H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə43/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   39   40   41   42   43   44   45   46   ...   66

148 
 
fəaliyyətini artırır. Bundan əlavə, acı nanə böyrək və sidik yollarını 
dezinfeksiya edir, qusmanı və ürəkbulanmanı dəf edir və ürək-damar 
sisteminin  fəaliyyətini  artırır.  Odur  ki,  acı  nanədən  xörəklərimizdə 
geniş istifadə etmək son dərəcə faydalıdır. 
Acı nanədən müasir təbabətdə bir sıra qiymətli müalicə preparat-
ları hazırlanır.Bu preparatlar ürək-damar sistemi xəstəliklərində, xro-
niki  mədə-bağırsaq  xəstəliklərində,  eləcə  də  böyrək  və  sidik  yolla-
rının iltihabında çox gözəl müalicəvi təsir göstərir. Acı nanənin yağı 
validol, valokardin, Zelenin damcısı kimi vacib, ürək xəstəliklərində 
çox  işlənən  dərmanların  tərkibinə  daxildir.  Bundan  əlavə  acı  nanə 
yağından alınan mentol miqren xəstəliyinin müalicəsində çox faydalı 
dərmandır. Azərbaycanda becərilən nanə bitkisindən daha geniş isti-
fadə olunmalıdır. 
Tarixi,  yayılması  və  məhsuldarlığı.  Nanənin  Azərbaycanda 
ümu
miyyətlə 5 növünün olduğu göstərilir. Bunlardan 4- ü yabanıdır. 
Acı nanəyə isə dünyanın heç bir yerində yabanı halda təsadüf olun-
mur. O mədəni bitki olub, orta əsrlərin axırlarında ingilis botanikləri 
tərəfindən  iki  növ  yabanı  halda  yayılan  yarpız  nanəsini  bir-birinə 
peyvənd etməklə yetişdirilmişdir. O tarixdən etibarən həmin bu nanə 
“əkilən nanə” adını almış, xoşətirli iyinə və çox qiymətli kimyəvi tər-
ki
binə görə, əvvəlcə Avropa ölkələrinə, sonralar isə bütün dünya öl-
kələrinə yayılmış və hazırda bir çox ölkələrdə geniş miqyasda becə-
rilir.  Acı nanənin vətəni İngiltərə hesab edilir. Burada o XVI əsrdən 
becərilir. Rusiyaya 1887 ci ildə gətirilmiş, sənaye üsulu ilə becəril-
məsinə  isə  1892-ci  ildən  başlanılmışdır.  Hazırda  Krasnodar  vilayə-
tində onun əkin sahəsi 8 min hektara yaxındır. Hektardan quru kütlə 
məhsuldarlığı  0,8-1,0 tondur. MDB-də  əkilən  nanə  Ukraynada,  Şi-
mali Qafqazda, Voronejdə və Belorusda sənaye əhəmiyyətli dərman 
bitkisi kimi geniş sahədə becərilir.  
Botaniki t
əsviri və bioloji xüsusiyyətləri. Nanə dalamazkimilər 
(Lamiaceae) f
əsiləsinə, nanə (Mentha),  cinsinə acı nanə növünə (M. 
piperitta L.)  daxildir. 
Hündürlüyü  yarım  metrə  çatan  qol-budaqlı 
çoxillik 
kökümsov gövdəli ot bitkisidir. Kökümsov gövdələri torpaq 
altda çox şaxələnir və saçaqlı əlavə köklər verir. Kök və kökümsov 
gövdənin  əsas  kütləsi  torpağın  üst  10-30 sm-lik  qidalı  qatında  yer-


149 
 
ləşir.  Gövdələri  sayca  çox,  düzduran,  dördkünclü  -  lansetvari,  səthi 
xırda qırışıqlı, kənarları bütöv dilimli, rəngi açıq yaşıl, tünd yaşıl, bə-
zən  bənövşəyi-yaşıl  olur.  Qarşı-qarşıya  düzülmüş,  tünd-yaşıl  rəngli 
yarpaqları vardır. Nəzəri cəlb edən qırmızı-bənövşəyi rəngli xırda çi-
çəkləri gövdəsinin zirvəsində dəstə-dəstə yerləşmişdir. 
Çiçəkləri  ikicinsli,  çəhrayı  və  yasəməni  rəngli  olub  boru  şəkil-
lidir.  Çiçək  qrupu  sünbülvari  süpürgədir.  Meyvəsi  qutucuqdur.  To-
xum
ları xırda qəhvəyi rənglidir 
(r
əngli şəkil 29-30).
 
Nanə  soyuğa  davamlı,  işığa  orta  tələbkar,  uzun  gün  bitkisidir. 
Torpağın münbitliyinə və rütubətinə tələbkardır. Yüngül, münbit və 
rütubətli torpaqlarda yüksək məhsul verir. Acı nanənin bütün hissə-
ləri, xüsusən yerüstü hissəsi xoşagələn ətirli iyə malikdir. 
 
Acı nanənin bir çox növləri və çeşidləri vardır. Lakin onun iki 
növü bütün dünyada məşhurdur. Onlardan birinə qara nanə, digərinə 
 və ya ingilis nanəsi deyilir.  
Qara nanənin gövdəsi və yarpaqlarının damarcıqları qırmızı-bə-
növ
şəyi rəngdə olur. Buna baxmayaraq hər iki nanə xoşagələn zərif 
ətirli iyə və eyni kimyəvi tərkibli efir yağına malikdir. Qara və ağ na-
nə ancaq peyvənd və ya çoxalma üsulu (kök vasitəsilə) ilə yetişdiri-
lir. Bu iki səbəbdən irəli gəlir: birinci, hər iki nanə çox vaxt toxum 
yetişdirmir;  ikinci,  toxumlarından  yetişən  nanə  isə  öz  nəslinə  xas 
olan ətirli iyə malik olmur. Bu çox qəribə olsa da həqiqətdir. 
Acı  nanə  vegetasiyasında  aşağıdakı  inkişaf  fazalarını  keçirir: 
cücərtilərin  əmələ  gəlməsi,  tam  cücərtilərin  alınması,  budaqlanma, 
qön
çələmə, çiçəkləmənin başlanğıcı və tam çiçəkləmə. Axırıncı faza 
texniki yetişkənliklə üst-üstə düşür. Vegetasiya müddəti 80-100 gün-
dür.  Vegetasiyanın  əvvəlində  acı  nanə  yavaş  böyüyür.  Budaqlanma 
fazasında böyümə sürətlənir, qönçələmədə maksimuma çatır. Çiçək-
ləmə zamanı isə böyüməsi yavaşıyır. 
Acı nanə istiliyə çox tələbkar deyildir. Yazda havanın tempera-
turu 3-5 
0
C olduqda inkişafa başlayır. Onun böyüməsi üçün optimal 
temperatur 18-20 
0
C  hesab  edilir.  İsti  yay  aylarında  budaqlanması 
zəifləyir və yağlılığı azalır. Kökləri -13 
0
C şaxtaya dözür. Torpaqda 
temperatur 2-3 
0
C olduqda kökləri inkişafa başlayır. İnkişafa başla-
mış köklərin şaxtaya davamlılığı azalır. Soyuqların qayıtması onların 


150 
 
məhvinə səbəb ola bilər. Acı nanənin cücərtiləri – 8 
0
C-
yə dözə bilir-
lər. Acı nanə işıqsevən, uzun gün bitkisidir. Bitkinin yarpaq səthi nə 
qədər  çox  işıqlansa  məhsuldarlıq  və  yağın  tərkibindəki  mentolun 
miqdarı bir o qədər çox olar. Acı nanə nəmliyə də tələbkar bitkidir. 
Nəmlik normasının 80 % qədər nəmliyin olması onun üçün optimal 
nəmlik  hesab edilir. Torpağın münbitliyinə tələbkardır. Yüngül, gil-
li
cəli,  qumsal,  münbit  və  rütubətli  çaybasar  torpaqlarında  yüksək 
məhsul verir. Qumlu, çınqıllı, ağır və bataqlaşmış torpaqlarda becə-
ril
məsi məsləhət görülmür. Torpaq mühitinin optimal reaksiyası – pH 
5-
7  hesab  olunur.  Əgər  acı  nanə  hektardan  4,  36  ton  yaşıl  kütlə 
verərsə, o bu kütlə ilə torpaqdan 98,1 kq azot, 34,2 kq fosfor, 44,2 kq 
kalium  aparır.  Acı  nanə  altına  vermək  üçün  azotun  nitrat  forması, 
ammo
nium formasına nisbətən daha yaxşı hesab edilir. 
Sortları. Respublikamızda tərəvəz məqsədi ilə yerli nanə sortla-
rından,  о  cümlədən  Gəncə  nanəsindən  istifadə  olunur.  Tərkibində 
mentolu çox olan nanə sortlarına Krasnodar - 2, Prilüks - 5, Yüksək-
mentollu – 1, Kuban -
6, Dərman -1və s. daxildir. Sortlar bir-birindən 
kolunun yığcam və dağınıq olması, gövdəsinin rəngi və hündürlüyü, 
yarpaqlarının rəngi, forması və səthinin düz yaxud qabırğalı olması, 
tərkibindəki efir yağı, о cümlədən mentolun çox olması, gövdəsinin 
zərifliyi və xoşa gələn dadı ilə fərqlənir. 
Becərilmə  texnologiyası  və  yığım.  Növbəli  əkində  yeri.  Nanə 
bir yerdə bir neçə il becərilə bilər. Onun üçün ən yaxşı sələf payızlıq 
dənlilər, paxlalılar və çoxillik otlar hesab edilir. 
Gübrələnməsi.  Əsas  gübrə  kimi  hektara  20-60 ton peyin 
N
45
P
45
K
45
  
dozasında  mineral  gübrələrlə  birlikdə  yaxud  da  hektara 
90-
120 kq hesabı ilə azot, fosfor və kalium gübrələri verilməlidir. 
Torpağın  hazırlanması.  Payızda  nanə  əkən  rayonlarda  sələf 
bitkiləri yığıldıqdan sonra torpaq 27-30 sm dərinlikdə şumlanıb ma-
la
lanır və vərdənələnir.  Açıq cücərtilərin alınması üçün 1-2 yerüstü 
əməliyyat aparılır. Nanə əkilməzdən qabaq torpaq kultivasiya edilir, 
mala çəkilir sonra isə əkinə başlanır. Yaz əkini üçün torpaq payızdan 
hazırlanır.  Dondurma  şumu  aparılır,  yazda  isə  malalanır  və  əkin 
qabağı  kultivasiya  (10-12  sm  dərinlikdə)    ilə  birlikdə  malalanma 
aparılır. Əkinqabağı hektara 8 litr hesabı ilə treflan herbisidi verilir. 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə