Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə59/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   55   56   57   58   59   60   61   62   ...   99

 
220 
Əgər mən mələklə danışmasaydım, mən də yeyərdim. 
Imam  Sadiq  (ə):  Allahın  Rəsulu  (s.ə.v.)  buyurub: 
“Hər  kəs  bu  tərəvəzdən  (sarımsaqdan)  yesə,  bizim 
məscidimizə  yaxın  gəlməsin”.  Amma  deməyib  ki, 
sarımsaq haramdır. 
Imam Rza (ə): Hər kəs onda yelin əmələ gəlməsini 
istəmirsə, həftədə bir dəfə sarımsaq yesin. 
Yerkökü. Imam Sadiq (ə): 
Yerkökü  insanı  bel  ağrısı  və  babasildən  qoruyur, 
cinsi qabiliyyəti artırır. 
Yerkökü  böyrəkləri  isidir  və  cinsi  qabiliyyəti 
artırır. 
“Məkarimul-əxlaq” - Davud ibn Fərqəddən: Imam 
Sadiqin (ə) yanına getdim. Həzrətin qarşısında yerkökü 
vardı. Mənə bir yerkökü uzadaraq dedi: 
- Ye! 
Dedim: 
- Mənim üyüdən dişlərim yoxdur. 
Dedi: 
- Kənizin varmı? 
- Bəli. 
- Ona əmr et ki, onun şirəsini sənin üçün çıxartsın, 
iç. O böyrəkləri isidir və cinsi qabiliyyəti artırır. 
Kahı.  Peyğəmbər  (s.ə.v.):  Kahı  ye.  O,  yuxu 
gətirir, amma yeməyi də həzmə verir. 
Imam  Sadiq  (ə):  Kahıdan  istifadə  edin,  o  qanı 
təmizləyir. 
Imam  Rza  (ə):  göyərtilər  haqqında:  Ən  yaxşı 
göyərtilər - kasnı və kahıdır. 
ġalğam. Imam Sadiq (ə): Şalğamdan istifadə edin, 
yeyin, davamlı olaraq yeyin. Şalğamı onun əhlinə (ye-
yəninə)  verin.  Elə  bir  şəxs  yoxdur  ki,  onda  cüzamın 


 
221 
damarı  olmasın,  həmin  damarı  şalğam  yeməklə  məhv 
edin.  
Düyü. Peyğəmbər (s.ə.v.): 
Yeməklərin  içində  düyü,  tayfanın  içindəki  ağa 
kimidir. 
Dünya  və  axirət  əhlinin  yeməklərinin  ağası  ilk 
öncə ət, sonra isə düyüdür. 
Düyü  yaxşı  dərmandır.  Belə  ki,  soyuq  yemək 
düzgündür və xəstəliklərdən uzaq bir qidadır. 
Imam Sadiq (ə): 
Düyü  yaxşı  yeməkdir.  Biz  onu  xəstələrimiz  üçün 
saxlayırıq. 
Bizlərə  gətirdiklərinizin  içində  düyü  və  bənöv-
şədən  mənə  xoş  gələn  bir  şey  yoxdur.  Mən  içimdəki 
möhkəm  ağrılardan  əziyyət  çəkəndə  ilham  olundu  ki, 
düyü  yeyim. Düyü hazırlamağı əmr etdim və Allah da 
onun vasitəsilə narahatçılığımı aradan götürdü. 
Mərci.  Həzrəti-Rəsul  (s.ə.v.)  buyurub:  “Sizə 
tövsiyə  edirəm  ki,  mərci  yeyin.  O  qəlbi  kövrək  edir, 
gözə yaş gətirib, onu sürətləndirir, təkəbbürlüyü aparır. 
O  pak  adamların  təamıdır.  Allah-Təala  onu  yetmiş 
peyğəmbərə  mübarək  edib.  Onların  axırıncısı  Həzrəti-
Isa Məryəm oğludur”. 
 
 
 
 
 
 
 
 
 


 
222 
ARI   B ALI   HAQ QI NDA  
 
 
Kainatı, təbiəti və insanı yaradan Tanrı hamıya və 
hər  kəsə  bir  istedad  vermiş.  Bunun  necə  və  nə  üçün 
etdiyi yalnız Onun özünün izni ilə baş verir.  
Bal  haqqında  “Qurani  Kərim”  –  in  ən  –  Nəhl 
surəsində belə buyurulmuşdur: 
“Rəbbin  bal  arısına  belə  vəhy  (təlqin)  etdi: 
“Dağlarda,  ağaclarda  və  (insanların)  qurduğu  çar-
daqlarda  (evlərin  damında,  üzümlüklərdə)  özünə 
yuva  tik  (pətəklər  sal);  “Sonra  bütün  meyvələrdən 
ye  və  Rəbbinin  sənə  göstərdiyi  yolla  rahat  (asan-
lıqla),  get!”  (Və  ya;  “Rəbinin  yollarını  itaətlə  tut!”) 
“(O arıların) qarınlarından insanlar üçün Ģəfa olan 
müxtəlif rəngli (ağ, sarı , qırmızı) bal çıxar. ġübhəsiz 
ki,  bunda  da  düĢünüb  dərk  edənlər  üçün  bir  ibrət 
vardır!” (ən-Nəhl, 16/68- 69). 
Bu  barədə  nə  demək  olar?  Allah  Təala  arını  elə 
proqramlaşdırmışdır  ki,  o  müxtəlif  çiçəkləri  tapıb 
onlardakı nektarı toplayır və onu bala çevirir. 
Arılar instinktlə hərəkət edib öz fəaliyyətlərini son 
məqsədə  qədər  davam  etdirirlər.  İnsanlar  da  bəzən 
instinktlə hərəkət edir. Lakin insana daha çox imkanlar 
verilib.  Arılar  haqqında  olan  bu  buyuruqlar  maddi 
aləmdən bir misaldır, örnəkdir. Arı Allah Təala tərəfin-
dən ona təlqin edilmiş qaydada müxtəlif çiçəklərdən və 
meyvələrdən  topladığı  ən  dəyərli  nektardan  məhsul  – 
bal  hasil  edir.  Həmin  balı  lazımi  miqdarda  qəbul 
etdikdə insanların qidası və şəfa tapması üçün vacib bir 
məlhəmdir. Bir diqqət yetirin, bal müxtəlif rənglərdə – 
tünd  qəhvəyidən  açıq  sarı  rəngə  qədər  olur.  Balın 


 
223 
müxtəlif  növlərinin  dadı  və  ətri  də  dəyişir.  Bu  nədən 
irəli gəlir? Bu əsasən bal şirəsinin (nektarın) toplandığı 
çiçəklərin, meyvələrin tərkibindən və müxtəlifliyindən 
asılıdır.  
Allahın yaratdığı insanlar da “Qurani-Kərim” – in 
buyuruqlarına  əməl  etsələr,  onları  əhatə  edən  aləmdən 
yaxşıların  yaxşısını  seçib  istifadə  edə  bilərlər.  Arılar 
kimi  insanlar  da  “rənginə”,  “dadına”  və  “ətrinə”  görə 
yaxşı işlər görüb, hətta acıqlı və pis insanları xeyirliyə 
təhrik  edə  bilərlər.  Necə  ki,  arı  balı  bir  dərman  kimi 
xəstə  insanları  sağaldır.  Bu  zaman  Allah  Təalaya  tam 
sədaqətlə  inanmaq  və  onun  “Qurani-Kərim”  –  dəki 
buyuruqlarına  riayət  etmək  lazımdır.  Sual  oluna  bilər. 
Allah  Təalaya  inanmadan  şəfa  tapmaq  olmaz?  Əgər 
söhbət  mənəvi  şəfadan  gedirsə,  əlbəttə  ki,  Allah  Təa-
laya  təvəkkül  (ümid)  etmədən  olmaz.  Adi  xəstəliklər-
dən  isə  həkimə  inanmadan  şəfa  tapmaq  şübhəlidir 
(mübahisəlidir), həm həkim və həm də müalicə olunan 
biri  –  birinə  inanmalıdır,  əgər  bu  yoxdursa,  tam  şəfa 
tapıb sağalmaqdan söhbət gedə bilməz. 
Belə rəvayət olunur ki, bir gün Allahın Rəsulunun 
(s.ə.v.) yanına bir kişi gəlib deyir: “Mənim qardaşımda 
ishal var.” 
Peyğəmbər  (s.ə.v.)  ona  bal  verməyi  məsləhət 
görür. Kişi qardaşına bal verir və yenidən Peyğəmbərin 
(s.ə.v.) yanına gəlib deyir: “Mən ona bal verdim, lakin 
ishal bir qədər də kəskinləşdi”.  
Peyğəmbər (s.ə.v.) təkrar dedi: “Get ona bal ver”. 
Kişi  yenə  qayıdıb  deyir:  “Qardaşımın  halı  daha  da 
pisləşdi.”  Onda  Peyğəmbər  (s.ə.v.)  cavabında  dedi: 
“Allah düzünü deyir, sənin qardaşının qarnı isə yalan. 
Get ona yenə bal ver.” 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə