılır.  Ayaqları  qoparılmış  qönçələr  isti  suda 
pört
lədilir, sonra isə  günəş altında qurudulur. Qurudulduqdan sonra 
qönçələr tünd-qonuru rəng alır.   
Mixəyin təkcə qönçələrindən yox, həm də demək olar ki, yetiş-
miş meyvələrindən də ədviyyə kimi istifadə edilir. Meyvənin iyi və 
dadı qönçənin iyi və dadı ilə eyni, hətta ondan üstün olur. 10-12 yaşlı 
ağacların  məhsuldarlığı  3  kq,  30-40  yaşlılarınkı  isə  30  kq-a  qədər 
olur. Bir ağacdan il ərzində 8 kq məhsul yığmaq olur. Bir kiloqram 


228 
 
efir yağı almaq üçün 6-8 kq qönçə və yaxud 10-15 kq meyvə tələb 
olunur.   
M
əhsulun  saxlanması  və  emalı.  Mixək qönçələri yeri beton olan 
xırmanlarda və ya xüsusi həsir (ayaqaltı) üzərində 4-5 gün qurudulur. 
Normal qurutma şəraitində qönçələr qırmızımtıl və ya tünd qəhvəyi 
r
əng alırlar. Təzə yığılmış 3,3-4,0 kq qönçədən 1 kq standart (ədviy-
y
əlik) mixək  alınır.  Qurudulmuş  mixək  sortlaşdırılaraq  4  sorta  - 
ekstra, birinci, ikinci v
ə üçüncü sortlara ayrılır (107). Mixəyi ağzı kip 
bağlanan  qabda  saxlamaq  lazımdır.
 
Mix
əyi  suya  saldıqda  o  şaquli 
(dik) v
əziyyətdə  durursa keyfiyyəti  yaxşı,  suda  üfüqi  (horizontal) 
v
əziyyət  alırsa  keyfiyyəti pis hesab edilir. Deməli onun tərkibində 
efir yağının faizi aşağıdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə