H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə39/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   35   36   37   38   39   40   41   42   ...   66

136 
 
247-1. 
Bu sortun kolu yığcam olub, hündürlüyü 70 sm-ə kimidir, 
Gövd
əsi düzduran, zəif budaqlanan və kifayət qədər sıxdır. Gövdə və 
yarpaqları açıq yaşıl rənglidir. Çiçəkləri açıq çəhrayı rənglidir. Çətiri 
olduqca  sıxdır.  Mərkəzi çətirində  toxumların  sayı  55-ə  kimi olur, 
Toxumları  iri  və  yumru  –  kürəvi  formalı,  rəngi isə  açıq-bozumtul 
r
ənglidir, Orta hesabla 1000 ədəd toxumun kütləsi 6,4 qramdır. Orta 
gecyetişən  sortdur,  Ərzaqlıq  yetişkənliyinədək 73-80 gün, fizioloji 
yetişkənliyinə kimi 84-105 gün vaxt tələb edir. 
Yerli Gəncə. Bu sortun kolunun hündürlüyü 65 sm olur. Gövdə-
si 
əsasən düz duran və orta dərəcədə budaqlanandır. Gövdə və yar-
paqlan tutqun-
yaşıl rənglidir. Qrup yarpaqları kök boğazından olduq-
ca sıx əmələ  gəlir, Rəngi tutqun qonuru antosian piqmentliyə  çalır. 
Qrup  yarpaqları  demək olar ki, torpaq səthində  üfüqi vəziyyətdə 
yerl
əşir,  Yarpaq  və  saplaqları  bir  çox  sortlara  nisbətən  qalın,  ətirli, 
h
əm də xoşagələn dada malikdir. Ərzaqlıq hissəsi olan saplaq, yarpaq 
v
ə zəif zoğunu biçdikdən sonra bir neçə gün təravətini itirmədən yax-
şı qalır, Çiçəkləri cəzbedici ağımtıl-çəhrayı rəngli və çətiri iri həm də 
sıx  yerləşir. Mərkəzi çətirində toxumların sayı 40-60 ədəd arasında 
d
əyişir, Toxumları orta irilikdə olub, əsasən kürəvi formalı və tutqun 
q
əhvəyi-boz rəngə çalır. 1000 ədəd toxumun kütləsi 5,2- 6,5 q olur. 
Ən  tez  yetişən sort olub, ərzaqlıq  yetişkənliyinədək 35-45 gün, 
fizioloji yetişkənliyinə kimi 60-90 gün vaxt tələb edir. 
Torpağın seçilməsi. Səbzə tərəvəz bitkiləri torpağın münbitliyi-
nə, strukturuna çox tələbkar olduğundan, bitkiləri peyinlə (və ya di-
gər üzvi gübrə ilə) yaxşı gübrələnmiş və ya üzvi çürüntülərlə zəngin, 
yaşayış məntəqələrinə yaxın alaqsız, su ilə təmin olunmuş və bərabər 
suvarıla bilən sahələrdə yerləşdirmək lazımdır. Baş soğan, sarımsaq, 
xiyar, kartof, paxlalı və bostan bitkiləri keşniş bitkisi üçün ən yaxşı 
sələflərdir. 
Torpağın  hazırlanması.  Keşniş  səpiləcək  torpaq  sahəsi  sələf 
bitkilərindən  azad  olan  kimi, bitki qalıqlarından  təmizlənməli  və 
üzləmə aparılmalıdır. Üzləmədən 15-20 gün sonra hektara 25-30 ton 
peyin çürüntüsü, 300-350 kq superfosfat, 100-150 kq 
kalium gübrəsi 
verilir və 25-30 sm dərinliyində dondurma şumu aparılır. Тorpaq qa-
tının  qalınlığı  imkan  vermədikdə  şumun  dərinliyi  onun  qalınlığına 


137 
 
uy
ğunlaşdırılır. Erkən yazda tarlaya çıxmaq mümkün olan kimi sahə 
dişli mala ilə malalanır və kultivatorla yumşaldılır. Payız-qış müddə-
tində torpaq çox sıxlaşmış olarsa, səpinqabağı ikiləmə aparılır. Sahə 
çox  kəltənli  olduqda  kultivasiyadan  əvvəl  və  ya  ikiləmədən  sonra 
diskli mala 
ilə kəltənlər əzilməlidir. 
Yay  və  payızda  keşniş  toxumunu  səpmək  üçün  ayrılmış  sahə 
sələfdən azad olan kimi suvarılır, torpaq yetişdikdə (arat çıxan kimi) 
25-30 
sm dərinliyində şumlanır. Sələf bitkisi altına peyin və  fosfor 
gübrəsi verilməmişsə şum qabağı hektara 25-30 ton peyin çüruntüsü
300-  350 kq superfosfat 
və 100-150 kq kalium gübrəsi verilir. Sələf 
bitkisi gübrələnmiş olduqda göstərilən miqdar 40-50% azaldılır. 
Hər  iki  səpin  muddətində  səpinqabağı  hektara  1,5-2,0  sentner 
ammo
nium şorası verilib, kultivatorla 10-12 sm dərinliyində torpağa 
qarışdırılır və sahə dişli mala ilə malalanır. 
Тoxumun hazırlanması və səpin. Səpin üçün ayrılmış toxumun 
təsərrüfat  yararlılığı  hökmən  müəyyənləşdirilməlidir.  Cücərmə  fai-
zin
dən  asılı  olaraq  səpin  normasına  düzəliş  verilir  və  səpinə  10-15 
gün 
qalmış qranozan və ya ТMТD ilə quru halda dərmanlanır. 
Kiçik sahələrdə keşniş əvvəlcədən hazırlanmış ləklərə əl ilə və 
ya əl toxumsəpənləri ilə cərgəvi üsulla səpilir. Geniş sahələrdə toxum 
traktora  qoşulan  səpici  maşınlarla  4-6  cərgəli  lent  üsulu  ilə  səpilir. 
Lentdə cərgəaraları 29 sm, lent araları isə 60-70 sm saxlanır.  
İlboyu  arası  kəsilmədən  məhsul  almaq  keşniş  toxumu  fevralın 
ikinci  yarısı-martın  əvvəlindən  başlayaraq  oktyabrın  axırınadək  hər 
10-15 
gündən bir səpilir.  
Erkən  yazda  məhsul  almaq  üçün  keşniş  toxumunu  noyabrın 
ikinci 
yarısı və dekabr ayında (qışqabağı) da səpmək olar. 
Göstərilən səpin müddətləri respublikanın aran rayonlarına aid-
dir. Dağətəyi və dağlıq rayonlarda keşnişin yaz səpini 15-25 gün gec, 
yay-
payız səpini isə 10-12 gün tez aparılır. 
Keşniş bitkisindən keyfiyyətli məhsul almaq üçün onun toxum-
larının səpin normasına riayət edilməlidir. Birinci sinif toxum keyfiy-
yətlərini nəzərdə tutmaqla hektara səpin norması 12-16 kiloqramdır. 
Тoxumlar 1,5-2,0 sm dərinliyə səpilməlidir. 


138 
 
Qulluq işləri. Keşniş əkinlərinə qulluq cərgəaralarında torpağın 
yumşaldılmasından, alaq otlarının təmizlənməsindən, suvarmadan və 
yemləmədən  ibarətdir.  Cərgəaralarında  torpaq  yumşaldılmalıdır  ki, 
torpaqda nəmlik saxlansın və su ilə hava nisbətinin pozulmasına yol 
verilməsin.  Yumşaltma  hər  dəfə  suvarmadan  və  güclü  yağışlardan 
sonra 
aparılır. Əkinlər bitkilərin tələbatıia uyğun olaraq optimal nəm-
likdə saxlanmalıdır. Suvarmaq lazım gəldikdə lent aralarında şırımlar 
açılır (şırımaçanla) və lentlər ləklərdə olduğu kimi suvarılır. Keşniş 
bitki
ləri az su hopdurma üsulu ilə suvarılmalıdır. Bitkilər zəif  böyu-
dükdə  azotlu  və  kaliumlu  gübrələrin  qarışığı  ilə  yemləmə  aparılır. 
Kalium  güb
rəsi həmdə bitkilərin xəstəliklərə qarşı müqavimətini ar-
tırır. Yemləmə məqsədilə hektara cərgəaralarına 200 kq ammonium 
şorası və 100 kq kalium gübrəsinin qarışığı verilir, torpaqla qarışdırı-
lır və sahə suvarılır. Bu iş məhsul yığımına azı 15-20 gün qalmış gö-
rül
məlidir. 
Yığım. Keşniş, bitkilərinin boyu 15-18 sm-ə çatdıqda məhsul yı-
ğımına başlanmalı və çiçək zoğu əmələ gələnə  qədər qurtarmalıdır. 
Bu 
bitkilər kök boğazından bir qədər aşağıdan biçilir, torpaqdan və 
yararsız  yarpaqlardan təmizlənir, 200-250 qr.-lıq dəstələrə bağlanır. 
Səliqə ilə təmiz yeşiklərə və ya kisələrə doldurularaq satışa göndəri-
lir. Dəstə bağlayarkən ehtiyatlı olmaq lazımdır ki, bitkilər əzilməsin. 
K
eşniş  bitkisinin  hektardan  yaşıl  yarpaq  məhsuldarlığı  orta  he-
sabla  90-150 sen. 
arasında olur. Lakin, qranulometrik tərkibcə yün-
gül olan münbit torpaqlarda, vaxtında və yaxşı qulluq edildikdə daha 
artıq məhsul görürmək olar. Toxum almaq üçün bitkinin yerüstü his-
səsi, meyvəsi yetişən vaxt əllə biçilib, dərz-dərz bağlandıqdan sonra 
açıq havada qurudulur və yaxud iri təsərrüfatlarda kombaynla biçilir. 
Quru
dulmuş  hissələrin  döyülüb  təmizlənməsi  nəticəsində  meyvələr 
başqa hissələrdən ayrılır və xüsusi kisələrə doldurulub tədarük mən-
təqələrinə təhvil verilir. Toxum məhsuldarlığı 6-10 s/ha təşkil edir. 
 
2. 2. R A Z Y A N A 
 
Xalq t
əsərrüfat əhəmiyyəti. Razyana meyvələri bütöv halda ye-
yinti s
ənayesində və tibdə istifadə olunur. Razyana toxumlarının tər-


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə