H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI


Botaniki təsviri və bioloji xüsusiyyətləri



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə42/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   38   39   40   41   42   43   44   45   ...   66

145 
 
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Zirə bitkisi kərəviz-
ki
milər  (Apiaceae)  fəsiləsindən  olan  ikiillik  ot  bitkisidir.  Həyatının 
birinci  ilində  o,  7-12  ədəd  rozet  tipli  yarpaq  və  ətli  mil  kök  əmələ 
gətirir. İkinci ili isə gövdə və toxumları formalaşır. Gövdəsi hamar, 
dairəvi  və  ya  zəif  künclü,  içi  boş  dirsəkşəkilli  əyilmiş  budaqlanan, 
120 sm-
ə qədər hündürlükdə olur. Yarpaqları  növbəli düzülüşlü, iki 
və  yaxud  üçqat  lələkvaridir.  Yerüstü  gövdəsinin  başında  ağ  rəngli 
xırda,  5  ləçəkli  çəhrayı  zanbaq  rəngli    çiçəkləri  var.  Çiçək  qrupu 
mürəkkəb çətirdir. Erkəkciyi beş ədəddir.  İki sütuncuqlu, iki yuvalı 
yumurtalığı vardır. Meyvəsi bir-birinə yapışıq halda iki dəndən ibarət 
yumurta formalıdır 
(r
əngli şəkil 28).
 
Yetişdikdə qövs şəkilli  əyilmiş 
yarım meyvələrə çevrilir. Meyvəsinin xoş iyi və dadı vardır. 
Zirə (Carum carvi L.) bitkisinin vegetasiya dövründə aşağıdakı 
faza
lar  müşahidə  olunur.  Birinci  il:  çıxış  və  rozet  yarpaq.  İkinci  il: 
bitkinin  uzanmağa  başlaması,  rozet  yarpaq,  gövdələnmə,  çiçəkləmə 
və  toxumun  yetişməsi,  vegetasiya  müddəti  toxum  səpilməsindən 
meyvələrin  yetişməsinə  qədər  430-450  gün  vaxt  keçir.  Zirə  çarpaz 
tozlanan bitkidir. Tozcuq
ları arılar və başqa həşəratlar vasitəsi ilə ya-
yılır. 
Zirə istiliyə o qədər də tələbat göstərmir. Rozet yarpaq fazasında 
güclü şaxtaya dözə bilir. İşıq sevən bitkidir. Xüsusilə birinci ili işığa 
daha  çox  həssaslıq  göstərir.  İkinci  il  rozet  yarpaq  fazasında  kölgə 
şəraitində üzərində çiçək olan budaqlar əmələ gətirmir.  
Nəmliyi  çox  sevir.  Zirə  ancaq  nəmliklə  yaxşı  təmin  olunmuş 
sahələrdə yüksək və keyfiyyətli məhsul verir. 
Nəmliyə kəskin tələbat dövrü gövdələnmə və çiçəkləmə fazala-
rında müşahidə olunur. 
Zirə  əksər  torpaqlarda  yaxşı  bitir.  Ancaq,  bataqlaşmış,  turş  və 
qrunt suları üzdə olan torpaqlar yararsız hesab olunur. 
Sortları.  Zirənin  rayonlaşmış  sortlarına  misal  olaraq  Ximelin-
skiy, Podolskiy -
9  və s. göstərmək olar. 
Becərilmə  texnologiyası  və  yığım.  Növbəli  əkində  yeri.  Zirə 
üçün alaq otlarından təmiz olan sahələr seçilməlidir. Ən yaxşı sələf 
payızlıq buğda hesab edilir. Zirəni həmçinin yazlıq dənlilərdən, dənli 

paxlalardan və digər tez yığılan bitkilərdən sonra da əkmək olar. 


146 
 
Gübrələnməsi.  Zirə səpini zamanı gübrələnmiş payızlıqlardan 
sonra hektara 30-40 kq azot, 40-50 kq fosfor, 20 kq kalium veril-
məlidir. Əgər sələf bitkisi gübrələnməyibsə onda göstərilən mineral 
gübrələrlə  yanaşı  hektara  20-30  ton  peyin  verilir.  Cərgə  aralarının 
axırıncı payız becərilməsi zamanı 30 kq fosfor, 20 kq kalium, qışla-
madan sonra isə malalamada  20-30 kq azot gübrəsi verilir. 
Torpağın  becərilməsi.  Torpağın  əsas  becərilməsi  kövşənliyin 
üzlənməsi  və  25-27  sm  dərinlikdə  şum  aparılmasından    ibarətdir. 
Torpa
ğın yaz becərilməsi isə erkən yaz malalanmasından və 4-5 sm 
dərinlikdə səpinqabağı kultivasiyadan ibarətdir. 
Səpin. Zirənin ən yaxşı səpin müddəti yazlıq taxıllarla bir vaxtda 
səpilməsidir. Zirəni gen cərgəli üsulla yəni cərgə araları 45 və ya 60 
sm olmaqla səpirlər. Səpin norması 8 kq/hek-a yaxın, səpin dərinliyi 
2,0-
2,5 sm,  yüngül qranulometrik tərkibli torpaqlarda isə 3-5 sm -ə 
qədərdir. 
Əkinə  qulluq.  Birinci  il  alaqlara  və  kök  qalıqları  ilə  mübarizə 
məqsədi ilə yüngül mala ilə malalama və yaxud cərgə aralarında kor 
kultivasiya aparılır. Cücərtilər əmələ gəldikdən qaşqabağı becərməyə 
qədər cərgə aralarının becərilməsi və alaqların vurulması işləri apa-
rılır. Yazda isə cərgələrin eninə malalama aparılır. Bitkilər uzanmağa 
başladıqda isə cərgə aralarının becərilməsinə başlanılır. 
 
Bu becərmələr cərgə araları qovuşana qədər davam etdirilir. 
Alaqlarla  mübarizə  məqsədi  ilə  səpinqabağı  kultivasiyada  zirə 
bitkisinə treflan (8 l/ha), cücərtilər əmələ gələnə qədər pirometrin (4-
5 kq/ha), üç - 
beş yarpaq fazasında linuron (4 kq/ha) və ya pirometrin 
(4-
5  kq/ha)  və  b.  herbisidlər  tətbiq  edilir.  Zirə  bitkisinə  ikinci  il 
gövdələnmə  fazasının əvvəlində linuron (4 kq/ha) çilənir. 
Zirənin əsas zərərvericiləri zirə gənəsi, zirə güvəsi, yarpaqyeyən 
sovkalar və b. hesab edilir. Onlarda mübarizə məqsədi ilə aqrotexniki 
üsullardan  başqa  insektisidlər  də  tətbiq  olunur.  Zirə  gənəsinə  qarşı 
əkinlərə 25-30 kq/ha norması ilə kükürd tozu səpilir. 
Yığım. Zirənin meyvələri eyni vaxtda yetişmir. Yetişmiş meyvə-
lər asan tökülür. Hissə-hissə yığım üsulunda meyvələrin 35-40 %-i, 
birbaşa kombaynla  yığımda isə 50 - 60 %-i qonurlaşmalıdır. Kom-


147 
 
bayn
dan çıxan toxumlar dərhal təmizlənməli və nəmliyi 12 % qalana 
qədər qurudulmalıdır. 
 
  2. 5. 
ACI  NANƏ ( İSTİOT NANƏSİ ) 
Əhəmiyyəti. Acı nanə (istiot nanəsi) həm qiymətli tərəvəz, həm 
də əhəmiyyətli dərman bitkisidir. Onun tərəvəz kimi zərif zoğ və yar-
paq
larından istifadə edirlər. Nanənin körpə zoğ və  yarpaqlarında 2-
3%, çiçək qrupunda 6 %, gövdələrində 0,2 - 0,4% efir yağı olur ki, 
onun da 42-92%-
ni mentol təşkil edir. Başqa maddələrlə yanaşı onun 
yarpaqlarında xeyli askorbin turşusu, karotin və rutin vardır. Nanənin 
zərif  zoğ  və  yarpaqları  təzə  halda  salat,  həm  də  qurudulmuş  halda 
müx
təlif  xörəklərin  hazırlanmasında  duza,  turşuya  qoyulmasında 
ədviya kimi istifadə olunur. Ondan ətirli içkilər, qənnadı və ətriyyat 
məmulatları istehsal edilir. 
Nanə həm elmi, һəm də xalq təbabətində geniş istifadə olunur. 
Belə ki, ondan hazırlanan nanə arağı və spirt ekstraktı sancı, ürək dö-
yün
məsi, ürək zəifliyi, iştahasızlıq, qusma və s. xəstəliklərə qarşı tət-
biq edilir. 
 B
aşqa maddələrlə yanaşı onun yarpaqlarında xeyli askorbin tur-
şusu, karotin və rutin vardır. Acı nanənin zərif zoğ və yarpaqları həm 
də qurudulmuş halda müxtəlif xörəklərin hazırlanmasında duza, tur-
şuya qoyulmasında ədviyyə kimi istifadə olunur. Ondan ətirli içkilər, 
qənnadı və ətriyyat məmulatları istehsal edilir. 
Acı nanə həm elmi, һəm də xalq təbabətində geniş istifadə olu-
nur. Belə ki, ondan hazırlanan nanə arağı (nanə cövhəri) və spirt eks-
traktı sancı, ürək döyünməsi, ürək zəifliyi, iştahasızlıq, qusma və s. 
xəstəliklərə  qarşı  tətbiq  edilir.  Qeyd  etmək  lazımdır  ki,  Abşeronda 
peyvənd  üsulu  ilə  yetişdirilən  hər  iki  növ  nanənin  zərif,  xoşagələn 
ətirli iyi vardır. Acı nanənin süfrəmizdə və xörəklərimizin tərkibində 
ədviyyat tərəvəzi kimi geniş istifadə olunmasının çox mühüm müa-
licə əhəmiyyəti vardır. Elmi əsasda öyrənilib müəyyən edilmişdir ki, 
acı  nanənin  tərkibində  bir  sıra  vacib  üzvi maddələr  vardır  ki,  onlar 
orqanizmdə maddələr mübadiləsini normallaşdırır, mədə-bağırsaqda 
əmələ gələn  spazmanı və köpməni aradan qaldırır, həzm prosesinin 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə