169
çox meyl göstərirlər. Bu yağların qiymətlərində çox
fərq olmur, lakin keyfiyyətcə Riviera tipli satışa
verilən zeytun yağı bütün göstəricilərinə görə Pomos
zeytun yağından üstündür. Əvvəla Riviera zeytun yağı
təbii və rafinə zeytun yağının qarışığıdır və ona görə də
standartın bütün tələblərinə uyğundur. Lakin Pomos
zeytun yağı əsas istehsal prosesi başa çatdıqdan sonra
yerdə qalan jmıxdan və zeytun məhsulları istehsalının
qalıqlarından hazırlanır və keyfiyyətcə Rivieradan
aşağıdır.
“Bakı Yağ zavodu”-nda istehsal olunan “Final”
ticarət nişanı və Riviera tipli zeytun yağının rəngi açıq
yaşılımtıl çalarlı sarıdır, şəffaf və parlaqdır, dadı təmiz
və neytraldır, mikrobioloji və zərərsizlik göstəriciləri
Tibbi Bioloji Təlimata uyğundur. Nəmlik və uçucu
maddələrin miqdarı- 0-dır (standartda 0,2%-dən çox
olmaması göstərilir); xalis yağın miqdarı-100%-dir;
sərbəst yağ turşularının miqdarı-0,29%-dir (standart
göstərici əla sort üçün 0,75%-dir); peroksid ədədi-2,8-
dir (standartına görə 15-dən çox olmaz). Xolesterin-
sizdir. Zeytun yağının tərkibində 72 mq/100 qram E
vitamini (tokoferol) vardır ki, bunun da 90%-ni daha
fəal olan α -tokoferol təşkil edir. 100 qram zeytun yağı
899 kkal enerji verir.
Zeytun yağı haqqında hədislər
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Sizə tövsiyə edi-
rəm zeytun yağını. O, ödü açar, bəlğəmi aparar, əsəbi
bərkidər, yorğunluğu aparar, xasiyyəti yaxşılaşdırar,
nəfəsə xoş ətir verər, qəm-qüssəni aparar”.
Rəsuli-Əkrəm (s.ə.v.) Əliyə (ə) tövsiyə edərək
buyurur: “Ya Əli, zeytun yağını yeginən və onu
170
bədəninə sürt. Həqiqətən, kim onu yesə və bədəninə
sürtsə, Şeytan ona qırx səhər yaxın düşə bilməz”.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Zeytun yağını
yeyin və onu bədəninizə sürtün, çünki o, mübarək bir
ağacdan hasilə gəlib”.
Burada “mübarək ağac” ifadəsilə o Cənab (s.ə.v.)
“Quranı-Kərim”-in iyirmi dördüncü (Nur) surəsinin
otuz beşinci ayəsindəki kəlamı nəzərdə tutmuşdur.
“… O çıraq nə Ģərqdə, nə də qərbdə (aləmin
ortasında) olan mübarək bir zeytun ağacından
yandırılır. Onun (zeytun ağacının) yağı özünə od
toxunmasa da, sanki (haradasa) iĢıq saçır. O, nur
üstündə nurdur…”(ən-Nur, 24/25).
Təfsirlərdə deyilir ki, bu, yəni zeytun ağacı, yer
yox, göy ağacıdır.
Peyğəmbər (s.ə.v.):
1.
Zeytun yağı için, onu bədəninizə çəkin. O,
mübarək ağacdır.
2.
Zeytun yağı için. O, mübarək ağacdandır. Onu
yavanlıq kimi də istifadə edin, yağını bədəninizə çəkin.
Çünki o, mübarək bir ağacdan hasil olur.
3.
“Sünənü-Tirmizi” - Zeyd ibn Ərqəmdən:
Allahın Rəsulu (s.ə.v.) bizə ağciyərin iltihabı zamanı
dəniz qustu (dənizdə bitən ot) və zeytun yağıyla
müalicə olunmağımızı əmr etdi.
4.
Zeytun yağından istifadə edin, onu için, yağını
bədəninizə çəkin. O, babasil xəstəliyi zamanı faydalıdır.
5.
Mübarək zeytun ağacının meyvəsi olan
zeytunun yağından istifadə edin, onunla müalicə
olunun. O, insanı babasildən qoruyur.
6.
Zeytun yağı için, ondan bədəninizə çəkin. Onda
cüzam da daxil olmaqla, yetmiş dərdin dərmanı var.
171
7.
Zeytun yağı yaxşı insanların yağı, onların ya-
vanlığıdır. Zeytun həm təzə çıxan vaxtı, həm də sovu-
şanda bərəkətlidir. Zeytun iki dəfə müqəddəsliyə batıb.
Imam Əli (ə): “Zeytun yağını bədəninizə çəkin,
ondan yavanlıq kimi istifadə edin. Zeytun olan yerdə
heç bir xəstəlik insanı yaxalamaz”.
Imam Cəfər Sadiq (ə):
1.
Sıyığı zeytun yağı ilə yemək ət gətirir
(kökəldir), sümüyü bərkidir, dərini nazikləşdirir və
cinsi qabiliyyəti artırır.
2.
Bir kişinin bədənində sızanaq və ya çiban çıxsa,
onu bağlasın və zeytun yağı, ya da heyvan yağı ilə
müalicə aparsın.
3.
“Zeytun yağı pak adamların yediyi yağdır və
yaxşı kəslərin təamıdır”.
172
BITKIÇILIK HAQQINDA
“Qurani-Kərim”-də elmin bütün sahələrinə aid
buyuruqlar vardır. Botanika sahəsində, o cümlədən
bitkiçilik üzrə də bəzi kəlamları oxuyuruq.
“Yerin yetiĢdirdiklərindən, onların (insanların)
özlərindən və bilmədiklərindən (erkək və dişi
olmaqla) cütlər yaradan Allah pak və müqəddəsdir!
(Eybsiz və nöqsansızdır)”. (Yasin, 36/36).
Bu ayə bütün varlıqların cüt-cüt yaradıldıqlarını
göstərir. Bunların bir qismi indiyə qədər elmdə təsdiq
və təsbit olunmuşdur. Elmə məlum olmayan bir
çoxunun da mövcudluğu haqqında xəbər verilmək-
dədir. Necə ki, müasir dövrdə, istər canlı, istərsə də
cansız aləmlərdə bir yanda son dərəcə böyük (makro),
o biri yanda son dərəcə kiçik (mikro) sistemlərdə, ikili
sistemlərin və ya ikili funksiyaların fərqləri təsdiq
edilmişdir. Şübhəsiz ki, “Qurani-Kərim”-in bildirdiyi
gerçəkliklərlə, müasir elmi gerçəkliklər arasında heç
bir uyğunsuzluq müşahidə edilməmişdir.
Cənabi-Haqq təkliyi (vahidliyi) yalnız özünə layiq
qıldığı üçün cəmadət (cansızlar), nəbatət, heyvanat, cin
və insan, nə varsa hamısını cüt-cüt xəlq etmişdir.
Məsələn,
müsbət
elektrik
mənfi
elektriklə
birləşdikdə işıq yanar. Müsbət bulud mənfi buluda axar
və nəticədə yağış yağar. Bu sünnətüllah ilahi qanun
bütün yaranmışlara şamildir.
Ayəti-Kərimə bitkilərin də cüt-cüt yarandıqlarını
bildirir:
“Yeri (insanların və başqa canlıların yaşaya bil-
mələri üçün) döĢəyən (ucaldıb genəldən), orada
Dostları ilə paylaş: |