H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə46/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   42   43   44   45   46   47   48   49   ...   66

157 
 
ğın yumşaldılmasından, cərgə aralarının və cərgələrin becərilməsin-
d
ən,  alaqların  vurulmasından,  xəstəlik və  zərərvericilərlə  mübarizə 
aparılmasından ibarətdir. Alaqlarla mübarizə üçün şitilləri əkdikdən 
sonra propanid (11 l/ha) v
ə ya  F-34 (11 l/ha) herbisidlərindən biri 
çil
ənir. 
Yığım. Reyhanın texniki yetişkənliyi, toxumların yetişməsi, mər-
k
əzi çiçək  qrupundakı  aşağı  çiçəklərin çiçək  altlıqlarının  qonurlaş-
ması ilə eyni vaxta  təsadüf edir. Yaxşı olar ki, məhsul isti və quru 
havada  şeh  götürüldükdən  sonra  yığılsın.  Bitkilər  aşağı  hissədən ot 
biç
ənlərlə  biçilib traktor  qoşqularına  yığılaraq  emal  müəssisələrinə 
daşınır. Yığılmış məhsul təzə halda emal edilir. 
 
1. 7. 
S Ü R V Ə 
 
Xalq  təsərrüfat  əhəmiyyəti.  Sürvə  çiçək  qruplarında  toplanan 
efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11 - 0,3 % efir 
yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58-70 %), linalol (10-
15 %) və başqa maddələr daxildir. Sürvə  yağı və ondan hazırlanan 
məhsullar  ətriyyat  kosmetika  sənayesində,  qida  və  əczaçılıq  səna-
yesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan 
yağ  vardır.  İstehsal  tullantılarından  qiymətli  ətir  tənzimləyicisi  – 
sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. 
Tarixi,  yayılması,  məhsuldarlığı.  Sürvə  elə  də  çox  qədimdən 
becərilən bitki deyildir. O birinci dəfə 1909-cu ildə Fransada mədəni-
ləşdirilmişdir.  MDB  ölkələrində  1929-cu  ildən  becərilir.  Hazırda 
sürvə  ən  çox  Moldovada,    Qırğızıstanda,  Krasnodar  vilayətində 
Krımda və s. becərilir. Onun əkin sahəsi 13 min hektara yaxındır. Çi-
çək məhsuldarlığı hektardan 30-40 sentnerdir. 
Botanik
i təsviri və bioloji xüsusiyyətləri. Sürvə (Salvia sclarea 
L.) 
dalamazkimilər (ballıbaba) (Lamiaceae) (dodaqçiçəklilər- Labia-
tae) 
fəsiləsinə daxil olan  birillik, ikiillik və çoxillik, ot tipli bitkidir. 
Ağaclanmış mil kökləri birinci il torpağın 90-120 sm, ikinci il 130-
150 sm dərinliyinə işləyir. Gövdəsi 30-100 sm hündürlükdə, birillik, 
ot tipli, dikduran, dördüzlü, budaqlanandır. Gövdə və budaqları uzun 


158 
 
qol-
budaqlı  süpürgə  ilə  qurtarır.  Qarşı-qarşıya  düzülmüş  uzun  sap-
laqlı, iri, oval ürək formalı,  çox qırışıqlı yarpaqları vardır. 
Yuxarı hissədə qırmızımtıl çiçək altlıqlarına çevrilmişdir. Gövdə 
və yarpaqları gümüşü rəngli tükcüklərlə sıx örtülüdür. Çiçəkləri köbə 
şəklində  toplanmışdır.  Hər  yarımköbədə  3  çiçək  vardır.  Çiçəklər 
ikicinslidir, bozumtul - q
atranlı kasacıqdan tutqun - göy rəngli çiçək 
tacından, 4 erkəkcikdən ibarətdir. Erkəkciklərdən ikisi yaxşı inkişaf 
etmişdir, ikisi isə rüşeym halındadır. Dördyuvalı yuxarı yumurtalığa 
malikdir. Meyvəsi xırda,  yumurtaşəkilli, tünd - qəhvəyi rəngli qoz-
cuqdur 
(r
əngli şəkil 32).
   
1000 ədəd meyvəsinin kütləsi 3-5 qr.- dır. 
Sürvənin yazlıq, payızlıq və ikiillik formaları vardır. İstehsalatda ən 
çox payızlıq tipinin sortları yayılmışdır.  
Sürvə aşağıdakı inkişaf formalarını keçirir. Cücərti, filqə yarpaq, 
gövd
ələmə, çiçəkləmə, texniki yetişkənlik, toxumun yetişməsi. 
Sürvə  istiliyə  çox  tələbkar  deyildir.  Onun  toxumları  10-12-  də 
cücərməyə başlayır. Cücərtiləri - 6 - 8 
0
C şaxtaya dözür. Yaşlı bitki-
lər isə -28 
0
C - 
dən şaxtaya davamlıdırlar. Yayda isə havanın isinmə-
sinə yaxşı münasibət göstərirlər. Adətən çiçəklənmə zamanı havanın 
temperaturu  nə  qədər  yüksək  olarsa  məhsulun  yağlılığı  o  qədər 
yüksək olur. 
Sürvə işıqsevən bitkidir. İşığın çatışmazlığından bitki həddindən 
artıq uzanır və birinci ili çiçək əmələ gətirmir. Sürvə uzun gün bitki-
sidir. 
Sürvə  quraqlığa  davamlı  bitkilər  sırasına  aiddir.  Eyni  zamanda 
nəmliyə də həssaslıq göstərir. Toxumların cücərməsi zaman nəmliyə 
daha çox tələbat göstərir. 
Toxumlar öz kütləsindən 3,5 meyvə yanlıqları isə 40 dəfə çox su 
u
durlar. Filqə  yarpaq fazasında sürvə quraqlığa  davamlıdır. Gövdə-
ləmə fazasında isə nəmliyə tələbatı kəskin artır. Bu dövrdə nəmliyin 
çatışmazlığından məhsuldarlıq azalır. Torpağın həddindən artıq nəm 
olması isə göbələk xəstəliklərinin artmasına səbəb olur. 
Sürvə üçün neytral və zəif qələvi reaksiyalı qələvi və karbonatlı 
qara  torpaqlar  əlverişli  hesab  edilir.  Gilli,  bataqlaşmış,  turş,  habelə 
qrunt suları üzdə olan torpaqlar sürvə üçün yararsız hesab olunur. 


159 
 
Sortları:  Sürvənin  rayonlaşmış  sortlarına  misal  olaraq Vozne-
senskiy- 
24, Tezyetişən Krım, S-785, Moldavskiy - 69 və s. göstər-
mək olar. 
Becərmə  texnologiyası  və  yığım.  Növbəli  əkində  yeri.  Sürvə 
üçün payızlıq dənli bitkilər, yaşıl yem və quru ot üçün əkilmiş birillik 
otlar, silosluq qarğıdalı yaxşı sələf hesab edilir. 
Torpağın  əsas  becərilməsi.  Birillik  otların  və  payızlıq  dənli 
bitkilər altından çıxmış tarla diskli yumşaldıcılarla 6-8 sm dərinlikdə 
üzlənir. Kökü pöhrəli alaqlarla sirayətlənmiş sahələrdə becərmə, ga-
va
hınlı kotanla 10-12 sm dərinlikdə yumşaltmadan (üzləmədən) baş-
layır. Alaq cücərtiləri alındıqdan sonra 25-27 sm dərinlikdə şum apa-
rılır.  Şumlama  ilə  eyni  zamanda  sahə  hamarlanır  və  vərdənələnir. 
Alaqların əmələ gəlməsinə və kök qalıqlarına qarşı torpaq kultivasiya 
edilir və ya malalanır. 
Gübrələnmə.  Sürvə  gübrələnməyə  yaxşı  münasibət  göstərir. 
Əsas gübrə kimi aşağıdakı normalar məsləhət görülür: Adi və karbo-
natlı qara torpaqlarda N
60
P
60, 
 
podzollu və qələvi qara, həmçinin boz 
meşə  torpaqlarında  N
60
P
60,
K
60
,  Krasnodar  şəraitində  N
60
P
60,
K
40

Krımda N
60
P
60
.
 
 
Səpinlə birgə verilən gübrələri cərgələrin yanına P
10
 
dozasında vermək məsləhət görülür. Filqə (ləpə) yarpaq və gövdələ-
mənin başlanma fazasında effektiv yemləmə dozası N
30-60
P
40-60 
hesab 
edilir.  Sürvəyə  ikinci  il  erkən  yazda  N
50
P
60
  norm
asında  yemləmə 
güb
rəsi verilir. 
Torpağın  səpinqabağı  becərilməsi.  Səpinqabağı  kultivasiya 
toxumların  səpilməsinə  ən  azı  10-12  gün  qalmış  4-5  sm  dərinlikdə 
aparılır. Bu vaxta qədər torpaq  yatır və kipləşir.   
Sürvə toxumları çox xırdadır. Onların bərabər dərinliyə basdırıl-
ması üçün sahə səpinqabağı dişli (halqalı) vərdənə ilə vərdənələnilir. 
Səpin.  Səpin  üçün  keçən  il  yığılmış,  1-ci  və  2-ci  sinfin  tələb-
lərinə cavab verən toxumlar seçilir. Yaz və yay səpini üçün toxumlar 
fermentləşdirilir  (qumla  qarışdırılır).  Bunun  üçün  səpin  ərəfəsində 
toxumlar 1 : 2 nisbətində ələnmiş çay qumu ilə qarışdırılır.  Qumla 
toxu
mun  qarışığı  nəmləndirilir  (üç  dəfə)  və  diqqətlə  dənəvərləşmə 
kimi  qarışdırılır.  Hər  10  kq  toxuma  6-7 litr su götürülür. Sonra 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə