Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə61/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   57   58   59   60   61   62   63   64   ...   99

 
228 
Haşiyə.  Aparılan  kliniki  müşahidə  və  təcrübələr 
nəticəsində  balın  antibakterial  və  antienflamatuar 
xüsusiyyətlərə  malik  olduğu  ortaya  çıxmışdır.  Balın 
yaralardakı  infeksiyanın  və  buradakı  ölü  hüceyrə-
lərin ağrısız olaraq təmizlənməsində və yeni toxuma-
ların əmələ gəlməsində çox böyük təsiri vardır. Balın 
dərman  olaraq  istifadə  edilməsi  ən  qədim  tarixi 
kitabələrdə  də  bəhs  edilir.  Günümüzdə  də  alimlər  və 
həkimlər  balın  yaraların  müalicəsində  təsirini  yeni-
dən kəşf etmişlər. 20 ildir balı araşdırmaq məsələsinə 
rəhbərlik  edən  və  Yeni  Zellandiyadakı  Vaykato 
(Waikato)  Universitetində  biokimya  professoru  olan 
dr.  Peter  Molan  balın  antimikrob  xüsusiyyətləri  ilə 
bağlı bir mütəxəssis olaraq deyir: “Təsadüfi təcrübə-
lərlə  müəyyən  olunub  ki,  bal  yanıq  yaralarındakı 
infeksiyanı öz nəzarəti altında saxlayır, xəstəxanalar-
da  əksər  hallarda  antibakteriya  dərmanı  olaraq 
istifadə  edilən  gümüş  sulfudiazindən  daha  təsirlidir 
və yeni toxumaların inkişafını hərəkətə gətirir”. 
Bal  vitamin  və  mineral  “anbarı”-dır.  Balın  tər-
kibində  fruktoza  və  qlükoza  kimi  şəkərlərlə  yanaşı 
maqnezium,  kalium,  kalsium,  natrium,  xlor,  kükürd, 
dəmir və fosfor kimi minerallar da var. Nektar və çiçək 
tozu  öz  qaynaqlarının  xüsusiyyətlərinə  görə  dəyişdiyi 
üçün  balda  B
1
,  B
2
,  C,  B
6
,  B
5
  və  B
3
  vitaminləri  var. 
Bunlardan başqa balda az miqdarda mis, yod, dəmir və 
sink də olur. 
Baldan  yaraların  müalicəsində  istifadə  edilir. 
Yaraların  müalicəsində  istifadə  edilən  balın  tərkibində 
havadan  nəm  çəkə  bilmək  xüsusiyyəti  olduğu  üçün 
sağalma  prosesini  sürətləndirərək  yaranın  izinin 
qalmasının qaşısını alır. Çünki bal yaranın üstünü örtən 


 
229 
təzə  dərini  təşkil  edəcək  epitel  hüceyrələrin  bölünmə-
sini  sürətləndirir.  Beləliklə,  böyük  yaraların  müalicə-
sində  istifadə  edilən  bal  toxumaların  köçürülməsinə 
ehtiyacı aradan qaldırır. 
-
 
Bal  sağalma mərhələsinə  daxil  olan toxumaları 
yenidən  böyümələri  üçün  hazırlayır.  Yeni  kapilyar 
damarların  əmələ  gəlməsini  sürətləndirərək  dərinin 
daha  dərindəki  toxuma  bağlarının  yerini  alan 
fibroplastların  böyüməsini  təşviq  edir  və  sağalmağın 
gücünü çoxaldan liflərin əmələ gəlməsini sürətləndirir. 
-
 
Balın yaranın ətrafındakı şişi azaldan antienfla-
matuar təsiri də var. Bu, qan dövranını artırır, beləliklə, 
sağalmanı sürətləndirir və hiss edilən ağrını azaldır. 
-
 
Bal  yaranın  altındakı  toxumalara  yapışmır  və 
buna görə də toxumaların cırılması və ağrı baş vermir. 
-
 
Bal  radiasiya  müalicəsi  tətbiq  edilən  xərçəngli 
xəstələrin  bədənlərində  meydana  gələn  yaranın  və 
mədə  xəstəliklərinin  müalicəsində  müvəffəqiyyətlə 
istifadə edilir. 
-
 
Bundan  başqa,  balın,  əvvəl  də  qeyd  etdiyimiz 
kimi,  antimikrob  təsiri  var.  Bal  infeksiyanın  əmələ 
gəlməsinin  qarşısını  alır,  mövcud  infeksiyanı  isə 
sürətlə  təmizləyir.  Bal  bakteriyaların  antibiotik  müqa-
vimət  xüsusiyyətlərinə  qarşı  da  təsirlidir.  Antiseptik-
lərin  və  antibiotiklərin  əksinə  olaraq,  bal  yaradakı 
toxumaların üzərində mənfi təsirlər saxlamır. 
Bu məlumatlardan  da  aydın olur  ki,  bal  şəfaverici 
təsirə  malik  olan  çox  güclü  olan  bir  qidadır.  Şübhəsiz 
ki, bu da sonsuz qüdrət sahibi olan Allahın göndərdiyi 
Quranın möcüzələrindən biridir. 
Haşiyə.  2000-ci  il  sentyabr  ayının  10-13-də 
Avstraliyanın  Melburn  şəhərində  keçirilən  “Birinci 


 
230 
Dünya yara müalicəsi metodologiyası konfransı”-nda 
infeksiyalı  yaraların  müalicəsində  baldan  istifadə 
edilməsindən  söhbət  açıldı.  Konfrans  bunları  izah 
edirdi:  “Infeksiyaya  yoluxmaq  yaraların  müalicə-
sində  əksər  bakteriyalar  antibiotiklərə  müqavimət 
göstərirlər.  Bu  vəziyyət  çox  ciddi  tibbi  problem 
yaradır.  Həmçinin  çoxlu  tibbi  maddə  də  yaraların 
müalicəsində  təsirli  deyil.  Ancaq  bal  çox  fərqlidir. 
Balın  yaralı  toxumaların  müalicəsində  istifadə 
təcrübəsi 4 min  illik  bir  keçmişə malikdir. Balda  çox 
güclü antibakterial xüsusiyyətlər var, dolayısı ilə, bal 
yaralardakı 
infeksiyanın 
təmizlənməsində 
və 
yaraların 
infeksiyalardan 
qorunmasında 
çox 
təsirlidir”. 
 
Balın kimyəvi tərkibi və müalicəvi əhəmiyyəti 
 
Bal toplandığı çiçək nektarın müxtəlifliyinə görə 2 
qrupa bölünür. 
1.
 
Monofloralı  bal,  yəni  yalnız  bir  çiçəyin 
nektarından hasil edilmiş bal; 
2.
 
Polifloralı bal, yəni bir neçə çiçəkdən toplanmış 
nektardan hasil edilmiş bal. 
Monofloralı  ballardan  ən  çox  yayılmışları  cökə, 
xaşa,  akasiya,  xardal,  xəşənbül,  şabalıd,  yonca, 
ağcaqayın,  moruq,  günəbaxan,  tütün,  pambıq  və  s. 
göstərmək olar.  
Polifloralı ballar yığılma mənbələrinə görə bağ, çə-
mən, meşə, dağ, səhra balları müxtəlifliklərinə ayrılır. 
Emal  edilməsi  üsullarına  görə  bal  aşağıdakı  kimi 
qruplaşdırılır: 
  - шанлы бал (сотовый, сексионный); 
  - сентрафуга балы (центробежный); 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə