Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə56/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   52   53   54   55   56   57   58   59   ...   99

 
208 
ehtiyacın  7%-i),  53  mq  kalsium  (gündəlik  ehtiyacın 
6%-i)  və  1,2  mq  dəmir  (gündəlik  ehtiyacın  6%-i)  var. 
Əncirdə  kalsium  nisbəti  çoxdur  və  bu  baxımdan 
meyvələr arasında portağaldan sonra ikinci yerdə gəlir. 
Bir  kasa  quru  əncir  bir  kasa  südlə  eyni  miqdarda 
kalsiumu  təmin  edir.  Əncir  uzunmüddətli  xəstəlikdən 
sonra  sürətlə  sağalmağa  yardımçı  olan,  güc  və  qüvvə 
verən  bir  dərman  kimi  də  dəyərləndirilir.  Fiziki  və 
zehni yorğunluğu aradan qaldırır, bədənə enerji və güc 
verir. Əncirin ən mühüm qida dəyəri bu meyvənin 51-
74%-ni  təşkil  edən  şəkərdir.  Əncir  astma,  öskürək  və 
soyuqdəymə  zamanı  da  müalicə  məqsədilə  qəbul 
edilməsi tövsiyə olunan meyvədir. 
Burada  haqqında  qısaca  danışdığımız  əncirin 
faydaları Allahın insanlar üzərində mərhəmətinin daha 
bir  göstəricisidir.  Rəbbimiz  zövqlə  yeyilən  bu 
meyvənin 
tərkibində 
insanın 
ehtiyac 
duyduğu 
maddələri  onun  sağlamlığına  əlverişli  olacaq  bir 
nisbətdə,  sanki  paketlənmiş  şəkildə  istifadəyə  verir. 
Allahın  bu  xüsusi  nemətinin  Quranda  bildirilməsi  də 
əncirin  insanlar  üçün  əhəmiyyətinə  bir  işarə  ola  bilər 
(ən  doğrusunu  Allah  bilir).  Əncirin  qida  dəyərinin 
insanın  sağlamlığı  baxımından  əhəmiyyətinin  yalnız 
inkişaf  edən  tibb  elmi  və  texnoloji  imkanlarla 
müəyyənləşdirilməsi isə əlbəttə, Quranın hər şeyi bilən 
Allahın sözü olduğunun daha bir nümunəsidir. 
 
 
 
 
 
 


 
209 
Cədvəl 2. 100 q əncirin tərkibi və qidalılıq dəyəri 
 
Əncirin tərkibindəki 
maddələr 
100 q  
təzə əncirdə 
100 q  
quru əncirdə 
Kaloriliyi (kkal) 
74 
249 
Lif (sellüloza), q 

10 
Yağ, q 


Protein, q 


Şəkər, q 
16 
48 
Vitamin A (B.V.) 
142 
10 
Vitamin C, mq 

1,2 
Vitamin B
1
, mq 
0,1 
0,1 
Vitamin B
2
, mq 
0,1 
0,1 
Vitamin B
6
, mq 
0,1 
0,1 
Natrium  mq% 
1,0 
10,0 
Kalium  mq% 
232 
680 
Kalsium mq%  

162 
Fosfor  mq% 
232 
67 
Maqnezium  mq% 
17 
68 
Dəmir  mq% 
0,4 
3,07 
Manqan  mq% 
0,1 
0,8 
Selen  mq% 
0,2 
0,6 
Sink  mq% 
0,2 
0,7 
 
Əncir haqqında hədislər 
 
Peyğəmbər (s.ə.v.): 
1.
 
Hər  kəs  qəlbinin  yumşaq  olmasını  istəyirsə, 
əncir yeməyə adət etsin. 
2.
 
Yaş və quru əncirdən yeyin. O cinsi qabiliyyəti 
artırır,  babasili  kəsir,  oynaq  ağrılarında  və  soyuq  za-
manı faydalı olur. 
“Məkarimul-əxlaq” - Abuzərdən: Peyğəmbərə (s.ə.v.) 
bir tabaq əncir hədiyyə edildi. Həzrət dedi: “Yeyin. Desəm 
ki,  cənnətdən  bir  meyvə  nazil  olub,  deyərəm  ki,  o, 


 
210 
əncirdir.  Çünki  əncir  tumsuz  meyvədir.  Əncir  yeyin.  O 
babasili kəsir, oynaq ağrılarında faydalı olur”. 
Imam  Əli  (ə):  Əncir  tıxacları  yumşaldır,  qulunc 
ağrılarında faydalı olur. Gündüz ondan çox, gecə isə az 
yeyin. 
Imam  Rza  (ə):  Əncir  ağzın  pis  qoxusunu  aradan 
qaldırır, sümükləri möhkəmləndirir, xəstəlikləri aradan 
qaldırır.  Əncir  olan  yerdə  başqa  dərmana  ehtiyac 
yoxdur. 
“Tibbul-əimmə”  -  Muhəmməd  ibn  Ərəfədən: 
Imam  Rza  (ə)  və  Məmunun  vaxtında  mən  Xorasanda 
idim. (Bir dəfə) Imam Rzadan (ə) soruşdum: 
-  Ey  Peyğəmbər  övladı,  əncir  haqqında  nə 
deyirsən? 
Həzrət buyurdu: 
- O bel ağrısı üçün faydalıdır. Ondan yeyin. 
“Kafi”  -  Əhməd  ibn  Muhəmməd  ibn  Əbu  Nəsr 
Imam  Rzadan  (ə):  Əncir  ağzın  pis  qoxusunu  aradan 
qaldırır, ağız və sümükləri möhkəmləndirir, tük gətirir, 
xəstəliyi  aradan  qaldırır.  Əncir  olan  yerdə  başqa 
dərmana  ehtiyac  yoxdur.  Əncir  cənnət  meyvələrinə 
daha çox oxşayır. 
Peyğəmbəri-Əkrəm  (s.ə.v.)  cənablarının  ən  yaxın 
səhabələrindən  olan  Əbuzər  nəql  edir  ki,  bir  gün  o 
Həzrətə  (s.ə.v.)  bir  tabaq  əncir  hədiyyə  gətirdilər.  O 
Həzrət (s.ə.v.) səhabələrə buyurdu:  
1. “Yeyin, əgər desəm ki, mənə Cənnətdən meyvə 
nazil  olub,  bilin  ki,  bunları  nəzərdə  tuturam,  çünki 
bunlar  tumsuz  meyvədir.  Yeyin  ki,  bunlar  bəvasir 
(babasil) və niqris (artirit və podaqra) xəstəlikləri üçün 
dərmandır”. 
2. “Əncirin yaşını (təzəsini) və qurusunu yeyin. O, 


 
211 
cinsi  əlaqə  qüvvəsini  artırar,  babasili  kəsər,  niqris 
(artirit  və  podaqra)  və  ibrədə  (cinsi  əlaqə  zəifliyi) 
xəstəliklərini sağaldar”. 
Hədislərdə varid olub ki, kim öz qəlbinin nazik və 
yumşaq olmağını istəyirsə, əncir çox yesin. 
 
Meyvə-tərəvəzlər haqqında hədislər 
 
Meyvələr  Allah-təalanın  insan  üçün  yaratdığı  ən 
təmiz,  ləzzətli,  həm  də  insanın  təbiətinə  müvafiq  və 
onun  bədəninin  tələblərinə  münasib  olan  yeməli  şey-
lərdir.  Rəsuli-Əkrəm  (s.ə.v.)  təzə  meyvələri  görəndə, 
onları  öpüb  əvvəlcə  gözlərinin  üstünə,  sonra  da 
mübarək ağzına qoyardı. Sonra buyurardı: “Ey mənim 
Allahım, onun əvvəlini mənə afiyətlə göstərdiyin kimi, 
axırını da mənə afiyətlə göstər”. 
O  Cənab  (s.ə.v)  buyurub  ki,  Adəmi  Behiştdən 
çıxaranda  Allah-Təala  ona  Behişt  meyvələrindən  tuşə 
(yol  azuqəsi)  verdi  və  hər  şeyin  sənətini  ona  öyrətdi. 
Sizin  bu  meyvələriniz  də  Behişt  meyvələridir. 
Onlardan  qeyri  şeylərin  hamısı  təğyir  tapar,  onlar  isə 
təğyir tapmaz, dəyişikliyə uğramaz. 
Rəsuli-Əkrəm  (s.ə.v.)  və  Əimməyi-Əthar  (ə) 
cənablarının  dilindən  müxtəlif  meyvələr  haqqında 
gözəl  kəlamlar  gəlib  bizə  yetişibdir.  Onların  hamısını 
bu  kiçik  kitabda  zikr  etməyə  imkan  yoxdur.  Lakin 
təbərrük  cəhətinə  onlardan  bəzisini  burada  oxuculara 
təqdim edirik. 
Nar. Rəvayət edirlər ki, Rəsuli-Əkrəm (s.ə.v.) narı 
çox  xoşlarmış  və  nar  tənavül  edəndə  heç  kəsi  özünə 
şərik etməzmiş. Buyurarmış ki, hər narın içində Behişt 
narlarından  bir  gilə  var.  Onu  itirməmək  üçün  narı 
bütünlüklə  yeyin,  bir  giləsini  də  itirməyin.  Hər  kəs  o 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə