Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu


möhkəm  dağlar,  çaylar  yaradan,  bütün  meyvələr-



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə46/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   42   43   44   45   46   47   48   49   ...   99

 
173 
möhkəm  dağlar,  çaylar  yaradan,  bütün  meyvələr-
dən  (erkək-dişi,  yaxud  şirin-acı,  turş-meyxoş  və  s.  ol-
maqla) cüt-cüt yetiĢdirən, gecəni gündüzlə (gündüzü 
də gecə ilə) örtüb bürüyən Odur…” (ər-Rəd, 13/3). 
Bütün  bitkilərin  çiçəklərində  erkək  və  dişi  cütü 
bilinməkdədir. Erkəyin dişini mayalamasıyla meyvələr 
(bar)  meydana  gəlir.  Yalnız  bu  döllənmə  və  mayalan-
ma külək vasitəsilə yerinə yetirilir. Hələ müasir dövrdə 
bunları  elmi  araşdırmalar  nəticəsində  təzə  çatdığımız 
bu  həqiqətləri  “Qurani-Kərim”  14  əsr  öncə  xəbər 
vermişdir:  
“Biz (buludla) yüklənmiĢ (bitkilərə, ağaclara hə-
yat  verən,  onları  tozlandıran)  külək  göndərdik, 
göydən  yağmur  endirib  su  verdik  (içirtdik).  Yoxsa 
onu yığıb saxlayan (bir yerə toplayan) siz deyilsiniz! 
(Allah yağış suyunu saxlayıb istədiyi vaxt, istədiyi yerə 
yağdırar)” (əL-Hicr, 15/22). 
Bitkilərin cüt-cüt  yaranması  özünü  meyvə  ağacla-
rının  bar  verməsində  də  göstərir.  Məsələn,  badam 
ağaclarının  düzgün  əkilməməsi  (yəni  erkək  ağaclarla 
dişi  ağaclar  növbələnmədikdə)  həmin  ağacların  hər  il 
lazımi qədər bar verməsində özünü göstərir.  Belə əkin 
sistemi  Yapon  xurması,  bəzi  alma  sortları  və  digər 
meyvə-giləmeyvələrə də aiddir. 
Əgər  yağış  yağmasa  bitkilər,  o  cümlədən  meyvə 
ağacları  göyərib  yarpaq  və çiçək əmələ  gətirməz; əgər 
külək olmasa çiçəklər tozlanıb bar verməz. Əlbəttə ki, 
çiçəklərin  tozlanmasında  arıların  da  rolu  böyükdür. 
Çünki  arılar  bal  hasil  etmək  üçün  bütün  çiçəklərdən 
nektar toplayır və bu zaman arının xortumu və ayaqları 
çiçəyin  dişi  və  erkək  dişiciklərinə  toxunduğundan 
tozlanma (mayalanma) daha yaxşı gedir. 


 
174 
Yağışın  yağması  ilə  meyvələrin  bar  verməsi  və 
həmin  barlardan  insanların  yemələri  haqqında  aşağı-
dakı ayələri oxumaq lazımdır: 
“Ölü  torpaq  onlar  üçün  (qiyamət  günü  ölüləri 
dirildəcəyimizə)  bir  dəlildir.  Biz  onu  (yağışla) 
dirildir,  oradan  (arpa,  buğda,  düyü  və  s.  kimi) 
dənələr çıxardırıq, onlar da onlardan yeyirlər”. 
“Biz  orada  xurma  və  üzüm  bağları  əmələ 
gətirir, bulaqlar qaynadırıq ki,”  
“Onların  meyvələrindən  və  öz  əlləri  ilə  becər-
diklərindən  (yaxud  becərmədiklərindən)  yesinlər. 
Hələ də Ģükür etməzlər?” (Yasin, 36/33, 34, 35). 
Bitkiçilikdən söhbət getdikdə əsasən taxıl bitkiləri 
və  meyvə-tərəvəzlər  haqqında  oxucuları  məlumatlan-
dırmaq yerinə düşür. 
 
TAXIL BĠTKĠLƏRĠ VƏ ÇÖRƏK HAQQINDA 
 
Taxıl  bitkiləri  qədimdən  insanların  qidalandığı 
əsas  məhsullardandır.  El  arasında  belə  bir  deyim  hələ 
də  mövcuddur.  Buğdanı  yeyib  cənnətdən  çıxıb.  Bu 
sözün  yaranmasına  səbəb  Adəmlə  (ə)  Havvanın 
şeytanın  vəsvəsəsinə  uyub  Allahın  onlara  qadağan 
etdiyi  ağacın  meyvəsindən  yemələri  və  buna  görə 
Cənnətdən qovulmalarıdır. Bir çox mənbəələrdə bunun 
buğda olduğu güman edilir. 
Taxıl  bitkilərinin  üyüdülməsilə  un  əldə  edilir,  un 
əsasında  da  hələ  qədimdən  çörək  və  digər  qida 
məhsulları hazırlanır.  
“Qurani-Kərim”-in  10  surəsinin  21  ayəsində  bitki 
və taxıl haqqında Allah kəlamları buyurulmuşdur. 
 
  


 
175 
“Qurani-Kərim”-də bitki və taxıl haqqında ayələr 
 
Sıra  
Sayı 
Surənin 
nömrəsi 
Surənin adı 
Ayələrin nömrəsi 

10 
Yunus  
24 

13 
ər-Rəd 
3, 35 

15 
əl-Hicr 
15, 19, 22 

20 
Taha  
53 

22 
əl-Həcc 


26 
əş-Şuəra 


27 
ən-Nəml 
60 

36 
Yasin 
33, 34, 35, 36 

50 
Qaf  
7, 9, 1 0 
10 
80 
Əbəsə  
24-27 
 
“...(Ey  insan!)  Sən  yer  üzünü  qupquru  görür-
sən.  Biz  ona  yağmur  endirdiyimiz  zaman  o,  hərə-
kətə  (cana)  gəlib  qabarar  (yaxud  xəmir  kimi  acıyar) 
və  hər  növ  gözəl  (meyvədən,  bitkidən)  bar  gətirər.” 
(əl-Həcc, 22/5). 
“Məgər onlar yer üzünə baxıb orada növbənöv 
gözəl (bitkilər və meyvələr) yetiĢdirdiyimizi görmür-
lər?” (əş-Şuəra, 26/7). 
“Biz göydən bərəkətli su endirdik, sonra onunla 
bağlar  və  (arpa,  buğda  və  s.  bu  kimi)  biçilən  taxıl 
dənələri yetiĢdirdik.” (Qaf, 50/9). 
“Ġnsan  hələ  bir  yeməyinə  baxsın!  (Görsün  ki, 
ona  necə  ruzi  verdik).  Həqiqətən,  Biz  yağıĢı  bol 
yağdırdıq.  Sonra  yeri  gözəl  yaratdıq  (yaxşı  yardıq)
Belə  ki,  orada  dən  (dənli  bitkilər)  göyərtdik;” 
(Əbəsə, 80/24-27). 
Bu  ayəti-kərimələrdən  göründüyü  kimi  Allah  Tə-
barəkə  Təala  öz  bəndələrini  yaşatmaq  üçün  növbənöv 


 
176 
bitkilər, eləcə də taxıl (arpa, buğda və s.) yaratmışdır. 
Dənli  bitkilər  botaniki  xüsusiyyətlərinə,  kimyəvi 
tərkibinə,  təyinatına  və  digər  əlamətlərinə  görə  əsasən 
3 qrupa ayrılır. 
1.
 
Taxıl  cinsinə  mənsub  olan  dənli  bitkilər  2 
yarımqrupa ayrılır. 
1.1.  Əsas  taxıl  tipli  bitkilərə  buğda,  çovdar,  arpa 
və vələmir aiddir. 
1.2.  Darıyabənzər tipli  taxıl bitkilərinə  darı, çəltik 
və qarğıdalı aiddir. 
2.
 
Qarabaşaq bitkisi. 
3.
 
Paxlalı-dənli  bitkilər  -  noxud,  nut,  lobya, 
mərci, lərgə, paxla və soya. 
Buğdanın 
tərkibcə 
orta 
hesabla 
84%-ni 
endosperm, 14%-ni kəpək və 2%-ni rüşeym təşkil edir. 
Taxıl  birdəfəyə  və  təkrar  üyütmə  üsulu  ilə 
üyüdülür.  Birdəfəlik  üyütmə  sadə  üyütmə  adlanır  və 
alınan məhsul nisbətən aşağı keyfiyyətli olur. 
Təkrar  üyütmə  iki  müxtəliflikdə  olur:  aşağı 
dərəcəli  üyütmə,  yüksək  dərəcəli  üyütmə.  Yüksək 
dərəcəli üyütmə sortlu üyütmə adlanır. Sortlu üyütmə – 
mürəkkəb üyütmədir. 
Təkrar  sadə  üyütmədə  95-96%-li  kəpəkli  buğda 
unu, 85-87%-li kəpəksiz və 63%-li ələnmiş çovdar unu 
alınır. 
Sortlu üyütmədə əla, o cümlədən dənəvər un, 1-ci, 
2-ci  sort  buğda  unları  əldə  edilir.  Bu  unlar  tərkibinə 
görə fərqlənirlər. 
Müasir  un  dəyirmanlarında  dən  üyüdülərkən  kə-
pək  hissə  tamamilə  ələnib  kənar  edilir.  Kəpək  hissədə 
vitamin,  minerallı  maddələr  və  protein  endospermdə-
kindən  çoxdur.  Ona  görə  də  unda  proteinin  miqdarı 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə