Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə49/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   45   46   47   48   49   50   51   52   ...   99

 
184 
Əgər  qidada  çörəklə  birlikdə  süd,  kəsmik,  ət,  balıq, 
yumurta  istifadə  edilərsə,  çörəyi  zülalla  zənginləş-
dirmək lazım deyil. 
Çörək-kökə məmulatının vitaminliyini və mineral-
lı maddələrlə zənginliyini təmin etmək məqsədi ilə bir 
çox zənginləşdirici xammallardan istifadə olunur. Belə 
xammallara və yarımfabrikatlara süd zərdabı, buğda və 
çovdar səmənisi, meyvə-giləmeyvə xammalı, o cümlə-
dən meyvə və tərəvəz püreləri, şirə istehsalının tullan-
tıları (cecə), povidlo,  pasta,  şirələr,  meyvə  tozu  (poro-
şoku),  qurudulmuş  giləmeyvə  (məs.  kişmiş),  polisol 
(cücərmiş  və  1:1:1  nisbətində buğda,  vələmir  və  qağı-
dalıdan alınan ekstrakt), balqabaq püresi və s. aiddir.  
Milli  çörək  məmulatına  qədim  dövrlərdən  əhali 
tərəfindən bişirilən lavaş və çörək aiddir. Azərbaycanın 
müxtəlif  bölgələrində  qədimdən,  eləcə  də  indinin 
özündə  hazırlanan  milli  çörəklərin  çeşidi  çoxdur.  Hə-
min çörəklər sadə və yaxşılaşdırılmış qruplarına ayrılır. 
Sadə çörəklər mayasız və  ya mayalı xəmirdən (un, su, 
maya  və  duz)  hazırlanır.  Yaxşılaşdırılmış  milli  çörək 
məmulatları bir qayda olaraq mayalı xəmirə şəkər, süd, 
yumurta,  yağ,  qatıq,  bal,  meyvə  püresi,  qabaq  püresi, 
ədviyyat və digər məhsullar əlavə edilməklə hazırlanır. 
Sadə  milli  çörək  məmulatına  Abşeron  çörəyi, 
Azərbaycan  çörəyi,  Ağdam  təndir  çörəyi,  acıtmalı, 
bəzzamac,  bozlamac,  dağlı  çörəyi,  duzlu  nazik,  ev 
çörəyi,  yuxa,  közləmə,  kökə,  kömbə,  külava,  küllü 
kömbə,  külləmə,  külfə  əppək,  Gəncə  çörəyi,  lavaş, 
Ordubad təndir çörəyi, sacəppəyi, səmənili çörək, sən-
gək,  sığırdili,  Sumqayıt  çörəyi,  təndir  çörəyi,  xamralı, 
cad, cardalı, cirəli çörək, Şəki kürə çörəyi və s. aiddir. 
Yaxşılaşdırılmış  milli  çörək  məmulatına  bəyim 


 
185 
çörəyi,  fəsəli,  qabaqlı  çörək,  qabaqlı  kökə,  qatlama, 
qoğal, qozlu kökə, zəfəranlı nazik, pşi, südçörəyi, fətir, 
fındıqlı  qoğal,  çayçörəyi,  Şəki  külçəsi,  Şəki  ovması, 
şirin nazik, şorqoğal, yelapardı və s. aiddir.  
Yaxşılaşdırılmış  milli  çörək-kökə  məmulatı  çörə-
yin  əvəzedicisi  kimi  qədimdən  səhərlər  çay  süfrəsinə 
verilir. 
 
Çörək haqqında hədislər 
 
Rəsuli-Əkrəm  (s.ə.v.)  buyurdu:  “Ay  Allah,  çörəyi 
bizə  mübarək  elə,  onu  bizdən  ayırma.  Əgər  çörək 
olmasa,  namaz  qılmarıq,  oruc  tutmarıq,  Allahın  vacib 
etdiyi əməlləri yerinə yetirə bilmərik”. 
Rəsuli-Əkrəm (s.ə.v.) cənabları həmişə arpa çörəyi 
yeyərdi.  O  Cənab  (s.ə.v.)  mübarək  əli  ilə  çörəyi  tutub 
kəsərdı,  bıçaqla  kəsməzdi.  Sonra  yenə  əli  ilə  xırda 
tikələrə  doğrayıb,  üç  barmağı  ilə  öz  mübarək  ağzına 
qoyardı  və  yaxşı-yaxşı  çeynəyərdi.  O  Həzrət  (s.ə.v.) 
heç  vaxt  çörəyi  dişləməzdi,  çünki  bu  iş  ədəbli  şəxsə 
yaraşmaz. 
Həzrəti  Əli  (ə)  buyurub:  “Çörəyə  hörmət  edin. 
Allah-təala  onu  asimanın  bərəkətlərindən  bizə  nazil 
edib, yerin bərəkətlərindən göyərdib”. 
Soruşdular  ki,  ona  necə  hörmət  edək?  Buyurdu: 
“Onu bıçaqla kəsməyin və ayaq altında tapdalamayın”. 
Imam Cəfər Sadiq (ə) buyurub:  
1. “Bədən çörək üzərində qurulub”. 
2.  “Əgər  arpadan  artıq  başqa  bir  şey  də  şəfa 
olsaydı, Allah-təala onu peyğəmbərlər üçün qida qərar 
verməzdi”. 
3.  “Rəsuli-Əkrəm  (s.ə.v.)  cənablarının  yediyi  – 
arpa  çörəyi,  şirnisi  –  təmr  (xurma),  çörək  qatığısı  – 


 
186 
zeytun yağı idi”. 
Imam  Rza  (ə)  buyurub:  “Arpa  çörəyinin  buğda 
çörəyinə  nisbət  fəziləti,  biz  Əhli-Beytin  başqa  kəslərə 
nisbətən fəziləti kimidir”. 
Bütün  peyğəmbərlər  arpa  çörəyi  yeyiblər  və  onu 
bərəkətli  hesab  ediblər.  Odur  ki,  ona  “Qutül-ənbiya” 
deyirlər, yəni “Peyğəmbərlər qidası”. 
Həqiqətən,  insanın əsas  qidası çörəkdir və  heç  bir 
şey  onu  əvəz  edə  bilmir.  Görünür,  bu  da  babamız 
Adəmin işi ilə əlaqədardır. 
Məlum olur ki, arpada həm qüvvət, həm də şəfa var. 
Səviq  (qovut).  Qovrulmuş  buğdanı  əzib  narın  un 
halına  salandan  sonra  onu  doşab  və  ya  bal  ilə  isladıb 
halvaya bənzər bir kütlə əmələ gətirirlər ki, ərəblər ona 
səviq  deyirlər.  Bizlərdə  keçmiş  vaxtlarda  ona  qovut 
deyirdilər. Indi isə bizim millətə xas olan bir çox şeylər 
kimi, bu da dəbdən düşübdür. 
Səviq  çox  qüvvətli  bir  təamdır.  Bir  nəfər  Imam 
Cəfər Sadiqin (ə) hüzuruna gəlib ərz edir ki, uşaq xəstə 
və  zəif  olduğu  üçün  gəzməyə  taqəti  yoxdur.  O  Cənab 
(ə)  buyurur  ki,  ona  səviq  verin.  Səviq  –  sümüyü 
bərkidir və ət bitirir. 
Həzrəti Əli (ə) buyurub:  
1. “Oruc tutan şəxsin obaşdanlığı üçün ən fəzilətli 
təam xurma ilə səviqdir”. 
 2.  “Uşaqlarınıza  kiçik  yaşlarında  səviq  içirdin  ki, 
o, bədəndə ət bitirir və sümüyü bərkidir”. 
3.  “Hər  kəs  qırx  gün  səviq  içsə,  topuğu  qüvvətlə 
dolar”. 
Səviq  və  ya  qovut  bəzən  quru  halda,  bal  və  ya 
doşab qatılmadan, bəzən də duru xəşil halında uşaqlara 
içirtmək üçün hazırlanır 


 
187 
Q U R A N       M E Y V Ə L Ə R Ġ  
 
 
Meyvə-tərəvəzlər insan qidası üçün qədimdən isti-
fadə  olunan  qidalı  məhsullardır.  Meyvə-tərəvəzlər  mi-
nerallı maddələrin və vitaminlərin mənbəyidir. Meyvə-
tərəvəzlər mədə-bağırsaq sistemində qidanın hərəkətini 
nizamlayır,  qidanın  həzminə  və  mənimsənilməsinə 
müsbət təsir edir. 
Tərəvəzlərdə  5-15%,  meyvələrdə  isə  10-20% 
(Ərəbistan  xurmasında  62%)  karbohidrat  vardır.  Mey-
və-tərəvəzlərdə, demək olar ki, bütün vitaminlər vardır. 
“Qurani  Kərim” – də bir sıra meyvə – tərəvəz və 
bitki  adlarına  rast  gəlmək  olur.  Bəzi  ayələrdə  onların 
ilahi  möcüzə  olaraq  göndərildiyindən,  bəzilərində  isə 
əhəmiyyətindən  söz  açılır.  Bəzi  alimlərin  meyvə  – 
tərəvəz  və  bitkilər  adı  çəkilən  ayələri  nəzərə  alaraq 
verdikləri 
açıqlamalarda 
yanlış 
olaraq  məqsəd 
bağbanlıq sənətini insanlara aşılamağın vacib olduğunu 
qeyd  etmişlər,  amma  bu  da  “Qurani  Kərim”  –  in  ali 
hədəflərinə tamamilə yaddır.  
“Qurani-Kərim”-in  18  surəsinin  37  ayəsində 
meyvə 
və 
tərəvəz 
haqqında 
Allah 
kəlamları 
buyrulmuşdur. 
İslam dini meyvə, tərəvəz, bitki mənşəli yeməklərə 
elə  bir  məhdudiyyət  qoymur.  Yalnız  araq  çəkilən  və 
şərab  hazırlanan  bitkilər  müstəsnalıq  təşkil  edir. 
Bunlara üzüm, xurma, arpa və qıcqırmaya məruz qalan 
digər bitkilər aiddir. 
“Qurani  Kərim”  –  in  ayələrində  ən  çox  xurma, 
zeytun,  üzüm,  nar,  banan,  sarımsaq,  soğan, 
mərcimək və xiyar haqqında buyuruqlar vardır. 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə