212
giləni yesə, o şəxsin üzü qırx səhər nurlanar və şeytanı
o şəxsdən qovar.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:
1. “Nar meyvələrin ağasıdır”.
2. “Allah-təala Adəmi, xurmanı, üzümü və narı bir
tinətdən (palçıqdan – ilk maddədən) yaradıb”.
Rəsuli-Əkrəm (s.ə.v.) narı cümə axşamları tənavül
edərdi.
Həzrəti-Əli (ə) buyurub:, “Narı öz ərpi (tumu) ilə
yeyin, çünki o, mədəni dəbbağ edir”.
Imam Zeynül-abidin (ə) buyurub: “Hər kəs cümə
günü ac qarına nar yesə, onun qəlbi qırx səhər nurlanar
və Şeytanın vəsvəsəsi ondan qovular. Şeytan vəsvəsəsi
kimdən qovulsa, o adam Allaha məsiyət (günah)
etməz. Hər kəs məsiyət etməsə Behiştə gedər”.
Mərhum Əbu Cəfər Tusi deyib ki, uşaqlarınıza nar
yedirdin ki, tez dil açsın.
El arasında belə bir deyim var. Bütün meyvələr
yeyilərkən mədəyə salam verir, nar isə ürəyə salam
verir.
Heyva. Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:
1. “Heyva yeyin ki, o qəlbi qüvvətləndirir və
qorxaq adamlara şücaət gətirər”.
2. “Heyva yeyin və onu bir-birinizə hədiyyə verin.
O gözlərə işıq verər, qəlbdə məhəbbəti bərkidər. Onu
öz zövcələrinizə yedirdin ki, övladlarınız gözəl
olsunlar”.
3. “Heyvanı ac qarına yeyin”.
4. “Heyva yeyin ki, o zehni artırar, sinədən
(ürəkdən) ağrını aparar və övladın gözəl olmasına
səbəb olar”.
5. “Hər kəs üç gün acqarına heyva yesə, zehni saf
213
olar, batini (içərisi) hikmətlə və elmlə dolar, özü də
Iblisin və onun qoşunlarının hiyləsindən asudə olar”.
6. “Haçan ürəyinizdə ağrı hiss etsəniz, heyva
yeyin”.
7. “Sizə tövsiyə edirəm ki, heyva yeyin, o əqli
artırar”.
Imam Rza (ə) cənablarından rəvayət olunur ki,
Peyğəmbər (s.ə.v.) üçün heyva gətirdilər. O Cənab
(s.ə.v.) onu öz mübarək əlilə vurub sındırdı, yanında
oturanlara payladı. Özü də tənəvvül etdi. Buyurdu:
“Sizə tövsiyə edirəm ki, heyva yeyin. O qəlbə cəla
verir və sinə ağrısını aparır”.
Imam Cəfər Sadiq (ə) buyurub: “Hər kəs heyva
yesə, Allah-təala onun dilində qırx səhər hikmət cari
edər”.
Imam Cəfər Sadiqdən (ə) rəvayət olunur ki,
buyurdu: “Peyğəmbərlərin ətri heyva ətri olar. Cənnət
hurilərinin ətri mərsin çiçəyinin ətri olar. Mələklərin
ətri isə qızılgül ətri olar. Allah-Təala məbus etdiyi
bütün peyğəmbərlərə heyva ətri bəxş edib”.
Imam Muhəmməd Baqir (ə) buyurub: “Heyva
həzin qəlblərdən kədəri aparar”.
Alma. Imam Cəfər Sadiqin (ə) Süleyman adlı bir
səhabəsi nəql edir ki, bir gün o Cənabın hüzuruna get-
mişdim, gördüm onun qabağında göy rəngdə almalar
var. Dedim, sənə qurban olum, bunlar nə üçündür?
Buyurdu: - Məni bərk üşütmə-qızdırma tutmuşdu. Bu
almaları mənə hədiyyə gətirdilər, onlardan yedim,
hərarətim düşdü.
Imam Musa Kazım (ə) buyurub “Biz Əhli-Beyt
soyuq su içməklə və alma yeməklə qızdırmaya müalicə
edirik”.
214
Imam Rza (ə) buyurub: “Alma bir neçə xasiyyətə
görə faydalıdır: sehri, zəhəri, əql zəifliyini, bəlğəmi və
digər xəstəlikləri aparır. Ondan tez təsir edən başqa bir
şey yoxdur”.
Ziyad Qəndi nəql edir ki, qardaşım Seyf ilə Mə-
dinə şəhərinə getmişdik. Şəhər əhlinin burnundan şid-
dətli qanaxmalar olurdu və iki gündən sonra o adam
ölürdü. Biz öz mənzilimizə getdik, orada Seyfin bur-
nundan qan açıldı. Mən Imam Cəfər Sadiqin (ə) hü-
zuruna gedib, əhvalatı ona danışdım. O Cənab (ə)
buyurdu: “Ey Ziyad, get Seyfə alma yedirt”.
Mən gəlib ona alma yedirtdim, qan kəsildi. (Görü-
nür almanın tərkibindəki K vitamini qanın laxtalan-
masını sürətləndirdiyindən qan kəsilibmiş – Ə-C.Ə.).
Üzüm. Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:
1. “Sizin təamlarınızın ən
yaxşısı çörək,
meyvələrinizin ən yaxşısı üzümdür”.
2. “Üzümü gilə-gilə qoparıb yeyin. Onda həm
yaxşı nuş olar, həm də ədəbli görünər”.
3. “Mənim ümmətimin rəbii üzüm və qovundur”.
Ərəb dilində “rəbi” – bahar deməkdir. Bundan
əlavə, “rəbiül-əvvəl” və “rəbiüs-sani” ərəb aylarının
adlarıdır. Qovunların yetişən vaxtına da ərəblər “rəbi”
deyirlər. Bu münasibətlə o Cənab (s.ə.v.) belə bir gözəl
bədii ifadə işlətmişdir. Məqsəd budur ki, “rəbi”də
yetişən üzüm və qovun o ayları bahar ayları kimi
gözəlləşdirir.
Rəvayət edirlər ki, Rəsuli Əkrəm (s.ə.v.) üzümü
çörək ilə yeyərdi.
Imam Cəfər Sadiqdən (ə) rəvayət olunur ki, Nuh
peyğəmbər (ə) qəm-qüssədən Allah-Təalaya şikayət
elədi. Ona bu vəhy nazil oldu: “Qara üzüm ye. O qəm-
215
qüssəni aparar”.
Yenə Imami-Sadiq (ə) buyurub: “Iki şey var ki,
onlar iki əl ilə yeyilər: üzüm, bir də nar”.
Həzrəti-Əli (ə) buyurub: “Üzüm çörək qatığıdır,
meyvədir, təamdır, həm də şirnidir”.
Armud. Əmirül-möminin Əli (ə) buyurub:
“Armud qəlbə saflıq gətirər, bədən daxilində olan
ağrıları Allahın izni ilə sakit edər”.
Imam Cəfər Sadiq (ə) buyurub: “Armud mədəni
dəbbağ edir, qüvvətləndirir. Heyva da belədir”.
Innab. Həzrəti-Əli (ə) buyurub: “Innab qızdırmanı
aparar”.
Əbül-Həsən adlı bir şəxs söyləyir ki, gözüm ağrı-
yırdı. Sonra ağardı, belə ki, heç bir şey görmürdüm.
Yuxuda Həzrəti-Əli (ə) cənablarını gördüm və ona
şikayətləndim. O Cənab (ə) buyurdu: “Innabı əz, sürmə
çəkən kimi önu gözlərinə çək”.
Mən o Cənabın (ə) buyurduğu kimi innabı öz tu-
mu ilə birlikdə əzib gözümə çəkdim. Gözüm sağalıb
əvvəlki kimi oldu.
Imam Cəfər Sadiq (ə) buyurub: “Innabın başqa
meyvələrə nisbətən fəziləti, biz Əhli-Beytin başqa
kəslərə nisbətləri fəziləti kimidir”.
Qovun. Peyğəmbəri-Əkrəm (s.ə.v.) buyurub:
1. “Qovunu yeyin, ləzzət alın. Onun suyu rəh-
mətdir, şirinliyi isə Behişt şirnisidir”.
O Cənab (s.ə.v.) qovunu şəkərlə və ya rütəb (təzə
xurma) ilə yeyərdi.
Imam Cəfər Sadiq (ə) buyurub: “Qovunu yeyin.
Onda on xasiyyət cəm olub: o, yerin yağıdır və şirə-
sidir; onda heç bir xəstəlik və dərd olmaz. O təamdır,
şərabdır, meyvədir, ətirdir, yuyucu maddədir, çörək
Dostları ilə paylaş: |