Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə45/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   41   42   43   44   45   46   47   48   ...   99

 
169 
çox  meyl  göstərirlər.  Bu  yağların  qiymətlərində  çox 
fərq  olmur,  lakin  keyfiyyətcə  Riviera  tipli  satışa 
verilən  zeytun  yağı  bütün  göstəricilərinə  görə  Pomos 
zeytun yağından üstündür. Əvvəla Riviera zeytun yağı 
təbii və rafinə zeytun yağının qarışığıdır və ona görə də 
standartın  bütün  tələblərinə  uyğundur.  Lakin  Pomos 
zeytun  yağı  əsas  istehsal  prosesi  başa  çatdıqdan  sonra 
yerdə  qalan  jmıxdan  və  zeytun  məhsulları  istehsalının 
qalıqlarından  hazırlanır  və  keyfiyyətcə  Rivieradan 
aşağıdır. 
 “Bakı  Yağ  zavodu”-nda  istehsal  olunan  “Final” 
ticarət nişanı və Riviera tipli zeytun yağının rəngi açıq 
yaşılımtıl çalarlı sarıdır, şəffaf və parlaqdır, dadı təmiz 
və  neytraldır,  mikrobioloji  və  zərərsizlik  göstəriciləri 
Tibbi  Bioloji  Təlimata  uyğundur.  Nəmlik  və  uçucu 
maddələrin  miqdarı-  0-dır  (standartda  0,2%-dən  çox 
olmaması  göstərilir);  xalis  yağın  miqdarı-100%-dir; 
sərbəst  yağ  turşularının  miqdarı-0,29%-dir  (standart 
göstərici əla sort üçün 0,75%-dir); peroksid ədədi-2,8-
dir  (standartına  görə  15-dən  çox  olmaz).  Xolesterin-
sizdir.  Zeytun  yağının  tərkibində  72  mq/100  qram  E 
vitamini  (tokoferol)  vardır  ki,  bunun  da  90%-ni  daha 
fəal olan α -tokoferol təşkil edir. 100 qram zeytun yağı 
899 kkal enerji verir. 
 
Zeytun yağı haqqında hədislər 
 
 Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Sizə tövsiyə edi-
rəm  zeytun  yağını.  O,  ödü  açar,  bəlğəmi  aparar,  əsəbi 
bərkidər,  yorğunluğu  aparar,  xasiyyəti  yaxşılaşdırar, 
nəfəsə xoş ətir verər, qəm-qüssəni aparar”. 
Rəsuli-Əkrəm  (s.ə.v.)  Əliyə  (ə)  tövsiyə  edərək 
buyurur:  “Ya  Əli,  zeytun  yağını  yeginən  və  onu 


 
170 
bədəninə  sürt.  Həqiqətən,  kim  onu  yesə  və  bədəninə 
sürtsə, Şeytan ona qırx səhər yaxın düşə bilməz”. 
Rəsuli-Əkrəm  (s.ə.v.)  buyurub:  “Zeytun  yağını 
yeyin  və  onu  bədəninizə  sürtün,  çünki  o,  mübarək  bir 
ağacdan hasilə gəlib”. 
Burada  “mübarək  ağac”  ifadəsilə  o  Cənab  (s.ə.v.) 
“Quranı-Kərim”-in  iyirmi  dördüncü  (Nur)  surəsinin 
otuz beşinci ayəsindəki kəlamı nəzərdə tutmuşdur. 
“…  O  çıraq  nə  Ģərqdə,  nə  də  qərbdə  (aləmin 
ortasında)  olan  mübarək  bir  zeytun  ağacından 
yandırılır.  Onun  (zeytun  ağacının)  yağı  özünə  od 
toxunmasa  da,  sanki  (haradasa)  iĢıq  saçır.  O,  nur 
üstündə nurdur…”(ən-Nur, 24/25). 
Təfsirlərdə  deyilir  ki,  bu,  yəni  zeytun  ağacı,  yer 
yox, göy ağacıdır. 
Peyğəmbər (s.ə.v.): 
1.
 
Zeytun  yağı  için,  onu  bədəninizə  çəkin.  O, 
mübarək ağacdır. 
2.
 
Zeytun  yağı  için.  O,  mübarək  ağacdandır.  Onu 
yavanlıq kimi də istifadə edin, yağını bədəninizə çəkin. 
Çünki o, mübarək bir ağacdan hasil olur. 
3.
 
“Sünənü-Tirmizi”  -  Zeyd  ibn  Ərqəmdən: 
Allahın  Rəsulu  (s.ə.v.)  bizə  ağciyərin  iltihabı  zamanı 
dəniz  qustu  (dənizdə  bitən  ot)  və  zeytun  yağıyla 
müalicə olunmağımızı əmr etdi. 
4.
 
Zeytun  yağından  istifadə  edin,  onu  için,  yağını 
bədəninizə çəkin. O, babasil xəstəliyi zamanı faydalıdır. 
5.
 
Mübarək  zeytun  ağacının  meyvəsi  olan 
zeytunun  yağından  istifadə  edin,  onunla  müalicə 
olunun. O, insanı babasildən qoruyur. 
6.
 
Zeytun yağı için, ondan bədəninizə çəkin. Onda 
cüzam da daxil olmaqla, yetmiş dərdin dərmanı var. 


 
171 
7.
 
Zeytun  yağı  yaxşı  insanların  yağı,  onların  ya-
vanlığıdır. Zeytun həm təzə çıxan vaxtı, həm də sovu-
şanda bərəkətlidir. Zeytun iki dəfə müqəddəsliyə batıb. 
Imam  Əli  (ə):  “Zeytun  yağını  bədəninizə  çəkin, 
ondan  yavanlıq  kimi  istifadə  edin.  Zeytun  olan  yerdə 
heç bir xəstəlik insanı yaxalamaz”. 
Imam Cəfər Sadiq (ə): 
1.
 
Sıyığı  zeytun  yağı  ilə  yemək  ət  gətirir 
(kökəldir),  sümüyü  bərkidir,  dərini  nazikləşdirir  və 
cinsi qabiliyyəti artırır. 
2.
 
Bir kişinin bədənində sızanaq və ya çiban çıxsa, 
onu  bağlasın  və  zeytun  yağı,  ya  da  heyvan  yağı  ilə 
müalicə aparsın.  
3.
 
 “Zeytun  yağı  pak  adamların  yediyi  yağdır  və 
yaxşı kəslərin təamıdır”. 
 
 
 


 
172 
BITKIÇILIK  HAQQINDA 
 
 
“Qurani-Kərim”-də  elmin  bütün  sahələrinə  aid 
buyuruqlar  vardır.  Botanika  sahəsində,  o  cümlədən 
bitkiçilik üzrə də bəzi kəlamları oxuyuruq. 
“Yerin  yetiĢdirdiklərindən,  onların  (insanların) 
özlərindən  və  bilmədiklərindən  (erkək  və  dişi 
olmaqla) cütlər yaradan Allah pak və müqəddəsdir! 
(Eybsiz və nöqsansızdır)”. (Yasin, 36/36). 
Bu  ayə  bütün  varlıqların  cüt-cüt  yaradıldıqlarını 
göstərir.  Bunların  bir  qismi  indiyə  qədər  elmdə  təsdiq 
və  təsbit  olunmuşdur.  Elmə  məlum  olmayan  bir 
çoxunun  da  mövcudluğu  haqqında  xəbər  verilmək-
dədir.  Necə  ki,  müasir  dövrdə,  istər  canlı,  istərsə  də 
cansız aləmlərdə bir  yanda son dərəcə böyük (makro), 
o biri yanda son dərəcə kiçik (mikro) sistemlərdə, ikili 
sistemlərin  və  ya  ikili  funksiyaların  fərqləri  təsdiq 
edilmişdir.  Şübhəsiz  ki,  “Qurani-Kərim”-in  bildirdiyi 
gerçəkliklərlə,  müasir  elmi  gerçəkliklər  arasında  heç 
bir uyğunsuzluq müşahidə edilməmişdir. 
Cənabi-Haqq təkliyi (vahidliyi) yalnız özünə layiq 
qıldığı üçün cəmadət (cansızlar), nəbatət, heyvanat, cin 
və insan, nə varsa hamısını cüt-cüt xəlq etmişdir. 
Məsələn, 
müsbət 
elektrik 
mənfi 
elektriklə 
birləşdikdə işıq yanar. Müsbət bulud mənfi buluda axar 
və  nəticədə  yağış  yağar.  Bu  sünnətüllah  ilahi  qanun 
bütün yaranmışlara şamildir. 
Ayəti-Kərimə  bitkilərin  də  cüt-cüt  yarandıqlarını 
bildirir:  
“Yeri  (insanların  və  başqa  canlıların  yaşaya  bil-
mələri  üçün)  döĢəyən  (ucaldıb  genəldən),  orada 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə