133
Balıq yağı özündə omeqa-3 yağ turşularını ehtiva
etdiyi üçün onun sağlamlığa faydası haqqında daha çox
dəlil var. Omeqa-3 bitki yağlarında olsa da, sağlamlığı
qorumaqda daha az təsirə malikdir. Bunun əksinə
olaraq dəniz planktonları omeqa-3 yağ turşusunun EPT
və DHT-na çevrilməsində çox böyük təsirə malikdir.
Balıqlar bu planktonları yeyəndə EPT və DHT baxı-
mından zənginləşirlər. Buna görə də balıq insan bədəni
üçün çox əhəmiyyət kəsb edən bu yağ turşularının
olması baxımından ən zəngin qidalardan hesab edilir.
Balıqdakı yağ turĢularının həyati
əhəmiyyətli faydası
Balıqdakı yağ turşularının əsas xüsusiyyəti isə bə-
dənin enerji istehsalına təsir göstərməsidir. Bu yağ tur-
şuları bədəndə oksigenə bağlanaraq elektron transferini
həyata keçirir və bədəndəki bəzi kimyəvi reaksiyaları
enerji ilə təmin edir. Buna görə də balıq yağı baxı-
mından zəngin qidaların yorğunluğun aradan qaldır-
masına, qavrayış gücünü və hərəkət qabiliyyətini
artırdığına dair dəlillər də var. Omeqa-3 insanın diqqət
qabiliyyətini də onun enerji səviyyəsi qədər artırır.
Balığın “zəka qidası” adlandırılmasının elmi əsası var,
çünki beyindəki yağın əsas tərkibi özündə omeqa-3
yağ turşularını ehtiva edən DHT-dır.
Ürək-damar sisteminin sağlamlığında
balığın əhəmiyyəti
Balığın tərkibində olan omeqa-3 yağ turşusu
qandakı xolesterolu, triqliseridi və qan təzyiqini aşağı
salır. Bu turşu ürəyin sağlam fəaliyyətini təmin etməsi
ilə məşhurdur. Triqliserid yağın bir növüdür,
134
tərkibindəki bol yağ və az protein baxımından LDL-yə
(pis xolesterola) oxşayır. Triqliseridin səviyyəsinin
artması xüsusilə xolesterolun səviyyəsi yüksələndə
ürək xəstəliyi riskini çoxaldır. Balıq yağları infarktdan
sonra anormal ürək döyüntülərini, həyatı təhdid edən
riskləri də azaldır.
ABŞ-ın Tibb Birliyinin apardığı bir araşdırma
göstərib ki, həftədə 5 dəfə balıq yeyən qadınlarda
infarkt keçirmə nisbəti 30%-ə qədər azalır. Bunun
balıq yağında olan omeqa-3 yağ turşularının qanın
daha az laxtalanmasına səbəb olmasından qaynaqlan-
dığı güman edilir. Qanın damarlarımızda adi sürəti
saatda 60 km-dir və qanın kifayət qədər duruluğu,
onun axınının, miqdarının, sürətinin normal səviyyədə
olması həyati əhəmiyyət kəsb edir. Qanımız üçün ən
böyük təhlükə – qanaxma kimi zəruri vəziyyətlər istis-
na olmaqla – laxtalanaraq duruluğunun azalmasıdır.
Balıq yağları qandakı trombositlərin (bədəndə qanax-
ma olanda qanı intensivləşdirən qan plakcıqları) bir-
birinə yapışmasına mane olaraq qanın laxtalanmasını
azaltmaqda da təsirlidir. Əks halda qanın qatılaşması
damarların daralmasına səbəb olur. Bu vəziyyət də
başda ürək, beyin, göz və böyrək olmaqla bədəndəki
bir çox orqanların qanla kifayət qədər yaxşı qidalanma-
masına, ləng çalışmasına və tədricən fəaliyyətini itir-
məsinə gətirib çıxarır. Məsələn, aorta qan damarının
laxtalanması nəticəsində damarların tıxanması infarkt,
iflic və ya başqa xəstəliklərin yaranmasına gətirib
çıxara bilər.
Omeqa-3 yağ turşuları eritrositlərin (qırmızı qan
hüceyrələri) daxilində oksigen daşıyan hemoqlobin
molekulunun istehsalında və hüceyrə zərindən keçən
135
qidalara nəzarət edilməsində də mühüm rol oynayır və
bədən üçün ziyanlı yağların zərərinin qarşısını alır.
Araşdırmalar balıqdakı omeqa-3 yağ turşularının in-
farkt riskini azaltdığını sübut edib.
Balığın yeni doğulan uĢaqların inkiĢafında rolu
Omeqa-3 yağ turşuları insan beyninin və retina-
sının əhəmiyyətli bir tərkibi olduğu üçün, xüsusilə təzə
doğulan uşaqların ehtiyacı ilə bağlı olan 10 ildə
mühüm tədqiqatların mövzusu olub. Omeqa-3 xüsusilə
hamiləlik dövrü boyunca və uşaqlıq dövrünün başlan-
ğıcında beyin və sinirlərin uyğun şəkildə inkişafı baxı-
mından çox əhəmiyyətlidir. Ana südü də təbii və mü-
kəmməl bir omeqa-3 anbarı olduğuna görə alimlər ana
südünün vacibliyini xüsusi vurğulayırlar.
Oynaqların sağlamlığına faydası
Revmatizm artrit xəstəliyində (revmatizmlə bağlı
oynaq iltihabı - enflamasionu) ən əhəmiyyətli risk
oynaqlarda yaranan aşınmanın qarşısıalınmaz bir təxri-
bata səbəb olmasıdır. Omeqa-3 yağ turşusu baxımın-
dan zəngin bir qidalanmanın artritin yaranmasına mane
olduğu, şişən və həssas oynaqlarda narahatlığın da
yüngülləşdiyi sübut olunmuşdur.
Beyinin və sinir sisteminin sağlam
fəaliyyəti üçün faydası
Omeqa-3 yağ turşusunun beyin və sinir sisteminin
sağlam
şəkildə çalışmasında təsirləri bir çox
tədqiqatlar nəticəsində təsdiq edilib. Həmçinin sübut
edilib ki, balıq yağının qəbul edilməsi depressiya və
136
şizofreniya əlamətlərini yüngülləşdirir, Altsheymer
xəstəliyinin (yaddaşın zəifləməsinə səbəb olan, gün-
dəlik yaşayış aktivliyinə mane olan bir beyin xəstəliyi)
qarşısını alır. Məsələn, depressiyaya məruz qalan və 12
həftə ərzində 1 q omeqa-3 yağ turşusu qəbul edən
adamlarda gərginlik, narahatlıq, kədər və yuxu
problemləri kimi əlamətlərin azaldığı sübut olunub.
Infeksiya narahatçılığına faydası, immunitet
sistemini gücləndirməsi
Omeqa-3 yağ turşuları həmçinin anti-enflamatuar
(enflamasion – şişmə, qızartı və ağrı vəziyyəti) kimi
fəaliyyət göstərir. Buna görə də o revmatizmalı artrit
(revmatizmaya bağlı oynaq enflamasionu), osteoartrit
(vaxt ötdükcə oynaqların fəaliyyətini pozan xəstəlik),
kolit (bağırsaq infeksiyası ilə bağlı xoralar) və lupus
(dəridə yaranın meydana gəlməsinə səbəb olan dəri
xəstəliyi) xəstələrinin hamısında istifadə edilə bilər.
Bundan başqa, onun miyelini (sinir hüceyrələrini örtən
zər) qorumaq xüsusiyyəti var. Buna görə də o qloxoma
(gözdaxili təzyiqin artması ilə korluğa səbəb olan
xəstəlik), multipl skleroz (beyin və onurğa beynində
toxuma bərkiməsi nəticəsində yaranan ölümcül xəs-
təlik), osteoporoz (sümük toxumasının strukturunun
zəifləməsinə səbəb olan xəstəlik) və şəkər xəstələrinin
müalicəsində istifadə edilir.
Bütün bunlarla yanaşı, onun miqren xəstələrində,
anoreksiyada (ölümcül ola bilən yemək pozuntusu),
yanığın müalicəsində və dəri sağlamlığı ilə bağlı
problemlərin müalicəsində də kömək etdiyi bildirilir.
Yüksək səviyyədə omeqa-3 yağ turşusuna malik
balıqla qidalanan Qrenlandiya eskimoslarının və
Dostları ilə paylaş: |