Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə44/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   40   41   42   43   44   45   46   47   ...   99

 
165 
Neapolitan  Universiteti  tibb  və  kimya  fakültə-
sindən Patrisia Qaletti:  
“Zeytun  yağı  polifenollarının  qida  kimi  qəbul 
edilməsi  reaktiv  oksigen  metabolitlərlə  bağlı  xəstəlik 
riskini  azalda  bilər  –  mədə-bağırsaqla  bağlı  bəzi 
xəstəliklər  və  damarların  tıxanması  kimi.  Zeytun  yağı 
insan eritrositlərini oksidativ təhlükədən qoruyur”. 
Harvard Universitetinin xalq səhiyyəsi kafedrasın-
dan Frank Saks:  
“Zeytun yağından ibarət olan zəngin qida rasionlu 
pəhriz  ifrat  kökəlməyi  nəzarətdə  saxlamaqda  və 
müalicə  etməkdə  az  yağlı  qida  rasionundan  ibarət 
pəhrizdən  daha  təsirlidir.  O  uzunmüddətli  artıq  çəki 
itkisinə  də  səbəb  olur,  bu  halda  çəkini  qorumaq  daha 
asandır…”. 
Göründüyü  kimi,  bu  gün  bir  çox  alimlər  zeytun 
yağını  əsas  qəbul  edən  qidalanma  modelinin  ən  ideal 
forma  olduğunu  düşünür.  Bu  xüsusiyyətlərinə  görə 
gündəlik  qida  rasionunda  olması  zəruri  olan  ən  əsas 
qidaların  zeytun  və  zeytun  yağı  olduğu  bildirilir. 
Allahın  bir  çox  ayədə  diqqətimizə  çatdırdığı  zeytun 
bitkisinin  faydası  tibbi  bilgilərin  artması  ilə  paralel 
olaraq kəşf edilmişdir. 
“Göydən  sizin  üçün  yağmur  endirən  Odur. 
Ondan (o sudan) siz də, içində (heyvanlarınızı)  otar-
dığınız ağaclar (və otlar) da içər (ağaclar və otlar da 
onun vasitəsilə bitər)”.  (Allah) onunla  (o su ilə)  sizin 
üçün  əkin  (taxıl,  bitki),  zeytun,  xurma,  üzüm  və 
bütün  (başqa)  meyvələrdən  yetiĢdirir.  DüĢünüb-
daĢınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut 
edən) dəlillər vardır!” (Ən-Nəhl, 16/10-11). 
 


 
166 
Zeytun yağı haqqında 
 
Gündəlik  qida  rasionunda  yağların  xüsusi  çəkisi 
ümumi  enerji  dəyərinin  30%-ə  qədərini  təşkil 
etməlidir.  Qida  institutları  tərəfindən  elmi  cəhətdən 
işlənib  tövsiyə  olunmuş  normaya  əsasən  orta  yaşlı 
insan  gündə  80-100  qr  yağ  istehlak  etməlidir.  O 
cümlədən  kərə  yağı  20  qr,  bitki  yağı  25  qr,  heyvanat 
yağı  20  qr,  marqarin  və  mətbəx  yağları  30  qr  təşkil 
etməlidir.  Istehlak  olunan  yağın  tərkibində  2-6  qr 
polidoymamış  yağ  turşuları,  5  qr  fosfolipidlər  və  0,3-
0,6  qr  xolesterin  olmalıdır.  Yaşlıların  daha  çox  bitki 
yağlarından istifadə etmələri məsləhətdir. 
İnsanlar  qədimdən  ən  çox  heyvanat  mənşəli 
yağlardan  (qoyunun  quyruq  yağı)  daha  çox  istifadə 
etmişlər.  Lakin  tarixdə  zeytun  yağından  istifadə 
olunmasına dair çoxlu sayda məlumatlar vardır. Zeytun 
yağından  qida  məqsədləri  üçün  istifadə  olunması 
haqda “Qurani-Kərim”-də buyurulan bir neçə ayələrdə 
və Peyğəmbərimizin (s.ə.v.) hədislərində oxuyuruq. 
(Sizin  üçün  həmçinin  mənşə  etibarilə)  Sina 
dağından çıxan bir ağac da (yaratdıq ki)o, yeyənlər 
üçün  zeytun  və  (çörəyin  üstünə  yaxılan,  xörəyə 
qatılan) yağ bitirər.” (əl-Muminun, 23/20).  
Zeytun yağının insan orqanizmi üçün əhəmiyyətini 
vurğulayan  Peyğəmbərimiz  (s.ə.v.)  də  bu  xüsusda 
“Zeytun yağı yeyin və sağlam həyat sürün” kəlamını 
buyurmuşdur.  
Heyvani yağlardan fərqli olaraq zeytun yağı nəinki 
qan-damar  xəstəliklərinə  səbəb  olmur,  hətta  heyvani 
yağlarla qəbul olunmuş xolesterinin orqanizmdən xaric 
olmasına fizioloji cəhətdən səbəb olur.  


 
167 
Zeytun  yağının  tərkibində  faizlə  doymuş  yağ 
turşularından palmitin-12,9; stearin-2,5 və araxin-0,35; 
monodoymamış  yağ  turşularından  olein-64,9  və 
palmitolein-1,5; polidoymamış yağ turşularından linol-
12,0;  linolen-0,1  vardır.  Zeytun  yağında  E,  A,  D 
vitaminləri və insan orqanizmi üçün faydalı olan digər 
bioloji fəal maddələr də vardır. Məhz buna görə zeytun 
yağı həyatın bütün dövrlərində sağlamlığa müsbət təsir 
göstərir. 
Zeytun  yağı  ürək  və  qan-damar  xəstəliklərinə 
səbəb  olan  xolesterini  azaldaraq  damarlarda  tıxanma-
ların  qarşısını  alır.  Zeytun  yağının  üstün  cəhəti  ondan 
ibarətdir ki, digər bitki yağlarından fərqli olaraq yalnız 
orqanizm  üçün  zərərli  olan  aşağı  sıxlıqlı  xolesterinin 
miqdarını  azaldır,  lakin  insan  orqanizmi  üçün  lazım 
olan  yüksək  sıxlıqlı  xolesterinə  toxunmur.  Mədə  tur-
şuluğunu azaldaraq qastritə və mədə yarasına qarşı qo-
ruyucu rol oynayır, öd kisəsi daşının əriməsinə xömək 
edir,  tərkibi  antioksidləşdiricilərlə  zəngin  olduğundan 
uşaqlarda  və  yaşlılarda  beyin  və  sinir  sisteminin  inki-
şafı və yeniləşməsində mühüm rol oynayır, orqanizm-
də 99-100% mənimsənilir. Zeytun yağından soyuq qəl-
yanaltıların  və  qızartmaların  hazırlanmasında  istifadə 
olunması  sağlamlıq  üçün  əhəmiyyətlidir.  Eyni  za-
manda  zeytun  yağından  unlu  şirniyyat  məmulatının 
(keks,  yağlı  biskvit,  peçenye  və  digər  məhsulların) 
hazırlanmasında  istifadə  olunması  məsləhət  görülür. 
Çünki bu yağ məmulata xüsusi ləzzət verməklə yanaşı 
onun  qurumasının  qarşısını  alır.  Zeytun  yağı  həzm, 
qaraciyər  və  öd  kisəsinin  pozğunluğu  olan  insanlara 
yaxşı  təsir  göstərir.  Belə  xəstələrə  səhər  acqarnına  bir 
qaşıq  zeytun  yağı  içmək  məsləhət  görülür.  Zeytun 


 
168 
yağından  aterosklerozun  profilaktikasında  və  onun 
mürəkkəb  formalarının  qarşısının  alınmasında  istifadə 
etmək  olar.  Zeytun  yağı  dərinin  qoruma  funksiyasını 
gücləndirir,  tonusu  artırır,  qocalmanı  ləngidir  və 
orqanizmdə  kalsiumun  daha  yaxşı  mənimsənilməsini 
təmin  etməklə  sümük  toxumasının  artımına  və 
möhkəmlənməsinə kömək edir. 
Son illər “Bakı Yağ zavodu”-nda “Zeytun bağları” 
və “Final” ticarət nişanı ilə zeytun yağı istehsal olunur. 
Gigiyenik 
normalara 
əməl  olunaraq  qabaqcıl 
texnologiyanın  tətbiqi  ilə  istehsal  olunan  zeytun  yağı 
250,  500  və  750  qram  kütlədə  4  qranlı  şüşələrdə 
Riviera  tipli  zeytun  yağı  kimi    istehlakçılara  təqdim 
olunur. 
Qeyd  etmək  lazımdır  ki,  zeytun  yağları  3  qrupda 
satışa  çıxarılır.  Təbii  zeytun  yagı,  Rafinə  zeytun  yağı 
və  Riviera  zeytun  yagı.  Təbii  zeytun  yağının  canlı  və 
kəskin  qoxusunu  bəyənməyənlər  Riviera  zeytun  ya-
ğından istifadə edə bilərlər. Riviera zeytun yağı almaq 
üçün  Rafinə  zeytun  yağı  təbii  zeytun  yağı  ilə  qarış-
dırılır.  Respublikada  istehsal  olunan  zeytun  yağı  tələ-
batı ödəmədiyindən bir çox xarici ölkələrdən də zeytun 
yağı  gətirilib  istehlakçılara  satılır.  Zeytun  yağının  is-
tehsalı  müxtəlif  proseslərlə  başa  çatdırıldığından,  son 
məhsulun  keyfiyyəti  də  müxtəlif  olur.  Xaricdə  əsasən 
Virgen,  Riviera  və  Pomos  tipli  zeytun  yağı  istehsal 
olunur. Respublikamıza əsasən zeytun yağının istehsalı 
ilə  məşğul  olan  3-cü  ölkələrdən  aşağı  keyfiyyətli 
zeytun  yağı  daxil  olur. Bunların  əsasını nisbətən  aşağı 
keyfiyyətli  olan  Pomos  zeytun  yağı  təşkil  edir.  Lakin 
alıcılar  zeytun  yağı  alarkən  etiketdə  olan  Pomos 
sözünə fikir vermirlər və xaricdən alınan  yağlara daha 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə