208
ehtiyacın 7%-i), 53 mq kalsium (gündəlik ehtiyacın
6%-i) və 1,2 mq dəmir (gündəlik ehtiyacın 6%-i) var.
Əncirdə kalsium nisbəti çoxdur və bu baxımdan
meyvələr arasında portağaldan sonra ikinci yerdə gəlir.
Bir kasa quru əncir bir kasa südlə eyni miqdarda
kalsiumu təmin edir. Əncir uzunmüddətli xəstəlikdən
sonra sürətlə sağalmağa yardımçı olan, güc və qüvvə
verən bir dərman kimi də dəyərləndirilir. Fiziki və
zehni yorğunluğu aradan qaldırır, bədənə enerji və güc
verir. Əncirin ən mühüm qida dəyəri bu meyvənin 51-
74%-ni təşkil edən şəkərdir. Əncir astma, öskürək və
soyuqdəymə zamanı da müalicə məqsədilə qəbul
edilməsi tövsiyə olunan meyvədir.
Burada haqqında qısaca danışdığımız əncirin
faydaları Allahın insanlar üzərində mərhəmətinin daha
bir göstəricisidir. Rəbbimiz zövqlə yeyilən bu
meyvənin
tərkibində
insanın
ehtiyac
duyduğu
maddələri onun sağlamlığına əlverişli olacaq bir
nisbətdə, sanki paketlənmiş şəkildə istifadəyə verir.
Allahın bu xüsusi nemətinin Quranda bildirilməsi də
əncirin insanlar üçün əhəmiyyətinə bir işarə ola bilər
(ən doğrusunu Allah bilir). Əncirin qida dəyərinin
insanın sağlamlığı baxımından əhəmiyyətinin yalnız
inkişaf edən tibb elmi və texnoloji imkanlarla
müəyyənləşdirilməsi isə əlbəttə, Quranın hər şeyi bilən
Allahın sözü olduğunun daha bir nümunəsidir.
209
Cədvəl 2. 100 q əncirin tərkibi və qidalılıq dəyəri
Əncirin tərkibindəki
maddələr
100 q
təzə əncirdə
100 q
quru əncirdə
Kaloriliyi (kkal)
74
249
Lif (sellüloza), q
3
10
Yağ, q
0
1
Protein, q
1
3
Şəkər, q
16
48
Vitamin A (B.V.)
142
10
Vitamin C, mq
2
1,2
Vitamin B
1
, mq
0,1
0,1
Vitamin B
2
, mq
0,1
0,1
Vitamin B
6
, mq
0,1
0,1
Natrium mq%
1,0
10,0
Kalium mq%
232
680
Kalsium mq%
3
162
Fosfor mq%
232
67
Maqnezium mq%
17
68
Dəmir mq%
0,4
3,07
Manqan mq%
0,1
0,8
Selen mq%
0,2
0,6
Sink mq%
0,2
0,7
Əncir haqqında hədislər
Peyğəmbər (s.ə.v.):
1.
Hər kəs qəlbinin yumşaq olmasını istəyirsə,
əncir yeməyə adət etsin.
2.
Yaş və quru əncirdən yeyin. O cinsi qabiliyyəti
artırır, babasili kəsir, oynaq ağrılarında və soyuq za-
manı faydalı olur.
“Məkarimul-əxlaq” - Abuzərdən: Peyğəmbərə (s.ə.v.)
bir tabaq əncir hədiyyə edildi. Həzrət dedi: “Yeyin. Desəm
ki, cənnətdən bir meyvə nazil olub, deyərəm ki, o,
210
əncirdir. Çünki əncir tumsuz meyvədir. Əncir yeyin. O
babasili kəsir, oynaq ağrılarında faydalı olur”.
Imam Əli (ə): Əncir tıxacları yumşaldır, qulunc
ağrılarında faydalı olur. Gündüz ondan çox, gecə isə az
yeyin.
Imam Rza (ə): Əncir ağzın pis qoxusunu aradan
qaldırır, sümükləri möhkəmləndirir, xəstəlikləri aradan
qaldırır. Əncir olan yerdə başqa dərmana ehtiyac
yoxdur.
“Tibbul-əimmə” - Muhəmməd ibn Ərəfədən:
Imam Rza (ə) və Məmunun vaxtında mən Xorasanda
idim. (Bir dəfə) Imam Rzadan (ə) soruşdum:
- Ey Peyğəmbər övladı, əncir haqqında nə
deyirsən?
Həzrət buyurdu:
- O bel ağrısı üçün faydalıdır. Ondan yeyin.
“Kafi” - Əhməd ibn Muhəmməd ibn Əbu Nəsr
Imam Rzadan (ə): Əncir ağzın pis qoxusunu aradan
qaldırır, ağız və sümükləri möhkəmləndirir, tük gətirir,
xəstəliyi aradan qaldırır. Əncir olan yerdə başqa
dərmana ehtiyac yoxdur. Əncir cənnət meyvələrinə
daha çox oxşayır.
Peyğəmbəri-Əkrəm (s.ə.v.) cənablarının ən yaxın
səhabələrindən olan Əbuzər nəql edir ki, bir gün o
Həzrətə (s.ə.v.) bir tabaq əncir hədiyyə gətirdilər. O
Həzrət (s.ə.v.) səhabələrə buyurdu:
1. “Yeyin, əgər desəm ki, mənə Cənnətdən meyvə
nazil olub, bilin ki, bunları nəzərdə tuturam, çünki
bunlar tumsuz meyvədir. Yeyin ki, bunlar bəvasir
(babasil) və niqris (artirit və podaqra) xəstəlikləri üçün
dərmandır”.
2. “Əncirin yaşını (təzəsini) və qurusunu yeyin. O,
211
cinsi əlaqə qüvvəsini artırar, babasili kəsər, niqris
(artirit və podaqra) və ibrədə (cinsi əlaqə zəifliyi)
xəstəliklərini sağaldar”.
Hədislərdə varid olub ki, kim öz qəlbinin nazik və
yumşaq olmağını istəyirsə, əncir çox yesin.
Meyvə-tərəvəzlər haqqında hədislər
Meyvələr Allah-təalanın insan üçün yaratdığı ən
təmiz, ləzzətli, həm də insanın təbiətinə müvafiq və
onun bədəninin tələblərinə münasib olan yeməli şey-
lərdir. Rəsuli-Əkrəm (s.ə.v.) təzə meyvələri görəndə,
onları öpüb əvvəlcə gözlərinin üstünə, sonra da
mübarək ağzına qoyardı. Sonra buyurardı: “Ey mənim
Allahım, onun əvvəlini mənə afiyətlə göstərdiyin kimi,
axırını da mənə afiyətlə göstər”.
O Cənab (s.ə.v) buyurub ki, Adəmi Behiştdən
çıxaranda Allah-Təala ona Behişt meyvələrindən tuşə
(yol azuqəsi) verdi və hər şeyin sənətini ona öyrətdi.
Sizin bu meyvələriniz də Behişt meyvələridir.
Onlardan qeyri şeylərin hamısı təğyir tapar, onlar isə
təğyir tapmaz, dəyişikliyə uğramaz.
Rəsuli-Əkrəm (s.ə.v.) və Əimməyi-Əthar (ə)
cənablarının dilindən müxtəlif meyvələr haqqında
gözəl kəlamlar gəlib bizə yetişibdir. Onların hamısını
bu kiçik kitabda zikr etməyə imkan yoxdur. Lakin
təbərrük cəhətinə onlardan bəzisini burada oxuculara
təqdim edirik.
Nar. Rəvayət edirlər ki, Rəsuli-Əkrəm (s.ə.v.) narı
çox xoşlarmış və nar tənavül edəndə heç kəsi özünə
şərik etməzmiş. Buyurarmış ki, hər narın içində Behişt
narlarından bir gilə var. Onu itirməmək üçün narı
bütünlüklə yeyin, bir giləsini də itirməyin. Hər kəs o
Dostları ilə paylaş: |