Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə58/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   54   55   56   57   58   59   60   61   ...   99

 
216 
qatığıdır,  cinsi  əlaqə  qüvvəsini  artırır,  sidik  yollarını 
yuyub təmizləyir və bövlü (sidiyi) artırır”. 
Başqa  bir  hədisdə  deyilir  ki,  “qovun  sidik  kisə-
sində olan daşları əridir”. 
Imam Rzadan (ə) rəvayət edirlər ki, buyurub: “Ac-
qarına  qovun  yemək  iflicliyə  və  ya  qulunc  xəstəliyinə 
səbəb olar”. 
Mövüc (məviz). Qurudulmuş tumlu üzüm bizlərdə 
mövüc  (məviz)  adlanır,  ərəblər  isə  ona  zəbib  deyirlər. 
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Kim hər gün ac qarına 
iyirmi 
bir 
ədəd  qırmızı  mövüc  yesə,  ölüm 
naxoşluğundan başqa heç bir xəstəliyə tutulmaz”. 
Həzrəti-Əli  (ə)  buyurub:  “Mövüc  ürəyi  möhkəm-
ləndirər, naxoşluqları aparar, nəfəsə xoş ətir verər”. 
Başqa  bir  rəvayətdə  deyilir  ki,  “mövüc  insanın 
qəmini aparar”. 
Iydə. Imam Rza (ə) “Səhifə”-sində rəvayət olunur 
ki,  Həzrəti-Əli  (ə)  qızdırma  (malariya)  xəstəliyi  ilə 
yatırdı. Rəsuli-Əkrəm (s.ə.v.) buyurdu ki, iydə yesin. 
Imam  Cəfər  Sadiq  (ə)  cənablarından  rəvayət  olu-
nur  ki,  o  Cənab  (ə)  buyurdu:  “Iydənin  əti  bədəndə  ət 
bitirir, tumu sümük yaradır, qabığı dəri bitirir. Bunlar-
dan əlavə olaraq, o böyrəkləri qızdırır, mədəni dəbbağ 
edir,  bəvasir  və  təqtir  (babasil  və  podaqra)  xəstəliklə-
rindən  qoruyur,  ayaqlara  qüvvət  verir,  Allah-təalanın 
izni ilə cüzamı qovur”. 
Zeytun.  Peyğəmbər  (s.ə.v.):  Zeytun  ağacı  –  mü-
barək bir ağac nə yaxşı fırçadır! O ağzı xoşiyli edir, diş-
lərin  dibindəki  daşları  təmizləyir.  Zeytun  həm  mənim, 
həm də məndən qabaqkı peyğəmbərlərin fırçasıdır. 
Imam Sadiq (ə): Zeytun suyu (spermanı) artırır. 
“Kafi”  -  Ibrahim  ibn  Məhəmməd  Zari  Bəsri  bir 


 
217 
şəxsdən, o da Imam Sadiqdən (ə): Biz Həzrətin yanın-
da zeytun haqqında söhbət açdıq. O kişi dedi: 
- Zeytun insanda yel yaradır! 
Həzrət dedi: “Xeyr, bəlkə yeli qovur”. 
“Kafi”  -  Ishaq  ibn  Əmmardan  və  ya  başqa  biri-
sindən: Imam Sadiqə (ə) dedim: 
- Camaat deyir ki, zeytun insanda yeli hərəkətə ke-
çirir. 
Həzrət dedi: “Zeytun yeli qovur”. 
Imam Kazim (ə): Adəmin (ə) öz oğlu Hibbətullah 
etdiyi  vəsiyyətlərindən  biri  bu  idi  ki,  zeytun  ye.  O 
mübarək ağaclardandır. 
Səbzə  (göyərti). Hədislərdə varid olub ki: “Süfrə-
lərinizi səbzə ilə ziynətləndirin”. 
Başqa  bir  hədisdə  deyilir:  “Süfrələrinizi  səbzə  ilə 
yaşıllaşdırın, “Bismillah” deməklə o Şeytanı qovar”. 
Əhməd ibni Harun  nəql edir ki,  Imam Rzanın  (ə) 
görüşünə getdim. O Cənab (ə) məni süfrəyə dəvət etdi. 
Süfrədə  səbzə  yox  idi.  O  Cənab  (ə)  əlini  çəkdi,  sonra 
buyurdu:  “Ya  qulam,  məgər  sən  bilmirsən  ki,  səbzə 
olmayan süfrədə mən təam yemirəm?”. 
Qulam  səbzə  gətirəndən  sonra  o  Cənab  (ə)  əlini 
süfrəyə uzatdı, mən də onunla yeməyə başladım. 
Balqabaq  və  kudu.  Bunlar  eyni  cinsdən  olduğu 
üçün  bizə  yetişən  xəbərlər  onların  hər  ikisinə  aiddir. 
Imam Cəfər Sadiq (ə) buyurub: “Kudu əqli artırar”. 
Tarixdən və Qurandan verilən xəbərdən məlumdur 
ki,  Yunus  peyğəmbər  (ə)  öz  itaətsiz  nadan  cəmaətinin 
arasından  çıxıb  gedərkən  gəmiyə  mindi,  sonra  dalğalı 
dənizdə  gəminin  batması  təhlükəsindən  xilas  olmaq 
üçün  Yunusu  dənizə  atdılar.  Allah-təalanın  əmri  ilə 
onu  bir  balıq  udub,  öz  qarnında  bir  müddət  gəzdir-


 
218 
dikdən sonra, səlamət halda sahilə çıxartdı. Allah-təala 
dəniz  sahilində  bir  kudu  tağı  bitirdi  ki,  Yunusun 
nazikləşmiş  bədəni  onun  kölgəsində  günəşin  yandıran 
şüalarından qorunsun. 
Bu  əhvalatı  nəzərdə  tutaraq  Rəsuli-Əkrəm  (s.ə.v.) 
buyurub:  
1.  “Kudunu  yeyin.  Əgər  ondan  daha  yüngül  bir 
ağac  olsayıdı,  Allah-Təala  qardaşım  Yunus  üçün  onu 
bitirərdi.  Haçan  siz  şorba  bişirməli  olsanız,  ona  çoxlu 
kudu tökün, çünki o dimağı və əqli artırır”. 
2.  “Kim  kudunu  mərci  ilə  yesə,  qəlbi  nazik  olar, 
Allahın zikrindən kövrələr və cinsi əlaqəyə meyli artar”. 
3.  “Haçan qəm-qüssəniz  olsa,  balqabaq çox  yeyin 
ki, o hüznlü qəlbləri şad edər”. 
Rəsuli-Əkrəm  (s.ə.v.)  kudunu  və  balqabağı  çox 
sevirdi, onları böyük kasalarda yeyərdi. 
Kəvər.  Rəsuli-Əkrəm  (s.ə.v.)  buyurub:  “Kəvərin 
başqa  otlara  nisbətən  fəziləti,  çörəyin  başqa  şeylərə 
olan fəziləti kimidir”. 
Rəvayət edirlər ki, Həzrəti-Əli (ə) kəvəri iri duzla 
yeyərdi. 
Imam  Cəfər  Sadiq  (ə)  buyurub:  “Hər  şeyin  bir 
ağası olur, otların da ağası kəvərdir”. 
 Imam Muhəmməd Baqir (ə) buyurub:  
1. “Biz sarımsaq, soğan və kəvər yeyirik”. 
2.  “Kəvərdə  dörd  xasiyyət  var:  yeli  qovar,  ağız 
qoxusunu  yaxşılaşdırar,  babasili  kəsər  və  onu  daim 
yeyən adamlara cüzamdan əman verər”. 
Kərəviz.  Rəsuli-Əkrəm  (s.ə.v.)  cənabları  Həzrəti-
Əliyə (ə) etdiyi vəsiyyətlərin birində buyurur:  
1. “Kərəviz yeginən. O Ilyas peyğəmbərin və Yuşə 
ibni Nun peyğəmbərin otudur”. 


 
219 
2. “Kərəviz peyğəmbərlər otudur. Deyirlər ki, Xizr 
və Ilyas peyğəmbərin təamı kərəviz və göbələkdir”. 
Turp.  Hənnan  ibni  Südeyr  nəql  edir  ki,  Imam 
Cəfər  Sadiq  (ə)  ilə  bir  süfrədə  oturmuşdum.  O  Cənab 
(ə)  mənə  turp  yedirtdi.  Buyurdu  ki,  ya  Hənnan,  turp 
yeginən  ki,  onda  üç  xasiyyət  var:  onun  yarpağı  yeli 
qovar, məğzi sidiyi asan buraxar, kökü bəlğəmi kəsər. 
Soğan.  Imam  Muhəmməd  Baqir  (ə)  Peyğəmbər 
(s.ə.v.) cənablarından rəvayət edir ki, buyurub: “Haçan 
şəhərlərə daxil olsanız, onların soğanından yeyin ki, o 
yerin vəbasını sizdən qovub çıxarsın”. 
Imam  Cəfər  Sadiqdən  (ə)  soğan  yemək  barəsində 
xəbər  aldılar.  O  Cənab  buyurdu  ki,  “Heç  bir  eybi 
yoxdur,  hətta  müalicə  üçün  sarımsaq  da  yeyə  bilər-
siniz. Amma onu yeyəndən sonra məscidə getməyin”. 
O  Cənab  buyurub  ki,  soğanda  üç  xasiyyət  var: 
ağızın  iyini  yaxşılaşdırır,  dişin  ətini  bərkidir  və  cinsi 
əlaqəyə meyli artırır. 
Badımcan.  Rəsuli-Əkrəm  (s.ə.v.)  buyurub:  “Ba-
dımcan  yeyin.  Mən  o  bitkini  Behiştdə  görmüşəm.  O 
Allaha şəhadət verən əvvəlinci bitkidir”. 
Imam  Cəfər  Sadiq  (ə)  buyurub:  “Xurma  dərilən 
vaxtlarda  badımcan  çox  yeyin.  O  bütün  dərdlər  üçün 
şəfadır:  üzün  nurunu  artırar,  damarları  yumşaldar, 
fəqərə sütunu suyunu (sülbü) artırar”. 
Xiyar. Rəsuli-Əkrəm (s.ə.v.) xiyarı duzla tənəvvül 
edərdi.  Buyurardı  ki,  xiyarı  əvvəlcə  aşağıdan  başlayıb 
yeyin, onda bərəkəti çox olar. 
 Sarımsaq. Peyğəmbər (s.ə.v): 
1.
 
Sarımsaq  yeyin  və  onunla  müalicə  olunun. 
Onda yetmiş xəstəliyin dərmanı var. 
2.
 
Əliyə  (ə)  vəsiyyətimdə:  Ey  Əli!  Sarımsaq  ye. 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə