130
(bundan sonra Allahın nemətlərinə) Ģükr edəsiniz!”
(ən- Nəhl, 16/14).
Balıq haqqında “Qurani-Kərim”-in əl-Maidə-5/96,
ən-Nəhl-16/4, əl-Kəhf-18/61-63 surələrində buyuruqlar
vardır.
Bu ayələrdə balıqçılığın bütün sahələri üçün
apaydın istiqamətlər göstərilib. Onlardan bəzilərinin
izahını vermək burada yerinə düşür.
Balıq dəyərli qidadır
“Dəniz ovu və onu yemək sizə də, səfərdə olan-
lara da faydalı olsun deyə halal edildi…” (əl-Maidə,
5/96).
Ürək xəstəliyindən əziyyət çəkən və buna görə
dünyadan köçən adamların orta yaş həddinin getdikcə
aşağı düşməsi ürək xəstəliyinə diqqəti də artırıb. Müa-
sir təbabətdə ürək xəstəliklərinin müalicəsi məsələ-
sində irəliləyiş və inkişaf olsa da, mütəxəssislərin
əsasən tövsiyə etdiyi məsələ bu xəstəliyə məruz
qalmazdan əvvəl görülən tədbirləri dəqiqliklə yerinə
yetirməkdir. Mütəxəssislər ürəyin sağlam fəaliyyətinin
təmin edilməsində və xəstəliyin qarşısının alınmasında
vacib olan bir qidanı tövsiyə edirlər. Bu qida balıqdır.
Balığın çox vacib bir qida olmasının səbəbi onun
özündə həm insan bədəni üçün zəruri olan maddələri
ehtiva etməsi, həm də bədəni müxtəlif xəstəlik risklə-
rindən mümkün qədər uzaqlaşdıracaq xüsusiyyətə
malik olmasıdır. Məsələn, məlum olub ki, balıq ətinin
tərkibindəki omeqa-3 turşusu bədənin sağlamlığı üçün
sanki bir qalxan vəzifəsini yerinə yetirir. O da bəlli
olub ki, davamlı olaraq balıq yeyəndə ürək xəstəlikləri
riski azalır və immunitet sistemi güclənir.
131
Elmi yolla təzəcə sübut edilən balığın faydaları və
onun zəruri bir qida mənbəyi olması təxminən 1400 il
əvvəl göndərilən Quranda da bildirilir. Uca Allah
Quranda dəniz məhsullarını “Təzə ət yeməyiniz üçün
dənizi də sizə ram edən Odur…” (Ən-Nəhl, 16/14).
“Dəniz ovu və onu yemək sizə də, səfərdə olanlara
da faydalı olsun deyə halal edildi…” (əl-Maidə,
5/96) ayələri ilə xəbər verir. Bundan əlavə, “Kəhf”
surəsində də balığa xüsusi diqqət çəkilir. Bu surədə
Hz. Musanın və onun gənc köməkçilərinin uzun bir
səfərə çıxdığı və özləri ilə də qida kimi balıq götür-
düyü bildirilir:
“Onlar iki dənizin qovuĢduğu yerə gəlib çat-
dıqda balığı unutdular. Balıq isə dənizdə bir
yarğana tərəf üz tutmuĢdu. Onlar (çatmalı olduqları
yerdən) keçib getdikləri zaman (Musa) gənc dostuna
dedi: “Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi
lap əldən saldı!”. O isə: “Görürsənmi, biz qayanın
yanında
gizləndiyimiz
zaman
mən
balığı
unutdum…” (əl-Kəhf, 18/61-63).
“Kəhf” surəsində uzun bir səfər zamanı yorulan-
dan sonra yemək üçün xüsusilə balığın seçilməsi çox
maraqlıdır. Dolayısı ilə bu hissədəki hikmətlərdən biri
kimi balığın faydalarına, onun qidalandırıcı xüsusiy-
yətinə işarə edilə bilər (ən doğrusunu Allah bilir).
Həmçinin balığın qida kimi xüsusiyyətlərini araş-
dıranda diqqətəlayiq məlumatlarla üzləşirik. Rəbbimi-
zin bizə böyük bir neməti olan balığın əti xüsusilə
protein, D vitamini və əksər elementlər (bədəndə çox
az miqdarda mövcud olan, lakin bədən üçün çox vacib
olan bəzi elementlər) baxımından mükəmməl qida
mənbəyidir. Onun tərkibində olan fosfor, kükürd,
132
vanadium kimi minerallar sayəsində böyümə və
toxumaların yaxşılaşması təmin edilir. Balıq ətindəki
bu maddələr sağlam diş ətinin və diş quruluşunun
yaranmasına kömək edir, dərinin rəngini gözəlləşdirir,
saçların daha sağlam olmasını təmin edir, bakterioloji
infeksiyalarla mübarizəyə dəstək verir. Bundan əlavə,
həmin maddələr qandakı xolesterol balansının tənzim-
ləyici təsirləri ilə infarktın qarşısının alınmasında mü-
hüm rol oynayırlar. Bu maddələr nişasta və piyin
parçalanaraq onların orqanizm tərəfindən mənimsənil-
məsinə yardımçı olur, beləliklə, daha enerjili və daha
güclü qalmağı təmin edirlər. Digər tərəfdən, balıq
ətində olan maddələr zehni fəaliyyətin nizamlı olma-
sına müsbət təsir göstərir. Onun tərkibindəki D vita-
mini və başqa minerallar kifayət miqdarda qəbul edil-
məyəndə isə raxitlik, sümük boşluğu, diş əti xəstəlik-
ləri, zob, hipertiroit kimi problemlər ortaya çıxa bilər.
Bunlardan əlavə, müasir tibbi biliklər balığın tərki-
bində omeqa-3 yağ turşularının sağlamlıq baxımından
çox əhəmiyyətli olduğunu sübut edir. Hətta bu yağlar
zəruri yağ turşuları (EFA: essential fatty asit) kimi
müəyyənləşdirilir.
Balıq yağındakı Omeqa-3 turĢusunun faydası
Balıq yağında sağlamlığımız üçün xüsusilə çox
əhəmiyyətli olan iki fərqli doymamış yağ turşusu növü
var: EPT (eykozapentien turşusu) və DHT (dekozahek-
saen turşusu). EPT və DHT polidoymamış yağlar kimi
tanınır və özündə vacib omeqa-3 yağ turşularını ehtiva
edir. Insan bədəni omeqa-3 və omeqa-6 yağ turşularını
yarada bilməz, yəni onlar kənardan qidalarla qəbul
edilməlidir.
Dostları ilə paylaş: |