Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə51/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   47   48   49   50   51   52   53   54   ...   99

 
191 
müxtəlif  iqlimli  torpaq  səhələri)  eyni  su  ilə  sulanan 
üzüm  bağları,  əkinlər,  Ģaxəli  –  Ģaxəsiz  xurma  ağac-
ları vardır. Halbuki, Biz yemək baxımından onların 
birini digərindən üstün tuturuq.” (ər-Rəd, 13/4). 
“Xatırlayın  ki,  siz  (müəyyən  müddət  səhrada 
qalmalı  olduğunuz  zaman):”  “Ya  Musa!  Biz  (hər  gün 
yediyimiz)  eyni təama  (qüdrət halvasından və bildirçin 
ətindən olan yeməyə) heç vaxt dözməyəcəyik! Rəbbinə 
dua  et  ki,  bizim  üçün  torpağın  bitirdiyi  Ģeylərdən  – 
tərəvəzindən,  sarımsağından,  mərciməyindən  və 
soğanından yetirsin!” - dediniz. (əl – Bəqərə, 2/61). 
(Allah) onunla  (o su ilə)  sizin  üçün  əkin  (taxıl, 
bitki),  zeytun,  xurma,  üzüm  və  bütün  (başqa) 
meyvələrdən  yetiĢdirir.  DüĢünüb  daĢınanlar  üçün 
bunda  (Allahın  vəhdaniyyətini  sübut  edən)  dəlillər 
vardır!” (ən – Nəhl, 16/11). 
 Ayrı 
–  ayrı  meyvələr  haqqında  verilən 
məlumatlarla  bərabər  onlardan  istifadə  haqqında  da 
ayələr mövcuddur. 
“Yer üzünə sərilmiĢ və sərilməmiĢ bağ – bağatı 
(bostanları  və  bağları),  dadları  müxtəlif  xurmanı  və 
taxılı,  bir  –  birinə  bənzəyən,  həm  də  bənzəməyən 
zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar 
verdiyi  zaman  barından  yeyin,  yığım  günü  haqqını 
(zəkatını  və  sədəqəsini)  ödəyin,  lakin  israf  etməyin. 
Allah israf edənləri sevməz!” (əl – Ənam, 6/141).  
Buradan görünür ki, meyvəsi bol olan şəxslər üçün 
Allah  Təbarəkə  Təala  onun  zəkatının  da  verilməsini 
insanlara göstərir. 
Digər  mövzular  kimi  meyvələrin  növ  və  əhəmiy-
yətindən  söz  açmaqda  məqsəd  Allahın  qüdrət  və  əzə-
mətini  bəyan  etmək,  onun  tükənməyən  nemətləri 


 
192 
müqabilində şükrü  yerinə  yetirmək, onlardan səmərəli 
istifadə 
etmək, 
hər 
birinin  quruluş,  dad  və 
faydalarından ibrət almaqdır. Diqqət yetirmək lazımdır 
ki, “Qurani Kərim” – də xurmanın meyvə və ağacından 
istifadə olunması haqqında daha çox söz açılır. 
“Daha sonra insanların bol yağıĢ (bərəkət) görə-
cəyi  bir  il  gələcək.  Onda  da  adamlar  (zeytun, üzüm, 
xurma və s. meyvələrin)  Ģirəsini  sıxacaqlar (onlardan 
bol-bol istifadə edib bəhrələnəcəklər)”. (Yusuf, 12/49). 
“Siz  xurma  ağaclarının  meyvəsindən  və 
üzümlərdən Ģərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş, 
mövüc,  bəhməz,  quru  xurma  və  s.)  düzəldirsiniz. 
ġübhəsiz  ki,  bunda  da  ağılla  düĢünənlər  üçün  bir 
ibrət vardır.” (ən – Nəhl, 16/67).  
Göründüyü  kimi  bu  ayələrdə  meyvələrdən  alınan 
qidalı məhsullarla yanaşı, şərabdan da söhbət gedir. Bir 
daha qeyd olunmalıdır ki, təfsirlərdə bu ayənin içki ha-
ram edilməzdən əvvəl Məkkədə nazil olduğu göstərilir. 
Peyğəmbərimiz  (s.ə.v.)  insanların  qidalanmasında 
meyvə  və  tərəvəzə  xüsusi  yer  vermişdir.  Bu  xüsusda 
Peyğəmbərimiz  (s.ə.v.)  belə  buyurmuşdur:  “Süfrənizi 
yaĢıl  meyvə  –  tərəvəzlə  doldurun”,  “Üzərində 
yaĢıllıq olmayan süfrə ağılsız Ģey kimidir.” 
Qaynaqlarda  göstərilir  ki,  Peyğəmbərimiz  (s.ə.v.) 
“Mərciməklə  qabağı  birlikdə  biĢirib  yeməyi  sevər-
di”,  “Qarpızı  təzə  xurma  ilə  yeyərdi”,  “Üzümlə 
qarpızı sevərdi.” 
Rəvayətə görə Peyğəmbərimiz (s.ə.v.) belə buyur-
muşdu: “Əgər cənnətdən gələn bir meyvə olduğunu 
söyləsə  idim,  bunun  əncir  olduğunu  söylərdim. 
Çünki  cənnət  meyvələrinin  çəyirdəyi  olmaz”. 
“Üzüm  yeyin  yorğunluğu  çıxarır.  Sinirləri  qüvvət-


 
193 
ləndirir. Bir kimsə gündə 21 ədəd quru üzüm yeyər-
sə vücudunda xoĢlanmayan bir Ģeyə rastlaĢmaz.” 
Alma yemək mədəni ətirli edər. 
Heyva  zərif  ürəyə  qüvvət  verər,  mədəni  ətirlən-
dirər, huşu iti edər və övladı gözəlləşdirər. Hamilə qa-
dınlara heyva verin ki, övladlarınız gözəl olsun. 
 
Cənnət meyvəsi - xurma 
 
“Qurani-Kərim”-də  və  hədislərdə  ən  çox  adı 
çəkilən meyvələrdən biri də xurmadır. Xurma Qurani-
Kərim-in bir çox ayələrində vəsf olunur. 
“Göydən  su  (yağış)  endirən  Odur.  Biz  onunla 
hər  bitkini  yetiĢdirdik,  yaĢıl  fidanlar  göyərtdik, 
onlardan  bir-birinə  sarmaĢmıĢ  (sünbül  olmuş)  də-
nələr çıxartdıq. Biz xurma ağacından, onun tumur-
cuğundan  bir-birinə  sarmaĢıq  salxımlar  yetiĢ-
dirdik… “. (əl-Ənam, 6/99). 
Mütəxəssislərin  fikrincə,  xurma  Fars  körfəzindən 
gətirilmişdir.  Hələ  eramızdan  əvvəl  Nil  və  Dəclə 
çayları  arasında  yetişdirilmiş  və  insanlar  tərəfindən 
geniş istifadə olunmuşdur. Tarixi mənbələrin yazdığına 
görə, hətta Daş dövründə Hindistanın şimalında xurma 
ağacının  bir  neçə  növü  mövcud  olub.  Ərəbistanın 
qərbində  isə  xurmanın  yetişməsi  ilk  dəfə  eramızdan 
4000  il  əvvələ  aid  olunur.  Bədəvi  həyat  tərzi  sürən 
əhali  xurmaya  xüsusi  əhəmiyyət  verər  və  onu 
yeməklərinin  əsas  hissəsi  sayardılar.  Sonralar  calaq 
vasitəsilə  xurmanın  müxtəlif  növləri  alınır  və  ərəblər 
Ispaniyanı  fəth  etdikdən  sonra  onu  özləri  ilə  aparırlar. 
Indinin özündə xurmanın 300 növünə rast gəlmək olur. 
 
 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə