Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə35/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   31   32   33   34   35   36   37   38   ...   99

 
130 
(bundan  sonra  Allahın  nemətlərinə)  Ģükr  edəsiniz!” 
(ən- Nəhl, 16/14). 
Balıq haqqında “Qurani-Kərim”-in əl-Maidə-5/96, 
ən-Nəhl-16/4, əl-Kəhf-18/61-63 surələrində buyuruqlar 
vardır. 
Bu  ayələrdə  balıqçılığın  bütün  sahələri  üçün 
apaydın  istiqamətlər  göstərilib.  Onlardan  bəzilərinin 
izahını vermək burada yerinə düşür. 
 
Balıq dəyərli qidadır 
 
“Dəniz ovu və onu yemək sizə də, səfərdə olan-
lara da faydalı olsun deyə halal edildi…” (əl-Maidə, 
5/96). 
Ürək  xəstəliyindən  əziyyət  çəkən  və  buna  görə 
dünyadan  köçən  adamların  orta  yaş  həddinin  getdikcə 
aşağı düşməsi ürək xəstəliyinə diqqəti də artırıb. Müa-
sir  təbabətdə  ürək  xəstəliklərinin  müalicəsi  məsələ-
sində  irəliləyiş  və  inkişaf  olsa  da,  mütəxəssislərin 
əsasən  tövsiyə  etdiyi  məsələ  bu  xəstəliyə  məruz 
qalmazdan  əvvəl  görülən  tədbirləri  dəqiqliklə  yerinə 
yetirməkdir. Mütəxəssislər ürəyin sağlam fəaliyyətinin 
təmin edilməsində və xəstəliyin qarşısının alınmasında 
vacib olan bir qidanı tövsiyə edirlər. Bu qida balıqdır. 
Balığın  çox  vacib  bir  qida  olmasının  səbəbi  onun 
özündə  həm  insan  bədəni  üçün  zəruri  olan  maddələri 
ehtiva  etməsi,  həm  də  bədəni  müxtəlif  xəstəlik  risklə-
rindən  mümkün  qədər  uzaqlaşdıracaq  xüsusiyyətə 
malik  olmasıdır.  Məsələn,  məlum  olub  ki,  balıq  ətinin 
tərkibindəki  omeqa-3  turşusu  bədənin  sağlamlığı  üçün 
sanki  bir  qalxan  vəzifəsini  yerinə  yetirir.  O  da  bəlli 
olub ki, davamlı olaraq balıq yeyəndə ürək xəstəlikləri 
riski azalır və immunitet sistemi güclənir. 


 
131 
Elmi yolla təzəcə sübut edilən balığın faydaları və 
onun zəruri bir qida mənbəyi olması təxminən 1400 il 
əvvəl  göndərilən  Quranda  da  bildirilir.  Uca  Allah 
Quranda dəniz məhsullarını “Təzə  ət  yeməyiniz  üçün 
dənizi  də  sizə  ram  edən  Odur…” (Ən-Nəhl, 16/14). 
“Dəniz  ovu  və  onu  yemək  sizə  də,  səfərdə  olanlara 
da  faydalı  olsun  deyə  halal  edildi…”  (əl-Maidə, 
5/96)  ayələri  ilə  xəbər  verir.  Bundan  əlavə,  “Kəhf” 
surəsində  də  balığa  xüsusi  diqqət  çəkilir.  Bu  surədə 
Hz.  Musanın  və  onun  gənc  köməkçilərinin  uzun  bir 
səfərə  çıxdığı  və  özləri  ilə  də  qida  kimi  balıq  götür-
düyü bildirilir:  
“Onlar  iki  dənizin  qovuĢduğu  yerə  gəlib  çat-
dıqda  balığı  unutdular.  Balıq  isə  dənizdə  bir 
yarğana tərəf üz tutmuĢdu. Onlar (çatmalı olduqları 
yerdən) keçib getdikləri zaman (Musa) gənc dostuna 
dedi:  “Nahar  yeməyimizi  gətir.  Bu  səfərimiz  bizi 
lap  əldən  saldı!”.  O  isə:  “Görürsənmi,  biz  qayanın 
yanında 
gizləndiyimiz 
zaman 
mən 
balığı 
unutdum…” (əl-Kəhf, 18/61-63). 
“Kəhf”  surəsində  uzun  bir  səfər  zamanı  yorulan-
dan  sonra  yemək  üçün  xüsusilə  balığın  seçilməsi  çox 
maraqlıdır.  Dolayısı ilə  bu hissədəki  hikmətlərdən  biri 
kimi  balığın  faydalarına,  onun  qidalandırıcı  xüsusiy-
yətinə işarə edilə bilər (ən doğrusunu Allah bilir). 
Həmçinin  balığın  qida  kimi  xüsusiyyətlərini  araş-
dıranda  diqqətəlayiq  məlumatlarla  üzləşirik.  Rəbbimi-
zin  bizə  böyük  bir  neməti  olan  balığın  əti  xüsusilə 
protein,  D  vitamini  və  əksər  elementlər  (bədəndə  çox 
az miqdarda mövcud olan, lakin bədən üçün çox vacib 
olan  bəzi  elementlər)  baxımından  mükəmməl  qida 
mənbəyidir.  Onun  tərkibində  olan  fosfor,  kükürd, 


 
132 
vanadium  kimi  minerallar  sayəsində  böyümə  və 
toxumaların  yaxşılaşması  təmin  edilir.  Balıq  ətindəki 
bu  maddələr  sağlam  diş  ətinin  və  diş  quruluşunun 
yaranmasına kömək  edir, dərinin  rəngini  gözəlləşdirir, 
saçların  daha  sağlam  olmasını  təmin  edir,  bakterioloji 
infeksiyalarla  mübarizəyə  dəstək  verir.  Bundan  əlavə, 
həmin  maddələr qandakı xolesterol balansının  tənzim-
ləyici  təsirləri  ilə  infarktın  qarşısının  alınmasında  mü-
hüm  rol  oynayırlar.  Bu  maddələr  nişasta  və  piyin 
parçalanaraq  onların  orqanizm  tərəfindən  mənimsənil-
məsinə  yardımçı  olur,  beləliklə,  daha  enerjili  və  daha 
güclü  qalmağı  təmin  edirlər.  Digər  tərəfdən,  balıq 
ətində  olan  maddələr  zehni  fəaliyyətin  nizamlı  olma-
sına  müsbət  təsir  göstərir.  Onun  tərkibindəki  D  vita-
mini  və  başqa  minerallar  kifayət  miqdarda  qəbul  edil-
məyəndə  isə  raxitlik,  sümük  boşluğu,  diş  əti  xəstəlik-
ləri, zob, hipertiroit kimi problemlər ortaya çıxa bilər. 
Bunlardan əlavə, müasir tibbi biliklər balığın tərki-
bində  omeqa-3  yağ  turşularının  sağlamlıq  baxımından 
çox  əhəmiyyətli  olduğunu  sübut  edir.  Hətta  bu  yağlar 
zəruri  yağ  turşuları  (EFA:  essential  fatty  asit)  kimi 
müəyyənləşdirilir. 
 
Balıq yağındakı Omeqa-3 turĢusunun faydası 
 
Balıq  yağında  sağlamlığımız  üçün  xüsusilə  çox 
əhəmiyyətli olan iki fərqli doymamış yağ turşusu növü 
var: EPT (eykozapentien turşusu) və DHT (dekozahek-
saen turşusu). EPT və DHT polidoymamış yağlar kimi 
tanınır və özündə vacib omeqa-3 yağ turşularını ehtiva 
edir. Insan bədəni omeqa-3 və omeqa-6 yağ turşularını 
yarada  bilməz,  yəni  onlar  kənardan  qidalarla  qəbul 
edilməlidir. 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə