Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə42/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   38   39   40   41   42   43   44   45   ...   99

 
157 
rının birindən: Imam (ə) xurma gətizdirib yedi və dedi: 
“Xurma  yeməyə  meylim  yox  idi,  sadəcə,  balıq  əti 
yemişdim”. 
Sonra dedi: “Hər kəs axşam balıq əti yesə və onun 
arxasınca  bir  neçə  xurma  və  ya  bal  yemədən  yatsa, 
səhərə kimi iflicin əlamətləri özünü büruzə verəcək”. 
Imam Cəfər Sadiq (ə) buyurub:  
1.  “Balıq  əti  çox  yemək  vərəm  xəstəliyinə  səbəb 
olar”. 
2. “Təzə balıq əti yemək bədəni əridər”. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
158 
ġƏFA   MƏNBƏYI   ZEYTUN 
 
“Qurani-Kərim”-də 
diqqətimizi 
cəlb 
edən 
qidalardan  biri  də  zeytundur.  Son  dövrlərdə  aparılan 
araşdırmalar  zeytunun  təkcə  ləzzətli  bir  qida  deyil, 
həm  də  mühüm  bir  sağlamlıq  mənbəyi  olduğunu 
göstərib. 
“Allah  göylərin  və  yerin  nurudur.  (Kainatı  ya-
radıb ona nur verən, yer və göy əhlinə haqq yolu gös-
tərən  xaliqdir).  Onun  (Peyğəmbərimizin  və  möminlə-
rin  qəlbində  olan)  nuru,  içində  çıraq  olan  bir  tax-
çaya  bənzər;  taxçadakı  o  çıraq  bir  qəndilin  için-
dədir,  o  qəndil  isə,  sanki  parlaq  bir  ulduzdur.  O 
çıraq  nə  Ģərqdə,  nə  də  qərbdə  (aləmin  ortasında) 
olan  mübarək  bir  zeytun  ağacından  yandırılır...”. 
(ən-Nur, 24/35). 
Yuxarıdakı  ayənin  əslində  “mubarəkətin  zeytunə-
tin”  ifadəsi  ilə  zeytun  “bərəkətli,  müqəddəs,  faydalı, 
saysız xeyir verən” mənalarına gələn mübarək sifəti ilə 
qeyd edilmişdir. “Zeytuha” ifadəsi ilə bildirilən zeytun 
yağı  başqa  qatı  yağların  əksinə  olaraq  bütün  mütəxəs-
sislər  tərəfindən  başda  ürək  və  qan-damar  sağlamlığı 
olmaqla  ən  çox  tövsiyə  edilən  yağ  növü  kimi  tanınır. 
Zeytun  yağının  sağlamlıq  baxımından  faydalarını  bu 
cür qeyd edə bilərik. 
 
Ürək və qan-damar sağlamlığına faydası 
 
Zeytun  və  zeytun  yağındakı  yağ  turşularının  ək-
səriyyəti  doymamış  yağ  turşularıdır.  Belə  yağlarda 
xolesterin  olmur.  Buna  görə  də  zeytun  yağı  qandakı 
xolesterin səviyyəsini qaldırmır, əksinə, onu nəzarətdə 
saxlayır.  Bundan  başqa,  zeytun  yağının  tərkibində 


 
159 
bədən  üçün  zəruri  olan  (EFA:  essential  fatty  asit) 
omeqa-6  yağ turşusu (linolen turşu) var. Buna görə də 
səhiyyə  təşkilatları  (Dünya  Səhiyyə  Təşkilatı  WHO) 
damar kirəcləşməsi, şəkər xəstəliyi faizinin çox olduğu 
cəmiyyətlərdə 
istifadə 
edilən 
yağlardakı 
yağ 
turşusunun  ən  az  30%-nin  omeqa-6  yağ  turşusu 
olmasını tövsiyə edir. Bu da zeytunun dəyərini yüksək 
səviyyədə artırır. 
Bu sahədə aparılan tədqiqatlar 1 həftə boyunca hər 
gün  25  ml  –  təxminən  2  xörək  qaşığı  –  təbii  zeytun 
yağı  qəbul  edən  insanların  daha  az  LDL  (pis  xoles-
terin)  və  daha  yuxarı  antioksidant  səviyyələri  göstər-
diyini təsdiqləyib. Antioksidantlar bədənimizdəki “sər-
bəst radikallar” adlı zərərli maddələrin zərərsizləşdiril-
məsi  və  hüceyrəyə  zərər  verilməsinin  qarşısının  alın-
ması  baxımından  çox  zəruridir.  Zeytun  yağından  isti-
fadənin  xolesterinin  səviyyəsini  aşağı  salması  və  ürək 
xəstəliklərinin  qarşısını  alması  bir  çox  araşdırmalarla 
da təsdiq edilib. 
Zeytun  yağı  qanda  dövr  edən  LDL  adlı  zərərli 
xolesterinin  səviyyəsini  aşağı  saldığı,  HDL  adlı 
xolesterin səviyyəsini isə yüksəltdiyi üçün ürək və qan-
damar  xəstələrinə  dərman  kimi  tövsiyə  edilir.  Ürək-
damar xəstəliklərinə çox rast gəlinən ölkələrdə əksərən 
yüksək xolesterin səviyyəsinə malik doymuş yağlar iş-
lədilir. Bununla yanaşı, zeytun yağı bədəndəki omeqa-
6  turşusunun  omeqa-3  yağ  turşusuna  nisbətini  də 
pozur. Omeqa-3 və omeqa-6 yağ turşularının müəyyən 
səviyyədə  qəbul  edilməsi  çox  vacibdir.  Çünki  bu 
nisbətin  pozulması  immunitet  və  ürək  xəstəlikləri,  o 
cümlədən  xərçəng  xəstəliyi  kimi  bir  çox  xəstəliklərin 
inkişafına  gətirib  çıxarır.  Məhz  buna  görə  də  bir  çox 


 
160 
insanlar  zeytun  yağı  ilə  şəfa  tapırlar.  Amerika  Ürək 
Cəmiyyəti  ürək  xəstəlikləri  riskini  azaltmaq  üçün 
doymamış  turşulu  yağ  pəhrizinin  30%-ni  az  yağlı 
pəhrizə alternativ ola biləcəyini bildirir. 
(Allah) Onunla (o su ilə) sizin üçün əkin (taxıl, 
bitki),  zeytun,  xurma,  üzüm  və  bütün  (başqa)  mey-
vələrdən  yetiĢdirir.  DüĢünüb-daĢınanlar  üçün  bun-
da  (Allahın  vəhdaniyyətini  sübut  edən)  dəlillər  var-
dır!” (Ən-Nəhl 16/11). 
 
Xərçəng xəstəliyinin qarĢısının alınması 
 
“The  Archives  of  Internal  Medicine”  jurnalında 
dərc  olunan  bir  tədqiqat  əsəri  yüksək  nisbətdə 
doymamış  yağ istifadə edən qadınların döş xərçənginə 
düçar olması riskinin az olduğunu göstərmişdir.  
Nyu-Yorkda  Buffalo  Universiteti  tədqiqatçılarının 
apardığı  başqa  bir  çalışmada  isə  bitki  yağlarından  biri 
kimi  zeytun  yağının  B-sitosterolun  prostat  xərçəng 
hüceyrələrinin  yaranmasının  qarşısını  almaqda  kömək 
etdiyi bildirilir. Tədqiqatçılar B-sitosterolun hüceyrələ-
rin  bölünməməsi  əmrini  verən  hüceyrədaxili  xəbərləş-
mə  sistemini  gücləndirdiyi,  bununla  da  hüceyrə  böyü-
məsi  nəzarətdən  çıxmadan  xərçəngin  qarşısının  alına 
biləcəyi nəticəsinə gəliblər. 
Oksford  Universitetinin  həkimləri tərəfindən aparı-
lan  sonuncu  araşdırmada  da  zeytun  yağının  bağırsaq 
xərçənginə  qarşı  qoruyucu  xüsusiyyətə  malik  olduğu 
aşkar  edilib.  Həkimlər  zeytun  yağının  bağırsaq  xərçən-
ginin başlamasının qarşısını almaq üçün mədədəki turşu 
ilə  reaksiyaya  girdiyini  kəşf  ediblər.  Oksford  tədqi-
qatçıları  zeytun  yağının  öd turşusu  miqdarını  azaldaraq 
və  DAO  (diamin  oksidaz  adlı  ferment)  səviyyəsini 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə