161
yüksəldərək anormal hüceyrə artımına və xərçəngə qarşı
qoruyucu olduğunu da üzə çıxarıblar.
Artritin (oynaq iltihabı) qarĢısının alınması
Tədqiqatçıların hesabatlarına görə, bol miqdarda
zeytun yağı və bişmiş tərəvəz yeyən insanların oynaq-
larındakı şişmə, qızartı və ağrıya (xroniki iltihablanma-
ya) səbəb olan revmatizmal artrit keçirmək riski azalır.
Sümüyün inkiĢafına kömək etməsi
Zeytun yağının tərkibindəki E, A, D və K vita-
minləri uşaqların və yeniyetmələrin sümüyünün inkişa-
fına kömək etməsi, kalsium miqdarını sabitləşdirərək
sümükləri gücləndirməsi baxımından çox vacibdir. Bu
yağlar yaşlılara da xüsusi tövsiyə edilir, çünki həzm
olunması asandır və minerallarla bədəndə istifadəsinə
kömək edir. Həmçinin sümük mineralizasiyasını (mi-
neralların sümüklərdə çökməsi) hərəkətə keçirərək,
kalsium itkisinə əngəl olur. Sümüklər orqanizmin
mineral quruluşunun anbarını yaradır və sümüklərdə
mineral yığımı olmayanda sümük yumşalması kimi
ciddi problem əmələ gəlir. Bu baxımdan zeytun
yağının skelet quruluşuna çox müsbət təsiri var.
Qocalmağın qarĢısını alır
Zeytun yağının tərkibindəki vitaminlər hüceyrələri
təzələmək xüsusiyyətinə malik olduğu üçün ondan
qocalığın qarşısının alınmasında da istifadə edilir,
çünki zeytun yağı dərini qidalandırır və qoruyur.
Qidalar bədənimizdə enerjiyə çevrilərək oksidant adlı
bəzi maddələr ortaya çıxır. Zeytun yağı özündə ehtiva
162
etdiyi çoxsaylı antioksidant maddələrlə bədənin zərərli
maddələrlə zədələnməsinin qarşısını alır, hüceyrələri-
mizi təzələyir, toxuma və orqanlarımızın yağlanmasını
ləngidir. Zeytun yağı bədənimizdəki hüceyrələrə zərər
verən, onları qocaldan “sərbəst radikallara” təzyiq edən
E vitamini baxımından da zəngindir.
UĢaqların inkiĢafına müsbət təsiri
Zeytun və zeytun yağı tərkibində olan linolen
turşusuna (omeqa-6 yağ turşusu) görə təzə doğulmuş
körpələr, inkişaf mərhələsində olan uşaqlar üçün çox
faydalı bir qidadır. Linolen turşusunun az olması
uşağın
inkişafının
ləngiməsinə
və
bəzi
dəri
problemlərinin yaranmasına səbəb ola bilər. Zeytun
yağında bədənimizdə olan zərərli maddələrin təsirinin
qarşısını alan antioksidant elementlər və insan üçün
böyük əhəmiyyət kəsb edən yağ turşuları var. Bunlar
da hormonlara dəstək olur və hüceyrə zərinin əmələ
gəlməsinə kömək edir. Zeytun yağı ana südündəki yağ
turşusu nisbətinə oxşayır, bununla bərabər bir çox
doymamış tərkiblərə də malikdir.
Zeytun yağı insan bədəni tərəfindən əldə edilə
bilməyən, həmçinin bədənin zəruri ehtiyac duyduğu
əsas yağlı turşular baxımından kifayət edəcək bir
mənbədir. Bu amillər zeytun yağını təzə doğulan
körpələr üçün çox faydalı maddəyə çevirir. Doğuşdan
əvvəl və sonra körpə beyninin və sinir sisteminin təbii
inkişafına müsbət təsiri olduğuna görə, mütəxəssislər
tərəfindən analara məsləhət görülən yeganə yağ yenə
zeytun yağıdır. Bu yağ ana südündəkinə yaxın
miqdarda linolen turşusu ehtiva edir. Bununla yanaşı,
yağsız inək südünə zeytun yağı əlavə ediləndə, o ana
163
südü qədər təbii bir qida xüsusiyyəti qazanır.
Təzyiqi aĢağı salması
“The Archives of Internal Medicine” jurnalının
2000-ci il 27 mart tarixli sayında dərc olunan bir
araşdırma zeytun yağının yuxarı qan təzyiqinə müsbət
təsirini bir daha vurğulamışdır. Bundan başqa, zeytun
yağının yarpağından təzyiqi aşağı salan dərmanlar
hazırlanır.
Daxili orqanlara faydası
Isti və ya soyuq halda qəbul edilməsindən asılı
olmayaraq zeytun yağı mədə turşusunu azaldaraq
mədəni qastrit və xora kimi xəstəliklərdən qoruyur.
Bununla yanaşı, öd ifrazatını sürətləndirərək onun ən
mükəmməl hala gəlməsini təmin edir. Öd kisəsinin bo-
şalma fəaliyyətini nizamlayır və öd daşı riskini azaldır.
Tərkibindəki xlor sayəsində də qaraciyərin çalışmasına
kömək edir. Bununla da bədənin tullantılardan xilas
olmasını asanlaşdırır. Bunlardan başqa, beyin, aorta
damarlarının da sağlamlığına müsbət təsir göstərir.
Zeytun yağı bütün bu xüsusiyyətlərinə görə son
dövrlərdə
mütəxəssislərin
diqqətini
cəlb
edir.
Mütəxəssislərin izahlarından bir qismi ilə tanış olaq.
Sağlamlıq və qidalanma sahəsində nüfuzlu şəxs-
lərdən biri sayılan, “Qida əczaxanası” (“The Food
Pharmacy”) və “Qidalar – möcüzəli dərmanlarımız”
(“Food – Your Miracle Medicine”) kitablarının müəlli-
fi, SNN telekanalının mükafatlı müxbiri, beynəlxalq
köşə yazarı olan Jan Karper:
“Italiyada aparılan yeni tədqiqatlar nəticəsində
164
zeytun yağının özündə LDL xolesterinin arteriya
damarlarına tıxac yaratmaq xüsusiyyəti də daxil
olmaqla bəzi xəstəlik mərhələləri ilə döyüşən … anti-
oksidantlar ehtiva etdiyini aşkarlayıb”.
Pəhriz və qidalanma mütəxəssisi Pet Beird:
“Zeytun yağının hərtərəfliliyi…onun bədənin sağ-
lamlığına olan faydası haqqında öyrənəcəyimiz daha
çox şey var”.
Harvard Universitetinin xalq sağlamlığı məktəbi
epidemiologiya bölümü başqanı dr. Dimitrios Triçopu-
los:
“Amerikalı qadınlar doymuş yağların əvəzinə daha
çox zeytun yağı istifadə etsəydilər, döş xərçəngi
riskində 50% qədər azalma baş verə bilərdi… Zeytun
yağı bəzi bədxassəli şiş növlərinə – prostat, döş,
onurğa, pulcuqlu hüceyrə və qida borusu şişlərinə qarşı
qoruyucu təsirə malikdir”.
Mayami Universitetinin (ABŞ) tibb fakültəsindən
D.Pek:
“Zeytun
yağının
siçovullardakı
immunitet
sistemini gücləndirdiyi sübut olunmuşdur…”.
Milan Universiteti əczaçılıq fakültəsindən Bruno
Berra:
“Təbii yolla süzülmüş zeytun yağının tərkibində
olan LDL oksidasiona olan müqavimətini aydın
şəkildə artırır”.
II Federiko Universitetinin daxili və metabolizma
xəstəlikləri kafedrasından A.A.Rivelles, G.Rikardi,
M.Mançini:
“Zeytun yağı insulin müqavimətinin qarşısını alır
və qandakı qlükozanın daha yaxşı nəzarətini təmin
edir”.
Dostları ilə paylaş: |