Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə57/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   53   54   55   56   57   58   59   60   ...   99
    Bu səhifədəki naviqasiya:
  • Heyva

 
212 
giləni yesə, o şəxsin üzü qırx səhər nurlanar və şeytanı 
o şəxsdən qovar. 
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:  
1. “Nar meyvələrin ağasıdır”.  
2. “Allah-təala Adəmi, xurmanı, üzümü və narı bir 
tinətdən (palçıqdan – ilk maddədən) yaradıb”. 
Rəsuli-Əkrəm (s.ə.v.) narı cümə axşamları tənavül 
edərdi. 
Həzrəti-Əli  (ə)  buyurub:,  “Narı  öz  ərpi  (tumu)  ilə 
yeyin, çünki o, mədəni dəbbağ edir”. 
Imam  Zeynül-abidin  (ə)  buyurub:  “Hər  kəs  cümə 
günü ac qarına nar yesə, onun qəlbi qırx səhər nurlanar 
və Şeytanın vəsvəsəsi ondan qovular. Şeytan vəsvəsəsi 
kimdən  qovulsa,  o  adam  Allaha  məsiyət  (günah) 
etməz. Hər kəs məsiyət etməsə Behiştə gedər”. 
Mərhum Əbu Cəfər Tusi deyib ki, uşaqlarınıza nar 
yedirdin ki, tez dil açsın. 
El  arasında  belə  bir  deyim  var.  Bütün  meyvələr 
yeyilərkən  mədəyə  salam  verir,  nar  isə  ürəyə  salam 
verir. 
Heyva. Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:  
1.  “Heyva  yeyin  ki,  o  qəlbi  qüvvətləndirir  və 
qorxaq adamlara şücaət gətirər”. 
2. “Heyva yeyin və onu bir-birinizə hədiyyə verin. 
O  gözlərə  işıq  verər,  qəlbdə  məhəbbəti  bərkidər.  Onu 
öz  zövcələrinizə  yedirdin  ki,  övladlarınız  gözəl 
olsunlar”.  
3. “Heyvanı ac qarına yeyin”. 
4.  “Heyva  yeyin  ki,  o  zehni  artırar,  sinədən 
(ürəkdən)  ağrını  aparar  və  övladın  gözəl  olmasına 
səbəb olar”. 
5. “Hər kəs üç gün acqarına heyva yesə, zehni saf 


 
213 
olar,  batini  (içərisi)  hikmətlə  və  elmlə  dolar,  özü  də 
Iblisin və onun qoşunlarının hiyləsindən asudə olar”.  
6.  “Haçan  ürəyinizdə  ağrı  hiss  etsəniz,  heyva 
yeyin”. 
 7.  “Sizə  tövsiyə  edirəm  ki,  heyva  yeyin,  o  əqli 
artırar”. 
Imam  Rza  (ə)  cənablarından  rəvayət  olunur  ki, 
Peyğəmbər  (s.ə.v.)  üçün  heyva  gətirdilər.  O  Cənab 
(s.ə.v.)  onu  öz  mübarək  əlilə  vurub  sındırdı,  yanında 
oturanlara  payladı.  Özü  də  tənəvvül  etdi.  Buyurdu: 
“Sizə  tövsiyə  edirəm  ki,  heyva  yeyin.  O  qəlbə  cəla 
verir və sinə ağrısını aparır”. 
 Imam  Cəfər  Sadiq  (ə)  buyurub:  “Hər  kəs  heyva 
yesə,  Allah-təala  onun  dilində  qırx  səhər  hikmət  cari 
edər”. 
Imam  Cəfər  Sadiqdən  (ə)  rəvayət  olunur  ki, 
buyurdu:  “Peyğəmbərlərin  ətri  heyva  ətri  olar.  Cənnət 
hurilərinin  ətri  mərsin  çiçəyinin  ətri  olar.  Mələklərin 
ətri  isə  qızılgül  ətri  olar.  Allah-Təala  məbus  etdiyi 
bütün peyğəmbərlərə heyva ətri bəxş edib”. 
Imam  Muhəmməd  Baqir  (ə)  buyurub:  “Heyva 
həzin qəlblərdən kədəri aparar”. 
Alma.  Imam  Cəfər  Sadiqin  (ə)  Süleyman  adlı  bir 
səhabəsi nəql edir ki, bir gün o Cənabın hüzuruna get-
mişdim,  gördüm  onun  qabağında  göy  rəngdə  almalar 
var.  Dedim,  sənə  qurban  olum,  bunlar  nə  üçündür? 
Buyurdu:  -  Məni  bərk  üşütmə-qızdırma  tutmuşdu.  Bu 
almaları  mənə  hədiyyə  gətirdilər,  onlardan  yedim, 
hərarətim düşdü. 
Imam  Musa  Kazım  (ə)  buyurub  “Biz  Əhli-Beyt 
soyuq su içməklə və alma yeməklə qızdırmaya müalicə 
edirik”. 


 
214 
Imam  Rza  (ə)  buyurub:  “Alma  bir  neçə  xasiyyətə 
görə faydalıdır: sehri, zəhəri, əql zəifliyini, bəlğəmi və 
digər xəstəlikləri aparır. Ondan tez təsir edən başqa bir 
şey yoxdur”. 
Ziyad  Qəndi  nəql  edir  ki,  qardaşım  Seyf  ilə  Mə-
dinə  şəhərinə  getmişdik.  Şəhər  əhlinin  burnundan  şid-
dətli  qanaxmalar  olurdu  və  iki  gündən  sonra  o  adam 
ölürdü.  Biz  öz  mənzilimizə  getdik,  orada  Seyfin  bur-
nundan  qan  açıldı.  Mən  Imam  Cəfər  Sadiqin  (ə)  hü-
zuruna  gedib,  əhvalatı  ona  danışdım.  O  Cənab  (ə) 
buyurdu: “Ey Ziyad, get Seyfə alma yedirt”. 
Mən gəlib ona alma yedirtdim, qan kəsildi. (Görü-
nür  almanın  tərkibindəki  K  vitamini  qanın  laxtalan-
masını sürətləndirdiyindən qan kəsilibmiş – Ə-C.Ə.). 
Üzüm. Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:  
1.  “Sizin  təamlarınızın  ən 
yaxşısı  çörək, 
meyvələrinizin ən yaxşısı üzümdür”. 
2.  “Üzümü  gilə-gilə  qoparıb  yeyin.  Onda  həm 
yaxşı nuş olar, həm də ədəbli görünər”. 
3. “Mənim ümmətimin rəbii üzüm və qovundur”. 
Ərəb  dilində  “rəbi”  –  bahar  deməkdir.  Bundan 
əlavə,  “rəbiül-əvvəl”  və  “rəbiüs-sani”  ərəb  aylarının 
adlarıdır.  Qovunların  yetişən  vaxtına  da  ərəblər  “rəbi” 
deyirlər. Bu münasibətlə o Cənab (s.ə.v.) belə bir gözəl 
bədii  ifadə  işlətmişdir.  Məqsəd  budur  ki,  “rəbi”də 
yetişən  üzüm  və  qovun  o  ayları  bahar  ayları  kimi 
gözəlləşdirir. 
Rəvayət  edirlər  ki,  Rəsuli  Əkrəm  (s.ə.v.)  üzümü 
çörək ilə yeyərdi. 
Imam  Cəfər  Sadiqdən  (ə)  rəvayət  olunur  ki,  Nuh 
peyğəmbər  (ə)  qəm-qüssədən  Allah-Təalaya  şikayət 
elədi. Ona bu vəhy nazil oldu: “Qara üzüm ye. O qəm-


 
215 
qüssəni aparar”. 
Yenə  Imami-Sadiq  (ə)  buyurub:  “Iki  şey  var  ki, 
onlar iki əl ilə yeyilər: üzüm, bir də nar”. 
Həzrəti-Əli  (ə)  buyurub:  “Üzüm  çörək  qatığıdır, 
meyvədir, təamdır, həm də şirnidir”. 
Armud.  Əmirül-möminin  Əli  (ə)  buyurub: 
“Armud  qəlbə  saflıq  gətirər,  bədən  daxilində  olan 
ağrıları Allahın izni ilə sakit edər”. 
Imam  Cəfər  Sadiq  (ə)  buyurub:  “Armud  mədəni 
dəbbağ edir, qüvvətləndirir. Heyva da belədir”. 
Innab. Həzrəti-Əli (ə) buyurub: “Innab qızdırmanı 
aparar”. 
Əbül-Həsən adlı bir şəxs söyləyir ki, gözüm ağrı-
yırdı.  Sonra  ağardı,  belə  ki,  heç  bir  şey  görmürdüm. 
Yuxuda  Həzrəti-Əli  (ə)  cənablarını  gördüm  və  ona 
şikayətləndim. O Cənab (ə) buyurdu: “Innabı əz, sürmə 
çəkən kimi önu gözlərinə çək”. 
Mən  o  Cənabın  (ə)  buyurduğu  kimi  innabı  öz  tu-
mu  ilə  birlikdə  əzib  gözümə  çəkdim.  Gözüm  sağalıb 
əvvəlki kimi oldu. 
Imam  Cəfər  Sadiq  (ə)  buyurub:  “Innabın  başqa 
meyvələrə  nisbətən  fəziləti,  biz  Əhli-Beytin  başqa 
kəslərə nisbətləri fəziləti kimidir”. 
Qovun. Peyğəmbəri-Əkrəm (s.ə.v.) buyurub:  
1.  “Qovunu  yeyin,  ləzzət  alın.  Onun  suyu  rəh-
mətdir, şirinliyi isə Behişt şirnisidir”. 
O  Cənab  (s.ə.v.)  qovunu şəkərlə  və  ya  rütəb (təzə 
xurma) ilə yeyərdi. 
Imam  Cəfər  Sadiq  (ə)  buyurub:  “Qovunu  yeyin. 
Onda  on  xasiyyət  cəm  olub:  o,  yerin  yağıdır  və  şirə-
sidir;  onda  heç  bir  xəstəlik  və  dərd  olmaz.  O  təamdır, 
şərabdır,  meyvədir,  ətirdir,  yuyucu  maddədir,  çörək 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə