Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə33/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   29   30   31   32   33   34   35   36   ...   99

 
121 
yeyilməlidir.  
Əbu  Musa  demişdir:  “Peyğəmbərimizi  (s.ə.v.)  to-
yuq əti yeyərkən gördüm”. Başqa bir mənbədə deyilir: 
“Nəbiyə 
(
s.ə.v.)  bişmiş  ət  gətirildi.  Ona  qol  tərəfi 
verildi və o da yedi. Çünki ən çox qoyunun qabaq (ön) 
qolunu  sevərdi”.  Başqa  bir  mənbədə  deyilir:  “  Rəsu-
lullah  (s.ə.v.)  toyuğun  qanad  hissəsini  yeməyi  xoşla-
yardı”.  Müasir  dövrdə  bu  deyimin  elmi  izahı  oxucuda 
maraq oyada bilər. Beləki, heyvani məhsulların yağın-
da,  o  cümlədən  toyuğun  dərialtı  piyində  və  dərisində 
xolesterin maddəsi vardır. Bu maddə az hərəkətdə olan 
və zehni işlə məşğul olanlarda ürək-damar xəstəlikləri-
nin (əsasən də aterosklerozun) yaranmasına səbəb olur. 
Toyuğun  qanadında  (hətta  qanadı  örtən  dəridə)  xo-
lesterinin olmaması elmi cəhətdən sübut olunmuşdur. 
Əbubəkir  Razinin  (865-925)  toyuq  əti  ilə  bağlı 
söylədiyi  elmi  fikirlər  hamımıza  məlumdur:  “Ev 
toyuğunun  əti  gerçəkdən  yaxşı  qidadır.  Təmiz  olanı 
seçilməlidir.  Təmizliyi,  yediyi  yemlər  və  bəsləndiyi 
şərait  əsasdır”.  Digər  mənbələrdə  göstərilir  ki,  əgər 
toyuğun  necə  bəsləndiyi  və  nə  ilə  qidalandığı  sizə 
məlum  deyilsə,  onda  kəsməzdən  24  saat  əvvəl  onu 
təmiz yerdə saxlayın. Bu zaman onun əti halaldır.  
 
Toyuq və digər quĢ ətləri haqqında hədislər. 
 
Peyğəmbər (s.ə.v.): 
1. Hər kəs qəzəbinin az olmasını istəyirsə, turac əti 
yesin. 
2.  Hər  kəsin  ürəyindən  şikayəti  varsa  və  qəmi 
çoxdursa, turac əti yesin. 
Imam Əli (ə): Qaz quşların camışı, toyuq quşların 
donuzu,  turac  isə  onların  kərgədanıdır.  Rəbiə  qəbilə-


 
122 
sindən  olan  bir  qadının  öz  yeməyinin  artığı  ilə 
böyütdüyü iki cücədən istifadə etmirsən?! 
Imam Sadiq (ə): Hər kəs özündə qəm, narahatçılıq 
hiss edirsə və bunun səbəbini bilmirsə, turac əti yesin, 
inşallah narahatçılığı aradan qalxar. 
Imam Cəfər Sadiq (ə) cənablarından soruşdular ki, 
hansı  quşların  ətini  yemək  olar?  Buyurdu:  “Qanad 
çalan quşun ətini ye, süzən quşun ətini yemə”. 
Yəni,  qanad  çalmağı  süzməyindən  çox  olan 
quşların  əti  halaldır,  süzməyi  qanad  çalmağından  çox 
olan quşların əti haramdır. 
Sonra  su  quşları  barəsində  sual  etdilər.  Buyurdu: 
“Hansı quşun çinədanı (pətənəyi) varsa, onun ətini ye, 
hansı quşun çinədanı yoxdursa, onun ətini yemə”. 
Imam Kazım (ə): 
1.  Qızdırmalı  şəxsə  kəklik  əti  yedizdirin,  o, 
ayaqları qüvvətləndirir və qızdırmanı salır. 
2.  Növbərə  quşunun  ətini  yeməkdə  heç  bir  eyib 
görmürəm.  O,  babasil  və  bel  ağrıları  üçün  faydalıdır, 
cinsi qabiliyyəti artırır. 
“Kafi” – Zürarədən: And olsun Allaha, mən imam 
Bağır (ə) kimi insan görməmişəm. 
Həzrətdən soruşdum: 
-  Allah  səni  saleh  bəndə  etsin,  hansı  quşun  ətini 
yemək halaldır? 
Dedi: 
- Qanad çalanları ye, havada süzənləri isə yemə. 
- Su quşlarını yemək olarmı? 
- Çinədanı olanları ye, olmayanları yemə. 
“Kafi”  –  Əli  ibn  Məhziyazdan:  Imam  Baqirlə  (ə) 
nahar etdim. Həzrət Misir kəkliyinin ətini gətirib dedi: 
“Bu,  bərəkətli  ətdir,  atam  bunu  çox  sevərdi  və  əmr 


 
123 
edərdi  ki,  sarılıq  xəstəliyinə  tutulanlar  üçün  ondan 
kabab bişirin, onlara faydalı olacaq”.  
 
Yumurta haqqında 
 
Yumurta qidalılıq dəyərinə görə yüksək keyfiyyət-
li  və  orqanizmdə  97-98%  mənimsənilən  ərzaq  məhsu-
ludur. Yumurtanın tərkibində tam dəyərli zülallar, yağ-
lar,  lesitinlər,  vitaminlər  və  mineral  maddələr  vardır. 
Yumurta  maddələr  mübadiləsinin  normal  getməsinə 
müsbət  təsir  edir,  sinir  sistemini  möhkəmləndirir, 
infeksion xəstəliklərə qarşı müqaviməti artırır, uşaqları 
isə raxit xəstəliyindən qoruyur. 
Orta  yaşlı  adam fizioloji normaya əsasən ildə 260 
ədəd (3 gündə 2 ədəd) yumurta yeməlidir.  
Toyuq  yumurtası.  Quruluşuna  görə  3  əsas 
hissədən  ibarətdir.  Kütləyə  görə  toyuq  yumurtasının 
56%-ni ağı, 32%-ni sarısı və 12%-ni qabığı təşkil edir. 
Yumurtanın  tərkibində  74%  su;  12,7%  zülal; 
11,5%  yağ;  0,7%  karbohidrat;  1%  mineral  maddələr; 
A, D, E, B
1
, B
2
, B
6
, B
12
, PP vitaminləri; Na, K, Ca, P, 
Fe, Mg kimi makro- və J, F, B və s. mikro- elementlər; 
bütün əvəzedilməz aminturşuları vardır. 
Yumurtanın  ağının  tərkibində  85,7%  su;  12,7% 
zülal;  0,7%  karbohidrat;  0,6%  mineral  maddə;  0,03% 
yağ vardır. Yumurta ağının tərkibində zülallardan ovo-
albumin, ovoqlobulin, ovomusin, ovomukoid və bakte-
risid  xassəli  lizosim  zülalı  vardır.  Yumurta  ağındakı 
avidin  zülalı  tərkibində  10%  DNT  olan  qlükoproteid-
dezoksiribonukleoproteid  adlanır.  Avidin  zülalının  bir 
hissəsi H vitamini (biotin) ilə birləşmiş olur. 
Yumurta  sarısı  ən  dəyərli  hissə  sayılır.  Tərkibində 
50-54%  su,  29-32%  yağ  və  lipoidlər,  16-17%  zülal,  


 
124 
1%-ə  qədər  mineral  maddə  və  karbohidrat  vardır.  Yu-
murta sarısının əsasını vitellin (78%), livetin və fosfitin 
təşkil edir. Yumurta sarısı zəif turş reaksiya verir (pH 6-
ya  yaxındır).  Yumurta  sarısının  lipidləri  21-23%  yağ-
dan,  12%-ə  qədər  fosfatidlərdən,  həmçinin  5% 
xolesterindən ibarətdir. Yumurta yağı 34-39
0
C-də əriyir, 
çünki  tərkibində  70%-ə  qədər  doymamış  yağ  turşuları 
(olein,  linol,  linolen,  palmitoolein)  vardır.  Doymuş  yağ 
turşularından palmitin, stearin və s. vardır.  
Yumurtanın  təzəliyi  yumurta  sarısının  indeksi  ilə 
müəyyən edilə bilər. Yumurta sarısının hündürlüyünün 
onun  diametrinə  nisbəti  sarı  indeksi  adlanır.  Təzə 
yumurtanın  sarı  indeksi  0,4-0,45  olur,  saxlandıqda  isə 
azalır.  Sarı  indeksi  0,25  olduqda  pərdə  partlayır  və 
yumurtanın sarısı ağına qarışır. 
Təzəliyinə,  keyfiyyətinə  və  saxlanılma  şəraitinə 
görə  yumurtalar  pəhriz  və  aşxana  yumurtası  növlərinə 
ayrılır.  
Pəhriz  yumurtası  yumurtlanan  gündən  etibarən  7 
gün  ərzində  istehlakçılara  çatdırılır.  Belə  yumurtaların 
üstündə  yumurtlanan  tarixi  göstərən  ştamp  vurulur. 
Belə yumurtanın ağı qatı və şəffaf olmalı, sarısı isə tam 
mərkəzdə 
yerləşməlidir. 
Sarısının 
diski 
görünməməlidir,  boşluğun  hündürlüyü  4  mm-dən  çox 
olmamalıdır. 
Aşxana  yumurtasına  43  q-dan  az  olmayan  bütün 
yumurtalar  və  44  q-dan  artıq  kütlədə  olan,  lakin  7 
gündən  artıq  saxlanılan  yumurtalar  aiddir.  Saxlanılma 
şəraitinə  və  müddətinə  görə  aşxana  yumurtası  təzə, 
buzxana və əhəng suyunda saxlanılmış növlərə ayrılır

 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə