H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə44/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   40   41   42   43   44   45   46   47   ...   66

151 
 
Əkin. Acı nanə demək olar ki, toxum əmələ gətirmir. Ona görə 
də onu kökümsov gövdələri ilə və yaxud da şitilinin bölünməsi yolu 
ilə  çoxaldılır.  Kökümsov  gövdələr  payızda  xüsusi  anaclıq  planta-
siyalarda 1-
ci il üçün hazırlanır. Onu KPM-2 maşını ilə qazıb çıxarır-
lar. 
Sənaye  texnologiyası  ilə  becərmədə  təmizlənmiş  xırdalanmış, 
müx
təlif uzunluqda olan kökümsov gövdələr kövşənlə birlikdə əkilir. 
Yaz  əkini  üçün  kökümsovlar  1,3-1,5  m  enində  ləklərdə    sax-
lanılır. Onları 15-20 sm qalınlığında yığaraq üzərini sellofan və tor-
paqla (10-
15 sm örtüb üstünə 15-20 sm qalınlığında saman tökülür. 
Saxlama üçün optimal temperatur 1-3 
0
C hesab edilir. Yazda ləklər 
açıldıqda  əkin  materialı  seçilir.  Sağlam  kökümsovlar  xırdalanır  və 
əkin  yerinə göndərilir. Kökümsovların xırdalanması və əkinə hazır-
lan
ması  işi  qısa  müddətdə  yerinə  yetirilməlidir  ki,  onların  quruma-
sına yol verilməsin. Əkin materialını (şitilləri) keçən ilki plantasiyada 
bitkilərin hündürlüyü 8-12 sm-ə çatdıqda hazırlayırlar. Onun özünün 
kökü və ana bitkinin kökündən kiçik bir hissəsi olmalıdır. Əkin mate-
rialı  (şitillər)  əllə  çıxarılır.  Şitillər  hər  100  ədədi  bir  dəstə  olmaqla 
bağlanır, kökləri torpaqdan təmizlənir və əkmə yerinə göndərilir. Uk-
ray
nanın Şimal rayonlarında nanəni tez-tez şaxta vurduğuna görə onu 
yazda  ilkin  yazlıqlarla  eyni  vaxtda  əkirlər.  Moldovada,  Krımda  və 
Krasnodar  vilayətində ən yaxşı əkin müddəti payızın axırı (oktyabrın 
axırı, noyabrın əvvəli) hesab edilir. 
Kökümsovları əl ilə və yaxud da şitiləkən maşının köməyi ilə 70 
sm cərgəarası olmaqla əkilir. Əl ilə əkində dibdolduran alətlə şırım 
açılır oraya bir və ya iki cərgə şitil qoyulur və torpaqla örtülür. Me-
xa
nikləşdirilmiş əkin üçün  isə KRN- 4,2 kultivatoruna xüsusi qurğu 
PP-
6  qondarılmaqla  ondan  istifadə  edilir.  Hektara  kökümsov  sərfi 
1,2-
1,5  tondur.  Şitillər  yazda  6-8,  payızda  isə  10-12 sm dərinliyə 
basdırılır. Əkindən dərhal sonra sahə vərdənələnir.  
Şitillər isə sahəyə SKN-6A markalı şitiləkənlə hektara 100-110 
min bitki olmaqla əkilir. 
Əkinlərə  birinci  ili qulluq.  Alaqları  məhv  etmək  məqsədi  ilə 

cərtilər alınmamışdan qabaq 2-3 dəfə malalama aparılır. Nanə əki-
nindən 3-6 gün sonra və cücərtilərin alınmasına 5-6 gün qalmış her-


152 
 
bisid
lərdən  üç  xlorasetat  natrium  (11-17 kq/ha), prometrin (6-8 
kq/ha), linuron (3-
8 kq/ha) və başqa herbisidlər tətbiq edilir. Cücər-
tilər  alınandan  sonra  tam  budaqlanma  zamanı  2-3  dəfə  cərgəarası 
becərmələr və 1-2 dəfə alaqların əllə vurulması aparılır. Birinci kulti-
vasiya 6-8 sm, ikinci 10-
12 sm, üçüncü isə 6-7 sm dərinlikdə yerinə 
yetirilir. 
Yığımdan qabaq iri alaqlar və nanə sahəsini çirkləmədən qıvrım 
və göyümtül  nanələr  məhv edilir. 
Əkinlərə ikinci il qulluq. Acı nanə bir yerdə bir neçə il becərilə 
bilər. Zəif çirklənmiş sahələr yığımdan 1 ay sonra N
135
P
180
K
135
 doza-
sında  gübrələnir.  Gübrələr  mala  ilə  torpağa  basdırılır.  Erkən  yazda 
isə  yuxarıda göstərilən herbisidlərlə çilənmə  və 1-2 dəfə cücərtilər 
alınmasından  qabaq  malalanma  aparılır.  Belə  olduqda  alınmış  nanə 
cücərtiləri yaxşı inkişaf edir və alaqları üstələyir. 
Güclü çirklənmiş sahələrdə isə ən yaxşı üsul sahənin təkrar şum-
lan
masıdır. Təkrar şum payızın axırında torpaqda kifayət qədər nəm-
lik olduqda ön kotancıqlı, diskli kəsici alətləri olan kotanla, sahənin 
eninə olmaqla, 16-18 sm dərinlikdə aparılır. Kotanla eyni aqreqatda 
ağır mala olmalıdır. Təkrar şumdan əvvəl əsas şum altına verilən nor-
ma
larda üzvi və mineral gübrələr verilir. Qazılıb çıxarılmış köküm-
sov
lar təmizlənir və əkin üçün istifadə edilir. Sonra torpaq ağır, dişli 
vərdənə ilə vərdənələnir. Erkən yazda torpaq cücərtilər alınana qədər 
və alındıqdan sonra malalanır. Cücərtilər  alınmasından 5-6 gün qa-
baq yuxarıda göstərilən herbisidlər tətbiq edilir. Cücərtilər alındıqdan 
sonra buketləmə aparılır. Əvvəlki cərgələrin eninə olmaqla yeni cər-
gələr açılır, 40 sm-lik kəsimlər, 20 sm-lik buketlər əldə olunur. Sonra 
cərgəarası becərmələr və alaqların əllə vurulması həyata keçirilir.  
Nanəyə ən çox nanə mənənəsi, tor gənəciyi, nanə yarpaqyeyəni, 
nanə birəsi, xəstəliklərdən isə pas, antraknoz, unlu şeh, və septorioz 
ziyan vurur. Onlarla mübarizə məqsədi ilə aqrotexniki (növbəli əkinə 
əməl edilməsi, yüksək aqrotexnika və s.) və kimyəvi tədbirlər həyata 
keçirilir. Pas xəstəliyinə  qarşı  3-4 dəfə Bordo mayesi ilə çiləmə, un-
lu şehə qarşı isə kükürd tozu və yaxud kükürdlü preparatlarla tozla-
ma aparılır. 


153 
 
Nanə  məhsulu  bütövlükdə  bitkinin  yerüstü  yaşıl  hissəsi  və  ya 
quru  yarpaqları hesab edilir. Yığıma çiçəkləmə  fazasında başlamalı 
və onu qısa müddətdə 7-10 günə başa çatdırmaq lazımdır. Nanə JBA-
3,5 A markalı maşınla 6-8 sm hündürlükdən biçilib sahəyə tökülür. 
Onların  nəmliyi 30-45 %-ə endikdə yığılır və işlənməyə göndərilir. 
Burada o havada quru-
kütləsi alınana qədər qurudulur və taxıl kom-
bay
nına xüsusi əlavələr edilməklə onlarda  xırdalanır. 
 
  2. 6. REYHAN 
 
Xalq t
əsərrüfatı  əhəmiyyəti.  Reyhan  bitkisi  olduqca  xoşagələn 
ətirli səbzə  tərəvəz bitkisidir. Bu bitkinin tərkibində  bir  çox  yararlı 
elementl
ər, о cümlədən şəkər, qələvi xassəli mineral duzlar, vitamin-
l
ər və kifayət qədər efir yağı vardır. Reyhan yarpaq və çiçəklərində 
olan efir yağının alınması üçün becərilir. Onun yarpaqlarında 0,5- 0,8 
%, çiç
əklərində 0,4-0,9 % efir yağı vardır. Yağın əsas hissəsini de-
m
ək olar ki, 70 %- ini evqenol təşkil edir. Ona görə də ona evqenollu 
reyhan da deyilir. Bu efir yağlarından bahalı  ətriyyat-kosmetika və  
q
ənnadı məmulatlarının hazırlanmasında, qida sənayesində, həmçinin 
tibbid
ə istifadə edilir. 
Reyhanda h
əmçinin karotin və  rutin  vardır.  Reyhan  bitkisi  çox 
ətirli olduğundan ondan təzə halda salat kimi istifadə edilir, Həm də 
onu pomidor şirəsinə və müxtəlif tərəvəz konservlərinə ətir vermək 
üçün  işlədirlər.  Qurudulmuş  reyhan  qış  zamanı  müxtəlif  çeşidli 
xör
əklərin hazırlanmasında istifadə olunur.  
Bitkinin yerüstü hiss
əsində də bir sıra müalicə əhəmiyyətli mad-
d
ələr vardır. Bunlardan: efir yağını, vitaminləri, flavonoidləri, aşı və 
qatranlı  maddələri və  s. göstərmək  olar.  Reyhanda  olan  boyayıcı 
madd
ələr  -  flavonlar, xlorofill, karotin və  eləcə  də  efir  yağı  tibbi 
c
əhətdən  çox  faydalıdır.  Həmin maddələrin  qanazlığında,  xroniki 
m
ədə-bağırsaq xəstəliklərində, avitaminozda çox gözəl müalicə təsiri 
var. Reyhan  qida il
ə  qəbul olunduqda orqanizmin maddələr müba-
dil
əsini yaxşılaşdırır, həzmi asanlaşdırır və qanın tərkibinin normal-
lığını mühafizə etməklə bərabər, böyrək və sidik yollarının iltihabını 
da aradan qaldırır. 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə