Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə40/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   36   37   38   39   40   41   42   43   ...   99

 
149 
çox torpaqda, su hövzələrində və lildə müşahidə edilir. 
Botulinusun  mikrobları  balığın  mədəsində  müşa-
hidə  olunur.  Əlverişli  şəraitdə  o  tez  çoxalır  və  əhatə 
olduğu mühitə zəhər ayırır. Qida ilə insan orqanizminə 
düşən  zəhər  ürək-damar  sistemini  və  mərkəzi  sinir 
sistemini zəhərləyir. 
Cl.botulinum  zəhəri  ilə  zəhərlənmədə  xüsusən 
nərəkimilərdə  müşahidə  olunur.  Bu  da  nərəkimilərin 
qidalanması ilə bağlıdır. 
Nərəkimilərin ağzı başının altındadır. Bu səbəbdən 
onlar  qidasının  mühüm  bir  hissəsini  su  hövzəsinin 
dibində  yaşayan  xərçəngkimilər,  ilbizlər  və  xırda 
balıqlar  təşkil  edir.  Əlbəttə,  onlar  suyun  üst  qatında 
yaşayan xırda balıqlarla da qidalanırlar. Su hövzəsinin 
dibində  olan  qida  ilə  birlikdə  lili  də  ağzına  alır. 
Sonradan  lili  su  ilə  birlikdə  xaricə  buraxır,  qida  isə 
onun  ağzında  qalır.  Lakin  qida  ilə  birlikdə  balığın 
mədəsinə su ilə lil də daxil olur. Bu səbəbdən çox vaxt 
nərəkimilərin kürüsü – “qara kürü” lil dadı verir. 
Cl.botulinum  yuxarıda  qeyd  edildiyi  kimi,  su 
hövzəsində,  lildə  olur.  Buradan  da  o  nərəkimilərin 
qidalanma vaxtı mədəsinə daxil olur. 
Dünyada bəzi su hövzələrində balıqlarda müşahidə 
edilən Cl.botulinum 57% və hətta 82%-ə çatır. 
Ilanbalığıkimilər  Avropada,  Şimali  Asiya,  Şimali 
və  Cənubi  Amerika,  Atlantik  okeanının  şimal  ,  Yeni 
Zellandiya,  Avstraliyada  yayılmışdır.  Dünyada  ildə 
300 tondan çox ilanbalığı ovlanılır. Ilanbalıqlarının bir 
hissəsi ancaq şirin suda yaşayır, bir hissəsi isə keçicidir 
– dənizdə yaşayır, çoxalmaq üçün çaylara keçirlər. 
Ilanbalığıkimilər  fəsiləsinə  10-a  qədər  cins 
daxildir.  Bunlardan  Sakit  okean,  Baltika  və  Xəzər 


 
150 
ilanbalıqlarını qeyd etmək olar. 
Ilanbalığının  ağzı  dəyirmi  olub,  sorucu  cihaz 
formasındadır. Ağzında çoxlu iti dişcikləri vardır. 
Sakit  okean  və  Baltika  ilanbalıqları  başqa  balıq-
ların qanı və əti ilə qidalanır. Balığın bədəninə sorulub 
yapışır və dişləri ilə dərini kəsərək böyük yara açır. Bu 
xüsusiyyətə  malik  olan  ilanbalığı  bəzən  60%-ə  qədər 
siyənəkləri  və  başqa  balıqların  dərisini  yaralayır  və 
onların əmtəə dəyərini aşağı salır. 
Başqa  ilanbalıqlarından  fərqli  olaraq,  Xəzər 
ilanbalığının dişləri kütdür. Lakin o da başqa balıqların 
bədəninə sovrulub  yapışır. Xəzər ilanbalığını kəsərkən 
ondan  çoxlu  miqdarda  qan  axır.  Xəzər  ilanbalığı  su 
hövzəsinin  dibində  yaşayan  müxtəlif  orqanizmləri  və 
balıqların kürüləri ilə qidalanır. 
Ilanbalığı  qida  ilə  su  və  lili  də  sorur,  beləliklə 
onun  mədəsinə  su  və  lil  də  daxil  olur.  Bu  cəhətdən 
lildə  olan  Cl.botulinumun  ilanbalığının  mədəsinə 
daxilolma təhlükəsi vardır. 
Bundan  əlavə,  ilanbalığı  dənizdən  Kür  çayına 
nəsilartırma  üçün  gedir  və  uzun  müddət  qidalanmır. 
Aclıq  keçirən  ilanbalığının  tərkibində  dərin  fizioloji 
dəyişikliklər  keçir,  bu  da  onun  ətinə  mənfi  təsir 
göstərir. 
Ilanbalıqları,  ilk  növbədə,  başqa  xəstə  balıqların 
əti və qanı ilə qidalanırlar. Beləliklə onlar da xəstəliyə 
tez düçar olurlar. 
Bəzi  balıqlarda  zəhərli  maddələrin  selikdə  yığıl-
masına  səbəb  balığın  öz  dərisində  olan  xüsusi  hücey-
rələrin zəhər ayırması ilə bağlıdır. Yuxarıda qeyd olun-
duğu  kimi,  ilanbalığı  da  belə  balıqlardandır.  Ilan-
balığının  dərisində  yerləşən  selik  vəzilərinin  ayırdığı 


 
151 
zəhər  insan  üçün  təhlükəlidir.  O  zəhərlənmə  və 
yoluxan  xəstəliklər  törədən  yaralar  verir.  Zəhərlənmə-
nin əlamətləri: ürək bulanması, qusmaq, hərarətin qalx-
ması, ürək fəaliyyətinin zəifləməsi, huşun itməsi və s. 
Kür  ilanbalığının  tərkibində  yağın  miqdarı  31%-ə 
çatır.  100  il  bundan  əvvəl,  ovlanmış  ilanbalığını 
qurudaraq, ondan şam və məşəl kimi istifadə etmişlər. 
Sonralar  texniki  məqsəd  üçün  ilanbalığının  yağını 
çıxararaq istifadə ediblər. 
Naqqa  xarici  eybəcər  görünüşünə  görə  başqa 
balıqlardan  ayrılır.  Bədəninin  rəngi  yaşadığı  şəraitdən 
və  yaşından  asılı  olaraq  dəyişir.  Ümumiyyətlə,  bel 
tərəfdən qara, döş tərəfdən isə sarımtıl rəngdədir. 
Naqqanın  ağzında  xırda  və  iti  dişləri  vardır.  O 
xırda  və  orta  ölçülü  sıx  torla  ovlanan  balıqları, 
xərçəngkimiləri  ovlayıb  yeyir.  Naqqa  qurbağaları  da 
tutub  yeyir.  O  qurbağaları  səsindən  tanıyır.  Bu 
səbəbdən  ona  bəzən  ruslar  lyaquşatnik  (qurbağa  qabı) 
deyirlər.  Bu  balıq  ac  olanda  suya  düşən  ölü heyvanlar 
və müxtəlif tullantılarla da qidalanır. 
Naqqa 
dünya 
sularında 
geniş 
yayılmışdır. 
Dünyada  ildə  10  min  tondan  çox  naqqa  ovlanır. 
Naqqalar bir  yerdə yaşamağı sevirlər. Çox zaman o su 
hövzələrinin  dibində  olur.  Ov  vaxtı  üzə  çıxır  və  sonra 
həmin  yerinə  qayıdır.  Naqqa  soyuğa  davamsızdır.  Qış 
vaxtı öz yerindən çıxmır. 
Naqqa və ilanbalığının bədənləri pulcuqsuz olduğu 
üçün  onların  bədəni  suda  müxtəlif  mexaniki  zədələrə 
uğrayır  və  səthində  sıyrıntı,  qarmaq  və  qırmaq  yeri 
olur.  Bu  növ  zədələnmiş  sahələrdən  balığın  ətinə 
mikroorqanizmlər  asanlıqla  daxil  olur  və  onu 
mikrobioloji cəhətdən təhlükəli edir. 


 
152 
Bundan  əlavə,  naqqa  suya  düşən  ölü  heyvanlarla 
(siçan, qurbağa, quş və s.) qidalanarkən onun mədəsinə 
anaerob  mikroblar,  o  cümlədən  zəhər  törədicilərdən  – 
Salmonella  və  Cl.botulinum  düşür.  Məlumdur  ki, 
ölmüş heyvanlarda Cl.botulinum güclü inkişaf  edir və 
zəhər ayırır. 
Naqqa  və  ilanbalığının  bədəni  pulcuqsuz  olduğu 
üçün, onlar parazitlərin də təsirinə məruz qalırlar. Qoca 
naqqaların  bədəninə,  xüsusən  başının  üstünə  müxtəlif 
parazitlər yapışır. Qurdlardan başqa, parazit bitkilər də 
bu  balıqlarda  müxtəlif  xəstəliyin  yayılmasına  səbəb 
olur.  Məsələn,  göbələk  Saprolegnia  balığın  dərisini 
yaralayır.  Bu  göbələk  intensiv  inkişaf  edərək,  balığın 
dərisində cücərir və dəri örtüyündən ətinə keçir. 
Beləliklə,  pulcuqsuz  balıqlar  yuxarıda  göstərilən 
səbəblərdən təhlükəlidirlər. 
Lazımınca qızardılmamış və ya bişirilməmiş, eləcə 
də  müəyyən  olunmuş  temperaturda  və  şəraitdə 
saxlanılmayan  balıq  məhsullarında  botulizm  təhlükəsi 
böyükdür.  
Kulinariya  məhsullarında  Cl.botulinum  inkişafına 
və onun zəhər ayırmasına şərait yaranır. Çünki balıqda 
istiliyin  təsirindən  Cl.botulinum-  a  antoqonist  və 
istiliyə az davamlı süd turşusuna qıcqırdan bakteriyalar 
məhv  olur.  Bundan  əlavə,  məhsuldan  hava  kənar  olur 
və  anaerob  şərait  yaranır.  Bütün  bunların  nəticəsində 
məhsulda  anaerob  mikrobların  inkişafı  üçün  əlverişli 
şərait yaranır. 
Beləliklə, pulcuqsuz balıqlardan naqqa və ilanbalığı 
mikrobioloji  cəhətdən  təhlükəli  olmasını  nəzərə  alaraq, 
onlardan qida kimi istifadə olunması məkruhdur. 
Nərəkimilərdə  onun  qidalanması  ilə  əlaqədar 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə