216
qatığıdır, cinsi əlaqə qüvvəsini artırır, sidik yollarını
yuyub təmizləyir və bövlü (sidiyi) artırır”.
Başqa bir hədisdə deyilir ki, “qovun sidik kisə-
sində olan daşları əridir”.
Imam Rzadan (ə) rəvayət edirlər ki, buyurub: “Ac-
qarına qovun yemək iflicliyə və ya qulunc xəstəliyinə
səbəb olar”.
Mövüc (məviz). Qurudulmuş tumlu üzüm bizlərdə
mövüc (məviz) adlanır, ərəblər isə ona zəbib deyirlər.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Kim hər gün ac qarına
iyirmi
bir
ədəd qırmızı mövüc yesə, ölüm
naxoşluğundan başqa heç bir xəstəliyə tutulmaz”.
Həzrəti-Əli (ə) buyurub: “Mövüc ürəyi möhkəm-
ləndirər, naxoşluqları aparar, nəfəsə xoş ətir verər”.
Başqa bir rəvayətdə deyilir ki, “mövüc insanın
qəmini aparar”.
Iydə. Imam Rza (ə) “Səhifə”-sində rəvayət olunur
ki, Həzrəti-Əli (ə) qızdırma (malariya) xəstəliyi ilə
yatırdı. Rəsuli-Əkrəm (s.ə.v.) buyurdu ki, iydə yesin.
Imam Cəfər Sadiq (ə) cənablarından rəvayət olu-
nur ki, o Cənab (ə) buyurdu: “Iydənin əti bədəndə ət
bitirir, tumu sümük yaradır, qabığı dəri bitirir. Bunlar-
dan əlavə olaraq, o böyrəkləri qızdırır, mədəni dəbbağ
edir, bəvasir və təqtir (babasil və podaqra) xəstəliklə-
rindən qoruyur, ayaqlara qüvvət verir, Allah-təalanın
izni ilə cüzamı qovur”.
Zeytun. Peyğəmbər (s.ə.v.): Zeytun ağacı – mü-
barək bir ağac nə yaxşı fırçadır! O ağzı xoşiyli edir, diş-
lərin dibindəki daşları təmizləyir. Zeytun həm mənim,
həm də məndən qabaqkı peyğəmbərlərin fırçasıdır.
Imam Sadiq (ə): Zeytun suyu (spermanı) artırır.
“Kafi” - Ibrahim ibn Məhəmməd Zari Bəsri bir
217
şəxsdən, o da Imam Sadiqdən (ə): Biz Həzrətin yanın-
da zeytun haqqında söhbət açdıq. O kişi dedi:
- Zeytun insanda yel yaradır!
Həzrət dedi: “Xeyr, bəlkə yeli qovur”.
“Kafi” - Ishaq ibn Əmmardan və ya başqa biri-
sindən: Imam Sadiqə (ə) dedim:
- Camaat deyir ki, zeytun insanda yeli hərəkətə ke-
çirir.
Həzrət dedi: “Zeytun yeli qovur”.
Imam Kazim (ə): Adəmin (ə) öz oğlu Hibbətullah
etdiyi vəsiyyətlərindən biri bu idi ki, zeytun ye. O
mübarək ağaclardandır.
Səbzə (göyərti). Hədislərdə varid olub ki: “Süfrə-
lərinizi səbzə ilə ziynətləndirin”.
Başqa bir hədisdə deyilir: “Süfrələrinizi səbzə ilə
yaşıllaşdırın, “Bismillah” deməklə o Şeytanı qovar”.
Əhməd ibni Harun nəql edir ki, Imam Rzanın (ə)
görüşünə getdim. O Cənab (ə) məni süfrəyə dəvət etdi.
Süfrədə səbzə yox idi. O Cənab (ə) əlini çəkdi, sonra
buyurdu: “Ya qulam, məgər sən bilmirsən ki, səbzə
olmayan süfrədə mən təam yemirəm?”.
Qulam səbzə gətirəndən sonra o Cənab (ə) əlini
süfrəyə uzatdı, mən də onunla yeməyə başladım.
Balqabaq və kudu. Bunlar eyni cinsdən olduğu
üçün bizə yetişən xəbərlər onların hər ikisinə aiddir.
Imam Cəfər Sadiq (ə) buyurub: “Kudu əqli artırar”.
Tarixdən və Qurandan verilən xəbərdən məlumdur
ki, Yunus peyğəmbər (ə) öz itaətsiz nadan cəmaətinin
arasından çıxıb gedərkən gəmiyə mindi, sonra dalğalı
dənizdə gəminin batması təhlükəsindən xilas olmaq
üçün Yunusu dənizə atdılar. Allah-təalanın əmri ilə
onu bir balıq udub, öz qarnında bir müddət gəzdir-
218
dikdən sonra, səlamət halda sahilə çıxartdı. Allah-təala
dəniz sahilində bir kudu tağı bitirdi ki, Yunusun
nazikləşmiş bədəni onun kölgəsində günəşin yandıran
şüalarından qorunsun.
Bu əhvalatı nəzərdə tutaraq Rəsuli-Əkrəm (s.ə.v.)
buyurub:
1. “Kudunu yeyin. Əgər ondan daha yüngül bir
ağac olsayıdı, Allah-Təala qardaşım Yunus üçün onu
bitirərdi. Haçan siz şorba bişirməli olsanız, ona çoxlu
kudu tökün, çünki o dimağı və əqli artırır”.
2. “Kim kudunu mərci ilə yesə, qəlbi nazik olar,
Allahın zikrindən kövrələr və cinsi əlaqəyə meyli artar”.
3. “Haçan qəm-qüssəniz olsa, balqabaq çox yeyin
ki, o hüznlü qəlbləri şad edər”.
Rəsuli-Əkrəm (s.ə.v.) kudunu və balqabağı çox
sevirdi, onları böyük kasalarda yeyərdi.
Kəvər. Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Kəvərin
başqa otlara nisbətən fəziləti, çörəyin başqa şeylərə
olan fəziləti kimidir”.
Rəvayət edirlər ki, Həzrəti-Əli (ə) kəvəri iri duzla
yeyərdi.
Imam Cəfər Sadiq (ə) buyurub: “Hər şeyin bir
ağası olur, otların da ağası kəvərdir”.
Imam Muhəmməd Baqir (ə) buyurub:
1. “Biz sarımsaq, soğan və kəvər yeyirik”.
2. “Kəvərdə dörd xasiyyət var: yeli qovar, ağız
qoxusunu yaxşılaşdırar, babasili kəsər və onu daim
yeyən adamlara cüzamdan əman verər”.
Kərəviz. Rəsuli-Əkrəm (s.ə.v.) cənabları Həzrəti-
Əliyə (ə) etdiyi vəsiyyətlərin birində buyurur:
1. “Kərəviz yeginən. O Ilyas peyğəmbərin və Yuşə
ibni Nun peyğəmbərin otudur”.
219
2. “Kərəviz peyğəmbərlər otudur. Deyirlər ki, Xizr
və Ilyas peyğəmbərin təamı kərəviz və göbələkdir”.
Turp. Hənnan ibni Südeyr nəql edir ki, Imam
Cəfər Sadiq (ə) ilə bir süfrədə oturmuşdum. O Cənab
(ə) mənə turp yedirtdi. Buyurdu ki, ya Hənnan, turp
yeginən ki, onda üç xasiyyət var: onun yarpağı yeli
qovar, məğzi sidiyi asan buraxar, kökü bəlğəmi kəsər.
Soğan. Imam Muhəmməd Baqir (ə) Peyğəmbər
(s.ə.v.) cənablarından rəvayət edir ki, buyurub: “Haçan
şəhərlərə daxil olsanız, onların soğanından yeyin ki, o
yerin vəbasını sizdən qovub çıxarsın”.
Imam Cəfər Sadiqdən (ə) soğan yemək barəsində
xəbər aldılar. O Cənab buyurdu ki, “Heç bir eybi
yoxdur, hətta müalicə üçün sarımsaq da yeyə bilər-
siniz. Amma onu yeyəndən sonra məscidə getməyin”.
O Cənab buyurub ki, soğanda üç xasiyyət var:
ağızın iyini yaxşılaşdırır, dişin ətini bərkidir və cinsi
əlaqəyə meyli artırır.
Badımcan. Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Ba-
dımcan yeyin. Mən o bitkini Behiştdə görmüşəm. O
Allaha şəhadət verən əvvəlinci bitkidir”.
Imam Cəfər Sadiq (ə) buyurub: “Xurma dərilən
vaxtlarda badımcan çox yeyin. O bütün dərdlər üçün
şəfadır: üzün nurunu artırar, damarları yumşaldar,
fəqərə sütunu suyunu (sülbü) artırar”.
Xiyar. Rəsuli-Əkrəm (s.ə.v.) xiyarı duzla tənəvvül
edərdi. Buyurardı ki, xiyarı əvvəlcə aşağıdan başlayıb
yeyin, onda bərəkəti çox olar.
Sarımsaq. Peyğəmbər (s.ə.v):
1.
Sarımsaq yeyin və onunla müalicə olunun.
Onda yetmiş xəstəliyin dərmanı var.
2.
Əliyə (ə) vəsiyyətimdə: Ey Əli! Sarımsaq ye.
Dostları ilə paylaş: |