Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu


Xurmanın yetiĢmə mərhələləri



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə52/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   48   49   50   51   52   53   54   55   ...   99

 
194 
Xurmanın yetiĢmə mərhələləri 
 
Xurmanın  meyvəsi  dörd  mərhələ  keçdikdən sonra 
yeməli olur.  
Birinci  mərhələdə  xurma  yaşıl,  bərk  və  acı  olur. 
Bu  mərhələdə  xurma  tərkibində  qlükoza  və  fruktoza 
toplanır.  
Ikinci  mərhələ  6  həftə  davam  edir.  Bu  mərhələdə 
də hələ meyvə bərk olur. Rəngi sarıdan narıncıya, daha 
sonra  qırmızıya  dəyişir.  Və  bu  müddət  ərzində 
xurmanın  tərkibində  qlükoza  və  fruktozadan  saxaroza 
sintez olunur.  
Üçüncü mərhələ 4 həftə çəkir. Bu müddət ərzində 
meyvəsi yarıkal və qəhvəyi rəngdə olur.  
Sonuncu – dördüncü mərhələ isə 2 həftə çəkir. Bu 
mərhələdə  meyvəsi  artıq  tam  yetişir  və  yığılır.  Xurma 
təzə və qurudulmuş halda istehlak edilir. 
 
Xurmanın kimyəvi tərkibi 
 
Xurmanın  tərkibində  75%  karbohidrat  (əsasən 
şəkərlər),  20%  su,  2,2%  protein,  2,4%  vitaminlər 
vardır.  100  qram  xurmada  72  mq  fosfor,  65  mq  kal-
sium, 65 mq maqnezium və 5 mq dəmir var. Aparılan 
araşdırmalardan  belə  məlum  olur  ki,  gün  ərzində  7 
ədəd  (100  q)  xurma  yeməklə  orqanizmin  gündəlik 
bütün  tələblərini  ödəmək  olar.  Xurma  həm  də  həzm 
prosesini  yaxşılaşdırır.  Xurmanın  toz  halına  salınmış 
tumu  böyrək  daşlarının  tökülməsinə  müsbət  təsir  gös-
tərir. Eyni zamanda baş gicəllənməsinin, iştah pozğun-
luğunun,  astma  xəstəliyinin,  öskürəyin  və  mədə 
xəstəliklərinin  aradan  qaldırılmasına  kömək  edir. 
Xurma  ağacı  səhralıq  kimi  qeyri-münbit  yerdə  inkişaf 


 
195 
edir.  Adətən hündürlüyü  30 m  olan xurma ağacı  nadir 
hallarda  75  m-ə  qədər  uzana  və  60  il  bar  verə  bilir. 
Dünyanın  ən  qədim  bitkilərindən  hesab  olunur 
(eramızdan  5000  il  əvvəl),  Iran,  Iraq,  Səudiyyə 
Ərəbistanı yarımadası və bir çox ölkələrdə yetişdirilir. 
 
Xurma ağacından çoxməqsədli istifadə 
 
Ərəblər  arasında  belə  bir  atalar  misalı  var:  “Xur-
manın faydası ilin günlərinin faydası qədərdir”. Bədəvi 
ərəblər  indinin  özündə  də  yaşıl  xurmanın  yarpaq  və 
qabıqlarından səbət və həsirlər toxuyurlar. Tumunu un 
halına  salaraq  una  qatıb  çörək  bişirir,  ədviyyə  qataraq 
qəhvə  kimi  istifadə  edir,  qalığını  dəvələrinə  yedirdir, 
meyvəsindən isə şirə çəkirlər. Xurmadan müalicəvi və 
pəhriz  əhəmiyyəti  olan  doşab  da  (bəhməz)  hazılanır. 
Səhrada  yeganə  bitki  olan  xurma,  demək  olar  ki, 
bədəvi  ərəblərin  bütün  ehtiyaclarını  aradan  qaldırır. 
Qədim  ərəblər  xurmanın  günəşdən  enerji  aldığını 
hesab  edər,  elə  bu  səbəbdən  də  güc  tapmaq  məqsədilə 
ondan  çox  istifadə  edərdilər.  Ərəblər  cinsi  zəifliyin 
aradan  qaldırılması  üçün  kal  xurmadan  da  istifadə 
edərdilər.  Kal  xurmanın  tumundan  isə  müalicəvi 
məhsul 
hazırlayaraq, 
cinsiyyət 
orqanlarının 
müalicəsində  istifadə  edirlər.  Xurma  tumundan 
hazırlanan  müalicəvi  dərmanlardan  həm  də  kirpiklərin 
tökülməsinin qarşısını almaq məqsədilə istifadə olunur. 
Ərəblər  hələ  qədim  zamanlar  xurmanın  meyvəsi  və 
tumu  ilə  yanaşı,  gülündən  də  bir  çox  xəstəliklərin 
müalicəsində  istifadə  edərdilər.  Daim  fiziki  işlərlə 
məşğul olan və cinsi yaxınlığa meyl göstərməyən şəxs-
lər  gündəlik  xurmadan  istifadə  etməklə  çətinliklərini 


 
196 
birdəfəlik  aradan  qaldıra  bilərlər.  Xurma  ağacına  xas 
olan  xüsusiyyətlərdən  biri  də  təklikdə  inkişaf  edə 
bilməməsi  və  əks  cinsdən  olan  xurma  ağacına  ehtiyac 
duymasıdır.  Başqa  ağaclardan  fərqli  olaraq,  xurma 
ağacı başdan kəsildikdə bir daha bar verə bilmir. Xurma 
ağacına  xas  olan  xüsusiyyətlərdən  biri  də  onun 
sayılması  ilə  əlaqədardır.  Sən  demə,  ərəblər  xurma 
ağaclarını  saydıqları  zaman  dənə  əvəzinə  insana  xas 
olan “nəfər” kəlməsindən istifadə edirlər. Məsələn, 100 
xurma ağacı əvəzinə 100 nəfər xurma ağacı deyirlər. 
 
Məryəmin (ə) xurması 
 
Quran  ayələrindən  bizə  belə  məlum  olur  ki, 
Həzrəti  Məryəmin  doğuşu  yaxınlaşdıqda  şəhərdən 
çıxaraq  çöllüyə  üz  tutur  və  orada  qurumuş  xurma 
ağacının  altında  oturur.  Bu  barədə  “Qurani-Kərim”-in 
Məryəm surəsində bir neçə ayə var. 
“…KaĢ ki, mən bundan əvvəl ölüb qurtaraydım 
və  ya  tamamilə  unudulub  getmiĢ  olaydım!”
(Məryəm, 19/23).  
Allahdan ona belə bir vəhy gəlir:  
“…Kədərlənmə,  Rəbbin  sənin  üçün  (ayağının) 
altından  bir  irmaq  axıtdı  (və  ya  bətnindəki  uşağı 
hörmət sahibi etdi). (Məryəm, 19/24).  
HaĢiyə. Yeni il şənliklərində bəzədilən şam (yolka) 
ağacının  üstündəki  müxtəlif  formalı  və  bəzəkli  şarlar 
simvolik  mənada  meyvə  gətirən  xurma  ağacını, 
yolkanın  altına  qoyulan  bir  qab  su  isə  Allah-Təalanın 
xurma  ağacının  altından  irmaq  axıtmasına  (su  arxı 
şəklində) işarədir.  
 
Bu  an  Ilahi  möcüzə  baş  verir,  Allahın  əmrilə 


 
197 
qurumuş  xurma  ağacı  bar  verir  və  Məryəmə  ağacı 
silkələmək əmri verilir.  
(Qurumuş)  xurma  ağacını  özünə  tərəf  silkələ, 
üstünə  təzə  yetiĢmiĢ  (xurma)  tökülsün!”.  (Məryəm, 
19/25). 
Məryəm ana Isa (ə) peyğəmbəri dünyaya gətirdikdən 
sonra aclıq  və susuzluğunu  yatırmaq məqsədilə  yetişmiş 
xurmalardan yeyir, ağacın altından axan sudan içir. 
 
Peyğəmbərin (s.ə.v.) xurma möcüzəsi 
 
Günlərin  biri  Həzrəti  Muhəmməd  (s.ə.v.)  Məkkə 
ətrafında  yaşayan  qəbilələri  Islama  dəvət  edərkən 
qəbilə  başçıları  belə  şərt  irəli  sürürlər.  Sənə  yalnız 
möcüzə  göstərəcəyin  təqdirdə  iman  gətirəcəyik. 
Peyğəmbər  (s.ə.v.)  onlardan  nə  möcüzə  görmələrini 
soruşduqda  deyirlər:  “Sənə  yalnız  o  zaman  iman 
gətirəcəyik  ki,  bağdakı  xurma  ağaclarından  birini 
yerindən  çıxarıb  gəzməsini  və  yenidən  yerinə  qayıt-
masını  əmr  edəsən”.  Peyğəmbər  (s.ə.v.)  onların  bu 
təklifini qəbul edib, Allahdan onların istəklərini yerinə 
yetirməkdə  ona  izn  verməsini  istəyir.  Allahın  izni  ilə 
bir xurma ağacı yerindən çıxaraq onlara tərəf irəliləyir. 
Lakin  müşriklər  bunu  sehr  adlandırıb  yenə  də  iman 
gətirməkdən  imtina  edirlər.  Burada  “Hər  şey  bir  olan 
Allahın izni ilə baş verir” kəlamı öz təsdiqini tapır. 
 
Məzəli əhvalat 
 
Günlərin  biri  Peyğəmbər  (s.ə.v.)  və  Imam  Əli  (ə) 
bir  məclisdə  iştirak  edir.  Peyğəmbər  (s.ə.v.)  xurmaları 
yeyib,  tumlarını  Imam  Əlinin  (ə)  qabağına  yığır. 
Məclis qurtardıqdan sonra üzünü Imam Əliyə (ə) tuta-
raq buyurur: “Axır vaxtlar yaman çox yeyirsən ha!”. 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə