Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu


Yumurta haqqında hədislər



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə34/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   30   31   32   33   34   35   36   37   ...   99

 
125 
Yumurta haqqında hədislər 
 
Peyğəmbər (s.ə.v.): 
1.  Peyğəmbərlərdən  biri  zəiflikdən  Allaha  şikayət 
etdi. Allah-Təala da ona yumurta yeməyi əmr etdi. 
2. Ətlə yumurta yemək cinsi qabiliyyəti artırır. 
3. Əliyə (ə) etdiyi vəsiyyətindən: Ey Əli! Iki tərəfi 
bir-birindən fərqlənən yumurtanı ye. 
Imam  Əli  (ə):  Peyğəmbərlərdən  biri  ümmətinin 
içində nəsil azlığından Allaha şikayət etdi. Allah-Təala 
da ona ümmətin yumurta yeməyi əmr etməsini tapşırdı. 
Onlar yumurta yedilər və nəsilləri artdı. 
Imam Baqir (ə): 
1. Övladı olmayan şəxs çox yumurta yesin. O nəsil 
artırır. 
2.  Qamışlığa  daxil  olsan  və  orada  bir  yumurta 
görsən, iki tərəfi bir-birindən fərqlənməsə, yemə. 
Imam Kazım (ə): 
1. Çox yumurta yemək övladların sayını artırar. 
2.  Hər  kəs  yumurta,  soğan  və  zeytun  yağı  yesə, 
cinsi qabiliyyəti artar. 
3.  Hər  kəs  ətlə  yumurta  yesə,  uşağının  sümüyü 
böyük olar. 
Imam Sadiq (ə): 
1. Peyğəmbərlərdən biri nəsil azlığından Allaha şi-
kayətləndi.
 
Allah-Təala
 
ona əmr etdi: Əti yumurta ilə ye. 
2. Yumurtanın sarısı yüngül, ağı isə ağır qidadır. 
3. Üç şey kökəldir, üç şey də arıqladır. Arıqladan-
lar – yumurta, balıq və təzə xurma. 
4.  Iki  tərəfi  bir-birindən  fərqlənən  yumurtanı  ye-
mək halal, bərabər olanı yemək isə haramdır. 
Imam Cəfər Sadiq (ə) cənablarından soruşdular ki, 


 
126 
meşələrdə  tapılan  quş  yumurtaları  barəsində  şəriətin 
rəyi  nədir?  Buyurdu:  “Iki  tərəfi  bərabər  olan  yumur-
taları yemə, tərəfləri müxtəlif olan yumurtaları ye”. 
Imam Rza (ə): 
1.  Çox  yumurta  yemək  üzdə  sızanaqların  çıxma-
sına səbəb olur. 
2. Çox yumurta  yemək və ona adət etmək dalağın 
xəstələnməsinə  və  mədənin  baş  hissəsində  yelin 
yaranmasına  səbəb  olar.  Çox  toxumlu  yumurta  yemək 
təngnəfəsliyə səbəb olar. 
 
 


 
127 
BALIQ ƏTĠ YEYĠLMƏSĠNIN ISLAMI ġƏRTLƏRI 
 
 
Balıq və balıq məhsullarının insanların qidalanma-
sında  böyük  əhəmiyyəti  vardır.  Balığın  tərkibində 
zülal,  yağ,  mineral  maddələr  (xüsusən  fosfor  və  yod), 
vitaminlər və digər bioloji fəal maddələr vardır. Fizio-
loji  normaya  əsasən  orta  yaşlı  insan  ildə  azı  18,2  kq 
balıq istehlak etməlidir. Balığın tərkibində olan zülallar 
orqanizmdə çox asan mənimsənilir.  
Balıq  əti  vitaminlər  və  mineral  maddələrlə 
zəngindır.  Balıq  ətinin  enerji  dəyəri  onun  tərkibində 
olan yağın miqdarı ilə müəyyən olunur.  
Balıq  əti  yel  və  ürək  xəstəlikləri  üçün  əhəmiy-
yətlidir.  Gündə  azı  30  qram  balıq  əti  yeyən  insanda 
ürək xəstəlikləri azalmışdır. Dörd həftə mütəmadi balıq 
əti  yeyənlərdə  qanın  tərkibindəki  yağ  nisbəti  optimal-
laşır. Balıq əti ilə daha çox qidalananlarda ateroskleroz 
riski  azalmışdır.  Balıq  əti  və  yağı  A  vitamini  ilə 
zəngindir. 
Balığın  kimyəvi  tərkibi  və  insan  orqanizmi  üçün 
əhəmiyyəti barədə çox danışmaq olar, lakin balığın əsl 
biokimyəvi  tərkibi,  onun  qidalılıq  dəyəri  və  pəhrizi-
müalicəvi  əhəmiyyəti  ancaq  onu  yaradan  tək  Allaha 
məlumdur. 
Allahın  yaratdığı  saysız  nemətlər  sırasında  balıq 
mühüm yerlərdən birini tutur. 
Balıq  əti  dadlı  və  şirəli  olmaqla  bərabər,  insan 
orqanizmi  tərəfindən  tez  həzm  olur.  Hələlik  bizə 
məlum  olan  məlumatlara  əsasən,  balıqda  olan  zülali 
maddələrin  əsas  yeyinti  dəyəri  ondan  ibarətdir  ki, 
onların tərkibində insan  orqanizminə lazım olan bütün 


 
128 
aminturşuları vardır. Bunlardan izoleysin, leysin, lizin, 
metionin,  fenilalanin,  treonin,  triptofan  və  valini 
göstərmək  olar.  Qidada  aminturşularının  olmaması  və 
ya az olması müxtəlif xəstəliklər törədir. 
Balıq  ətində  qeyri-zülali  (ekstraktiv)  azotlu 
maddələrin  olması  qidanın  həzm  edilməsində  mühüm 
rol  oynayır  ki,  bu  da  onların  mədə  şirəsi  ayırması  və 
iştahaçıcı qabiliyyəti ilə bağlıdır. 
Balıqda tez həzm olan yağlar vardır. Balıq yağının 
20-30%-i  doymuş  və  70-80%-i  doymamış  yağ 
turşularından  ibarətdir.  Onların  bərk  yağlara  (inək  və 
qoyun piyinə) nisbətən qida dəyəri xeyli yüksəkdir. 
Doymamış  yağ  turşularından  linol,  linolen  və 
araxidon  xüsusilə  böyük  bioloji  və  müalicəvi  əhəmiy-
yətə  malikdir.  Göstərilən  turşular  insan  orqanizmi 
tərəfindən sintez olunmur. Onları  yalnız qida ilə qəbul 
etmək lazımdır.  Lakin qeyd etmək lazımdır ki,  yeyinti 
məhsullarının 
çoxunda  adları  çəkilən  (xüsusən 
araxidon)  miqdarı  kifayət  qədər  deyildir.  Bu  cəhətdən 
balığın qaraciyəri əvəzedilməz məhsuldur. 
Zülal  maddələrinin  və  yağın  enerji  yaratma  qa-
biliyyəti böyükdür. Balıq zülallarının və yağının 96%-i 
insan orqanizmi tərəfindən mənimsənilir. 
Balıqda  60-a  yaxın  kimyəvi  element  vardır.  Bun-
lardan  kalium,  natrium,  kalsium,  maqnezium,  fosfor, 
xlor, yod, brom, dəmir, mis, kobalt, manqan, sink və s. 
göstərmək olar. 
Balıqda  heyvan  və  quşlara  nisbətən  mineral  mad-
dələrin  miqdarı  çoxdur.  Dəniz  balıqları  xüsusən  mi-
neral maddələrlə zəngindir. 
Mineral  maddələrin  insan  orqanizmində  böyük 
əhəmiyyəti  vardır.  Onlar  insan  sümüyünün,  beyninin, 


 
129 
sinir  və  örtük  toxumalarının  qurulmasında  mühüm  rol 
oynayırlar.  Bundan  əlavə,  onlar  qanın  və  hüceyrə 
mayesinin  tərkibinə  daxil  olaraq  həyati  proseslərin 
normal keçməsini təmin edirlər. 
Mineral  maddələr  orqanizmdə  lazımi  turş  və 
qələvi  mühitin  yaranmasında  iştirak  edirlər.  Balıq  əti 
və  daxili  üzvləri  vitamin  mənbəyidir.  Onlarda  olan 
vitaminlər:  A,  B
1
,  B
2
,  B
6
,  B
9
,  B
12
,  B
t
,  D,  E,  PP,  C, 
pantoten  turşusu  və  inozitdir.  Insan  orqanizmində 
vitaminlərin rolu danılmazdır. 
Balığın əsl biokimyəvi tərkibi, onun yeyinti dəyəri 
və  müalicə  əhəmiyyəti  ancaq  onu  yaradan  tək  Allaha 
məlumdur. 
Yuxarıda qeyd edilən müxtəsər məlumatdan aydın 
olur ki, Allah- Təala insanlar üçün necə gözəl nemətlər 
yaradıb. Ona şükr eləmək hər müsəlmanın borcudur. 
Müqəddəs 
kitabımız 
“Qurani-Kərim”-də 
buyurulur: “Iki dəniz eyni deyildir. Birinin suyu çox 
Ģirin, dadlı və içməyə rahat (boğazdan rahat keçən), 
digərininki  isə  həddindən  artıq  Ģor  və  acıdır. 
Onların hər birindən təzə ət (balıq) yeyir, taxdığınız 
(inci  və  mərcan  kimi)  bəzəklər  çıxardırsınız.  Onun 
(Allahın)  lütfündən  (nemətindən)  ruzi 
diləyib 
axtarmağınız  (ticarət  etməyiniz)  üçün  gəmilərin  də 
orada  (suyu)  yara-yara  üzdüyünü  görürsən.  (Bütün 
bunlara  görə),  bəlkə,  (Allaha)  Ģükr  edəsiniz”  (Fatir, 
35/12). 
“Təzə  ət  (balıq əti) yeməyiniz,  taxdığınız  bəzək 
Ģeylərini  (inci,  sədəf,  mərcan)  çıxartmağınız  üçün 
dənizi  də  sizə  ram  edən  Odur.  (Ey  insan!  Allahın) 
nemətindən  ruzi  axtarmağınız  üçün  sən  gəmilərin 
onu  yara-yara  üzüb  getdiyini  görürsən.  Bəlkə, 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə