Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə43/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   39   40   41   42   43   44   45   46   ...   99

 
161 
yüksəldərək anormal hüceyrə artımına və xərçəngə qarşı 
qoruyucu olduğunu da üzə çıxarıblar. 
 
Artritin (oynaq iltihabı) qarĢısının alınması 
 
Tədqiqatçıların  hesabatlarına  görə,  bol  miqdarda 
zeytun  yağı və bişmiş tərəvəz  yeyən insanların oynaq-
larındakı şişmə, qızartı və ağrıya (xroniki iltihablanma-
ya) səbəb olan revmatizmal artrit keçirmək riski azalır. 
 
Sümüyün inkiĢafına kömək etməsi 
 
Zeytun  yağının  tərkibindəki  E,  A,  D  və  K  vita-
minləri uşaqların və yeniyetmələrin sümüyünün inkişa-
fına  kömək  etməsi,  kalsium  miqdarını  sabitləşdirərək 
sümükləri  gücləndirməsi  baxımından  çox  vacibdir.  Bu 
yağlar  yaşlılara  da  xüsusi  tövsiyə  edilir,  çünki  həzm 
olunması  asandır  və  minerallarla  bədəndə  istifadəsinə 
kömək  edir.  Həmçinin  sümük  mineralizasiyasını  (mi-
neralların  sümüklərdə  çökməsi)  hərəkətə  keçirərək, 
kalsium  itkisinə  əngəl  olur.  Sümüklər  orqanizmin 
mineral  quruluşunun  anbarını  yaradır  və  sümüklərdə 
mineral  yığımı  olmayanda  sümük  yumşalması  kimi 
ciddi  problem  əmələ  gəlir.  Bu  baxımdan  zeytun 
yağının skelet quruluşuna çox müsbət təsiri var. 
 
Qocalmağın qarĢısını alır 
 
Zeytun yağının tərkibindəki vitaminlər hüceyrələri 
təzələmək  xüsusiyyətinə  malik  olduğu  üçün  ondan 
qocalığın  qarşısının  alınmasında  da  istifadə  edilir, 
çünki  zeytun  yağı  dərini  qidalandırır  və  qoruyur. 
Qidalar  bədənimizdə  enerjiyə  çevrilərək  oksidant  adlı 
bəzi maddələr  ortaya  çıxır.  Zeytun  yağı  özündə  ehtiva 


 
162 
etdiyi çoxsaylı antioksidant maddələrlə bədənin zərərli 
maddələrlə  zədələnməsinin  qarşısını  alır,  hüceyrələri-
mizi təzələyir, toxuma və orqanlarımızın yağlanmasını 
ləngidir.  Zeytun  yağı  bədənimizdəki  hüceyrələrə  zərər 
verən, onları qocaldan “sərbəst radikallara” təzyiq edən 
E vitamini baxımından da zəngindir. 
 
UĢaqların inkiĢafına müsbət təsiri 
 
Zeytun  və  zeytun  yağı  tərkibində  olan  linolen 
turşusuna  (omeqa-6  yağ  turşusu)  görə  təzə  doğulmuş 
körpələr,  inkişaf  mərhələsində  olan  uşaqlar  üçün  çox 
faydalı  bir  qidadır.  Linolen  turşusunun  az  olması 
uşağın 
inkişafının 
ləngiməsinə 
və 
bəzi 
dəri 
problemlərinin  yaranmasına  səbəb  ola  bilər.  Zeytun 
yağında  bədənimizdə  olan  zərərli  maddələrin  təsirinin 
qarşısını  alan  antioksidant  elementlər  və  insan  üçün 
böyük  əhəmiyyət  kəsb  edən  yağ  turşuları  var.  Bunlar 
da  hormonlara  dəstək  olur  və  hüceyrə  zərinin  əmələ 
gəlməsinə kömək edir. Zeytun yağı ana südündəki yağ 
turşusu  nisbətinə  oxşayır,  bununla  bərabər  bir  çox 
doymamış tərkiblərə də malikdir. 
Zeytun  yağı  insan  bədəni  tərəfindən  əldə  edilə 
bilməyən,  həmçinin  bədənin  zəruri  ehtiyac  duyduğu 
əsas  yağlı  turşular  baxımından  kifayət  edəcək  bir 
mənbədir.  Bu  amillər  zeytun  yağını  təzə  doğulan 
körpələr  üçün  çox  faydalı  maddəyə  çevirir.  Doğuşdan 
əvvəl və sonra körpə beyninin və sinir sisteminin təbii 
inkişafına  müsbət  təsiri  olduğuna  görə,  mütəxəssislər 
tərəfindən  analara  məsləhət  görülən  yeganə  yağ  yenə 
zeytun  yağıdır.  Bu  yağ  ana  südündəkinə  yaxın 
miqdarda  linolen  turşusu  ehtiva  edir.  Bununla  yanaşı, 
yağsız  inək  südünə  zeytun  yağı  əlavə  ediləndə,  o  ana 


 
163 
südü qədər təbii bir qida xüsusiyyəti qazanır. 
 
Təzyiqi aĢağı salması 
 
“The  Archives  of  Internal  Medicine”  jurnalının 
2000-ci  il  27  mart  tarixli  sayında  dərc  olunan  bir 
araşdırma  zeytun  yağının  yuxarı  qan  təzyiqinə  müsbət 
təsirini  bir  daha  vurğulamışdır.  Bundan  başqa,  zeytun 
yağının  yarpağından  təzyiqi  aşağı  salan  dərmanlar 
hazırlanır. 
 
Daxili orqanlara faydası 
 
Isti  və  ya  soyuq  halda  qəbul  edilməsindən  asılı 
olmayaraq  zeytun  yağı  mədə  turşusunu  azaldaraq 
mədəni  qastrit  və  xora  kimi  xəstəliklərdən  qoruyur. 
Bununla  yanaşı,  öd  ifrazatını  sürətləndirərək  onun  ən 
mükəmməl hala gəlməsini təmin edir. Öd kisəsinin bo-
şalma fəaliyyətini nizamlayır və öd daşı riskini azaldır. 
Tərkibindəki xlor sayəsində də qaraciyərin çalışmasına 
kömək  edir.  Bununla  da  bədənin  tullantılardan  xilas 
olmasını  asanlaşdırır.  Bunlardan  başqa,  beyin,  aorta 
damarlarının da sağlamlığına müsbət təsir göstərir. 
Zeytun  yağı  bütün  bu  xüsusiyyətlərinə  görə  son 
dövrlərdə 
mütəxəssislərin 
diqqətini 
cəlb 
edir. 
Mütəxəssislərin izahlarından bir qismi ilə tanış olaq. 
Sağlamlıq  və  qidalanma  sahəsində  nüfuzlu  şəxs-
lərdən  biri  sayılan,  “Qida  əczaxanası”  (“The  Food 
Pharmacy”)  və  “Qidalar  –  möcüzəli  dərmanlarımız” 
(“Food – Your Miracle Medicine”) kitablarının müəlli-
fi,  SNN  telekanalının  mükafatlı  müxbiri,  beynəlxalq 
köşə yazarı olan Jan Karper:  
“Italiyada  aparılan  yeni  tədqiqatlar  nəticəsində 


 
164 
zeytun  yağının  özündə  LDL  xolesterinin  arteriya 
damarlarına  tıxac  yaratmaq  xüsusiyyəti  də  daxil 
olmaqla  bəzi  xəstəlik  mərhələləri  ilə  döyüşən  …  anti-
oksidantlar ehtiva etdiyini aşkarlayıb”. 
Pəhriz və qidalanma mütəxəssisi Pet Beird:  
“Zeytun yağının hərtərəfliliyi…onun bədənin sağ-
lamlığına  olan  faydası  haqqında  öyrənəcəyimiz  daha 
çox şey var”. 
Harvard  Universitetinin  xalq  sağlamlığı  məktəbi 
epidemiologiya bölümü başqanı dr. Dimitrios Triçopu-
los:  
“Amerikalı qadınlar doymuş yağların əvəzinə daha 
çox  zeytun  yağı  istifadə  etsəydilər,  döş  xərçəngi 
riskində  50%  qədər  azalma  baş  verə  bilərdi…  Zeytun 
yağı  bəzi  bədxassəli  şiş  növlərinə  –  prostat,  döş, 
onurğa, pulcuqlu hüceyrə və qida borusu şişlərinə qarşı 
qoruyucu təsirə malikdir”. 
Mayami  Universitetinin  (ABŞ)  tibb  fakültəsindən 
D.Pek:  
“Zeytun 
yağının 
siçovullardakı 
immunitet 
sistemini gücləndirdiyi sübut olunmuşdur…”. 
Milan  Universiteti  əczaçılıq  fakültəsindən  Bruno 
Berra:  
“Təbii  yolla  süzülmüş  zeytun  yağının  tərkibində 
olan  LDL  oksidasiona  olan  müqavimətini  aydın 
şəkildə artırır”. 
II  Federiko  Universitetinin  daxili  və  metabolizma 
xəstəlikləri  kafedrasından  A.A.Rivelles,  G.Rikardi, 
M.Mançini:  
“Zeytun  yağı  insulin  müqavimətinin  qarşısını  alır 
və  qandakı  qlükozanın  daha  yaxşı  nəzarətini  təmin 
edir”. 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə