Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə55/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   51   52   53   54   55   56   57   58   ...   99

 
204 
Imam  Hüseyn  (ə)  öz  atası  Həzrəti-Əmirül-mömi-
nin Əli (ə) cənablarının mübarək dilindən nəql edir ki, 
Rəsuli-Əkrəm  (s.ə.v.)  oruc  olan  vaxtlarda  iftarını 
həmişə təmr ilə açardı. 
Xurmanın  bir  növü  var  ki,  ona  bərniyy  deyirlər. 
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:  
1.  “Cəbrail  Cənnətdən  gətirdiyi  bərniyy  ilə  mənə 
nazil oldu”. 
2.  “Bərniyyədə  doqquz  xislət  var:  1)  beli  qüvvət-
ləndirər;  2)  şeytanın  əl-ayağını  kəsər;  3)  təamı  həzm 
edər; 4) ağızın qoxusunu yaxşılaşdırar; 5) qulağın eşit-
mə  qabiliyyətini  artırar;  6)  gözü  qüvvətləndirər;  7)  in-
sanı Allaha  yaxın, Şeytandan uzaq edər; 8) cinsi əlaqə 
meylini artırar; 9) bədəndə olan naxoşluqları aparar”. 
Imam  Rzanın  (ə)  “Səhifətür-riza”  kitabında  deyi-
lir: “Hər kəs ac qarına bərniyy təmri yesə, iflic xəstəli-
yi ondan gedər”. 
Mədinədə yetişdirilən xurmanın daha bir növü var-
dır ki, ona ücvə deyilir. Imam Cəfər Sadiq (ə) buyurub:  
1.  “Ücvə  təmrlərin  anasıdır,  onu  Adəm  Behiştdən 
nazil edib”. 
2. “Ücvə Cənnətdən gəlib, onda şəfa vardır”. 
3.  “Hər  kəs  bir  gün  ac  qarına  yeddi  ədəd  ali  növ 
ücvə  təmri  yesə,  o  gün  ona  zəhər,  sehr  və  heç  bir 
şeytan zərər yetirə bilməz”. 
4. “Hər kəs yeddi ədəd ücvə təmri yesə, mədəsində 
olan qurdlar ölər”. 
 
MÜKƏMMƏL   MEYVƏ - ƏNCIR 
 
“And olsun əncirə və zeytuna” (ət-Tin, 95/1). 
“ət-Tin”  surəsinin  1-ci  ayəsində  Allahın  əncirə 
“and  olsun”  deyə  bildirməsi  bu  meyvənin  faydaları 


 
205 
baxımından çox hikmətlidir. 
 
 
Əncirin insan sağlamlığına faydaları 
 
Əncir  başqa  meyvə  və  tərəvəzə  nisbətən  ən  çox 
lifə  malikdir.  Təkcə  1  ədəd  quru  əncirdə  2  q  lif 
(sellüloza) var. Bu da gündəlik ehtiyacın 20%-ni təşkil 
edir.  Son  10-15  ildə  aparılan  tədqiqatlar  bitki  mənşəli 
qidalarda mövcud olan liflərin həzm sisteminin düzgün 
fəaliyyəti  baxımından  çox  vacib  olduğunu  ortaya 
qoyub.  Qida  kimi  qəbul  edilən  lifin  həzmə  və  bəzi 
xərçəng  növlərinin  yaranma  ehtimalını  aşağı  salmağa 
kömək  etdiyi  bəllidir.  Qida  üzrə  mütəxəssislər  lif 
qəbulunun  ideal  yolu  kimi  lif  baxımından zəngin  olan 
əncir yeməyi tövsiyə edirlər. 
Lifli qidalar həll olunan və həll olunmayan olmaq-
la iki yerə ayrılır. Həll olunmayan lif baxımından zən-
gin qidalar bədəndən atılan maddələrə su qazandıraraq 
bağırsaqlardan  keçidi  asanlaşdırır.  Bununla  da  həzm 
prosesini  sürətləndirərək  onun  sistemli  fəaliyyətini 
təmin  edir.  Həll  olunmayan  lifli  qidaların  orqanizmi 
kolon xərçəngindən qoruması da müəyyən edilib. Həll 
olunan lifli qidaların isə qandakı xolesterin səviyyəsini 
20%-dən çox aşağı saldığı təsbit olunub. Buna görə də 
onlar  ürək  xəstəlikləri  riskini  azaltmaq  baxımından 
böyük əhəmiyyət daşıyırlar. Əgər qanda çox miqdarda 
xolesterin varsa, bu qan damarlarında yığılır və damar-
ların  bərkiməsinə,  daralmasına  səbəb  olur.  Xolesterin 
hansı  orqanın damarında  yığılırsa,  həmin  orqana  məx-
sus  xəstəliklər  meydana  çıxır.  Məsələn,  ürəyi  qidalan-
dıran  arteriyalarda  xolesterin  yığılarsa,  sinə  ağrısı, 
infarkt  kimi  problemlər  yaranır.  Böyrək  damarlarında 


 
206 
xolesterinin  yığılması  isə  təzyiqin  qalxması  və  böyrək 
çatışmazlığına  səbəb  ola  bilər.  Həll  olunan  liflərin 
qəbul  edilməsi  mədəni  boşaldaraq  qan  şəkərinin  ni-
zamlanması  baxımından  da  əhəmiyyətlidir,  çünki  qan 
şəkərindəki qəfil dəyişikliklər həyat üçün riskləri olan 
problemlərlə  nəticələnə  bilər.  Qidalanmaları  lif  baxı-
mından  zəngin  olan  cəmiyyətlərin  xərçəng  və  infarkt 
problemləri ilə daha az üzləşdiyi müəyyənləşdirilib. 
Həll olunan və həll olunmayan liflərin hər ikisinin 
birlikdə olması isə sağlamlıq üçün ayrı bir üstünlükdür: 
hər iki lif növünün birgə olmasının xərçəngin qarşısını 
almaqda  tək  olan  liflərə  nisbətən  daha  təsirli  olduğu 
müəyyən edilib. Əncirdə hər iki lif növünün – həm həll 
olunan,  həm  də  həll  olunmayan  –  birgə  olması  bu 
meyvəni çox əhəmiyyətli bir qidaya çevirir. 
Corc  Vaşinqton  Universitetinin  Tibb  Mərkəzin-
dəki  Xəstəliklərdən  Qorunmaq  Institutunun  (ABŞ) 
rəhbəri  dr.Oliver  Alabaster  əncirdən  belə  bəhs  edir: 
“…Burada həqiqi mənada sağlam və  çox lif nisbətinə 
malik  bir  qidanı  əlavə  etmək  imkanı  var.  Əncirləri  və 
başqa  çox  lif  balansına  malik  olan  qidaları  intensiv 
olaraq  qəbul  etmək…ömür  boyu  sağlamlığınız 
baxımından əhəmiyyət kəsb edir”. 
Kaliforniya  Əncir  İstehsalı  qurumuna  (California 
Fig  Advisory  Board)  görə,  meyvə-tərəvəzdəki  antiok-
sidantlar  insanları  bir  çox  xəstəliklərdən  qoruyurlar. 
Antioksidantlar  bədənimizdəki  kimyəvi  reaksiyalar 
nəticəsində yaranan və ya kənardan qəbul edilən zərərli 
maddələri  (sərbəst  radikalları)  təsirsiz  hala  gətirir  və 
hüceyrənin məhvinin qarşısını alır. 
Skrenton  Universiteti  (ABŞ)  tərəfindən  aparılan 
tədqiqatda  müəyyən  edilib  ki,  başqa  meyvələrə  nisbə-


 
207 
tən  quru  əncir  antioksidant  baxımından  zəngin  fenol 
tərkibinə  daha  çox  malikdir.  Fenol  mikroorqanizmlərə 
öldürücü  (antiseptik)  bir  maddə  kimi  təsir  edir. 
Alimlərin  bildirdiyinə  görə,  əncirdə  fenolun  miqdarı 
başqa meyvələrlə müqayisədə daha çoxdur. 
Nyu-Cersidəki (ABŞ) Ratgers Universiteti tərəfin-
dən aparılan tədqiqatda isə quru əncirin tərkibində olan 
omeqa-3,  omeqa-6  yağ  turşuları  (EFA:  Essential  fatty 
acids:  bədən  üçün  zəruri  yağlar)  ilə  fitosterol 
(bitkilərdə  mövcud  olan  yağvari  maddə)  sayəsində 
xolesterini  aşağı  salan  xüsusiyyət  öyrənilib.  Məlum 
olduğu kimi, omeqa-3 və omeqa-6 yağ turşuları bədən-
də  yarana  bilməz,  o  qida  vasitəsilə  qəbul  edilməlidir. 
Bu yağlar ürək, beyin və sinir sisteminin sağlam fəaliy-
yəti  baxımından  xüsusilə  böyük  əhəmiyyətə  malik-
dirlər.  Fitosterol  isə  heyvan  mənşəli  qidalardakı  ürək 
və  damar  sağlamlığı  baxımından  təhlükəli  olan  xoles-
terinin  yolunu  tıxayaraq,  onun  qana  qarışmamış 
bədəndən atılmasını təmin edir. 
Kaliforniya  Əncir  İstehsalı  qurumu  tərəfindən 
“sanki  təbiətin  ən  mükəmməl  meyvəsi”  adlandırılan 
əncir  bəşərin  bildiyi  ən  qədim  meyvələrdən  biri  olsa 
da,  o  qida  istehsalçıları  tərəfindən  yenidən  kəşf  edilir. 
Çünki qida dəyərinin yüksək olması və sağlamlıq üçün 
faydası bu meyvəyə xüsusi əhəmiyyət qazandırır. 
Əncir,  demək  olar  ki,  hər  xüsusi  pəhrizin  bir 
hissəsi  ola  bilər.  Əncirin  tərkibində  təbii  yağ,  natrium 
və  xolesterin  olmadığı  və  çox  lif  nisbətinə  malik 
olduğu  üçün,  o  artıq  çəkidən  xilas  olmağa  çalışan 
adamlar  üçün  də  əlverişli  qidadır.  Həmçinin  əncir 
məlum olan bütün meyvələrə nisbətən ən çox minerala 
malik meyvədir. 40 q əncirdə 244 mq kalium (gündəlik 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə