231
- преслянмиш бал (прессованный);
- юзбашына сцзцлмцш бал (самотечный);
- яридилмиш бал (топленый);
- парча балы (кусковой).
Belə qruplaşdırma bal toplandıqdan sonra onun
müxtəlif üsullarla emal edilməsindən asılıdır.
Bal tərkibcə yüksək qidalılığa malik olan məh-
suldur. Balın kimyəvi tərkibi çiçək nektarından əmələ
gəlir. Yığılma mənbəyindən, emalından asılı olaraq
kimyəvi tərkibi də dəyişir. Balın tərkibində əsasən
şəkər, dekstrin, azotlu maddələr, turşular, minerallı
maddələr, fermentlər, vitaminlər, rəngləyici və ətirli
maddələr vardır. Bunlardan əlavə balın tərkibində onun
müalicəvi və antibakterioloji xassələrini əmələ gətirən
müxtəlif bioloji fəal maddələr də vardır.
Yetişmiş balın rütubəti 22%-dən yuxarı olmama-
lıdır. Əgər rütubət çox olarsa, balın davamlılığı aşağı
düşür. Quru maddələrin miqdarı 80-82%-ə çata bilir.
Balın tərkibində 0,14%, şirə balında isə 1,6%-ə
qədər minerallı maddələr vardır. Bunlardan K, Na, Ca,
Mg, Fe, P, S, Cl, J və s. göstərmək olar. Balın
tərkibində həmçinin mikroelementlər də vardır.
Bunlardan Cu, Ni, Cr, Bi, Be, V, Ag, Co, Au, Sn, Al,
Pb və s. göstərmək olar.
Balın tərkibində quru maddəyə görə orta hesabla
75% monoşəkərlər – qlükoza və fruktoza vardır.
Bunlardan başqa balda saxaroza, maltoza, melisitoza,
kamed və dekstrinlər vardır. Bal nümunələrinin tədqiqi
göstərmişdir ki, bütün bal nümunələrində qlükozanın
miqdarı fruktozadan azdır. Ona görə də fruktozanın
qlükozaya nisbəti (F:Q) balın kristallaşmasında
mühüm rol oynayır. Bu nisbət nə qədər çox olarsa,
232
balın kristallaşması ehtimalı bir o qədər azdır. Balın
alınma mənbələrindən asılı olaraq bu nisbət 1,07-dən
(cökə balı), 1,44-ə (qarabaşaq balı) qədərdir.
Balın tərkibində zülali və zülalsız azotlu maddələr
vardır. Onlar bala nektarla birlikdə və arıların
orqanizmindən düşür. Zülali maddələrin miqdarı çiçək
balında 0,29-0,04; şirə balında isə 0,17-0,08%-dir.
Zülali maddələrlə qarabaşaq (0,3%-ə qədər) və süpürgə
kolu balı (1,86%) daha zəngindir.
Zülalların əsas kütləsini balın fermentləri təşkil
edir.
Fermentlərdən balda ən çox invertaza, diastaza,
katalaza, lipaza rast gəlir. Bunlardan başqa amilaza,
oksidaza, peroksidaza və proteoletik fermentlərə də
rast gəlir. Qızdırıldıqda balın fermentativ aktivliyi
azalır. Ona görə də balın keyfiyyəti yoxlandıqda
diastaza rəqəmi (diastazanın fəallığı) təyin olunur.
Diastaza çox da qiymətli ferment deyildir, çünki insan
orqanizmində onun miqdarı lazımi qədərdir. Buna
baxmayaraq diastaza rəqəmi hətta eksporta göndərilən
bal üçün də keyfiyyət göstəricisi kimi təyin olunur.
Vitaminlərdən balın tərkibində B
1
, B
2
, B
6
(pridoksin), pantoten turşusu, PP (nikotin turşusu) və C
vitamini (askorbin turşusu) vardır. 100 qram balda 2,1-
9,1 mkq B
1
, 35-145 mkq B
2
, 227-400 mkq B
6
, 47-192
mkq B
3
(pantoten turşusu), 0,04-0,94 mq PP, 0,52-6,5
mq C vitamini vardır. Balın tərkibində vitaminlər
kifayət qədər yaxşı saxlanılır.
Balın tərkibində ətirli maddələr vardır ki, bunlar
əsasən güllərin nektarından keçir. Balın tərkibində qaz-
maye xromatoqrafiyasının köməyi ilə 50-dən çox ətirli
maddələr aşkara çıxarılmışdır. Onların içərisində sadə
233
alfatik spirtlər, o cümlədən propanal, 3-metil-butanol,
2-metil-butanol və başqaları vardır. Balın tərkibində
həmçinin metilasetat, metilbutirat,
-diketon, formal-
dehid, asetaldehid, izoyağ aldehidi, diasetil vardır.
Bal yüksək qidalı məhsuldur. 100 qram bal 315-
335 kkal (və ya 1321-1381 kCoul) enerji verir.
Arı balı xalq təbabətinin mühüm müalicə vasitələ-
rindən biri olmuşdur. Bal bir çox xəstəliklərin müalicə
vasitəsi kimi hələ çoxdan tətbiq edilirdi. Bal xalq
tərəfindən isitmə, mədə və bağırsaq yolunun, tənəffüs
orqanlarının, ürək-qan-damar sisteminin, sinir sistemi-
nin və dəri xəstəliklərinin müalicəsində bu gün də
tətbiq olunmaqdadır. Hal-hazırda balı mədə-bağırsaq
xəstəliklərində, ürək xəstəliklərində, sinir sisteminin
müalicəsində, ağciyər xəstəliklərində, yaraların müali-
cə edilməsində, dəri və göz xəstəliklərində, yuxarı nə-
fəs yollarının iltihabında, qaraciyər və böyrək xəstəlik-
lərində tətbiq edirlər. Balın tərkibində orqanizmdə asan
mənimsənilən qlükoza olduğu üçün ürək-damar
sisteminin yaxşı işləməsinə kömək edir.
Balın digər şəkərlərlə müqayisədə üstünlükləri
aşağıdakılardır.
1.
Bal həzm sisteminin selikli qişasını qıcıqlandır-
mır;
2.
Insan orqanizmində asan və tez mənimsənilir;
3.
Insanın sərf etdiyi enerjini tez bir zamanda
bərpa edir;
4.
Idmançılara və fiziki əməklə məşğul olanlara
sərf etdikləri enerjini və gücü tez bərpa etməyə imkan
verir;
5.
Digər şəkərlərə nisbətən böyrəklərdən yaxşı
süzülür;
234
6.
Mədə-bağırsaq
sisteminə
təbii
və
zəif
yumşaldıcı təsir göstərir;
7.
Insan orqanizminə sakitləşdirici təsir göstərir;
8.
Hər insan üçün lazımlı və çox da baha olmayan
məhsuldur.
Təbii balın insan orqanizmi üçün müalicəvi və
profilaktiki əhəmiyyəti böyükdür. Süni baldan isə
əsasən qənnadı məmulatı istehsalında istifadə olunur.
Təbii baldan səmərəli istifadə olunması insan or-
qanizmi üçün fizioloji cəhətdən əhəmiyyətlidir. Baldan
qida maddəsi kimi istifadə etmək üçün vahid resept
təyin etmək çətindir. Lakin bir şeyi unutmaq olmaz ki,
balı natural halda ona heç bir şey qarışdırmadan yemək
yaramaz. Çünki bu zaman o tezliklə həzm sisteminə
daxil olur və orqanizm onu tam mənimsəyə bilmir.
Balın orqanizmdə yaxşı mənimsənilməsi üçün onu
çörəklə, sıyıqla, su ilə, südlə, qaymaqla, yağla və s. ilə
yemək lazımdır. Burada mədə yarası olan xəstələr
müstəsna edilirlər. Çünki onların çox miqdar (səhər
200 qr, günorta və axşam isə hər dəfədə 150 qr) təmiz
halda (duruldulmadan) bal yeməsi məsləhət görülür.
Belə müalicənin məqsədi balın təkcə orqanizm
tərəfindən tam mənimsənilməsi deyil, habelə onun
mədə-bağırsaq traktına yaxılıb mədə və onikibarmaq
bağırsağı mexaniki və kimyəvi təsirlərdən qorumaqdır.
Başqa xəstəliklərdə (orqanizmin zəif düşməsi,
ürək xəstəlikləri) balı çörəklə, sıyıqla, yaxud spirtsiz
içki ilə yemək lazımdır.
Sarılıq zamanı ballı çay, su və südlə qəbul etmək
çox faydalıdır. Bu zaman o qaraciyərin “yuyulmasına”
və ödün ayrılmasına yaxşı təsir göstərir. Sağlam
adamlara yaxmac: çörək, kərə yağı və üstündən bal
Dostları ilə paylaş: |