Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə32/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   28   29   30   31   32   33   34   35   ...   99

 
117 
Yəni əgər heyvan ölmüş olsa və şəriət qaydası ilə 
kəsilməsə,  belə  meyit  heyvanın  bədənində  yuxarıdakı 
on  şey  halaldır,  amma  o  heyvanın  əti  haram,  həm  də 
murdardır. Sayılan on şey isə murdar olsa da onları pak 
etmək olar. 
 7. “Üç şey var ki, insanın bədənini söküb dağıdar, 
hətta  bəzən  öldürər:  1)  qurudulmuş  ət  yemək;  2)  tez-
tez  hamama  girmək;  3)  qoca,  qarı  arvadlarla  evlən-
mək”. 
 8.  “Hər  kəs  qəmli  və  kədərli  olsa,  onun  səbəbini 
də bilməsə, turac əti yesin ki, onu sakit edər”. 
Səd ibni Səd nəql edir ki, Imam Rza (ə) ilə söhbət 
zamanı  dedim  ki,  bizim  ailədə  qoyun  əti  yemirlər, 
deyirlər  ki,  o  səfranı  artırır,  baş  ağrısı  gətirir  və 
bədəndə  ağrılar  törədir.  O  Cənab  (ə)  buyurdu:  “Əgər 
Allah-təala  yanında  qoyundan  əfzəl  bir  şey  olsaydı, 
Ismailə onu qurban verərdi”. 
Yunus  ibni  Bəkr  nəql  edir  ki,  Imam  Rza  (ə)  ilə 
görüşdüm.  O  Cənab  (ə)  soruşdu  ki,  nə  üçün  rəngin 
sarıdır? Dedim ki, qızdırma məni haldan salıb. Buyur-
du  ki,  ət  yeginən.  Bir  həftədən  sonra  görüşəndə  yenə 
rəngimi sarı  görüb buyurdu ki, sənə demədimmi ki, ət 
ye? Dedim ki, bu həftə ərzində ətdən başqa heç nə ye-
məmişəm.  O  Cənab  (ə)  soruşdu  ki,  əti  necə  yemisən? 
Dedim  ki,  suda  bişirib  yemişəm.  Buyurdu:  -  Kabab 
edib  yeginən.  Mən  o  Cənabın  (ə)  buyurduğuna  əməl 
etməyə başladım. Bir həftədən sonra yanaqlarım qızar-
mışdı. 
Ibn  Ömər  (A.o.r.)  Peyğəmbərin  (s.ə.v.)  belə 
dediyini rəvayət edir: “Iki növ ölü və iki növ qan bizə 
halal edilmişdir. Iki növ ölü – balıq və çəyirtkə, iki növ 
qan isə qaraciyər və dalaqdır”. 


 
118 
Əbu Vaqid Əl-Zeysi (A.o.r.) Peyğəmbərin (s.ə.v.) 
belə  dediyini  rəvayət  edir:  “Heyvan  sağ  ikən  ondan 
kəsilib götürülmüş tikə, ölü heyvan əti kimidir”. 
Peyğəmbər (s.ə.v.) bir nəfərə: “Həqiqətən Allah və 
Rəsulu ev eşşəklərinin ətini yeməyi sizə qadağan  edir. 
O nəcisdir”. 
Ibn  Abbas  (A.o.r.)  dedi  ki,  Peyğəmbər  (s.ə.v.) 
köpək  dişli 
heyvanların 
və 
caynaqlı  quşların 
yeyilməsini haram etmişdir. 
Ibn  Ömər  (A.o.r.)  deyir  ki,  Peyğəmbər  (s.ə.v.) 
nəcasətlə  qidalanan  (cəllalə)  heyvanın  ətini  yeməyi  və 
südünü içməyi qadağan etmişdir. 
Ibn  Ömər  (A.o.r.)  nəcasətlə  qidalanan  toyuğu  üç 
gün qapalı yerdə saxlayardı (sonra onu kəsib yeyərdi). 
Rafi  ibn  Xədic  Peyğəmbərin  (s.ə.v.)  ona  belə 
dediyini  nəql  edir:  “Qanı  axıdılan  və  kəsilərkən 
Allahın adı çəkilən heyvanı ye”. 
 
Toyuq və digər quĢ ətləri 
 
 Quşçuluqdan  alınan  məhsullar  (yumurta  və  quş 
əti) əhalinin  yüksək bioloji dəyərli qida məhsulları ilə 
təmin olunmasında böyük əhəmiyyətə malikdir.  
Quş ətinin kimyəvi tərkibi quşun növündən, yaşın-
dan, köklük dərəcəsindən, cəmdəyin hissələrindən, qu-
şun yemindən və bəslənməsi üsullarından asılıdır. To-
yuğun  və  hind  toyuğunun  ağ  ətində  22-24%,  tünd 
ətində  isə  20-23%  zülal  olur.  Ağ  ətdə  (döş  ətində) 
ekstraktlı  zülalsız  maddələrin  miqdarı  tünd  ətdə 
(əsasən  bud  əti)  olduğundan  1,5-2  dəfə  çoxdur. 
Yağının  tərkibi  əsasən  doymamış  yağ  turşularından 
ibarətdir.  Quş  ətində  mineral  maddələrdən  Na,  K,  Ca, 
Mg, P, Fe, vitaminlərdən A, B
1
, B
2
, PP vardır. 


 
119 
Ev  quşları  içərisində  ən  çox  istifadə  edilənləri 
toyuqlar, hind toyuğu, qaz və ördəkdir. 
Toyuqlar  –  ətlik,  yumurtalıq  və  qarışıq  (ətlik-
yumurtalıq) istiqamətli olur. 
Ətlik  istiqamətli  toyuqlar  nisbətən  iri  ölçülü,  ağır 
kütləli  və  dolu  bədənli  olur,  boynunun  qısa,  döşünün 
enli  və  qabarıq,  ayaqlarının  gödək  və  ətli  olmaları  ilə 
fərqlənir. Anacların diri kütləsi 3,4-4,0 kq, xoruzlarınkı 
4,5-5,5 kq, çolpa və beçələrinki 3 kq-dək olur. Bir ildə 
160 ədədə yaxın yumurta verir.  
Yumurtalıq  istiqamətli  toyuq  cinsləri  nisbətən 
kiçik ölçülü, yüngül kütləli, çox cəld və hərəkətlidir. 5-
6  aylığında  yumurtlayırlar.  Ildə  200-300  yumurta 
verirlər. Anacların diri kütləsi 2,5 kq, xoruzların isə 4,0 
kq-a qədər olur.  
Qarışıq  istiqamətli  cinslər  ətlik  və  yumurtalıq 
istiqamətli  cinslərin  cütləşdirilməsi  nəticəsində  əldə 
edilmişdir.  Ətlik  göstəriciləri  ətlik  istiqamətli  toyuq-
lardan  aşağı,  yumurtalıq  toyuqlardan  üstündür.  6-7 
ayında  yumurtlayır.  Anacların  diri  kütləsi  2,5-3,0  kq, 
xoruzların isə 3,5-4,5 kq arasında olur.  
Hindtoyuğunun  vətəni  Şimali  Amerika  sayılır. 
Ətlik baxımdan qiymətlidir.  Iri kütləli və tezböyüyən-
dir. Əti normal  yağlı, zərif şirəli və dadlıdır. Dişi hind 
toyuğunun diri kütləsi 5-8 kq, erkəklərinki isə 8-16 kq 
olur. Ildə 50-100 yumurta verir.  
Qaz  cinslərinin  yumurtlama  və  cücə  çıxartma 
əmsalı toyuq və hind toyuğundan aşağıdır. Lakin yaxşı 
qulluq  etdikdə  çox  yağlı  (50%-dək)  və  yüksək 
keyfiyyətli  ət  verir.  Qaz  ətinin  qidalılıq  dəyəri  və  dad 
keyfiyyəti  digər  ev  quşlarından  üstündür.  Dişilərinin 
diri  kütləsi  3,5-5  kq,  erkəklərinki  4-6,5  kq  olur.  El 


 
120 
arasında “Yeməmisən qaz ətini, görməmisən ləzzətini” 
deyimi qaz ətinin dadlı və ləzzətli olmasını göstərir. 
Ördək  cinsləri  ən  tezböyüyən  və  kökələndir. 
Ördək  balası  50-55  gün  ərzində  2,5-3  kq-a  çatır.  Dişi 
ördəyin  diri  kütləsi  2-2,5  kq,  erkəklərinki  3,5-4,5  kq 
olur. Ildə 100-200 yumurta verir.  
Emalından  asılı  olaraq  quş  cəmdəkləri  təmizlən-
miş,  yarımtəmizlənmiş  və  təmizlənmiş  halda,  lakin 
içalat və boyun komplekti ilə birlikdə olur. 
Bütün ev quşlarının əti köklüyünə və keyfiyyətinə 
görə 2 kateqoriyaya ayrılır. 
Termiki  vəziyyətindən  asılı  olaraq  quş  əti 
temperaturu  25
0
C-dən  çox  olmamaq  şərtilə  soyumuş, 
0-4
0
C-yə  qədər  soyudulmuş  və  mənfi  8
0
C-yə  qədər 
dondurulmuş olur. 
Ov  quĢları  –  aşağıdakı  qruplara  bölunur:  Meşə 
quşları  –  tetra,  sibirxoruzu,  ağ  kəklik,  qırqovul  və  s.; 
dağ  quşları  –  dağ  kəkliyi,  dağ  hindtoyuğu  və  s.;  çöl 
quşları  –  boz  kəklik,  bildirçin  və  s.;  su  quşları  – 
qaşqaldaq, ördək və qazlar; bataqlıq quşları – cüllütlər. 
Azərbaycanda  ov  quşlarından  əsasən,  qırqovul, 
kəklik,  boz  kəklik,  turac,  bildirçin,  Qafqaz  tetrası, 
Qafqaz  uları, Xəzər uları,  bəzgək, qaşqaldaq, boz  qaz, 
yaşılbaş  ördək,  fitçi  cürə,  boz  ördək,  kəkilli  ördək, 
dəniz  ördəyi,  ağgöz  ördək,  qırmızıbaş  ördək  və  s. 
quşlar  ovlanaraq  müxtəlif  xörəklərin  hazırlanmasında 
istifadə edilir. Ov quşlarının əti yağsız, zülalı nisbətən 
çox,  bərk  konsistensiyalı,  tünd  rəngli,  ekstraktlı 
maddələrlə zəngindir. 
İnsanlar hələ qədimdən  quş  əti ilə qidalanıblar və 
quş ətinin  yeyilməsində  heç bir qadağa  yoxdur. Lakin 
təmiz  şəraitdə  yetişdirilən  və  halallıqla  kəsilənlər 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə